Qadin.NET / "İşıqlar üşüyəndə" Rəsul Rza

"İşıqlar üşüyəndə" Rəsul Rza

İşıqlar üşüyəndə

"İşıqlar üşüyəndə" Rəsul Rza

Pəncərə şüşəsində

nəm işıqlar titrəyir,

Yağış yağır, deyəsən.

Bir dəli şeytan deyir:

-Plaşını geyəsən,

girəsən yağışlığa.

Yağış yusun üzünü,

yağış yusun üstünü.

 

Pəncərə şüşəsində

nəm işıqlar səyrişir,

Yenə küləkdir əsən.

Bir dəli şeytan

məni qıdıqlayır, elə bil.

Soyunub paltarını

yağışlığa girəsən,

yuyunasan tərtəmiz.

Hanı ağıllı şeytan!

Çəkib çıxarsın məni

nigaran dolaşıqdan.

Qoparsın gözlərimi

bu səyrişən, titrəşən

üşüyən nəm işıqdan,

üşüdən nəm işıqdan.

 

1966

 

Rəsul Rza


30 aprel 2019
GO BACK