Tarixdən məlumdur ki, XVI əsrdə ərəb ölkələri Osmanlı imperiyasının əyalətlərinə çevrilmişdir. Suriya, İraq və Misir qədim mədəniyyət mərkəzləri kimi müsəlman alimlərinin diqqətini cəlb etsə də, artıq ərəb mədəniyyəti tənəzzülə başlamışdı. XIX əsrin I yarısından isə Ərəb mədəniyyətinin yeni inkişaf dövrü başlayır. Yeni və ən yeni tarixi dövrdə ərəb ölkələrinin həm iqtisadi və siyasi cəhətdən oyanması, milli azadlıq hərəkatının genişlənməsi, həm də müstəqil ərəb dövlətlərinin yaranması ilə müasir ərəb mədəniyyətinin təşəkkülü başlayır. Abbasilər xilafəti dövründə Bağdad öz kitabxana və təhsil müəssisələri ilə beyük elm mərkəzinə çevrilmişdi. Sonralar bu sıraya Dəməşq, Hələb, Qahirə, Marağa, Səmərqənd, Qəznə və s. şəhərlər də əlavə olundu. Hindlilərdən alınmış onluq say sistemi geniş yayılmağa başladı. Ərəb dilində hesaba dair ilk əsərin müəllifi Xarəzmidir. Cəbrin riyazi fənn kimi formalaşmasında Xarəzminin və Ömər Xəyyamın mühüm rolu olmuşdur.
Ptolemey və hind alimlərinin astronomiyaya dair əsərləri tərcümə edilərək öyrənildi və astronomiyanın inkişafı başlandı. Ərəblər göy cisimlərinin koordinatlarını təyin etməyi, istifadə olunan üç koordinat sisteminin birindən digərinə keçidi işlədilər.Yerin ölçülərini təyin etmək üçün dərəcə ölçməsi isə Xəlifə Məmunun dövründə aparıldı. Biruni, Xarəzmi, ər-Razi və s. mineralogiyaya dair əsərlər yazdılar. Biruninin “Məsudun qanunu”, “Mineralogiya” və İbn Sinanın “Bilik kitabı”-da atmosfer fizikasına və geofizikaya aid elmi müddəalar irəli sürülürdü. Heysəmin “Optika” əsəri isə hətta Qərbi Avropada da şöhrət qazanmışdı. Tibb sahəsində də nailiyyətlər əldə edilmişdir. İbn Sinanın "Tibb elminin qanunu" orta əsr Şərq aləmində və Qərbi Avropada uzun illər tibbi praktikaya aid əsas vəsait olmuşdur.
Bütün xalqların ədəbiyyatı kimi ərəb ədəbiyyatı da öz təməlini şifahi xalq yaradıcılığından götürmüşdür. İslama qədər yaradılmış ərəb ədəbiyyatı nümunələrinin yalnız az bir hissəsi dövrümüzə gəlib çatmışdır. Bunlar da VIII X əsrlərdə yazıya alınmışdır.
Məlumdur ki, cahiliyyə adlanan həmin dövrdə əsas poeziya janrı qəsidə olmuşdur. Bu janrın yeddi əsas nümayəndəsinin, İmrəul-Qeys, Tərəfə ibn əl-Əbd, Naqibə əz-Zubyani, Zuheyr ibn Əbi Sulma, Əntərə ibn Şəddad, Əşa və Ləbid Rabiənin qəsidələrindən ibarət külliyyat dövrün qiymətli ədəbi abidəsidir. Lukman Ad, Əksəm ibn Seyfiyin, Kuss ibn Səidə, Əmr ibn Gülsüm ət-Təqlibi isə cahiliyyə dövrü nəsrinin baniləri hesab olunur.
İslam dininin meydana gəlməsi və çox geniş ərazidə yayılması ərəb ədəbiyyatının daha da inkişafına səbəb oldu. Nəsrin inkişafında Quranın müəyyən rolu olsa da, ədəbiyyatın əsas janrı poeziya idi. Lakin bu dövrün poeziyasında qruplaşma meyli nəzərə çarpırdı. Belə ki, yaranan poeziya nümunələrinin çoxu bəzi siyasi və dini qrupların mənafeyini ifadə edirdi. Dövrün ictimai satirasının dəyərli nümunələri isə Azərbaycan şairi Musa Şəhəvatin qələminə məxsus idi.
Tədqiqatçılar Abbasilərin hakimiyyət illərini ədəbiyyatın “qızıl dövrü” adlandırırlar. Çünki bu dövrdə xilafətdə yaranan yeni ictimai siyasi şərait ədəbiyyatda daha böyük dəyişikliyə səbəb olur. Dövrün tələbinə uyğun olaraq yaranan ədəbiyyat (əsasən poeziya) ərəbdilli idi. Ancaq bu poeziyanın inkişafında Azərbaycan şairlərindən İsmayıl ibn Yəssarın, Abbas əl-Əmanın, Musa Şəhəvatın, Əbu Nəsr Mənsur ibn Mümkan Təbrizinin və b. mühüm xidmətləri olmuşdur. Yaranan poeziya nümunələri musiqi əsərlərində də öz əksini tapırdı. Ərəb musiqisi əsasən ərəb incəsənəti ilə bərabər işğal olunmuş ölkələrin incəsənətinin vəhdəti nəticəsində formalaşmışdır.
İslam dininin qəbul edilməsi, Yaxın və Orta Şərq, Şimali Afrika, cənub-qərbi Avropa ölkələrinin işğalı və Xilafətin yaranması musiqi mədəniyyətinin inkişafında mühüm rol oynadı. Belə ki, yunan musiqi nəzəriyyəsinin əsasları qəbul edildi, fars və Bizans musiqisinin təsiri altında ərəb musiqisinin səsdüzümü genişləndi, farsların not yazısı, əsas musiqi alətləri ərəbləşdirildi. 7 pərdəli 12 məqama əsaslanan ərəb musiqisi üçün spesifık kolorit, rəngarəng melizmlər, məqamdan yaranan ifa tərzi və zəngin ritm xarakterikdir. Klassik ərəb musiqisi, əsasən vokal musiqisi ilə təmsil olunur.
Orta əsrlərin görkəmli musiqi nəzəriyyəçilərindən sayılan əl-Kindi, İsfəhani, Fərabi, o cümlədən Azərbaycan musiqişünasları Səfiəddin Urməvi və Əbdülqadir Marağayinin əsərlərində Şərq musiqisinə dair mühüm məlumatlar öz əksini tapmışdır. Bu dövrdə İspaniya, Portuqaliya musiqisinə, Avropanın bəzi musiqi alətlərinin formalaşmasına ərəb musiqisinin böyük təsiri olmuşdur.
Sədaqət Məmmədova
XƏBƏR LENTİ
Qadin.Net-lilərin 2-ci görüşü (Bakı)
İranlılara ümrə ziyarəti yasaqlandı
Bəzi rayonlarda qaz olmayacaq
Bacarıqlı xanımlar üçün (3)
Samsung Galaxy S8-in yeni versiyası hazırlanır
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Maradona yenə heyrətləndirdi
Milyarderlərin "AND"-ı nə üçündür?
Bu il manat yenə ucuzlaşacaq
Hadisə evinə girən fanatını bağışlamadı
Sus, düz otur, hamı bizə baxır...
Siz hansı tip anasınız?
Göy soğan piroqu (foto-resept)
Saç düzümləri
Ərzaq qiymətlərində süni artımın qarşısının alınması üçün TƏKLİF
Bakı bir səyyahın dilindən
Rusiyada əhalinin 37 faizi internetdən istifadə etmir
Nevroz və ürək xəstəliklərinin səbəbi
Baxmaqdan doymayacağınız 11 göz makiyajı
Dünya bazarında neftin qiyməti
Kiçik yataq otaqları üçün tövsiyələr
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Leyla Əliyevadan bayram təbriki-FOTO
Google Glass sərnişinlərə xidmət edəcək
Xoşbəxt olmaq üçün düyü yeyin!
Öcalan üçün ilk əfv
File dolması (foto resept)
Plastik boru satışı qadağan edildi
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Viktoriya sevgi döyməsini sildirdi-FOTO
Ən gözəl afrikalılar
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Gələn il üçün qlobal soyuma proqnozlaşdırılıb
Məşhur aktrisa da 1 milyon dollar bağışladı
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Təzə BMW-lərdə ağlagəlməz qüsur aşkarlandı
Azərbaycan ordusu düşmənin xüsusi təyinatlı hərbi hissəsini bölmələri ilə birgə məhv etdi - RƏSMİ
Qiyamət bunkeri
Bakıda daha bir yol çökdü
Azərbaycanda pediatr, yoxsa ailə həkimi?
Toy tortları
Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı
Daha bir erməni həyasızlığı
Burma (foto resept)
Ətli blinlər (foto-resept)
Burak Özçivit
Şəkərbura (foto-resept)
Obsidan daşı
Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək
Təhlükəsizlik kamerasını izləyəndə şoka düşdü - FOTO/VİDEO
- ŞƏRHLƏR