Qadin.NET / Qadın.Netlilərlə bir az gülək

Qadın.Netlilərlə bir az gülək

Qadın.Netlilərlə bir az gülək

S.S 90 Samirlə dostu söhbət edir.

Dostu deyir: qardaş sənçün 100 il nə qədərdi?

S.S 90 Samir: Bircə saniyə. biggrin

Dostu: bəs 100.000 manat nə qədərdi?
S.S 90 Samir: Bircə qəpik.  cool
Dostu: onda maa bir qəpik verdaa.
S.S 90 Samir: Bircə saniyə gözlə verəjəm.  crazy

Qadın.Netlilərlə bir az gülək

Bir gün Aysun Məmmədova yol ilə gedir. Birdən qarşısına bir çıraq çıxır. Aysun Məmmədova çırağa bir təpik vurur. Çıraq dığırlanıb bir qədər gedir və içindən bir cin çıxıb deyir: Buyur, istə məndən, nə istəyirsən?

Aysun deyir: Bağışla, üzr istəyirəm. Bir daha olmaz dash

Qadın.Netlilərlə bir az gülək

Bir gün Narın yol ilə gedəndə bir pinqvin tapır. Bilmir nə eləsin. Fikirləşir ki polisə desin. Belə də edir. O başına gələni danışır. Deyir ki, bilmirəm indi bu pinqvini neyləyim. Polis də bir az fikirləşib deyir ki, ən yaxşısı siz bunu zooparka aparın. Səhəri gün polis yenə işə gedəndə görür ki, Narın pinqvinlə gedir. Polis ona yaxınlaşıb soruşur:

- Siz dünən bunu zooparka aparmadınız?
Narın cavab verir:
- Dünən zooparka apardım, bu gün də Luna parka aparıram. lol

Qadın.Netlilərlə bir az gülək

Bir gün Dəniz 84-ün əli aşağı olur, yəni bir az kasıblayır. Bilmir nə etsin və bir çarə tapır. O palçıqdan xırda həblər düzəldib bazara yollanır və ucadan deyir: Ağıl dərmanı satıram, ağıl dərmanı satıram. Pəmbə Dəftər ona yaxınlaşıb deyir, neçəyədir bu ağıl dərmanı?

Dəniz 84: 30 manata 

Pəmbə Dəftər birini alıb atır. Bir az keçir deyir, axı ağıllanmadım?

Dəniz 84: Birini də al, at, ağıllanacaqsan.

Pəmbə Dəftər birini də alıb atır və yenə də deyir: Axı ağıllanmadım?

Dəniz 84: Yəqin səndə bir az vəziyyət ağırdır. Birini də al, at, bu dəfə 100% ağıllanacaqsan.

Pəmbə dəftər 3-nün də pulunu verib alır və qəbul edir. Bu dəfə palçığın dadını hiss edir və: Ay səni bu nədir? Bu ki, sadəcə palçıqdır! 

Dəniz 84: Gördün, dedim də, bu dəfə ağıllanacaqsan. biggrin

Qadın.Netlilərlə bir az gülək

Bir gün Pərvana Əliyevanın yolu baldızı Fatma xanımgilin evinin yanından keçir. Fikirləşir ki, gedim bir baldızıma baş çəkim. Sonra eşidər ki, burdan keçmişəm və ona baş çəkməmişəm, dava-qırğın edər. Həm də yaman acmışam, yemək də yeyərəm. Pərvanə xanım Fatma xanımgilə gəlir, bir az keçdikdən sonra Fatma xanım soruşur: Pərvanə, yemək yeyəcəksən?

Pərvanə: Olsa, yeyərdim.

Fatma xanım: Düzü yeməyimiz hələ hazır deyil. Ancaq qıza indi deyərəm yumurta bişirər sənə. Neçə yumurta bişirsin?

Pərvanə Əliyeva: 8 yumurta bişirsin. Yaman acmışam.

Fatma xanım şoka düşür, shok 8 yumurtaaaa?? 

Fatma xanım qızını çağırıb deyir: Qızım, Pərvanə xalan üçün 8 yumurta bişir. Lakin 8 yumurta desə də, gizlincə barmaqları ilə 4 göstərir.

Bunu görən Pərvanə deyir: Xahiş edirəm yumurtanı qlazok edin. blum mocking

Qadın.Netlilərlə bir az gülək

Bir gün Aida M-ova Elladaya deyir: Səndən bir şey soruşmaq istəyirəm.

Ellada deyir: Soruş.

Aida M-ova: O nədir ki, yetişib, yetişir, yetişəcək?

Ellada: Biz işə düzələndə sənin bizə təyin etdiyin maaş. dash

Qadın.Netlilərlə bir az gülək

Ruhəngiz xanım qızı Nigara deyir: Qızım, gəl, səni bu oğlana ərə verim, get.

Nigar deyir: Yox ana, o kafirdi, dinə inanmır!

Ruhəngiz xanım: Onun çoxlu pulu, maşını, evi var. empathy
Nigar: Ana yox, o cəhənnəmə inanmır!
Ruhəngiz xanım: Sən onunla evlən, mən ona cəhənnəmi göstərəcəm. diablo

Qadın.Netlilərlə bir az gülək

S.Nur-dan soruşurlar: S.Nur, rus dilində bilirsən?

S.Nur cavab verir ki, hə.

Deyirlər ki, rusca bura gəl necə deyirlər?

S.Nur deyir: idi suda.
Deyirlər ki, bəs o yana get necə deyirlər?

S.Nur gülüb deyir ki, paaah burda çətin nə var ki, gedərəm o yana, yenə də deyərəm idi sudalol

9 oktyabr 2014
GO BACK