Bakıda hava 21°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
17:41Feride Mənde beyenmisdim amma gozu sismisdi yorgundu 14:32Xəyalə Murad Cingiz birinci yerə layiq idi.Musiqi seçimi də uğurlu olub 13:45Sima 7 ci yerde oldu peri 13:27PERI cingiz necenci yere cixdi? 13:16Ayla Ayla Yaxsi ki qadin net var vaxt kecir 13:16Ayla Ayla Allah orucumuzu qəbul elesin Necə keçirdirsiz qızlar 10:21Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40446

"İşıqlar üşüyəndə" Rəsul Rza

İşıqlar üşüyəndə

"İşıqlar üşüyəndə" Rəsul Rza

Pəncərə şüşəsində

nəm işıqlar titrəyir,

Yağış yağır, deyəsən.

Bir dəli şeytan deyir:

-Plaşını geyəsən,

girəsən yağışlığa.

Yağış yusun üzünü,

yağış yusun üstünü.

 

Pəncərə şüşəsində

nəm işıqlar səyrişir,

Yenə küləkdir əsən.

Bir dəli şeytan

məni qıdıqlayır, elə bil.

Soyunub paltarını

yağışlığa girəsən,

yuyunasan tərtəmiz.

Hanı ağıllı şeytan!

Çəkib çıxarsın məni

nigaran dolaşıqdan.

Qoparsın gözlərimi

bu səyrişən, titrəşən

üşüyən nəm işıqdan,

üşüdən nəm işıqdan.

 

1966

 

Rəsul Rza


Səslərin sayı: 0
0
284
Loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!