"Hazırda Azərbaycanda uşaq ölümləri 2 promilli artıb".
Milli.Az bildirir ki, bunu modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev deyib.
Baş pediatr ölüm səbəblərinin artmasına aydınlıq gətirib. O, yeni doğulanlarda daha çox müşahidə olunan xəstəliklərin içərisində doğuş asfiksiyası və yarımçıq doğuşları xüsusi qeyd edib:
"Doğum asfiksiyası hamiləliyin başa çatdırılmadan doğuşun baş verməsidir.
Bundan başqa, yeni doğulmuşlarda bətndaxili infeksiyalara çox rast gəlinir. Həddindən artıq az çəkili uşaqların doğuşunun artması var.
Əvvəllər 28 həftəlikdən sonra dünyaya gələnlər yeni doğulan kimi qiymətləndirilirdi. 28 həftədən tez doğulanlara gecikmiş düşük deyirdilər.
2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının diri doğulma üzrə yeni meyarlarını qəbul etmişik. Bu da tibbi texnikanın inkişafı ilə bağlıdır. O meyarlara görə, hamiləlik müddəti 22 həftə və ondan artıq, bədən kütləsi 500 qram və ondan artıq olan, həyat əlaməti görülənlər diri doğulmuş uşaq kimi qiymətləndirilir.
500, 600, 700 qramlıq uşaqlara qulluq edilməsi də yeni əmələ gəlmiş problemdir. Hazırda tibbi texnikanın inkişafı ilə əlaqədar olaraq bətn xaricində 500 qramlıq uşaqlara xidmət edilir. Bunun səbəbi də doğuş asfiksiyasıdır. Bu doğuş yollarında, bətn daxilində uşaqların oksigensiz qalaraq boğulmasına deyilir. Bunun da çoxsaylı səbəbləri var".
N.Quliyev eyni zamanda bildirib ki,1990-cı illərin əvvəllərilə müqayisədə, 25 il ərzində Azərbaycanda uşaq ölümləri 3 dəfəyə qədər azalıb:
"2015-2016-cı illərdə isə uşaq ölümləri 2 promilli artıb. Bu da təbii olaraq yuxarıda qeyd etdiyim kimi diri doğulmanın yeni meyarlarına keçidlə bağlıdır. Əvvəl 500 qram çəkidə dünyaya gələn uşaq kimi qiymətləndirilmir, gecikmiş düşük adlandırılırdı. Amma indi onlara da diri doğulan kimi yanaşıldığından uşaq ölümlərinin sayında artım var.
22-28 həftə ərzində dünyaya gələn uşaqlarda yaşama şansı az, ölüm riski çox olduğuna görə, 2 promillik (1 promil əhalinin mində bir hissəsidir. Uşaq ölümləri promillə ölçülür. ) artım var. Yəni, bizdə hər min nəfərə 2 nəfər uşaq ölümü baş verir. Məsələn Orta Asiyada diri doğulmanın yeni meyarlarına keçiddən sonra uşaq ölümləri 5-7 promilli artıb. Bizdə cəmi 2 promilli artım var, bu da təbiidir və bu gün üçün qənaətbəxşdir. Biz çalışırıq ki, göstəricilərimiz dünyanın inkişaf etmiş ölkələrinə bərabər olsun. Hazırda bizdə körpə ölümləri 10-12 promilli arasında dəyişir. İstəyimiz odur ki, göstəricini 4-5 promilliyə endirək. Hansı ki, 1990-cı ilin ortalarında bu göstəricilər 30 promilli olub".
Milli.Az
XƏBƏR LENTİ
Məşhur aktrisa öldü-FOTO
Ruhlar haqqında
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
Daha sağlam və gənc görünmək üçün 10 yol
Ana südü niyə lazımdır?
Körpənizi hovuza nə vaxt apara bilərsiniz?
Məşhur aktrisa üzünə döymə etdirdi-FOTO
Bildirçin yumurtasının faydaları
Android bazarı ələ aldı
Bu dəfə yol bağlanmayacaq
Onun ecazkar sənəti, melodiyası
Şarapovadan gözlənilməz addım: Telefon nömrəsini paylaşdı - FOTO
"Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir
Ankara Əsədi dialoqa çağırdı
Ətir vurma sənəti
Timoşenko əleyhinə etiraz aksiyası keçirildi
Köhnə pianodan xəzinə çıxdı
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
İt ruh gördü - Sahibəsi dondu qaldı
Culia Robertsin son görünüşü təəccübləndirdi-FOTO
Super lüks, təyyarə təki Mercedes hazırlanıb
BÜRCLƏR bizə nə vəd edir? -20 İyun
Prezidentdən evsizlərə müjdə
Maraqlı tort nümunələri
“Ermənistanla sərhədlər açılmayacaq”
Üzük qaşında bir dünya
Dünyanın virtual muzey və qalareyaları
1 kilo arıqlamaq üçün neçə saat yeriyək?
Səkkiz il yeyib içməyən yoq öldü
Zibillikdəki avtomobildən "sənət əsəri" yaratdı - FOTO
Azərbaycanda müəllimlərin işə qəbulu üçün növbəti müsabiqə elan edilib
Davamlı makiyaj edənlərə bitki mənşəli təkliflər
Sevginin sağlamlığa 5 faydası
İrəvanın yeni savaş hazırlığı
Şaxta babanın olmadığını uşağa hansı yaşda deyək? - PSİXOLOQ TƏLİMATLANDIRIR
Zakir Həsənov ön cəbhədə zabitləri topladı, göstərişlər verdi
Şanelin 7 əsas prinsipi
Sərt karantin günlərində ev heyvanlarını gəzdirmək olar? - AÇIQLAMA
Azərbaycanda bu tələbələrə kredit veriləcək - SİYAHI
SON DƏQİQƏ: Koronavirusla bağlı ŞAD XƏBƏR AÇIQLANDI
Uşağa adı kim qoymalıdır?
Hülya Avşar bu hərəkəti ilə Ronaldunu kölgədə qoydu - VİDEO
Rayonlar və şəhərlərarası hərəkətinə icazə verilən şəxslərin SİYAHISI
Ərdoğanın oğlu Mənsimovdan daha bir gəmi aldı
Gəlinlərə toydan əvvəl xüsusi maskalar
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Ekstrasens Zirəddin: "Özünüzü biabır etməyin"
Yoldaşım məni niyə ilk günkü kimi sevmir?
Avropalı parlamentari: "Ermənistan işğala son qoymalıdır"
Məşhur ulduz Antalyada konsert verəcək