Elizabet Vije Lebrön - Portret ustası » Qadin.Net ~ İlk milli qadın portalı... Azərbaycan xanımlarına...
Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9330 AZN
13:58Surayye Dilim oyresib e Xeyale xanim. Tapdim sagolun 13:54Xəyalə Murad Mətbəx bölməmizin Kosnervləşdirilmiş məhsullarına baxın 13:54Xəyalə Murad Sürayyə xanım,yaşıl pomidor turşusunu nəzərdə tutursuz? 13:52Surayye Mene tecili lazimdiye 13:52Surayye Xanimlar goy pamidor tursusunu nece qoyurlaq bilmirsiz? 13:50Xəyalə Murad Çoxu şərh yazmağa ərinir, ondandır( 13:36Elif♡ 200u, 1000i kecen baxiş sayi olan xeberlerde şerh sayi 2-3 13:35Elif♡ Xanimlar niye aktiv deyilsiz? 11:52Xəyalə Murad Hər vaxtınız xeyir olsun! Şükür siz necəsiz? 10:54Sima necesiz eziz bacilar
39016

Elizabet Vije Lebrön - Portret ustası

 

Təsəvvür edin ki, Mariya Antuanettanın şəxsi rəssamısınız... Fransa İnqilabı da günbəgün qızışır... Nə edərdiniz? Elizabet Vije Lebrön - seçim arasında qalan bu xanım rəssam da Fransada qalıb fəaliyyətini davam etdirmək, yaxud ölkəsini tərk etmək qərarını verməliydi...

 

Elizabet Vije Lebrön - Portret ustası



 

Elizabet Vije Lebrön - avtoportret, 1800

Elizabet Luisa Vije (Mari-Elizabet Luisa Vije-Lebrön) 1755-ci il, aprelin 16-da dünyaya gəlib. Görkəmli rəssam Lui Vijenin və saç ustası Janna Maysinin ilk övladı olan Elizabet, Sent Estaj kilsəsində xaç suyuna salınıb. Onun qardaşı Etiyen isə üç il sonra doğulub. Anası daha çox Etiyenə diqqət göstərirdi, Elizabet isə atasının sevimlisi idi. Lui Vije dövrünün tanınmış rəssamları ilə dostluq edirdi, həmçinin Müqəddəs Luki Akademiyasının professoru kimi bir çox məsləkdaşı ilə sıx əlaqə saxlayırdı.

Elizabet altı yaşına qədər sadə kəndli qadın olan süd anasının yanında, Şartr yaxınlığındakı İpernon kəndində yaşamışdı. Altı yaşında təhsil üçün Triniti Monastrına gedir və burada yazmağı, oxumağı, hesabı, tikməyi, naxış qoymağı və ictimai davranış qaydalarını öyrənir. Artıq  erkən məktəb illərindən rəsm çəkməyə başlayan gənc qızın istedadı aydın görünürdü. O, həmişə qeyd edirdi ki, mən bu sənəti özüm öyrənmişəm.

Onun atası 1767-ci il mayın 9-da dünyadan köçür. Bundan təsirlənən Elizabet depressiyaya düşür və çəkə bilmir. Atasının ən yaxın dostlarından biri onu inandırır ki, yalnız sevdiyi işlə məşğul olarsa, atasının yoxluğu ilə barışa bilər. Doğurdan da, həyatının qalan hissəsində Elizabet, yalnız işində təsəlli tapır.



 

Hubert Robert, Vije Lebrönun atasının dostu, 1788 

Elizabet rəssamlıq dərsləri alır və atasının yaxın dostunun dəstəyi ilə gözəl əsərlər yaratmağa başlayır. Artıq onun rəsmləri xeyli diqqət də cəlb edirdi. Atasının ölümündən bir neçə ay sonra anası ərə gedir və onlar Parisin ən dəbdəbəli yerlərindən birinə köçürlər. Burada Elizabet  üçün daha əlverilşli şəraitdə işləmək, maraqlı insanlarla tanış olmaq şansı yaranır. Pale-Royal (Palais-Royal) ətrafında gəzişərkən zadəgan xanımları ilə görüşən və onları öz nəcibliyi ilə valeh edən Elizabet, tezliklə adlı-sanlı ailələrdən nahar və yığıncaqlara dəvətlər alır. Daha sonra portret sifarişləri gəlir. Marli-le-Rua (Marly-Le-Roi) qəsrinə dəvət edilən Elizabet, ilk dəfə burada Mariya Antuanetta ilə qarşılaşır. 1774-cü ilin payızında o, Müqəddəs Luk Akademiyasına (fransız rəssamların tarixi gildiyası) üzv kimi qəbul olur.

 

Elizabet Vije Lebrön - Portret ustası



 

Gənc qadının portreti, 1797 

Nüfuzu yüksəldikcə gəliri də artan Elizabetin qazandığı pulları atalığı ondan alırdı. Təqaüdə çıxdıqdan sonra isə o, şəhərin daha sakit bir yerinə köçür. Burada ailənin qonşulardan biri incəsənət əsərlərinin satıcısı, həm də rəssam olan Jan-Batist-Pyer Lebrön idi. Onun iyirmi yeddi, Elizabetin isə iyirmi yaşı vardı. Jan-Batist evlilik təklif etsə də, Elizabet əvvəlcə  tərəddüd içində qalır. Çünki o, sərbəst, özünü təmin edən və həyatından məmnun biri idi. Anası Lebrönün varlı biri olduğunu zənn edib qızını onunla evlənməyə razı salır. Nəhayət, heç olmasa, gələcəkdə onun işi, rəssamlıq karyerası üçün də münasib olacağını qəbul edərək Elizabet razılıq verir. Onlar 1776-cı il, yanvarın 11-də Sent Estaj kilsəsində evlənirlər.

 

Elizabet Vije Lebrön - Portret ustası



 

İmperator I Pavelin qızları, 1797

Çox keçmədən Lebrönun varlı olmadığı aydınlaşır, hələ üstəlik, şorgöz və qumar aludəçisi Jan-Batist arvadının pullarını alaraq özü üçün xərcləməyə başlayır. Bunlara baxmayaraq, həyat yoldaşının qeydinə qalan Lebrön onun karyerası üçün çalışmış və nüfuzunu daim qorumuşdu. Jan-Batist usta rəssamlarla maraqlanırdı və Piter Paul Rubensi çox sevirdi. Elizabetin də kumirləri Rubens və Antonio Van Deyk idi. Lebrönlərin 1780-ci il fevralın 12-də Jüli adlı qızı dünyaya gəlir. Bundan sonra analıq sevgisi Elizabet Vijenin bütün rəsmlərində aparıcı mövzuya çevrilir.



 

 

Rəssamın qızı ilə avtoportreti, 1786

 

Elizabet Vije Lebrön - Portret ustası


Anna Stroqanova və oğlu, 1795

 

 

Elizabet Vije Lebrön - Portret ustası


Qrafinya fon Şonfeld və qızı, 1793

 

 

 

Elizabet Mariya Antuanettanın ilk portretini 1778-ci ildə çəkir. O, kraliçanın şəxsi sevilmli rəssamı, rəsmi portretçisi olur. On il müddətində kraliçanın otuzdan çox portretini işləyir. Elizabet çalışırdı ki, rəsmələrində kraliçanın ana olmasından sonra da onun daha  gözəl və incə əksini yaratsın. Mariya Antuanetta ilə sıx dostluq əlaqələri olan Elizabet ömrünün sonuna qədər monarxiyanı dəstəkləmiş və həmişə kraliçaya sadiq qalmışdır.

 

Elizabet Vije Lebrön - Portret ustası



 

 

Mariya Antuanetta və uşaqları Versal sarayında,1788

1783-cü ildə Elizabet “Həsir şlyapa ilə avtoportet”ini yaradır. Bu əsər onun Rəssamlıq və Heykəltəraşlıq Kral Akademiyasına (Académie Royale de Peinture et de Sculpture) qəbul olmasında əsas rol oynayır. Bu şərəfə layiq görülən  fransız rəssamlara geniş imkanlar açılırdı, onlardan biri də Luvrun ikiillik salonunda  əsərlərin nümayişi idi. Bundan sonra ELizabet evində də sərgilərini keçirməyə başlayır və müxtəlif yazıçıları, rəssamları dəvət edir. Bu cür yığıncaqlar təşkil etməkdə ustaya çevrilən Elizabet öz işini 1789-cu ilə qədər davam etdirir.


Vije Lebrön həsir şlyapada, avtoportret, 1783

 

Elizabet Vije Lebrön - Portret ustası



 

Markiza de Pezay və markiza de Ruj ilə oğulları Aleksis və Adrien, 1787

1789-cu ildə Fransa İnqilabı ən qızğın dövründə idi. Mühafizəkar monarxiyaçı və kraliça Mariya Antuanettanın şəxsi dostu olan Elizabet Lebrön çıxılmaz vəziyyətə qalmışdı. Ya öz həyatını təhlükəyə atıb burada qalmalı, ya da çıxıb getməli idi. Qərar verən rəssam, balaca qızı və götürdüyü az miqdar - altı qızıl pulla gizlicə İtaliyaya qaçır. Dövrün bir çox rəssamı kimi o da Romaya getməyi xəyal edirdi. Beləliklə, Romada o, antik yerləri, incəsənət və rəssamlıq sərgilərini ziyarət edir. 1790-cı ilin aprelində Elizabet Romada Müqəddəs Luka Akademiyasına (Roman Accademia di San Luca) seçilir. Həmin ayda o, Neapol, Venesiya və Milan şəhərlərini gəzir. Cəsur rəssam qadın üç dəfə kül püskürən Vezuviyə də çıxmışdı. Neapolda olarkən Ceyms Hamilton və onun xanımı Emma Hart ilə tanış olur. O vaxtlar Hamiltonla evlənmək ərəfəsində olan Hart sonralar lord Nelsonun pis ad çıxarmış sevgilisi kimi tanınmışdı. Elizabet Emma Hamiltonun əksini bir neçə dəfə kətan üzərinə köçürüb.

 

Elizabet Vije Lebrön - Portret ustası


 

Emma Hamiltonun Portreti, 1790

Yaxın dostu və sevimli kraliçası Mariya Antuanetta 1793-cü il, oktyabrın 16-da dünyadan köçəndə Elizabet dərindən sarsılmışdı.

1794-cü ilin iyununda Elizabet və Jan-Batist Lebrön boşanırlar. Lakin ayrılıq onların münasibətlərinə təsir göstərmir. Belə ki, Jan-Batist əlindən gələni edir ki, hökümət Elizabeti Fransaya buraxsın. Onu əməyi nəticəsiz qalmır. Fransaya getməzdən əvvəl Elizabet Vyanaya, Sankt- Peterburqa, Moskvaya, Estoniyaya və Berlinə səyahət edir. Rəssama Böyük Yekaterinanın portreti sifariş olunur, ancaq təəssüf ki, bir həftə sonra imperatriçə insultdan həlak olur. Rusiyada olarkən Elizabet Sankt-Peterburq İmperial İncəsənət Akademiyasının fəxri üzvü seçilir. Berlin ziyarəti zamanı isə o, Berlin Rəssamlıq Akademiyasına üzv qəbul olunur

 

Elizabet Vije Lebrön - Portret ustası



 

Şahzadə Yusupova, 1797

 

Elizabet Vije Lebrön - Portret ustası



 

Qrafinya Skavronskaya, 1790

 1800-cü il iyunun 5-də nəhayət ki, Elzabetin adı emiqrantlar siyahısından silinir, lakin yenidən Fransaya qayıtmaq üçün sənədlərin hazırlanmsı bir il də uzanır. 1802-ci ilin yanvarında hər kəsin sevinərək qarşıladığı rəssam Parisə qayıdır. Burada Elizabet keçmiş ərinin evində yaşayır və 1813-cü ilin avqustunda Jan-Batist ölənə qədər onlar dost münasibətlərini qoruyub saxlayırlar.

 

Elizabet Vije Lebrön - Portret ustası



 

Mariya Antuanettanın porterti, 1783

1803-cü ilin aprelində Elizabet İngiltərəyə yola düşür və 1805-ci ilə qədər burada qalır. Britaniyalılar tərəfindən də xoşməramla qarşılanan rəssam Uels şəhzadəsi (gələcəkdə IV Qeorq), rəssam Coşua Reynolds və köhnə dostu Emma Hamiltonla görüşür. Burada da inqilabdan öncə olduğu kimi sərgilər keçirməyə başlayır. Qızı Jülinin Parisə döndüyü haqqında məktub alan kimi, özü də könülsüz halda İngiltərəni tərk etməli olur.

Sadiq bir monarxiyaçı olan Elizabet Napoleon rejimi tərəfindən layiqincə dəyərləndirilmir. O həmişə İsveçrə dağlarını və göllərni gəzmək, əsərlərini yüksək qiymətləndirdiyi Jan-Jak Russonun evini ziyarət etmək istəyirdi. Elizabet 1807-1808-ci illərdə bütün yayı İsveçrədə keçirir.



 

Vije Lebrön - Monblan dağı, 1808

Onun qızı Jüli 1819-cu ilin dekabrında ölür. 1820-ci ildə 65 yaşında Elizabet Luar vadisinə (Loire Valley), Tur şəhərindəki Renessans qəsrinə sonuncu səyahətini edir. Parisə qayıdanda ev alır və burada yerləşərək rəsmlər çəkir, öz memuarlarını yazır. Vəsiyyətində qeyd edir ki, onu Lüvesyen ( Louveciennes)  qəbiristanlığında dəfn etsinlər. Dövrünün istedadlı rəssamı Mari-Elizabet Luisa Vije-Lebrön 1842-ci il martın 30-da vəfat edir.

 

Müəllif: Syuzan Abernesi (Susan Abernethy)

İngiliscədən tərcümə: Xavər Zahir  

Səslərin sayı: 1
2
274
Digər yazılar
Şərhlər
Offline
Sima
maraqli yazidi cox sag olun
21 iyul 2018 23:13
Offline
Xəyalə Murad
Çox təsirləndim. Xüsusilə, portretlərdəki gözlər məni özünə cəlb etdi. Canlı, həssas, utancaq, sevgi və s. kimi hissləri əks etdirir. Tərcümə üçün çox sağ olun, Xavər xanım.
21 iyul 2018 22:05
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...

    90 yaşlı instagram fenomeni ))
  • Ayın ən çox satılan kitabları-SİYAHI

    1. Vladimir Jeleznikov. “Müqəvva”. Roman. Yeni tərcüməDiqqətimi çəkdi
  • Məryəm Üzerle əvvəlki gözəlliyini bərpa etdi-FOTO

    Həqiqətən də, əvvəlki gözəlliyini bərpa edib. Dolğulardan xilas olub. Təbii görünüşünü geri qazanıb
  • 16:57 - Müəllif: Xəyalə Murad
    Gündəlik yod ehtiyacı (1)

    Gündəlik yod ehtiyacı

    - 5 yaşına qədər olan körpələr və uşaqlar üçün gündə 90 mikroqram yod- 6 ilə 12 yaş arası uşaqlar üçün 120 mikroqram
  • Hava ilə işləyən avtomobil yaradıldı - FOTO

    Havamız o qədər təmizdi ki bir də bu çıxdı
  • 14 yaşlı gənc Vermontun rəhbəri olmaq istəyir

    Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, 3 namizədlə yarışacaq 14 yaşlı gənc "Vermontlular məni ciddi qəbul etməlidirlər, çünki onları qabağa aparacaq düşüncələrim var", deyə bildirib.Yaxşı cavabdı
  • 15:15 - Müəllif: Ayla Ayla
    Eyni serialda rol alacaqlar? (1)

    Eyni serialda rol alacaqlar?

    Bir serialda olsalar çoox sevinərəm
  • Köhnə adət; günəşdən qorunmaq üçün makiyaj etmək

    Nə yaşları var ki Hər qəbilədə qadınlar zülm çəkir
  • Artur-Rivares Feliçe,yoxsa Ovod?

    Menim bu saytda ilk xeberim mehz bu eser "Ovod" haqqinda olmusdu. En sevdiyim, cox cox sevdiyim bedii qehremanlardan biri. Goz yaslari ile oxudugum bir eser. Onun atasina mehebbeti hem qezebi hebsxanada olarken qarisiliqli dialoqlari, gullelenme sehnesini aglayaraq oxumusdum. Sevdiyi qiza mektubu. Mektubda deyirdi: men seni saclarini sican quyrugu tek horuk yigan vaxtlardan sevirem. Yəni lap usaqliqdan. O qeder tesirli o qeder saf. Coxx sevdim xeberinizi. TesekkurlerGəlin qınamayaq.Bizlər deyilik İbrahimin balasını Allah uğrunda fəda etmək istədiyi günü özümüzə bayram edən?Beli bu muselman alemin iki en eziz bayramindan biri olan Qurban bayramidi. Ve Allahin bir sinagi idi dediyiniz hadise. İbrahim ə.s bu sinaqdan da kecdi..
  • Uşaqlar neçə yaşında musiqi alətində ifa edə bilər?

    Musiqinin dili olmazsa, öyrənmək üçün yaşı da olmaz.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )