Düzgün sünnət əməliyyatı. Doğru sünnət, cərrahi, asepsi və antisepsi qaydalarına riayət edilərək, cərrahi stabilizasiya şərtlərinin təmin edildiyi, təcrübəli, təhsilli, mütəxəssis həkimlər tərəfindən edilən sünnətdir.
Uşaq ən tez nə vaxt sünnət edilə bilər? Uşaqlar doğulduğundan bir gün sonra sünnət edilə bilərlər ancaq uşaqda doğuşdan penis anomaliyası (normal olmayan) varsa irəlidə sünnət dərisi, penisin bərpasında istifadə ediləcəyinə görə yeni doğulan uşağın sünnəti həyata keçirilməməlidir. Bununla bərabər vaxtsız və ya anadangəlmə bir xəstəlik varsa, ya da ailədə hemofiliya xəstəliyi əhvalatı varsa yeni doğulan uşaq sünnət edilməməlidir.
Ən uyğun yaş ya da ay hansıdır? Sünnət əməliyyat otağı qaydalarında, cərrahi prinsiplərə əməl edilərək, təcrübəli bir həkim tərəfindən edilərsə və əməliyyat sonrasında yaraya qulluq qaydalara uyğun şəkildə edilərsə hər yaşda sünnət həyata keçirilir. Bununla bərabər üç yaş civarında olan uşaqlar öz cinsiyyətlərini və genital orqanlarını tanımağa başladıqlarına görə, bu yaşlarda bölgə ilə əlaqəli cərrahi müdaxilələr daha xəssas olur. Bu dövrdə uyğun olmayan şərtlərdə edilən sünnət, təbii olaraq, psixoloji olaraq daha çox təsir edə bilər. Unutulmamalıdır ki, yaşca böyük uşaqlarda belə, yaşıdlarından eşitdikləri hekayələrə görə uyğun psixoloji hazırlıq aparılmadığı təqdirdə, sünnət travmatik bir müdaxilə olaraq yadda qala bilər.
Doğar doğmaz edilən sünnətin riski varmıdır? Sünnət edildikdən sonra ən çox qarşılaşılacaq şikayətlər qanama və infeksiyadır. Təzəcə doğulan uşağın sünnət edilməsinə maneə olan şərtlərdə, cərrahi müdaxilənin bəhs etdiyimiz riskləri göz önünə alınmamalıdır.
Doğar doğmaz edilən sünnətin üstünlükləri nələrdir? Birincisi, cərrahi müdaxilə ilə ələqəli şüurlu bir xatırlama olmayacaqdır. Uşaqların böyüməsi sürətli olduğu üçün yara yeri qısa zamanda yaxşılaşacaqdır. Lokal anesteziya ilə edildiyinə görə əməliyyatdan qabaq və sonrasında ac qalmaq lazım deyil. Ana zahılıq dövrü içərisində olduğuna görə, ananın vücud mayelərində ifraz edilməkdə olan mövcud hormon və bir sıra zülallar (endorfinlər) ilə qan müdafiə sistemi, əmizdirmə yoluyla uşağa çatdırılaraq cərrahi müdaxilə üzərində qoruma təsiri göstərəcəkdir. Bu qoruma faktorları təsiri ilə sünnət sonrası dövrdə ağrını aradan qaldıran dərmanlardan istifadə etməyə ehtiyac olmayacaqdır. Son olaraq, yeni doğulan sünnət olunmuş uşaqlarda, bölgənin təmizliyi daha asan olacağından idrar yolu infeksiyası riski azalır.
Sünnət etdirdikdən sonra nələrə diqqət edilməlidir? Yeni doğulan uşaqlarda sünnət dərisi penis başına yapışıq olduğuna görə, sünnət sırasında bu yapışıqlığın ortadan qaldırılması nəticəsində penis başı dərisi özünü yeniləyənə qədər, alt vəzinə yapışmamağa qarşı tədbir görülür. İlk iki gün ərzində antiseptikli kremlər sünnətli bölgə üzərinə gündə üç dəfə sürtmək lazımdır. Uşaqlar sünnət sonrasında beşinci gün sünnəti edən həkim tərəfindən yoxlanılır və duş qəbul etməyinə icazə verilir. Qoyulan tikişlər öz-özünə əriyərək düşər yəni ki, sökülməsinə ehtiyac yoxdur.
Şikayətlər nələr ola bilər? Hər əməliyyatda olduğu kimi qanama və yara yeri infeksiyası olan şikayətlərin başında gəlir. Yeni doğulan bir uşağın əməliyyat edildiyini düşünsək və sahənin mütəxəssisi olmayan həkimlər tərəfindən edildiyi təqdirdə, penisi örtən dəri lazım olduğundan çox qıssaldılmış hal penis başının retensiya olması şəklində qarşımıza çıxar. Ya da sünnət dərisi lazım olduğundan çox buraxılsa, irəlidə ikinci dəfə sünnət etdirmək məcburiyyəti yarana bilər. Sünnət sonrasında lazımi dərəcədə qulluq edilmədiyi hallarda isə penis dərinin glansaya yapışıqlığı mövzu ola bilər.
Hansı halda həkimə müraciət etmək lazımdır? Sünnət sonrasında bu hallarda həkimə müraciət edilməlidir:
əgər göz yaşı axar kimi davam edən bir qanama varsa;
uşaq sidiyə gedərkən çətinlik çəkərsə və ağlayarsa;
penis və çevrəsində gözləniləndən çox şişmə və ya istilik olarsa.
Fuad Nəzərov
XƏBƏR LENTİ
Ermənilərdən azərbaycanlılara Qarabağ dəvəti
Mütləq izlənməli 7 İtaliyan filmi
Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı - RƏSMİ
Macəra axtaran pişiklər
Miranda Kerridən AÇIQLAMA
Azərbaycandakı şizofrenlərin sayı açıqlandı
Qışda necə geyinək?
Övladlarının cinsiyyəti bəlli oldu
İskender kababı (foto resept)
Bu gündən Azərbaycan ərazisində bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa ediləcək - SİYAHI
Alman politoloq: "Vyana görüşündən sonra 7 rayonun qaytarılması..."
Yeni Chevrolet Volt
Bu qızla kim evlənsə 10 milyon alacaq-FOTO
Günün qoroskopu: həyat potensialı yüksəkdir
Karantin rejimində toylar keçirilsin - TƏKLİF
Bu şəhərdə daha çox qadınlar yaşayır
"Qarabağ" "Xəzər Lənkəran"a, "İnter" "Neftçi"yə qarşı
İman edən alimlər-5
Bu günün hava proqnozu
"Formula 1"in ikinci günü başladı
BÜRCLƏR bizə nə vəd edir?-18 yanvar
“Hababam Sınıfı”nın Mahmud hocası öldü (FOTO)
2019-un manikür trendləri
Qumdakı rəsmlər
Hava haqqında
İçindəki qadını həbsdən çıxar
Gənc xanımlara yaz-yay donları
Bu 5 yanlış haqda doğrular bütün təsəvvürlərinizi alt-üst edəcək
Bakı metrosu gün ərzində 5 saat işləyəcək
"Sümüksüz qız" hər kəsin diqqətini çəkdi
5G şəbəkəsi gəlir
Rəngarəng geyim nümunələri
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib
Yeni tədris ilində neçə şagird təhsil alacaq?
Epidural anezteziya və hamiləlikdə bel ağrısı
Palanqada ailəvi ev - FOTO
Azərbaycanda hava kəskin dəyişəcək
Dünyanın ən məşhur muzeyləri
Neftçilərin axtarışı dayandırıldı?
Qadınlar ən çox bu kişiləri sevirlər
Seda Sayan gəncliyinin sirrini bölüşdü-FOTO
Hava haqqında
Megan Marklın "ekizi" tapıldı-FOTO
Səni sevmək...
SMS icazə ilə yaxın qohumun dəfninə getmək mümkün olmayacaq - RƏSMİ
Qeyri-adiliyi sevənlər üçün
Azərbaycanlılar Almaniyada ayağa qalxdı
Bu ilin ilk Ay tutulması başladı
Qarğıdalı şorbası
Qubalı pəhləvan qardaşlar güclərini Ukraynada göstərəcəklər
- ŞƏRHLƏR