Ucqar dağ rayonu Lerik bu gün bayram ab-havasındadır.ANS TV-nin məlumatına görə, Respublika Mədəniyyət və Turizm Nazirliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası Lerik Rayon İcra Hakimiyyətilə birgə rayondakı turizm mərkəzlərinin birində ölkədə ilk dəfə plov və onunla bərabər uzunömürlülər festivalı keçirir.
İlk əvvəl meydan cənub kulinarlarının ixtiyarına verilib. Cənub bölgəsinin 8 rayonunu təmsil edən kulinarlar, ümumilkdə 32 növ plovu münsiflər heyətinə təqdim edib.
Bu günkü plov festivalında Masallı kulinarları daha çox fərqlənirlər. Onlar bu festivala təqribən 8-9 adda plov növü təqdim ediblər. Boranı plov, şüyüd plov, paxla plov, cücə plov, badımcan dolması və ən nahayət şah plov.
İştirakçılara cənub mətbəxində daha çox tanınan plovlarla yanaşı unudulmaqda olan növlər də təqdim edilib.
“Özəli odur ki, bizim şor balıq ən gözəlidir. Xüsusən yay fəslində. Hazırlanma qaydası belədir - soğanlar xırda-xırda doğranır” -_deyə Salyan rayonunun kulinarı Rəxşəndə Qasımova qeyd edib.
“50 ilə yaxındır ki, bu sənətdə mən işləyirəm. Mərci plov, kişmiş plov, boranı plov, ziyad balığı, yerli cücə ləvəngisi, bunlar Lerik Talış mətbəxinin nümunələridir” – deyə Lerik rayonundan aşpazı Hüseynbaba Əhmədov bəyan edib.
Plov festivalının ardınca uzunömürlülər festivalı kecirildi. Festivala cənub bolgəsinin yaşı 80-dən cox 150-yə yaxin sakini qatılıb.Uzunömürlülər Festivalına mədəniyyət və turizm naziri ƏbülfəS Qarayev də qatılıb.
Əbülfəz Qarayevin sözlərinə görə, belə bir festival bayramı sözsüz ki, insanlar üçün çox gözəl fürsətdir ki, onlar bu bölgənin ənənəsi tarixilə, abidələrilə bu günkü həyatı ilə tanış olsunlar: “Və Azərbaycanı sevsinlər. Biz ilk dəfədir ki, uzunömürlülər festivalı keçirdirik. Bu da gözəl bir təşəbbüsdür. Hesab edirəm ki, yaşayacaq bir təşəbbüsdür”.
Festival geniş konsert proqramı ilə davam etdi.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Ermənilər qoşun yeritdi
Hələ yaşamağa dəyər
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
Saç boyasının zərərləri
Bitcoin-in qiyməti 2500 dolları keçdi
Bakı sürücülərinin nəzərinə: yol dəyişdi
Azərbaycandan ABŞ-a etiraz
Bəzi "İPhone" telefonları bloklanacaq
Yeniyetmələrin 15 faizə qədəri yaşlarına uyğun olmayan saytlara daxil olurlar
Serotonin nədir və təbii yollarla necə artırılır
Biskvitlı tort (foto resept)
"Birinci ledi" lərin geyim stilli
Feysbildinq- üz üçün məşqlər
Kişilər hansı qadınlara meyillidirlər?
Kristina Bazan
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Uşaq aləmi
Yazda cücərdərəm səni…
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
7 addımda gözaltı torbalardan xilas olun!
Yarpız haqqında bilmədiklərimiz
Bakıda küçə sənətçiləri üçün yerlər ayrılacaq
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
"Qabusnamədən dəyərli sözlər" I hissə
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
Məşhur ulduz intihar etdi
Jerar Deparde təcavüzdə günahlandırır
İşə velosipedlə getməyin faydaları
"Çelsi" Kostaya 16 milyon təklif edir
"Terminator"un ulduzu vəfat etdi
Tanış olun: dünyanın ən yaşlı insanı odur
4D ultrasəs nə işə yarayır?
Binə hava limanı bağlanır
Şuşanın azadlığını Qurani Kərim, namaz və tortla qeyd etdilər - VİDEO
Bugünkü evliliklərin ən böyük problemi
23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi - FOTO
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Uşağınızın sizi sevdiyini bildirən 7 işarə
Şokoladlı bezeli tort (foto resept)
Əkizlərin festival keçirildi-FOTO
Depressiyada olduğunuzu göstərən 4 xüsusiyyət
Erməni yalanları ifşa edilir
Polis gücləndirilmiş iş rejiminə keçdi
NAMAZ-VI Dərs-Azan və İqamə, Namazın fərzləri
Dazlaşma problemi olanlar, çarə tapıldı
Məryəm Üzerlidən gözlənilməz ETİRAF
Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
Nelson Mandela haqqında bilmədiklərimiz
- ŞƏRHLƏR