Yeni il get-gedə yaxınlaşır, insanların da tətillə bağlı qayğıları artır. Kimi bayram süfrəsi üçün evinə tədarük görür, kimi tətilini ölkədən kənarda keçirmək üçün turist agentliklərinə üz tutur, kimi də elə şəhərdə bayram şənliyini keçirmək üçün uyğun bir seçim axtarır.
Bayrama vaxt azaldıqca, restoran və klublarda boş yerlərin də sayı get-gedə azalır. 2015-ci ili qarşılaya biləcəyiniz məkanlarda müxtəlif qiymətələrə müxtəlif xidmətlər təklif olunur.
Misal üçün, "Baku Jazz Center"də Yeni il şənliyinə biletlərin qiymət 75-150 manat arasında dəyişir. Mərkəzin təqdim etdiyi məbləğdən asılı olaraq, şənlikdə iştirak edənlərə meyvə və şərablar, soyuq və isti menyu, spirtli içkilər təklif olunur. Caz mərkəzində uşaqlar üçün nəzərdə tutulan şənliyin bileti isə 35 manat təşkil edir.
"Fairmont Baku" otelində Yeni il bayramına qiymətlər 70-150 manat, "Af Hotel"də 100 manata təklif olunur. Burada məbləğə bir neçə növ yemək çeşidləri, içkilər və konsert proqramı, şoular, müsabiqələr daxildir.
Yeni il şənlikləri sırasında qiyməti ilə ən çox seçilən "Hilton" oteli oldu. Belə ki, oteldə 31 dekabr üçün "Sirli maskarad bal" adlı proqramın keçiriləcəyi nəzərdə tutulur. Şənliyə bir ədəd delüks biletin qiyməti 300 manat, bir ədəd VIP bilet isə 1000 manat təşkil edir. Min manatlıq bilet alan şəxs rahat divanda, şəxsi mühafizəçi və ofisiantın xidmətindən istifadə edərək şam yeməyi yeyə biləcək. Bu məbləğə həmçinin Yeni il gecəsində oteldə qalmaq və məhdudiyyətsiz yemək və içkilər təqdim edilir.
"2NJoy" klubu isə Yeni il gecəsinə qonaqları "Qoluboy Oqonyok" şənliyinə dəvət edir. Burada isə biletlərin qiyməti 250-300 manat arasında dəyişir. "Oazis" restoranında isə bayram şənliyi üçün bir biletin dəyəri 100-200 manat arasında dəyişir. Bu qiymətə yemək, içkilər və şou proqramda iştirak daxildir.
"Jumeirah Bilgah Beach" otelində isə bayram şənliyinə getmək istəyənlər bir bilet üçün 50-400 manat verməli olacaqlar. Qiymət fərqi burada oteldə yerləşən zallardan, orada qonaqlara verilən menyu və şou proqramlara görə dəyişir. Uşaqlar üçün nəzərdə tutulan şənliyə isə bir bilet 60 manat təşkil edir.
"Ramada" otelində keçiriləcək bayram şənliyinə bilet isə 150-188 manat arasında dəyişir.
Dağlarla əhatəli sarayda təntənəli Yeni il bayramını qeyd etməyi təklif edən otellər də var. Burada isə qiymətlər 125-300 manat arasında dəyişir. Bundan başqa, otel 6-12 yaşlı uşaqlar üçün 50% endirim və həmçinin 223 manatdan başlayaraq qiymətlərlə oteldə qalmağı da təklif edir. Otelin rəsmi internet saytında burada 3 gecəlik gecələmənin şərt olduğu qeyd edilir. Digər şərtlərə görə isə oteldə qalanlar bayram gecəsinə bilet alarkən 10% endirim də əldə edirlər. Otelin təqdim etdiyi proqrama xüsusi menyu və Nyu-Yorkdan dəvət edilmiş ifaçıların konserti olacağı gözlənilir.
Müxtəlif növ yeməklər, içkilər, müsabiqə və hədiyyələr, hətta şəxsi mühafizəçi belə nəzərdə tutulan bu şənliklər, görəsən, məhz kimlər üçün nəzərdə tutulub? Ümumiyyətlə, sıradan bir vətəndaş özünə və yaxud da uşaqlarına belə bir şənliyə qatılmağa ayda aldığı 300-400 manat maaş imkan verirmi?
XƏBƏR LENTİ
Arıqlamaq üçün ilkin addımlar
Romantik bir gecə
Xərçəng xəstəliyinin əlamətləri
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü
Görünməmiş möcüzədir qadınlar
Saçlarımızı qoruyaq
Prezident AZAL-ı TƏNQİD ETDİ: Bütün təyyarələri dövlət tərəfindən alınıb, bəs gəliri haradadır?”
İlin ən yaxşı küçə rəsmləri
Həkim: “Koronavirusa aid şikayətlər üç gündən artıq davam edərsə..."
JLo öz bədən quruluşu ilə HEYRƏTLƏNDİRDİ
MN: “Hazırda döyüş əməliyyatları davam edir”
Günün qoroskopu: yalnız öz marağınızı düşünün
İsmail YK
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Fəlakət ölkə ərazisini artırdı
100 milyonluq TƏLƏB-FOTO
Smartfondan kiçik kondisioner hazırlandı
Hava XƏBƏRDARLIĞI
Ermənistanın sonu yaxınlaşır
Turabi ABŞ-da çempiyon oldu-VİDEO
3 şahmatçımız medalla dönür
Pop kraliçası Eurovision səhnəsində
Bakıda avtobuslar yenilənir
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Günün ulduz falı - 27.02.2014
İnsan alverinin qurbanı olmuş uşaqlara müjdəli xəbər
Köklü,darçınlı,qozlu keks (foto resept)
ABŞ-ın sabiq birinci xanımı vəfat etdi
Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra... - FOTO
Çinli alimlər xərçəngə qarşı nanorobotlar hazırladı
Hədiyyə ilə bağlı etiket qaydaları
Yaponlar dünyanı heyrətləndirdi
Britney Spears pəhrizi
Xocavənddə düşmənin darmadağın etdiyi həyatın bərpası ilə bağlı VACİB ADDIM
Rəssamlıqla məşğul olan həkim
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Efiopiyada 15 nəfər zibilin qurbanı oldu
Məşhur aparıcı ana oldu-FOTO
Smartfonu beş dəqiqəyə 50 faiz şarj edən dünyanın ən sürətli adaptoru hazırlanıb
Putindən çoxbaşlı "soyqırımı" bəyanatı
Türkiyə İŞİD-lə döyüşə qoşulur
Mülki əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilib - VİDEO
Avokadolu pizza(foto resept)
Azərbaycanda ölüm hökmü bərpa oluna bilər?
Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlandı
Münasibətdəki soyuqluğun səbəbləri
Yarım ildə dörd min ailə dağıldı
BÜRCLƏR bizə nə vəd edir? - 23 mart
Bakıda uşaq bağçalarının açılması üçün hazırlıq işləri başladı
- ŞƏRHLƏR