Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

Dövlət rüsumu haqqında

Dövlət rüsumu haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Dövlət rüsumu anlayışı

1.1. Dövlət rüsumu — dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və

hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı,

razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

Heç bir hüquqi və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında

göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.

1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti

 orqanları qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və

başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər.

Maddə 2. Dövlət rüsumunun tutulduğu hallar

2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur:

2.0.1. məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi

barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar

verilməsi;

2.0.2. notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması;

2.0.3. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;

2.0.4. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan

şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi

verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul və ya vətəndaşlığından çıxma;

2.0.5. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində

konsul əməliyyatlarının aparılması;

2.0.6. standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, sənaye mülkiyyəti obyektlərinin, əsərin, əlaqəli

hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər,

habelə icazələrin bəzi növlərinin verilməsi nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və

fiziki şəxslərə xidmətlərin göstərilməsi

2.0.7. xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi;

2.0.8. hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı;

2.0.9. qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydə alınması halları istisna olmaqla) və

dövlət reyestrinə daxil edilməsi;

2.0.10. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi;

2.0.11. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı

sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı;

2.0.12. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması,

ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası.

2.0.13. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi;

2.0.14. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin

icazəsinin və fitosanitar sertifikatlarının verilməsi;

2.0.15. Dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların,

dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik həcmli gəmilərin qeydiyyata alınması,

onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi,

kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi; 

2.0.16. Mülki aviasiya sahəsində sertifikatların verilməsi, tanınması və müddətinin uzadılması, şəhadətnamələrin,

habelə uçuşlara icazələrin verilməsi;

2.0.17. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət

yerlərinin müəyyən edilməsi, habelə küçə reklamının yerləşdirilməsinə birdəfəlik icazənin verilməsi;

2.0.18. xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması;

2.0.19. dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı.


Redaktə etdi: Cielo_E_Terra - 3 avqust 2011

Səslərin sayı: 10
36
4449
loading...
Şərhlər

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

8.1. Məhkəməyə verilən iddia ərizələrindən:

 

8.1.1. iddia qiyməti 110 manatdan çox olduqda;

20 manat

8.1.2. iddia qiyməti 110 manatdan çox olmadıqda.

3 manat

8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən:

 

8.2.1. iddia qiyməti 110 manatdan çox olduqda;

20 manat

8.2.2. iddia qiyməti 110 manatdan çox olmadıqda;

3 manat

8.2.3. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən.

3 manat

8.3. Məhkəmə əmri haqqında ərizələrdən.

10 manat

8.4. Apellyasiya və kassasiya şikayətlərindən:

 

8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən;

bu Qanunun 8-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 120 və 150 faizi

8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən;

10 manat

8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən;

6 manat

8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən;

20 manat

8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən;

5 manat

8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən;

6 manat

8.4.7. vergi ödəmələri barədə mübahisələri üzrə iddia ərizələrindən;

5 manat

8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə;

6 manat

8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən;

5 manat

8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə;

20 manat

8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən qeyri əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən;

3 manat

8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən;

6 manat

8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin iqtisad məhkəməsinin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən;

10 manat

8.4.14. sənaye mülkiyyəti obyektlərinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən.

20 manat

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

10.1. Daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, qurğuların, tikililərin, torpaqların və başqa daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:

 

10.1.1. müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə;

7 manat

10.1.2. müqavilə üzrə əmlak başqa vətəndaşlara və ya hüquqi şəxslərə keçirsə:

 

Bakı şəhərində;

110 manat

digər şəhər və rayonlarda;

44 manat

10.1.3.müqavilə üzrə əmlak (torpaq istisna olmaqla) xarici hüquqi şəxsə və ya əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə keçirsə;

şərti maliyyə vahidinin 400,0 misli

10.1.4. mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün.

7 manat

10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:

 

10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın, bacının mülkiyyətinə keçirsə;

25 manat

10.2.2. müqavilə üzrə əmlak digər vətəndaşın və ya hüquqi şəxsin mülkiyyətinə keçirsə;

50 manat

10.2.3. müqavilə üzrə əmlak xarici hüquqi şəxsin, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətinə keçirsə.

75 manat

10.3. Yaşayış evlərinin tikinti işi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün:

 

10.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, babaya, nənəyə, nəvəyə, valideynlərə, qardaşa, bacıya keçirsə;

3 manat

10.3.2. müqavilə üzrə istifadə hüququ digər fiziki və ya hüquqi şəxsə keçirsə.

5 manat

10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə:

 

10.4.1. dəyəri 2200 manatadək;

5 manat

10.4.2. dəyəri 2200 manatdan 5500 manatadək;

17 manat

10.4.3. dəyəri 5500 manatdan çox olduqda.

28 manat

10.4-1. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:

 

10.4-1.1. Bakı şəhərində

110 manat

10.4-1.2. digər şəhər və rayonlarda

44 manat

10.4-2. Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:

 

10.4-2.1. Bakı şəhərində

55 manat

10.4-2.2. digər şəhər və rayonlarda

22 manat

10.5. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:

 

10.5.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə;

3 manat

10.5.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə;

5 manat

10.5.3. tərəflər digər fiziki və hüquqi şəxsdirsə.

61 manat

10.6. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün:

 

10.6.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə;

3 manat

10.6.2. tərəflər digər fiziki və ya hüquqi şəxslərdən ibarətdirsə.

5 manat

10.7. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:

 

10.7.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq);

3 manat

10.7.2. vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə.

11 manat

10.8. Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün.

3 manat

10.9. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün:

 

10.9.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə;

5 manat

10.9.2. etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə.

10 manat

10.10. Pensiyaların alınması üçün pensiyaçılar tərəfindən verilən vəkalətnamələrin təsdiqi üçün.

şərti maliyyə vahidinin 0,2 misli

10.11. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün:

 

10.11.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə;

3 manat

10.11.2. etibarnamə digər fiziki və ya hüquqi şəxslərə verilirsə.

5 manat

10.12. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün:

5 manat

10.13. Dəniz protestlərinin tərtibi üçün.

10 manat

10.14. Vəsiyyətnamələrin təsdiqi üçün:

3 manat

10.15. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün.

2 manat

Offline
.....
MARAQLI XEBERDI TEW girl_ten
24 dekabr 2014 20:44
Offline
SARA91
lazimi anda oyrenmek ucun cox vacib melumatlardir, cox sag ol ,qizim.
yoldawim 35 ilden coxdur ki , qaynaqci iwleyir.bir nece iller bundan evvel pensiya almaq ucun cehd gosterse de alinmadi .qizim , bu barede oyrenmek isterdim.

SAG OL , QIZIM , BIZLERI MELUMATLANDIRDIGIN UCUN. CUNKI , ADAMLARA BAWQA QIYMET DEYIRLER.
10 oktyabr 2011 09:52
Offline
oksana
duzu oxumaga sebrim catmadi amma yene de sizlere teseekkurlerr
24 avqust 2011 16:52
Offline
moocik
COX MARAQLI XEBERDIR,AMMA BU SEHIFEDE DE POZULUB GORUNUW
12 avqust 2011 16:02
Offline
Gulusum.
SAG OL CANIM BILIKLENDIRDIN BIZLERI
7 avqust 2011 14:49
Offline
Zeriş
OXUDUM BEZİLERİNİ BİLİRDİM TƏŞƏKURLƏR
6 avqust 2011 09:58
Offline
ulker
bu mene bankda iwleyende lazim olacaq
5 avqust 2011 19:48
Offline
FEMIDA
akkord,
unknown,
aişvarya?rai,
cox tesekurler xanmlar winked
5 avqust 2011 14:55
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
unknown
OY SEBRIM CATMADI
4 avqust 2011 14:31
Offline
aishvarya rai
cox sag olcanim tez tez hazirla bele xeberlerden tesekkurler
4 avqust 2011 11:02
Offline
FEMIDA
Raviş,
vefa-n,
Selin,
klub_nicka,
vlada,
sevgul,
Gonulcelen,
minnetdaram size xanimlar, sizde cox saq olun.. love
4 avqust 2011 10:35
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Məryəm.
Ceyhune,
çox sağol xəbərə görə
3 avqust 2011 20:54
Offline
vefa-n
cox sag ol ceyhune.eslinde oxudum amma bezi meqamlari gerek diqqetle oxuyum.inşallah bir gun deqiq oxuyacam.cox sag ol
3 avqust 2011 20:49
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
3 avqust 2011 19:13
Offline
elmira
BEZILERINDEN XEBERIM VAR IDI
3 avqust 2011 17:55
Offline
vlada
tesekkur yariya kim i geldim sorasida qalsin sabaha
3 avqust 2011 16:33
Offline
creativka
men burdakilari ozume yaxin bilib sen deye muraciet edirem,hec kimin xetrine deymedi,sizin amma xetrinize deydi?burda kobud 1 hereket elemedim,sozu siz acdiniz,problem deyil,istersiniz siz deyerem menim ucun ferqi yoxdu,sohbeti de uzatmayaq
3 avqust 2011 15:42
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
FEMIDA
Sitat: creativka
qaldi,siz sozune her kesden boyuk olan Allaha bele sen deyirik,yani siz ondan da boyuksunuz?ESTAGFRULLAH...bilmirdik,bagiwlayin

en boyuk gunahi qazanirsiniz bu eziz gunlerde. men seliqeli danismaqi cox seviram.
3 avqust 2011 15:29
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
creativka
huquqwunassiniz lap yaxwi...qaldi,siz sozune her kesden boyuk olan Allaha bele sen deyirik,yani siz ondan da boyuksunuz?ESTAGFRULLAH...bilmirdik,bagiwlayin
3 avqust 2011 15:20
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
Gülüm
twk xebere gore.
3 avqust 2011 15:07
Adıniız:*
E-Mail:
ıifrə: *
Yazarlar
Son yazılar
Son şərhlər
Maraqlıdır