Onun sözlərinə görə, bu mərkəzlər aidiyyəti qurumların vəsaiti hesabına təşkil ediləcək: “Digər qurumlar da bu prosesə cəlb edildikdə onlarla razılaşdırılmış şəkildə “ASAN Kommunal” mərkəzlərinin fəaliyyətinə cəlb olunacaqlar”.
İ.Kərimov qeyd edib ki, “ASAN Kommunal” mərkəzləri ayrı binada fəaliyyət göstərəcək: “Mərkəzlər fiziki baxımdan ayrı-ayrı, amma “ASAN Xidmət” mərkəzlərinə yaxın, mümkün hallarda hətta bitişik binalarda fəaliyyət göstərəcək”.Onun sözlərinə görə, "ASAN Kommunal" xidmət mərkəzlərində həm hüquqi, həm də fiziki şəxslərə kommunal xidmətlər “ASAN Xidmət” prinsipləri, standartları əsasında həyata keçiriləcək. Xidmət mərkəzlərində üç qurumun - “Azərsu”, “Azərişıq”, “Azəriqaz” göstərdiyi kommunal xidmətlər göstəriləcək:
“Bu qurumların xidmətləri vahid mərkəzdən həyata keçiriləcək. Bu, vətəndaşlar üçün həmin xidmətləri daha əlçatan edir. Yəni, vətəndaşlar bütün kommunal xidmətləri vahid məkandan əldə edə biləcək”.
"Ödəniş terminallarının fəaliyyəti olduğu kimi qalacaq"
İ.Kərimov deyib ki, “ASAN Komunal” xidmət mərkəzlərində vətəndaşların rahatlığı üçün bütün işlər görüləcək. Mərkəzlərdə mərkəzləşdirilmiş növbə sistemi, internet kafelər, uşaqlar üçün əyləncə bölmələri olacaq. “ASAN Kommunal” xidmət mərkəzlərində kommunal xidmətlər daha şəffaf həyata keçiriləcək: “Kommunal xidmətlərlə bağlı vətəndaşlar həm informasiya köşkləri, həm internet resurslar, həm də könüllülər vasitəsilə məlumatlandırılacaqlar. Eyni zamanda vahid çağrı mərkəzi formalaşdırılacaq. Onlar bu xidmət vasitəsi ilə istədikləri suala cavab tapa biləcəklər. Ən vacib prinsiplərdən biri də “Vətəndaş həmişə haqlıdır” prinsipidir. Bu prinsip daha təkmil formada həyata keçiriləcək”.
İ.Kərimov burada çalışacaq işçilərdən də danışıb. O deyib ki, mərkəzlərdə işləyəcək əməkdaşlar etik davranış kurslarına cəlb olunacaqlar. Stresin idarə edilməsi, müştərilərlə iş kimi vacib treniqlər təşkil ediləcək.
İ.Kərimov bildirib ki, “ASAN Kommunal” mərkəzlərinin təşkilatlanma işlərinə bu gündən başlanılıb: “Qısa müddətdə “ASAN Komunal” xidmət mərkəzinin pilot layihəsi fəaliyytə başlayacaq. Bunlar “ASAN Xidmət” mərkəzlərinə paralel mərkəzlər olacaq. Yəni, “ASAN Kommunal” mərkəzi fəaliyyətə başladıqdan sonra bu xidmətlərin hamısı yeni mərkəzlərdə birləşəcək”. İ.Kərimov deyib ki, kommunal ödənişlərin həyata keçirilməsi üçün ödəniş terminallarının fəaliyyəti olduğu kimi qalacaq.
Azərbaycanda “ASAN Kommunal” mərkəzləri yaradılır. ANS PRESS-in məlumatına görə, yeni qurumun yaradılması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyev Fərman imzalayıb.
“ASAN Kommunal” mərkəzləri aşağıdakıları təmin edəcək:
Kommunal və digər müştəri xidmətlərinin həyata keçirilməsini;
Göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkilini, xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiq edilməsini;Vətəndaşların telefon və ya internet müraciətlərinin “Çağrı xidməti” vasitəsilə qəbulu və cavablandırılmasını;
Nəzarət və qiymətləndirmənin aparılmasını;
Mərkəzlərdə fəaliyyət göstərəcək əməkdaşlar üçün etik kursların, vətəndaş axınının və konfliktli halların idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin təşkilini;
Xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun ölçülməsi üçün mütəmadi olaraq sorğuların (“exit-poll”) keçirilməsini;
Mərkəzlərin fəaliyyəti haqqında gündəlik və dövri statistik hesabatların hazırlanmasını;
Kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar ödənişlərin və digər haqların banklar, ödəmə terminalları və ya “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Bəstəboy kişilər daha yaxşıdır?
Appendisit və onun fəsadları
Sarkisyanın 2014-cü il xülyası
Həm ev tikən, həm ev yıxan internet
Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib
Şaftalının faydaları
Göz ətrafını canlandırmağın 3 yolu
Saturnun peykində yaşamaq üçün hər şey
Yataq dəstləri
Eşqin tərifi - Sevgi
Müsəlman qadınlarından qeyri-adi aksiya
Arda Turandan etiraf: “Peşman deyiləm, amma səhv etmişəm”
Bakının mərkəzində qırmızı dairə?
İbrahimoviç Parisdən qovulur
Ağdamdakı Çay evinin 27 il fərqlə görüntüsü - FOTO
Koronavirus müxtəlif səthlərdə nə qədər yaşayır? - Araşdırma
Heyva cemi ilə tez hazırlanan piroq (foto resept)
Sabriyedən Emreyə təklif-"SURVİVOR"-FOTO
Ermənilər Azərbaycana gələsi olmadılar
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Kleopatranın gözəllik sirləri
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Təşvişə səbəb olan “aslan” başqa heyvan çıxdı
Bakıya yağış və külək vədi
Güpürlü geyimlər
Günün qoroskopu: mövqelərinizdən geri çəkilməyin
Barak Obamadan İlham Əliyevə məktub
Uşaqlar üçün şokoladlı tortların bəzədilməsi
Film seyr edərkən yemək yeməyin!
Əsgərimiz ad günündə şəhid oldu
Çudu (foto-resept)
Paytaxtın ən böyük prospektində sürət həddi qaldırıldı
Bu dərdi biganə anlamaz!!!
"Şoko" çubuqları (foto resept)
Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların adları
Prezidenti “öldürdülər”
Xoşbəxtlik ətrafımızdadır
Belə şəraitdə kəsilən ətləri almayın - Həyatınız üçün təhlükəlidir!
Kasilyas etiraf etdi
Bilmədiyiniz məlumatlar
Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ
Günün ulduz falı
Müsəlman qadınlarla bağlı İNANILMAZ YENİLİK
Yüksəkliklərin düşmən tərəfindən yenidən zəbt edilməsi xəbərlərinə RƏSMİ MÜNASİBƏT
Qadınların güclü olduğunu göstərən filmlər
Məşhur aktrisa hamiləlik FOTOsunu paylaşdı
Ermənistan işğaldakı ərazilərimizdə terror təşkilatı yaradıb - RƏSMİ
İnfeksiya otaqdakı insanlara belə yayılır
Şahzadələrin cazibədarlıq sirləri
Hindistanda virusa yoluxanların sayı bir milyonu ötdü