Buqələmun düşdüyü mühitin şəraitinə görə rəngini dəyişir. Buna səbəb təbii ki, özünü yırtıcılardan qorunmaq və qeyb olmaq istəyidir. Düşdüyü hər şəraitə görə rəngini dəyişən təkcə buqələmunlar deyil, həm də insanlardır! Bilirsinizmi ki, ətrafımızda nə qədər buqələmun kimi yaşayan insanlar vardır. Hər kəsin keçmişi və böyüdüyü mühit fərqlidir və Tolstoyun ifadə etdiyi kimi bizlər müxtəlif cür bədbəxtik. Bəs buqələmun kimi yaşamağa insanları sövq edən nədir?!
İnsanlarla bir araya gəldikdə davranış şəklini həmin mühitin istəklərinə görə dəyişən insanlara buqələmun deyilir. Özlərini güvəndə hiss etmirlər və başlayırlar daha basqın xarakterlərin əhatəsində öz həqiqi kimliklərini gizlətməyə. Gizlənmək ehtiyacı isə güvəndə olmaq istəyindən doğur. İngilislərin belə bir deyimi var:
“Özün olmaq çox çətindir”
Başqalarının dedikləri ilə hərəkət etdiyi üçün buqələmun xarakterini daşıyan insan süni davranır və öz kimliyini bu maskalanmış kimlik ilə əvəz edib xoşbəxt bir şəkildə həyatına davam edir. Ən asan yoldur belə yaşamaq. Var olduğu şəraitə uyğunlaşmaq üçün, heçkimdən seçilməmək üçün yalan danışır və ya qarşısındakı insanın fikirləri ilə razı olmadığı halda belə razı olduğunu bildirir. Qabığın içində uzun müddət davam edə bilmir əvəzlənmiş ruhlar və bu insan başlayır özünə ziyan vurmağa. Depressiyalar elə bu vaxt hücum çəkir insana.
Adi bir dialogda belə fikir bildirə bilmirlər və qarşılarındakı insanlarla razılaşırlar hər mövzuda. Heç bir etirazları olmur! Heç bir! Qeyd etdiyim kimi bu ən asan yoldur. Çətin yola baş vurmaq isə özünə hörmət etməkdən başlayır. İnsan özünə hörmət etsə, bədəninə ziyan verməz. Deməli, ruhən bərpa olunmaq üçün ilk növbədə özünə hörmət etməyi bacarmalısan!
Özün özünü bir fərd kimi qiymətləndirməyə başlamalısan. Niyə mən gizlənirəm sualına cavablar hərkəs üçün müxtəlif ola bilər ancaq ümumi cəhət budur ki, insan özünə dəyər verə bilmir. Əllərinlə özünə sarıl və özün özünü qucaqla! Hiss et ruhunu, kimliyini! Özünü sevməyə başla! Depressiyaların səbəb olduğu intihar vəziyyətindən çıxmış olacaqsan! Dərini sığalla və diqqət yetir özünə! Sən necə də gözəl və özəl yaradılmış bir varlıqsan! Bu fərqliliyini dilinə də yansıtmağın lazımdır. Üsyan et! Razılaşma! Etiraz et! Özünü özünə qaytar!
Mən belə insanlara rast gələndə onların necə də əzildiyini hiss etmişəm. Danlandıqlarında belə səslərini çıxarmırlar və vəziyyəti olduğu kimi qəbul edirlər. İçimdən bağırmaq istəyirəm ki, niyə axı razılaşırsan və bütün bu sözləri qəbul etmiş olursan?! Dillən! Danış, fikrini bildir!
Belə halların çoxsu uşaqlıqdan gələn xüsusiyyətlər sayəsində formalaşır. Əvvəlki məqalələrimdə mükafatlandırma haqqında sizə məlumat vermişdim. Görürsünüzmü ki, mükafatlandırma əksikliyi nələrə gətirib çıxara bilir! Buqələmun kimi yaşayan kimliklər əslində var olmayan kimliklərdir. Qarışıb yox olurlar dalğalara. Dalğanın özü olmaq istəyi onlarda heçvaxt yaranmır.
Mükafatını ala bilməyən və daim robot kimi yönləndirilən uşaqlar özlərini tanımırlar və kimliklərini əbədiyyən gizlədirlər. Ona görə də sonrakı davranışlarımız uşaq vaxtı bizə yeridilən və tanıdılan kimliyimizdən birbaşa asılıdır.
Hər birimiz çevrəmizə ayrı bir rəng qatırıq ancaq bu rəng həmin mühitin rəngi olmasın! Seçdiyin rəng özünün doğru kimliyin olsun!
Nərmin Yardımlı
XƏBƏR LENTİ
Şəfalı masaj necə olmalıdır?
Burak Özçivit və Fahriye Evcendən yeni qərar_FOTO
Sualtı aləmə səyahət-2
24 karatlıq tualet kağızı
Uşaqlara ingilis dilini robotlar tədris edəcək
Hülya Avşar efirlərə qayıdır?
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
Azərbaycan incisi payızın rənglərinə büründü
Mehmet Ali Erbilin gənc sevgilisi danışdı-FOTO
Masallıda "Cənnət ağacı"
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
HAVA necə olacaq?- 5 MART
Ata olmağın məsuliyyəti
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Kosmosdan çəkilmiş ilk şəkil yayıldı
Rihanna yeni brendini təqdim edib - FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Bakının məşhur məktəbi niyə sökülür?
Messiyə nə olub?
Məşhur aktrisa hər kəsin rəğbətini qazandı-FOTO
Bakıda 15 nəfərə məzar olan binanın yanmasından bir il ötür
Məşhur aparıcının arxiv FOTOsu tapıldı
"Ağıllı" pəncərələr də yaradıldı
HAVA necə olacaq? 15-yanvar
Ağ şokoladlı biskuvit (foto-resept)
Araz çayı dondu
Arvadını ayının əlindən aldı
Yay makiyajı necə olmalıdır?
"Taxt oyunları"nın finalından danışan 30 milyon cərimələnəcək
Türkiyədə qış vaxtına keçid təxirə salındı
Yuxusuzluq üçün şəfalı daşlar
Dəbli paltolar
Ankara Papaya nota verdi
Göbələkli salat (Foto-resept)
"Pələng balası" salatı (foto resept)
Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
2014-cü ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard manatı ötəcək
Azərbaycanda hava kəskin soyuyur
Ancelina Coli Oğurluqda Günahlandırılır
Bu gün Səyavuş Aslanın doğum günüdür
Həqiqət acı olsa da...
Ajda Pekkan davranışı ilə təəccübləndirdi-FOTO
5 ən qorxulu reklam çarxı...
Bütün şəhər kəpənəklərlə doludur-SƏBƏB
BÜRCLƏR bizə nə vəd edir?-26 Yanvar
Onların dərsi 30 dəqiqə olacaq
Qadına şiddət olmaz!
Hava haqqında
Yenilənmiş Dodge Charger - FOTO
Bakıda ilk müsəlman qız məktəbi belə yaranmışdı...
- ŞƏRHLƏR