“Təxminən 20 gün əvvəl qızıl mağazalarında azyaşlı uşaq üçün bilərziklə maraqlandım. Həmin vaxt bəyəndiyim bilərzik 75-80 manat idi. Onda imkanım olmadı almağa, 2-3 gün əvvəl isə həmin bilərziyi 95 manata aldım”. Bunu bizimlə söhbətində Bakı sakini Elnurə Mirzəyeva dedi. Onun sözlərinə görə, bir neçə gün ərzində 3,5 qramlıq bilərziyin qiymətində 15 manat bahalaşma olub ki, bu da təxminən hər qramda 4-4,5 manat artım deməkdi.Qeyd edək ki, qızıl dünya bazarlarında bir müddət öncədən bahalaşmağa başlayıb. Bu gün əlvan metalın unsiyası 1300 dollardan satılıb. Qızıl bazarında ötən il sentyabrın ortalarından başlayan ucuzlaşma hazırda bahalaşma ilə əvəzlənib.
Yeri gəlmişkən, 2014-cü il ərzində Azərbaycanda qızıl istehsalı 16 faiz artıb. Ötən il ölkədə 1 872,5 kq qızıl istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən illə müqayisədə 15,6% çoxdur. Nəticədə ötən il ərzində 107,8 kq hazır məhsul ehtiyatı yaranıb. Ötən il ərzində ölkədə 239,3 kq gümüş istehsal edilib ki, bu da daha əvvəlki illə müqayisədə 62% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 6,8 kq hazır məhsul ehtiyatı yaranıb.
Bəzi hesablamalara görə, Azərbaycanda qızılın qiyməti son 1 ayda 20-30 faiz bahalaşıb. Bir sıra ekspertlər bildirirlər ki, bu bahalaşmanın səbəblərindən biri əhalinin əmanətlərindən gələn gəlirlərin bu ildən başlayaraq vergiyə cəlb edilməsidir. Belə ki, əmanətlərdən əldə edilən gəlirlərin 500 manatından çoxuna 10 faiz vergi qoyulması, eləcə də milli valyutaların qonşu ölkələrdə dəyərsizləşməsinin Azərbaycan manatına psixoloji təsirləri əmanət bazarına sərmayə qoyulmasına marağı azaldır. Nəticədə əhalinin əlində cəmləşən sərbəst vəsaitlər yeni və sərfəli bazarlar axtarır.
Bu halda Azərbaycanda 2 ənənəvi alternativ bazarda investisiya imkanları nəzərdən keçirilə bilər. Onlardan biri əmlak bazarıdır. Bu bazarda da qiymətlərin ucuzlaşması tendensiyası başlayıb. İkincisi qızıl bazarıdır. Orada, əksinə, qiymətlərin bahalaşması prosesi müşahidə olunur. Bu prosesə isə dünya bazarında bu ildən başlayaraq qızılın artan qiymətləri də təsir göstərir.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, qızıla tələbatın artması onun dünya bazar qiymətinin yüksəlməsinə səbəb olub. Belə ki, son aylar bir sıra ölkələr, o cümlədən Çin, Qazaxıstan, Türkiyə, Hindistan və hətta Rusiya öz ehtiyatlarının bir hissəsini qızıla çevirmək qərarına gəliblər: “24.7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181.9 tona çatdırıb. MDB-nin digər üzvü olan Rusiya isə 7.23 ton qızıl alaraq öz ehtiyatlarını 1113 tona yüksəldib. 2012-2014-cü illərdə qızılın dünya bazar qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırıb. Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır”.
Ekspertin fikrincə, qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da, hələlik kəskin yüksəliş gözlənilmir. Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır: “Azərbaycanda da qızlın qiymətində artımların olacağı gözlənilir. Bunun əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan analoji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı, bu il yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılması ilə bağlıdır”.
Qeyd edək ki, bahalaşacağı bildirilən məhsullardan biri də siqaretdir. Ehtimal edilir ki, Vergi Məcəlləsində ölkədə istehsal edilən tütün məmulatlarının aksiz dərəcələrinin artırılması ilə əlaqədar siqaretin də qiyməti bahalaşacaq. Məlumat üçün bildirək ki, Milli Məclisin qəbul etdiyi Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, 2015-ci ildən 1000 ədəd siqar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) qiymətində aksizin payı 10 manat həcmində, tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri üçün yeni spesifik aksiz dərəcələri 1000 ədədə görə 4 manat təşkil edəcək. Bunadək tütün məhsullarının bütün növlərinin qiymətində aksizin payı 12,5 faiz olub.
V.Bayramovun sözlərinə görə, qızılın qiymətinin yüksəlməsi əhalinin sosial vəziyyətinə ciddi təsir göstərmir. Çünki qızıl məcburi istehlak olunan mallar sırasına daxil deyil: “Amma siqaretin qiymətinin artması ondan istifadə edənlərin sosial vəziyyətini pisləşdirir”.
“Azərbaycanda yaxın vaxtlarda tütün məhsullarının qiymətinin artması gözlənilmir”. Bunu isə “European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədri Rüfət Quliyev Milli Məclisin tütün məmulatlarının aksiz dərəcələrinin artırılması ilə bağlı qəbul etdiyi dəyişikliklərlə əlaqədar siqaretin qiymətinin artması ehtimalını şərh edərkən deyib. Onun sözlərinə görə, siqaretin qiyməti hələ dəyişmir: “Bu, siqaretin qiymətinə bir neçə faktorun daxil olması ilə əlaqədardır”.
R.Quliyev qeyd edib ki, daha uzaq gələcəkdə qiymətin artması məsələsi bazarın özündən asılıdır: “Bu, bazarda təklifin və tələbatın nisbətindən, onun tutumundan və s. asılıdır. Üstəlik, məsələnin iqtisadi tərəfindən başqa, sosial tərəfi də mövcuddur. Hazırda topdansatışla məşğul olanlar və əlaqə qurduğumuz, siqaret satışını təşkil edən şirkətlər qiyməti artırmaq istəmirlər”.
ASC sədri əlavə edib ki, qiymətin indiki vəziyyətinin nə vaxtadək davam edəcəyini söyləmək çətindir: “Bazarın təhlili aparılacaq və buna müəyyən vaxt tələb olunur. Əlbəttə ki, aksizlərin artırılması adətən yekunda siqaretin qiymətinin artmasına gətirib çıxarır, lakin hazırda bazar və sosial faktorlar ondan xəbər verir ki, yaxın vaxtlarda qiymət əvvəlki səviyyədə olacaq. Azərbaycanda tütün məmulatlarının qiymətləri MDB-də ən aşağı, dünyada isə ən aşağılardan biridir”.
Mənbə: Kaspi.Az
XƏBƏR LENTİ
Zander (foto resept)
"Fənərbağça"lılara üzücü xəbər
Yaşıl çay saç maskası
Lukaşenko səsvermədən sonrakı etirazlara münasibət bildirdi
Evdə jülyen hazırlayaq (foto-resept)
Mətbəx mebelləri
Zərif görünmək üçün nə geyinməli?
Göz ətrafı qırışları aradan qaldıran 2 təbii üsul
BÜRCLƏR bizə nə vəd edir? - 6 MAY
Azərbaycan Milli Ensiklopediyasının yeni binası (FOTO)
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu
Rulet tortu (foto resept)
Şəkillərdə güldürən detallar
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Azərbaycanda iradnamə və tələbnamələrin verilməsi qaydası təsdiqlənib
Ordumuza səyyar hamamla xidmət edənlər: “Yaşımız çox olduğu üçün döyüşməyə qoymadılar, biz də...”
Film festivalında jüri olacaq - FOTO
Noutbuk satışı dünyada azalıb, Hindistanda iki dəfədən çox artıb
Telefonla çox danışanlara bəd xəbər
Hollivud ulduzu müsəlman olur
Qadının öz həyatını idarə etmə bacarığı
Daha bir yenilik - satışa quru araq çıxarılır
Yatmadan əvvəl dəri baxımı
İlham Əliyev Bəxtiyar Vahabzadə ilə bağlı sərəncam verdi
Qabırğalı-tərəvəzli yemək (foto resept)
Süni mayalandırma düşünənlər üçün düzgün qidalanma tövsiyələri
İşıqsız dünya
Atatürkü məşhur aktyor canlandıracaq-FOTO
Ulduzun gitarası 6,7 milyona satıldı-FOTO
Hər kəs bu tarixi gözləyir-10 Yanvar
"Kişi və qadın" tamaşası Qazaxda
Tatarıstanda matəm elan olundu
“The New York Times”da Füzuli və Ağdamdakı dağıntılar haqqında məqalə yayımlanıb - FOTO
Moskvada metal anqar yanır - VİDEO
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Aspirinin bilinməyən faydası tapıldı
Günün qoroskopu: xərclərinizi azaldın
Mənim dərsliyim Sənsən!
"İndi ancaq toyxanadır, bozbaşdır, kababdır..."
Ömür dediyin...
Əhaliyə xəbərdarlıq edildi!
Məşhur cütlüyün beşinci övladı doğuldu
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
Kənan yeni ev axtarışındadır - FOTO
Bu da ən uzun iftar süfrəsi
Kompüter təhlükəsizliyi
Hava haqqında
Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...
Güzgüylə dizayn edilmiş otaqlar
Sabahdan Novruz tətili başlayır
- ŞƏRHLƏR