Annotasiya
“Qayğılarımızın qışı” (ingiliscə “The Winter of Our Discontent”) Steynbekin başqa əsərlərinə bənzəməyən sonuncu əsəridir.
Müəllifi həmin dövrə təsadüf edilən əxlaqi dəyərlərin tənəzzülü, layiqli məqsədin olmaması kimi məsələlər narahat edirdi və bu romanında açıq şəkildə amerikan həyat tərzinin sadə, vicdanlı burjuaya necə təsir göstərdiyini, zənginlik dalınca qaçanda xəyanət və cinayət yoluna necə sürüklədiyini göstərir.
Əsərdən seçilmiş hissələr
Romandakı uydurulmuş qəhrəmanları və yerləri tanımağa cəhd edən oxucuların öz ətraflarını araşdırmaları və öz ürəklərindən içəri baxmaları daha məqsədəuyğundur. Çünki kitab bugünkü Amerikanın böyük bir dövründən bəhs edir.
***
- Bilirsən bu günə niyə Müqəddəs Cümə deyiblər?
- Latıncadan gəlir. “Good Friday” dediyimizə baxma. Kökü “goodus”, “goodilius”, “goodum”dur. Pis, bərbad deməkdir.
***
Dəyişən yalnız zirvəyə doğru artıb sonra da azalan aydınlıq deyil.
***
Gün mövsümün min bir ünsürü ilə, isti ya da soyuqla, dəyişməz ya da çoxalan küləklərlə əyilib bükülərək, qoxuların, dadların, buzun, çəmənin, tumurcuğun, yarpağın, qara cizgilər kimi duran çılpaq budaqların parçası ilə sarılıb, vücudda və ruhda, üslub və məzmunda da dəyişir və gün dəyişikliyə məruz qaldıqca mövzuları, bör-böcəyi, pişiyi, iti, kəpənəyi və insanı da dəyişir.
***
Əsl öldürücü şey bezməkdir. Asta dirsək zərbələri ilə uğursuzluğa yuvarlanırsan. Yavaş-yavaş qorxaqlıq başlayır. Mən artıq qorxuram. Lonq Aylend Elektrik Şirkəti elektrik enerjimi kəsə bilər. Arvadım pal-paltar istəyər. Uşaqlar…onlara ayaqqabı, əyləncə, o, bu lazımdır. Birdən onları oxutdurmaq üçün pul tapa bilməsəm? Sonra aylıq kommunal xərclər var, həkim, stomatoloq, badamcıq vəzisi əməliyyatı… Daha pisi, birdən xəslənib yatağa düşsəm, bu qalmış küçəni süpürə bilməsəm, necə olacaq? Təbii, başa düşməzsiniz. Bunu başa düşmək çətindir. İçiniz çürüyər. Mən növbəti ay soyuducu kreditindən o yanı düşünə bilmirəm. Həm işimdən nifrət edirəm, həm də onu itirərəm deyə bağrım partlayır. Bütün bunları hardan başa düşəcəksiniz?
***
Pulu çoxmu sevirəm? Xeyr, pulu sevmirəm. Amma qayğılarla yaşamağı da sevmirəm. Bu qəsəbədə başımı dik tutub gəzmək istəyirəm. Uşaqların bəziləri kimi yaxşı, nə bilim, gözəl geyinə bilmədikləri üçün utandıqlarından xoşlanmıram. Başım dik gəzmək istəyirəm.
***
Üç şeyə əsla inanan olmayacaq; həqiqətə, ola biləcəklərə, tamamilə məntiqli görünən şeylərə.
***
Yuxumuz o ənənəvi “Əzizim Con” məktubu ilə də sonlana bilərdi.
***
Dedikləriniz istər doğru olsun, istər yalan, əgər arxasında duracaqsanızsa, adam kimi deyin.
***
Axmaqlamaq bəzən monotonluğu yox edər və yeni başlanğıc üçün zəmin yaradar.
***
Heç kim başqasını bütünlüklə anlaya bilməz. Edə biləcəyimiz ən yaxşı şey onların bizə bənzədiyini güman etməkdir.
***
İnsan üzünə baxmayacaq qədər yaxınında duran birini xatırlaya bilməz.
***
Marullo pulun vicdanı olmadığını dedi. Onda pullu bir adamda vicdanın hər növü zəiflik deməkdir?
***
Pulun vicdanı olmadığı kimi qüruru və yaddaşı da yoxdur.
***
Mövzu puldursa, tərbiyənin adi qaydaları tətilə çıxır.
***
İki insan birgə yaşadıqda hər biri digərini elə dəyişdirir ki, nəticədə ortalığa iki yeni insan çıxır.
***
Oxucunun hekayə içində özünü rahat hiss etməsi üçün hekayənin onunla bəzi ortaq nöqtələri olmalıdır. Oxucu yalnız bu zaman möcüzələri qəbul edə bilər.
***
İzah edə bilmədiyimiz şeyləri görmürük. Bu arada dünyanın böyük bir hissəsi bir şeyin varlıq səbəbindən çox obyektivliyi ilə maraqlanan uşaqların, dəlilərin, axmaqların və mistiklərin əlində qalıb.
***
İki qadın rastlaşır. Biri qışqırır:
- Saçına nə eləmisən? Parik kimi görsənir.
- Elə parikdir.
- Doğrudan? Heç oxşamır.
***
Təkidi hirslə, hirsi isə zorakılıqla səhv salmaq Merinin adətidir. Bu qorxu ona bəzi əyyaş əmilərindən miras qalıb və utanılası bir şeydir.
***
Hər tərəfdən gələn təzyiqlər insanın davranışını dəyişə bilər. Bunu müharibədə tez-tez görürsünüz. Qorxağın biri qəhrəmana çevrilir, alovların içindən çıxıb cəsur adam olur. Ya da səhərlərin birində qəzetdə mülayim bir atanın arvad və uşaqlarını balta ilə doğradığını oxuya bilərsiniz. Hesab edirəm ki, kişi dayanmadan dəyişikliyə uğrayan bir məxluqdur. Amma bu dəyişiklik yalnız müəyyən vaxtda gözlə görünür. Lazımi qədər dərin deşmək istəsəydim, məndəki dəyişikliyin toxumlarını tapmaq üçün doğumuma, hətta daha əvvələ gedə bilərdim.
***
Bəzən çox istərdim ki, gecə düşüncələrinin təbiətini bilim. Bunlar arzularla yaxın qohumdur.
***
Düşüncə ancaq ən sonda, hücum qurulmuş və hazır olduğunda bünövrənin üstündə binanı tikir, aydınlıq gətirmək və həyata keçirmək üçün sözü işlədir.
***
Hər uğur cəsarət istəyir.
***
Heç kim məsləhət istəmir, istənilən ancaq təsdiqdir.
***
Heyran qaldığımız o böyük sərvətlərin hansı insafsızlıq edilmədən qazanılıb? Biri də yadıma düşmür.
***
Bir müddət qaydalara fikir verməsəm, üstümdə yara izlərinin qalacağını bilirdim, amma guya bunlar müvəffəqiyyətsizliyimin izlərindən daha pis olacaqdı? Yaşamaq yara izlərini daşımaq deyilsə, bəs nədir?
***
Duyğulara aidiyyatı yoxdursa, sözlərin mənası yoxdur.
***
- Niyə mənə axmaq-axmaq sözlərlə xitab edirsən? Adımı çoxdandır ağıllı-başlı demirsən.
- Təkrara yol verməmək və darıxdıcı olmamaq üçün.
***
- Pis şeylər deyirsən. Uşaqlara da.
- Onlar da mənə deyir. Elə dünən gecə Ellen “ata, biz nə vaxt varlı olacağıq” deyə soruşdu.
***
Və yoxsulluğu bacarmayan sizlər zənginliyi də bacarmayacaqsınız.
***
Yoxsulkən qısqanc olan varlanınca lovğanın biri ola bilir. Pul xəstəliyi deyil, yalnız əlamətləri dəyişdirir.
***
Mən sırf pulum olsun deyə pul istəmirəm, heç vaxt da istəməmişəm. Pul adət etdiyim və rahatlıq tapdığım nizamdakı yerimi qorumaq üçün lazımdır.
***
Pulun şöhrəti də hardasa özü qədər iş görür.
***
Pulun kifayət qədəri olmaz. İki ölçü olür: pulsuzluq və az pul.
***
Yaralama niyyəti hirsi oyandırır.
***
Bəlkə məhv edən bir adamın tarazlığı bərpa etmək üçün yaratmağa çalışması təbiidir.
***
Adət etmədiklərinizin əksinə, adət etdiyiniz hər şey insana cazibədar gəlir.
***
İnsanın nə qədər yıxıldığı ilə maraqlanmıram. Yıxılma səbəbi ilə bağlı mütləq bir nəzəriyyəsi var.
***
Bəzi insanlar dürüst davrandığınızı eşidəndə, bunun altında mütləq başqa bir şərəfsizlik axtarırlar.
***
Dostunu itirmək istəmirsənsə, onu əsla sınaqdan keçirmə.
***
Əsl məqsədinizi gizlətmək istəyirsinizsə, doğrunu deyin.
***
Ars est celare artem. – Əsl sənət sənəti gizlətməkdir.
***
Hesab edirəm ki, hər insan həyatının bir dövründə öz məzar daşının yazısını müəyyənləşdirir. Mənimki “Əlvida, Çarli” olacaqdı.
XƏBƏR LENTİ
İşinizdən razısınızmı?
Azərbaycana yeni vəzifə həvalə edildi
Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış
Tarkan xanımı üçün yollara düşdü
"Peyvəndi ya Acun, ya da Nusret tapacaq"
6 aylıq hamilə qadın: "Gündə 20 banan yeyirəm" - FOTO
Lauranın maraqlı makiyaj nümunələri
Qadın.netlilərin ləhcəsi (1)
Niyə məhz Qadın.Net?
Ayaq incəldən idmanlar
Günün qoroskopu: səbr edin
Sürücülərə xəbərdarlıq edildi
İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO/VİDEO
Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI-FOTO
Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır
Cırıq qaloşlar muzeyə qoyuldu
İspan dili 20-ci dərs
Ronaldodan təsirli paylaşım -FOTO
Dəriyə qulluq üçün istifadə olunan təbii yağlar
Gəlinlik seçərkən...
Bakı Avro-2020 üçün 19 şəhərlə yarışacaq
Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
HAVA necə olacaq?-22 İyul
Tərəvəzli gül boxçalar (foto resept)
Balqabaqlı oladi (foto-resept)
Microsoft-dan yeni smartfonlar
Lazer epilasiyasından əvvəl bilməli olduqlarınız
Sabahdan I sinifə qəbul başlayır
Şəkiyə güclü qar yağıb
Gülbən Ergən yenidən gəlin olacaq-FOTO
Bakıda yolun çökməsinin səbəbi bilindi
Notr-Damın damında bağ salına bilər
Ən “təhlükəli” qan qrupu açıqlanıb
Sizdən bir xahişim var!..
Əllərimizi soğan iyindən qoruyaq
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (1)
Turşu suyunun faydaları
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur aktrisadan gözlənilməz Açıqlama
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi itkilər açıqlandı - RƏSMİ
Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO
Badamın inanılmaz faydaları
Psaki girovlar barədə danışdı
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Su zanbağının hazırlanması
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
- ŞƏRHLƏR