Bakıda hava
USD AZN
EUR AZN

Roberto Beniynin filmləri

 

Roberto Beniynin filmləri

 

İtaliaynın məşhur komediya aktyorlarından olan Roberto Beniyni 1952-ci il 7 oktyabrda kəndli ailəsində dünyaya gəlib. Açıqürəkli, şən xarakterli gənc Robertonun yeni təcrübələrə nail olmaq, dünyanı gəzmək, səyahət etmək kimi əsrarəngiz arzuları var idi. Lakin ona zövq verən işin insanları güldürmək olduğunu çox gözəl bilirdi. Televiziyadakı "comedy show"-lar, çıxış etdiyi bir sıra tamaşalar onun məşhurlaşmağına bir komik aktyor özünü sübut etməyinə səbəb oldu.1977-ci ildən etibarən komediya filmlərinə çəkilməyə başlayır. Cüzeppe Bertoluççinin rejissorluğu altında çəkilən “Berlinguer ti voglio bene” filmi ilə İtaliyada daha da məşhurlaşdı. Bu filmdə Beniyni dövrün qayda-qanunsuzluqlarına qarşı çıxan, üsyankar, çətinlikləri olan bir personajı canlandırmışdır. Filmdə dövrün bəzi xüsusiyyətlərini əks etdirən, təsirli səhnələr kinoteatrlarda göstərilməməsi üçün senzuraya məruz qalmışdır.

 

Roberto Beniynin filmləri

 

Ona böyük şöhrəti 1978-ci ildə Rentso Arborenin “L’altra domenica” proqramı gətirmişdir. 1983-cü ildə özünü rejissor kimi də isbat etmiş “Tu mi turbi” filmi ilə geniş tamaşaçı kütləsi qazanmışdır. Bu filmi çəkərkən aktrisa Nikoletta Brazi ilə tanış olmuş və demək olar ki, bundan sonrakı filmlərə onunla birgə çəkilir.Massimo Troisi ilə birgə çəkdiyi “Non ci resta che piangere” filmi o qədər mükəmməl çəkilmişdir ki, hal-hazirda da hər kəsin sevə-sevə izlədiyi filmlər sırasındadır. 1986-cı ildə ABŞ-da ilk dəfə filmə çəkilir.

 

Roberto Beniynin filmləri

 

Roberto Beniynin filmləri

 

Bu Jim Jarmushun “Dawn by law” filmi idi. Roberto Beniyni Jim Jarmusch ilə əməkdaşlığı davam etdirərək onun başqa iki filminə də çəkilir:(Coffee and Cigarettes-1987; Night on Earth-1991) Roberto Beniynin dünyada tanınmasına onun rejissoru olduğu 1997-ci ildə çəkilən “La vita e’ bella” (Həyat gözəldir) dram filminin böyük təsiri olmuşdur. Bu film İkinci Dünya müharibəsi dövründə yəhudilərin deportasiyasından öz ailəsini qorumağa çalışan və buna nail olan fədakar bir atanın hekayəsindən bəhs edir. 1930-cu illərin sonunda Quido və dostu Ferruçço şəhərə işləməyə gəlirlər. Quido əmisinin işlədiyi oteldə ofisiant kimi çalışmağa başlayır, onun əsas məqsədi bir kitab evi açmaqdır. Quido şən, karizmatik biridir, məktəbdə müəllimə olan Dora adlı qıza aşiq olur.

 

Roberto Beniynin filmləri

 

Roberto Beniynin filmləri

 

Dora aristokrat, zəngin, yəhudi olmayan bir ailədəndir. Onu anası varlı bir şəxslə evləndirmək istəyir.Lakin Dora nişan mərasimində təkəbbürlü nişanlısını tərk edib Quido ilə qaçır. Bir neçə il sonra evlənirlər və Coşua adlı oğulları olur. Nasist işğallarına baxmayaraq bu ailə xoşbəxt yaşamağa davam edir.Lakin oğlunun dörd yaşı tamam olan gün Quido oğlu və Elizio əmi nasist qüvvələr tərəfindən qatara mindirilir və yəhudi düşərgəsinə aparılır. Dora anası ilə evə gəlir və onların evdə olmadığını görüb olanları dərhal başa düşür. Vağzala doğru yola düşür və qatara vaxtında çatır yəhudi olmasa da xahiş edir ki, onuda qatara minməyə icazə versinlər. Onları fərqli vaqonlarda həmin düşərgəyə aparırlar. Quido qatarda düşərgəyə aparılarkən oğluna bütün bunların oyun olduğunu əgər, qalib gəlsələr onun ad günü üçün istədiyi tankı qazanacaqlarını başa saldı.Düşərgəyə gələn alman zabiti təlimatları onlara deyir və bir tərcüməçi axtarır ki bütün deyilənləri anlamayanlara başa salsın. Bu vaxt Quido önə çıxır və düşərgə təlimatlarını deyil özünün uydurduğu oyun şərtlərini tərcümə edir. Bir gün nasist işğalı və müharibə başa çatır. Alman əsgərləri düşərgədəki məhbusları qoyaraq qaçmağa başlayır. Quido bunu görüb oğluna gizlənpaç oynadıqlarını və şkafdan deməyənə qədər çıxmamağı tapşırır. Amerika əsgərləri düşərgəni ələ keçirirlər. Coşua tankla düşərgəyə daxil olan amerikan əsgəri tərəfindən xilas edilir. Tankı görən balaca sevindiyindən qışqırır.Film illər sonra Coşuanın “Ailəsi üçün çox fədakarlıq edən bir atanın hekayəsidir”- deməsi ən təsirli hissələrindən biridir. Roberto Beniyninin bu filmi 1998-ci ildə Cannes film fesivalının Ən böyük mükafatını; 1999-cı ildə Oscarda 7 nominasiyaya namizəd olub:”Ən yaxşı xarici film”; “Ən yaxşı aktyor”(Roberto Beniyni)“Ən yaxşı musiqi” mükafatlarını qazanmışdİtaliaynın məşhur komediya aktyorlarından olan Roberto Beniyni 1952-ci il 7 oktyabrda kəndli ailəsində dünyaya gəlib. Açıqürəkli, şən xarakterli gənc Robertonun yeni təcrübələrə nail olmaq, dünyanı gəzmək, səyahət etmək kimi əsrarəngiz arzuları var idi. Lakin ona zövq verən işin insanları güldürmək olduğunu çox gözəl bilirdi. Televiziyadakı comedy showlar, çıxış etdiyi bir sıra tamaşalar onun məşhurlaşmağına bir komik aktyor özünü sübut etməyinə səbəb oldu.1977-ci ildən etibarən komediya filmlərinə çəkilməyə başlayır.

 

Roberto Beniynin filmləri

 

Cüzeppe Bertoluççinin rejissorluğu altında çəkilən “Berlinguer ti voglio bene” filmi ilə İtaliyada daha da məşhurlaşdı. Bu filmdə Beniyni dövrün qayda-qanunsuzluqlarına qarşı çıxan, üsyankar, çətinlikləri olan bir personajı canlandırmışdır.Filmdə dövrün bəzi xüsusiyyətlərini əks etdirən, təsirli səhnələrkinoteatrlarda göstərilməməsi üçün senzuraya məruz qalmışdır.Ona böyük şöhrəti 1978-ci ildə Rentso Arborenin “L’altra domenica” proqramı gətirmişdir. 1983-cü ildə özünü rejissor kimi də isbat etmiş “Tu mi turbi” filmi ilə geniş tamaşaçı kütləsi qazanmışdır. Bu filmi çəkərkən aktrisa Nikoletta Brazi ilə tanış olmuş və demək olar ki, bundan sonrakı filmlərə onunla birgə çəkilir.Massimo Troisi ilə birgə çəkdiyi “Non ci resta che piangere” filmi o qədər mükəmməl çəkilmişdir ki, hal-hazirda da hər kəsin sevə-sevə izlədiyi filmlər sırasındadır. 1986-cı ildə ABŞ-da ilk dəfə filmə çəkilir.Bu Jim Jarmushun “Dawn by law” filmi idi. Roberto Beniyni Jim Jarmusch ilə əməkdaşlığı davam etdirərək onun başqa iki filminə də çəkilir:(Coffee and Cigarettes-1987; Night on Earth-1991) Roberto Beniynin dünyada tanınmasına onun rejissoru olduğu 1997-ci ildə çəkilən “La vita e’ bella” (Həyat gözəldir) dram filminin böyük təsiri olmuşdur. Bu film İkinci Dünya müharibəsi dövründə yəhudilərin deportasiyasından öz ailəsini qorumağa çalışan və buna nail olan fədakar bir atanın hekayəsindən bəhs edir. 1930-cu illərin sonunda Quido və dostu Ferruçço şəhərə işləməyə gəlirlər. Quido əmisinin işlədiyi oteldə ofisiant kimi çalışmağa başlayır, onun əsas məqsədi bir kitab evi açmaqdır. Quido şən, karizmatik biridir, məktəbdə müəllimə olan Dora adlı qıza aşiq olur.Dora aristokrat, zəngin, yəhudi olmayan bir ailədəndir. Onu anası varlı bir şəxslə evləndirmək istəyir.Lakin Dora nişan mərasimində təkəbbürlü nişanlısını tərk edib Quido ilə qaçır.

 

Roberto Beniynin filmləri

 

Bir neçə il sonra evlənirlər və Coşua adlı oğulları olur. Nasist işğallarına baxmayaraq bu ailə xoşbəxt yaşamağa davam edir.Lakin oğlunun dörd yaşı tamam olan gün Quido oğlu və Elizio əmi nasist qüvvələr tərəfindən qatara mindirilir və yəhudi düşərgəsinə aparılır. Dora anası ilə evə gəlir və onların evdə olmadığını görüb olanları dərhal başa düşür. Vağzala doğru yola düşür və qatara vaxtında çatır yəhudi olmasa da xahiş edir ki, onuda qatara minməyə icazə versinlər. Onları fərqli vaqonlarda həmin düşərgəyə aparırlar. Quido qatarda düşərgəyə aparılarkən oğluna bütün bunların oyun olduğunu əgər, qalib gəlsələr onun ad günü üçün istədiyi tankı qazanacaqlarını başa saldı.Düşərgəyə gələn alman zabiti təlimatları onlara deyir və bir tərcüməçi axtarır ki bütün deyilənləri anlamayanlara başa salsın.

 

Roberto Beniynin filmləri

 

Bu vaxt Quido önə çıxır və düşərgə təlimatlarını deyil özünün uydurduğu oyun şərtlərini tərcümə edir. Bir gün nasist işğalı və müharibə başa çatır. Alman əsgərləri düşərgədəki məhbusları qoyaraq qaçmağa başlayır. Quido bunu görüb oğluna gizlənpaç oynadıqlarını və şkafdan deməyənə qədər çıxmamağı tapşırır. Amerika əsgərləri düşərgəni ələ keçirirlər. Coşua tankla düşərgəyə daxil olan amerikan əsgəri tərəfindən xilas edilir. Tankı görən balaca sevindiyindən qışqırır.Film illər sonra Coşuanın “Ailəsi üçün çox fədakarlıq edən bir atanın hekayəsidir”- deməsi ən təsirli hissələrindən biridir. Roberto Beniyninin bu filmi 1998-ci ildə Cannes film fesivalının Ən böyük mükafatını; 1999-cı ildə Oscarda 7 nominasiyaya namizəd olub:”Ən yaxşı xarici film”; “Ən yaxşı aktyor”(Roberto Beniyni)“Ən yaxşı musiqi” mükafatlarını qazanmışdır.

Səslərin sayı: 4
2
1239
loading...
Şərhlər
Offline
Iceberg
"Heyat gozeldir" filminden taniyiram, o filme baxanda cox aglamiwdim baw rolda da ozu idi sehv etmiremse
6 fevral 2016 12:37
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
Çox sevdiyim aktyordur. Onun "Pinokio" rolundan tanıyıram. Daha sonra bir neçə filmləriniz izləmişəm. Kiçik obrazı olsa da "Osteriks və Obeliks" filmindən də xatırlayıram.
5 fevral 2016 10:56
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!