Artıq bu diyarın sakininə çevrilmişdim. Mən də onlar kimi əhvalıma görə rəngini dəyişən geyimlər geyinirdim. Gümüş kölgə isə həyatımın mərkəzi halına gəlmişdi. Onsuz yaşamağın mənası yox olmuşdu sanki. Gecələri yuxuya çətin gedirdim. Həmin gecələrin birində aramızda belə bir söhbət olmuşdu:
- Niyə yatmırsan?
- Qorxuram. Başqa həyatın yuxusu olmağından qorxuram.
Bu sözdən sonra məni bağrına basdı və dedi:
- Qorxma. Aldığın nəfəs qədər realam.
* * *
Gözümü açdığım yer bir palata idi. Ağa bürünmüş divarlar. Geniş pəncərələr. Tərpənmək istəyəndə qollarımın bağlı olduğunun fərqinə vardım. Anlamırdım. Birdən-birə burada olmağın nə mənaya gəldiyini. Hansı reaksiyanı verməyin lazım olduğunu dərk edə bilmirdim. Az öncə mən onun qollarında deyilmiydim? Bu an qapı açıldı. Tibb bacısı içəri daxil oldu. Təəccüblə gözlərimi ona doğru zillədim..
- Mən hardayam və burada necə peyda olmuşam.?
Sanki məni eşitmirmiş kimi, heç mənə baxmadan işini görüb otaqdan çıxdı. Bütün bunları dərk etmə səviyyəm çox aşağı idi. Birinci dəfə deyildi, gözümü açıb anlamadığım yerdə oyanmaq. Yenidən qapı açıldı bu dəfə qarşımda sürü ilə həkim var idi. Əllərində kağızlar içəri daxil oldular.
- Özünüzü necə hiss edirsiniz? Harada olduğunuzu bilirsiniz?
Cavab verə bilmirdim. Dərk edə bilmirdim. Kimdi bunlar.
- Gümüşü kölgəm hanı? Siz kimsiniz? Onu çağırın?
Qışqırmağa başladım. Ağlayaraq qışqırırdım.
- Sakit olun. Siz bir aydı yatmısız. Bu müddət ərzində yuxuda gördüklərinizi gerçək zənn etməyiniz normaldır.
Başıma qaynar su tökdülər sanki. Hər dəfə onun sinəsində yuxuya gedərkən, yuxu olmasından qorxurdum. İndi isə mənə onun yuxu olduğunu deyirdilər. Gecə gözlümlə yaşadığım həyatın bir utopiya olduğunu söyləyirdilər. Hiss edərək yaşadıqlarımın yalan olduğunu deyirdilər mənə.. Sadəcə bir yuxu gördüyümü deyirdilər. Toxunduğum əllərin buluddan bir buxar olduğunu söyləyirdilər. Gözlərimdən yaşların axmasına mane ola bilmirdim. Bütün bu yaşadıqlarımı dərk edə bilmirdim. İnanmaq üçün ilk öncə dərk etməliydim. Dərk edə bilmirdim. Doğru yaşamın harda olduğunu tapa bilmirdim. Ən çox xoşbəxt olduğum yerin mənim röyam olduğunu söyləmişdilər. Kədərimi belə yaşaya bilmirdim, anlaşılmazlıq məni əsir almışdı. Burdan çıxa bilmək üçün onları bunun yuxu olduğuna inandığımı göstərməliydim. Bunun yuxu olduğuna dörd divar arxasında heç cür dərk edə bilməzdim. Burdan çıxmalı və addım-addım, hər nəfəsdə bunun yuxu olduğunu dərk etməliydim.
Bir müddət sonra onların dediklərini həqiqət hesab etdiyimi onlara inandırmağa çalışdım. Bəlkə də yalan dediyimi anlamışdılar. Amma məni bu dörd divar arasından çıxarmağa razı oldular. Yəqin artıq kəskin reaksiyalar göstərmədiyimə görə, bu halı qəbul etmiş kimi görünürdüm. Üsyanlar dövrü geridə qalmışdı. Onsuz o olanların tamamilə silinməsi mümkünsüz idi. Uzaqbaşı qəbul edə bilərdim. Bu doğrudur, dediklərinə inanıb, qəbul edə bilərdim. Başqa yol yox idi sanki, həmişə başqa yol vardır deyirlər. Bəlkə də elə idi. Amma bu yol daha əlverişli yola bənzəyirdi.
* * *
Dörd divar arasından çıxdığımdan bəri, özümü inandırmağa cəhd edirdim. Onsuz xəyalpərəst biri idim. Bəlkə bir xəyalı qurarkən dozanı düzgün nizamlamamışdım. Bu dəfə çox ağır başa gəlmişdi mənə.. Niyə yaşaya bilmədiyimi bu qədər güclü yaratma qabiliyyətinə malik idim. Musiqinin səsi kimi ağrılı idi. Dəniz sahilinə getməyə heç cür cəsarət edə bilmirdim. Dənizin o tayında olan yoxluğu görsəm, hansı reaksiyanı verəcəyimi bilmirdim. Ya bununla ömür vərəqlərim bitənə kimi yaşayacaqdım, yaxud da cəsarətimi toplayıb, ömür boyu gözləmək hissindən xilas olacaqdım. Hər dəqiqə məni yoran dəqiqələrə meydan oxuyacaqdım beləliklə. Tavana baxışla keçən gecələrimdən, cəsarət dilənirdim. Səmaların mənə yazığı gəlməsini gözləyirdim. Yuxuya gedərkən, açılacaq sabahlardan bütün bunların bir yuxu olmasını diləyirdim. Pəncərədən boylanan ay, halıma yanırdı sanki, gecələri aydınlatmırdı artıq. Yoxsa mən idim, bütün bunlara məna yükləyən. Ay , səma gecə öz işində idi. Öz hisslərimi təbiətlə qarşılaşdırıb, halıma yandıqlarını düşünürdüm. İnsan kədərli olanda bunun günahını başqalarının üstünə ataraq sakitləşməyə çalışar. Bəlkə mən də təbiəti özümə hədəf seçmişdim. Bütün bunları düşünərək dərin bir yuxuya qədəm basdım. Yuxular çox qəribədir. Uzanmısan və gözünü yumursan, o an biri səni bir yerə, bir ssenarinin içinə atır. Düşdüyün qaranlıq yolda addım-addım yeriməyə başlayırsan. Heç nə görsənmir ətrafda. Qarşına bir qapı çıxır. Köhnə taxta işləmələri olan bir qapı. Sükut içində, qorxmadan qapını açmaq üçün əlini irəli uzadırsan. Yuxuda nə qədər qorxsan da, sanki bunları etməyə məcbursan. Əlin o qapıya uzanmalıdı, açmaqdan qorxsan da. Bu, yaşamaq ana bətndə sənə qorxulu gəlsə də, doğulmağa məcbur olmağa bənzəyir. Barmaqlarım o qapıya toxunduğu an qapı aralanmağa başladı. Gözümün qarşısında açılan mənzərə heç yad deyildi, həmin ada. Yuxudan ayıldım. Hönkürtü ilə ağlamağa başladım. Bu əzabın bitəcəyinə olan ümidimi itirmişdim.
Əlimə qələm alıb yazmağa başladım. Yaşadıqlarımı və yaşamaq istədiklərimi. Təqvimdəki vərəqlər sürətlə tökülürdü. Zamanla keçmir, sadəcə zaman insanı müdrikləşdirir. Həyatın mənasını öyrədir sənə.
Qeyd kitabçamı götürüb, çıxdım evdən. Həmin sahildəki skamyaya əyləşdim və uzaqlara bir müddət baxdıqdan sonra, əlimə qələm alıb yazmağa başladım. Dəniz dalğasının qayalara çırpılmasının səsi, bir musiqi kimi qulağımı oxşayırdı. Mənə deyilənlərə görə burdan o taya baxarkən huşumu itirmişdim. Xəstəxanaya yerləşdirildiyimdə, həkimlər nə baş verdiyini anlaya bilməmişdi. Sehirli həyatı da, arzularımı da orda bir ay yatdığım müddətdə görmüşdüm.
-Bağışlayın, buralarda harda market var? Bilmirsiniz?
Bu səs...... başımı qaldırdım. Həmin sima... necə.. axı.... yoxsa yenə başlayırdı.. yox..
Başımı qollarım arasına alıb, qışqırmağa başladım. Sən yoxsan, mövcud deyilsən. Ola bilməz.
-Bağışlayın, bilmədən düz olmayan nəsə dedim? Yaxşısınız?
-Rahat burax məni! Sən mövcud deyilsən.
Uzaqlaşmağa başladı.
Müəllif: Aida Ustaclı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Meyvələrdən ilham alan sənətkar
Acundan AÇIQLAMA-FOTO
Qarındakı yağları əridən qarışım
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
"Heydər Əliyev və Azərbaycan tarixi" adlı bilik yarışı başlayıb
Azərbaycan Ordusunun Xankəndidə doğum evini atəşə tutması yalandır - RƏSMİ
Nobelin son sahibindən maraqlı əhvalatlar
Alman reyxfürerin sevgi məktubları
"Beyaz Show" geri qayıdır
İncə telli saçlara qulluq üçün məsləhətlər
London Moda Həftəsi
Antarktida buzlaqlarında sirli gəmi aşkar edilib - VİDEO
“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olundu
Məşhur futbolçu Demeti rahat buraxmır - İşə Can da qarışıb
Retro saç stili yenidən dəbdə!
Barış Arduç və Güpse Özay evləndi
Onlar niyə zəhləmizi tökürlər?
Trampın heykəli 28 min dollara satıldı
Uşaqların internetdən asılı olduğunu göstərən hallar
Ah bu donlar,donlar...
Sinem Kobal paylaşdığı FOTO ilə gündəm oldu
Möcüzəvi təbiət hadisələri (2)
İşləmək üçün Qadın oldu
Dövlət Turizm Agentliyi nələri dəyişəcək?
Birinci xanım ərəbləri hiddətləndirdi
Psaki girovlar barədə danışdı
Qabının formasına vurulacağınız ətirlər
Magistraturaya qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"
Uşağın cinsiyyətini necə planlaşdırmaq olar?
Azərbaycanda koronavirusa yoluxma 100-dən aşağı düşdü: Üç nəfər vəfat etdi
Hadise 100 minlik geyim sifarişi verdi-FOTO
Deputatlarımız təsdiqləndi
Günün ulduz falı - 29.12.2013
Azərbaycanda daha bir pivə təhlükəsi
Yayla bağlı ilkin HAVA PROQNOZU
Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?
Marsda həyat əlaməti - Yeni kəşf
Kraliça tacı türk gözələ çatdı
Fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Qaz kəsilməsi haqqında-XƏBƏRDARLIQ
Yeni trend: Təbii və dağınıq qaşlar
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Möcüzəvi təbiət hadisələri
Merkel Facebook-a xəbərdarlıq etdi
Apple-in sirləri açılır
Qorbaçov ölüm yatağında
Portağallı maffin (foto resept)
Bezeli, biskvitli qozlu tort (foto resept)
Bütün noutbuklar üçün eyni...
- ŞƏRHLƏR