S.S 90 Samirlə dostu söhbət edir.
Dostu deyir: qardaş sənçün 100 il nə qədərdi?
S.S 90 Samir: Bircə saniyə.
Dostu: bəs 100.000 manat nə qədərdi?
S.S 90 Samir: Bircə qəpik.
Dostu: onda maa bir qəpik verdaa.
S.S 90 Samir: Bircə saniyə gözlə verəjəm.
Bir gün Aysun Məmmədova yol ilə gedir. Birdən qarşısına bir çıraq çıxır. Aysun Məmmədova çırağa bir təpik vurur. Çıraq dığırlanıb bir qədər gedir və içindən bir cin çıxıb deyir: Buyur, istə məndən, nə istəyirsən?
Aysun deyir: Bağışla, üzr istəyirəm. Bir daha olmaz
Bir gün Narın yol ilə gedəndə bir pinqvin tapır. Bilmir nə eləsin. Fikirləşir ki polisə desin. Belə də edir. O başına gələni danışır. Deyir ki, bilmirəm indi bu pinqvini neyləyim. Polis də bir az fikirləşib deyir ki, ən yaxşısı siz bunu zooparka aparın. Səhəri gün polis yenə işə gedəndə görür ki, Narın pinqvinlə gedir. Polis ona yaxınlaşıb soruşur:
- Siz dünən bunu zooparka aparmadınız?
Narın cavab verir:
- Dünən zooparka apardım, bu gün də Luna parka aparıram.
Bir gün Dəniz 84-ün əli aşağı olur, yəni bir az kasıblayır. Bilmir nə etsin və bir çarə tapır. O palçıqdan xırda həblər düzəldib bazara yollanır və ucadan deyir: Ağıl dərmanı satıram, ağıl dərmanı satıram. Pəmbə Dəftər ona yaxınlaşıb deyir, neçəyədir bu ağıl dərmanı?
Dəniz 84: 30 manata
Pəmbə Dəftər birini alıb atır. Bir az keçir deyir, axı ağıllanmadım?
Dəniz 84: Birini də al, at, ağıllanacaqsan.
Pəmbə Dəftər birini də alıb atır və yenə də deyir: Axı ağıllanmadım?
Dəniz 84: Yəqin səndə bir az vəziyyət ağırdır. Birini də al, at, bu dəfə 100% ağıllanacaqsan.
Pəmbə dəftər 3-nün də pulunu verib alır və qəbul edir. Bu dəfə palçığın dadını hiss edir və: Ay səni bu nədir? Bu ki, sadəcə palçıqdır!
Dəniz 84: Gördün, dedim də, bu dəfə ağıllanacaqsan.
Bir gün Pərvana Əliyevanın yolu baldızı Fatma xanımgilin evinin yanından keçir. Fikirləşir ki, gedim bir baldızıma baş çəkim. Sonra eşidər ki, burdan keçmişəm və ona baş çəkməmişəm, dava-qırğın edər. Həm də yaman acmışam, yemək də yeyərəm. Pərvanə xanım Fatma xanımgilə gəlir, bir az keçdikdən sonra Fatma xanım soruşur: Pərvanə, yemək yeyəcəksən?
Pərvanə: Olsa, yeyərdim.
Fatma xanım: Düzü yeməyimiz hələ hazır deyil. Ancaq qıza indi deyərəm yumurta bişirər sənə. Neçə yumurta bişirsin?
Pərvanə Əliyeva: 8 yumurta bişirsin. Yaman acmışam.
Fatma xanım şoka düşür, 8 yumurtaaaa??
Fatma xanım qızını çağırıb deyir: Qızım, Pərvanə xalan üçün 8 yumurta bişir. Lakin 8 yumurta desə də, gizlincə barmaqları ilə 4 göstərir.
Bunu görən Pərvanə deyir: Xahiş edirəm yumurtanı qlazok edin.
Bir gün Aida M-ova Elladaya deyir: Səndən bir şey soruşmaq istəyirəm.
Ellada deyir: Soruş.
Aida M-ova: O nədir ki, yetişib, yetişir, yetişəcək?
Ellada: Biz işə düzələndə sənin bizə təyin etdiyin maaş.
Ruhəngiz xanım qızı Nigara deyir: Qızım, gəl, səni bu oğlana ərə verim, get.
Nigar deyir: Yox ana, o kafirdi, dinə inanmır!
Ruhəngiz xanım: Onun çoxlu pulu, maşını, evi var.
Nigar: Ana yox, o cəhənnəmə inanmır!
Ruhəngiz xanım: Sən onunla evlən, mən ona cəhənnəmi göstərəcəm.
S.Nur-dan soruşurlar: S.Nur, rus dilində bilirsən?
S.Nur cavab verir ki, hə.
Deyirlər ki, rusca bura gəl necə deyirlər?
S.Nur deyir: idi suda.
Deyirlər ki, bəs o yana get necə deyirlər?
S.Nur gülüb deyir ki, paaah burda çətin nə var ki, gedərəm o yana, yenə də deyərəm idi suda
XƏBƏR LENTİ
Meyvələrdən ilham alan sənətkar
Acundan AÇIQLAMA-FOTO
Qarındakı yağları əridən qarışım
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
"Heydər Əliyev və Azərbaycan tarixi" adlı bilik yarışı başlayıb
Azərbaycan Ordusunun Xankəndidə doğum evini atəşə tutması yalandır - RƏSMİ
Nobelin son sahibindən maraqlı əhvalatlar
Alman reyxfürerin sevgi məktubları
"Beyaz Show" geri qayıdır
İncə telli saçlara qulluq üçün məsləhətlər
London Moda Həftəsi
Antarktida buzlaqlarında sirli gəmi aşkar edilib - VİDEO
“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olundu
Məşhur futbolçu Demeti rahat buraxmır - İşə Can da qarışıb
Retro saç stili yenidən dəbdə!
Barış Arduç və Güpse Özay evləndi
Onlar niyə zəhləmizi tökürlər?
Trampın heykəli 28 min dollara satıldı
Uşaqların internetdən asılı olduğunu göstərən hallar
Ah bu donlar,donlar...
Sinem Kobal paylaşdığı FOTO ilə gündəm oldu
Möcüzəvi təbiət hadisələri (2)
İşləmək üçün Qadın oldu
Dövlət Turizm Agentliyi nələri dəyişəcək?
Birinci xanım ərəbləri hiddətləndirdi
Psaki girovlar barədə danışdı
Qabının formasına vurulacağınız ətirlər
Magistraturaya qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"
Uşağın cinsiyyətini necə planlaşdırmaq olar?
Azərbaycanda koronavirusa yoluxma 100-dən aşağı düşdü: Üç nəfər vəfat etdi
Hadise 100 minlik geyim sifarişi verdi-FOTO
Deputatlarımız təsdiqləndi
Günün ulduz falı - 29.12.2013
Azərbaycanda daha bir pivə təhlükəsi
Yayla bağlı ilkin HAVA PROQNOZU
Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?
Marsda həyat əlaməti - Yeni kəşf
Kraliça tacı türk gözələ çatdı
Fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Qaz kəsilməsi haqqında-XƏBƏRDARLIQ
Yeni trend: Təbii və dağınıq qaşlar
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Möcüzəvi təbiət hadisələri
Merkel Facebook-a xəbərdarlıq etdi
Apple-in sirləri açılır
Qorbaçov ölüm yatağında
Portağallı maffin (foto resept)
Bezeli, biskvitli qozlu tort (foto resept)
Bütün noutbuklar üçün eyni...
- ŞƏRHLƏR