Yuxudan durduqdan sonra yatağınızı düzəldirsiniz? Birinci baxışda bu əhəmiyyətsiz görünür. Lakin bionergetiklər iddia edir ki, yastıq və yorğanı səliqə-səhmana salmaq həyatımıza həqiqətən təsir edir.
Kiçik fəaliyyətlər bizə özümüzü daha inamlı hiss etməyə imkan verir. Dünya bütün xaosa bürünmüş kimi görünsə belə, gündəlik ayinlər bir insana yalnız rahatlıq hissi vermir, həm də nəzarəti hissini gücləndirir. Əslində, hər birimiz düşündüyümüzdən daha çox gücə sahibik.
Aşağıda gündəlik həyatı asanlaşdırmaq üçün əhəmiyyətli bir neçə ipucu verilib.
1. Səhər yeməyini gözəl masa arxasında edin.
İş masası, metro və ya avtomobildə deyil. Mümkün qədər tez yeməyə çalışmaqla bədənin ehtiyaclarının şüurlu şəkildə təmin olunmasına daha az vaxt sərf edirsiniz. Lakin bu zaman bədən həzm prosesinə daha çox vaxt və enerji sərf edir. Hətta bir fincan çay və ya qəhvə böyük fərq yaradır! Rahat orutub çayınızı için, yeməyinizi yeyin və andan zövq alın.
2. Bütün cihazların ekranını silin.
Telefon və planşetin ekranını sonuncu dəfə nə zaman sildiyinizi xatırlayırsınız? Bütün gün süni işığa baxmağa məcbur olan gözlərinizə hörmət edin. Telefonda və kompüter önündə keçirdiyiniz saatlar sizə daha xoş gələcək. Telefonun ekranı çatlayıbsa, onu təzəsi ilə əvəz edin. Çatlamış ekran gözəl görünmür və bunun necə baş verməsi mümhüm deyil.
3. İstirahət üçün vaxt ayırın.
Gün ərzində istirahət üçün özünüzə vaxt ayırın. Əgər bu vaxtı kimsə sizi narahat edirsə, ona əlinizdə tutduğunuz çay fincanını göstərib gülümsəyin. Bu, onu ifadə edir ki, “İndi yox”. Hərdən öz qayğımıza qalmalı və yenilənmək üçün bizə noutbuklardan daha çox vaxt lazım olur.
4. Yatmazdan əvvəl özünüzü öyün.
Şüuraltında sorğu-sualsız heç vaxt yatağa girməyin. Şüuraltı insan yuxuda olarkən belə işləməyə davam edir, onun üçün edə biləcəyiniz ən yaxşı sorğu daimi etiraflardır.
Yatmazdan əvvəl kitabı bağlayıb işığı söndürün və özünüzə bu sualı verin: Bu gün özümdə ən xoşuma gələn şey nə oldu? Günün necə keçməsindən asılı olaraq cavablarınız fərqli ola bilər. İstənilən halda özünüzü öymədən yuxuya getməyin. Bu ritualı hər gün yerinə yetirsəniz, həyatınızda xoş hadisələr çoxalacaq.
Enerji artımını yeniləmək və günün daha səmərəli olması üçün bir neçə dəqiqə davam edən kiçik bir çox rituallar var. Siz bütün dünyaya nəzarət edə bilməzsiniz, ancaq sizə aid olan sonsuz sayda məşğuliyyətləri idarə etməyi öyrənmək üçün imkanınız var. Bəlkə adi yatağı yığışdırmaq belə əhvalınıza müsbət təsir edə bilər, ən pis gündən sonra evə gələndə, səliqəli otaqla qarşılaşacaqsınız. O zaman yatmazdan öncə özünüzü öyün.
Aytən Məftun(Publika.az)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
190 manat ailədən bir neçə nəfərə verilə bilər - Rəsmi
Karantinə fərqli yanaşma-FOTO
Noutbukun üstünə su dağılarsa nə etməli?
"Tezbazar" salatı (foto resept)
Uşaq otaqları üçün fərqli dizaynlar
Putin Türkiyə şərti qoydu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Hava haqqında - 21.01.2014
Bakının ən böyük yolkası harda qurulur?
Harvard qatığın faydasını tapdı
"Facebook"ın işində PROBLEM yarandı
Şuşanın ətrafı minalardan təmizlənir - VİDEO
Ayrıldınızsa, unudun!
Putin İrana nadir Quran apardı
Şokoladlı portağal dilimləri (foto-resept)
HAVA necə olacaq?
İslamda qeybət edənin cəzası
Tarkan gənclik FOTOsunu paylaşdı
Qaz olmayacaq!
Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz
Sevgi ruhu canlandırır
Bir həkimin dilindən...
Kraliça yeni işçi axtarışına çıxdı-FOTO
Onun əl işi Azərbaycanda ilkdir - FOTOLAR
Yay salatı (foto resept)
Qar yağacaq, külək əsəcək
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ
Bakıda ət kəsimi yerləri ləğv edilir
Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu
Düşmən bir günə daha 59 hərbçisinin məhv olduğunu etraf etdi
Qarabağın ən son görüntüləri-Video
Boşanmalar ən çox hansı yaşda qeydə alınır?
Ermənilər yenə səfirliyə yumurta atdılar
Xanımlarımızın kompleksləri
Arıqlamaq üçün ideal bitki-Razyana
Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA/VİDEO
2100-cü ildə Çin əhalisi azalacaq
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Əkiz hamiləliyin yaranma səbəbi və riskləri
Yeni “Nu poqodi”də Canavarın 3D görüntüsü təqdim olunub - FOTO
Günün qoroskopu: nə istədiyinizi anlayacaqsınız
Şüuraltı
Zoğalın bilmədiyimiz faydaları
Qadınların yaşını göstərən bədən üzvləri
30 minlik borc sənədi Ebruya göndərildi
Dünyanın ən kök qadını 5 həftəyə 140 kq arıqladı
Yeni il salatı (foto-resept)
Azərbaycanda yağış yağacaq
Cennifer yenidən Diqqət Mərkəzindədir