Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
16 noyabr 14:25Feride Xeyirli cumeler 16 noyabr 13:25Sima cumemiz xeyirli olsun
39444

Nigar Rəfibəyli

Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. Nigar xanımın atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah idi.
1919-cu ildə gələcək şairə altı yaşında olanda Xudadat bəy Azərbaycan Demokratik Cumhuriyyəti rəhbərliyinin təklifi və Gəncə ictimaiyyətinin təkidli xahişləri əsasında quberniyanın valisi vəzifəsini qəbul etmiş və bir il müddətində bu vəzifəni layiqincə icra etmişdi. Azərbaycanın zorla şuralaşdırıldığı ilk günlərdə isə Gəncədə hakimiyyətə doluşan daşnaklar Xudadat bəyi həbs etmiş, tələm-tələsik Bakıya göndərərək Nargin adasında güllələnməsini təşkil etmişdilər.
İbtidai təhsilini Gəncədə almış Nigar xanım sonralar Bakı pedaqoji texnikumunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə müəllimliklə başlamış Nigar Rəfibəyli həm də bu illərdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun ilk şeirləri də elə bu vaxtlar dövrü mətbuatda çap olunmuşdur. Nigar Rəfibəylinin "Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc olunmuşdur. 1930-1932-ci illərdə Nigar Rəfibəyli Bakı kinostudiyasında sonralar isə fəhlə-gənclər məktəbində işləmişdir. "Zəfər nəğməsi" (1943), "Şeirlər" (1949), "Anaların səsi" (1951), "Yol xatirələri" (1957), "Dənizin səsi gəlir" (1964) və başqa kitabları nəşr olunmuşdur. 1931-ci ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor kimi fəaliyyətə başlayan Nigar Rəfibəyli sonradan Moskvada pedaqoji institutunda təhsilini davam etdirmişdir. Orada təhsil alarkən Bakıda ilk şeirlər məcmuəsi (1934) çapdan çıxmışdır.

Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir. Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim və ifadə tərzi vardır. Onun poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı və sevilə-sevilə oxunan şeirlər külliyyatı vətən torpağının gözəlliyinə - gülü, çiçəyi, dənizi, bağı, meşəsi, fəsillərin özünəməxsus çalarları, dünyamızda baş verən fərəhli və nisgilli hadisələr, ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləminə həsr olunub. Bütün bunlar kövrək qəlbli şairənin hissini, şüurunu ehtizaza gətirib, gördükləri şeirə çevrilib. Daim nikbin olan Nigar Rəfibəylinin ən kədərli şeirində belə ümidli günəşin şəfəqləri duyulur. Misraların ahəngində dan yerinin ağardığını görürsən. Çünki onun şeirləri saf bir nəfəsdən, könüldən doğan və ürəyə ünvanlanan bahar nəğmələri kimi yaşıldır. Bu şeirlərin ahəngində qəribə bir zəriflik duyulur. Nigar xanımın lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.

Azərbaycanla bağlı müxtəlif mövzularda yazıb-yaradan Nigar xanım dünya xalqlarının da həyatından, faciəli məqamlarından bəhs edən şeirlər də yazıb. Belə ki, onun "Dolores İbarruri" şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri isə  Əlcəzair xalqının milli-azadlıq mübarizəsindən bəhs edən qüvvətli lirik əsərlərindəndir. 

Yaradıcılıqla məşğul olan Nigar Rəfibəyli 1937-1939-cu illərdə "Uşaqgəncnəşr"in bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində çalışıb. 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr edərək, qardaş xalqlar ədəbiyyatından (Nəvai, Şiller, Puşkin, Lermontov, Çexov, Şevçenko və başqaları) bədii tərcümələr etməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir. Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə "Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur. 
Nigar Rəfibəylinin həyat və yaradıcılığı, onun  həzin hisslər və incə duyğular tərənnüm edən poeziyası nəinki milli ədəbiyyat tariximizdə özünəməxsus  yer tutmuş, eyni zamanda, böyük şair, ictimai xadim Rəsul Rzanın həyat və yaradıcılığına belə əsaslı təsir etmişdir. O, Azərbaycanın xalq şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır. Bu ailənin övladı Azərbaycan xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar da öz əcdadlarının, anasının, atasının sənət yolunu davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir. Bir ailənin üç üzvü Azərbaycanın sevilən- seçilən nümayəndəsinə çevrilib. Bir ailədə üç xalq yazıçısı - Rəsul Rza, Nigar xanım Rəfibəyli və Anar. Bu, əlbəttə, bir şəcərənin tarixi üçün böyük bir səltənətdir. 

Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə "Şərəf" nişanı ordeni və medallarla təltif olunmuşdur.
Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat etmişdir. Hal-hazırda Bakı küçələrindən biri onun adını daşıyır.

Mən könül mülkünün tacidarıyam,
Xəyal dünyasının şah nigarıyam.
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.

Nigar Rəfibəyli Azərbaycanın şair qadınları arasında öz zərif duyğusu və intellektual səviyyəsi ilə seçilir. Onun şeirlərində Azərbaycan qadınlarının sevgi və zəhmət dünyası, ağrı və acıları bütün əlvanlığı ilə qələmə alınmışdır. Şairin bənzərsiz, yüksək metodik ahəngə və dəyərli sözə malik olan nəğmələri çoxdur. Nədən yazmasından asılı olmayaraq, Nigar Rəfibəylinin poeziyasında daim müraciət olunan bir mövzu həmişə diqqət çəkib. Bu, ana məhəbbəti, qadın səadəti, övlad sevgisidir. Nigar Rəfibəyli yaradıcılığında ana mövzusunun xüsusi yeri var. Övlad, ana məhəbbəti onun şeirində Tanrı zirvəsinə qalxa biləcək bir dünyadır:
Döyür pəncərəmi bir acı ruzigar,
Bayırda bu axşam yenə boran var.
Bürüyüb qəlbimi coşqun arzular,
Çəkilib gözümün yuxusu, ana.

Zərif duyğularının poetik şəkildə təsirli ifadəsinə, həyatın adilikləri içərisində heyrətedici məqamları görə bilməsinə və bunun da nəticəsində qələmə aldığı şeirlərində insanın ruhunu dilə gətirən, ona romantik duyğular aşılayan, düşündürən Nigar Rəfibəyli Azərbaycan poeziyasında öz dəst-xəttinə malik unudulmaz söz sahiblərindən biridir.

Səslərin sayı: 22
30
60346
loading...
Şərhlər
Offline
Aysel İ.
Döyür pəncərəmi bir acı ruzigar,
Bayırda bu axşam yenə boran var.
Bürüyüb qəlbimi coşqun arzular,
Çəkilib gözümün yuxusu, ana.
24 fevral 2015 01:18
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xanim_Xatun
Mən könül mülkünün tacidarıyam,
Xəyal dünyasının şah nigarıyam.
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.

Əla yazılıb...
29 noyabr 2014 18:21
Offline
Elnur Məmmədov
nümunəvi sovet qadını,Islam dövləti olnasada,Islami əsasla isarə olunyb.bu xanım da əla nqmunəsə qızlarımıza.zəbərçün bacım,var ol
15 noyabr 2013 02:01
Offline
Rzayeva Guler
cox gozel saire olub
24 sentyabr 2013 22:34
Offline
Huseyn Huseynov
Mən könül mülkünün tacidarıyam,
Xəyal dünyasının şah nigarıyam. <------> XEYALLARININ SAH NIGARI OLMAQ AZ XANIMA NESIB OLUB. O
Vətən torpağında iftixar olan XANIMLAR XOWBEXTDIR KI MUQEDDES DUYGULARIN YARADICISI ELE
Şanlı nəsillərin yadigarıyam. ONLAR OZLERIDIR. OZ HEYATI ILE KIMLERESE HEYAT BEXW EDIR.
NIGAR XANIMDA MEHS O XANIMLARDAN IDI. ALLAH ONA REHMET ETSIN.
6 sentyabr 2013 14:16
Offline
Yağmur damlası
Beli Resul Rzanin olumunu o ozu olen gune qeder bilmedi,onlarin olumunun arasinda da sehv etmiremse (1-aprel Resul Rza,9-iyul Nigar xanim)3-ay ferq olub.bu hadiseyle bagli cox sairler ser yazib.Nigar Refibeyli ve Resul Rza mehebbeti cox guclu olub,o Turkiyede xestexanada yatanda o seri yazib,hansi ki,Akif Islamzade o mahnini oxuyub,bu Neyleyim mahnisidir.Cox sag olun Ceylan xanim,men bu aile haqqinda,onlarin sevgisi haqqinda bir xeebr hazirlamaq isteyirdim.Amma artiq siz hamisini qeyd etmisiz.Halal olsun.
1 avqust 2013 16:32
Offline
J e a l o u s y
Allah rehmet etsin!
30 iyun 2013 21:55
Offline
PePito
axirkii vaxt edib bu xebere sherh yazdim,,,Ceylan xanim cox gozel bir xeberdii cox beyendim...mendee sevdiyim sheirlerinden birini yazim icazenizlee )))
Ayriliq

Men ki doymamisdim hec vusalindan,
Mene zulm eledi yaman ayriliq.
Ne olardi bir gun durub yuxudan
Goreydim ki olub yalan ayriliq.

Biz ki bir ruh idik iki bedende,
O gulub-sevince gulerdim men de,
Vusalin bulbulu ucub gedende,
Das kimi qelbimde qalan ayriliq.

Kim qiydi dostlarin bahar eline,
Mehriban sozune, sirin diline,
Cananin sazini alib eline,
Egyar mizrabiyla calan ayriliq.

Men gorende orda yaz seheriydi,
Xos nefes baharin kulekleriydi,
Acilan ag badam cicekleriydi,
Indi onlardimi solan, ayriliq.

Gun cixar, daglarin eriyer qari,
Pozulmaz dostlarin ehdi, ilqari,
Kecer urek derdi, konul qubari,
Gel etme meydanda covlan, ayriliq.
29 iyun 2013 21:20
Offline
Selvi
Ədəbiyyat mənim nəfəsimdir. Belə gözəl mövzuya görə Ceylan xanım təşəkkürlər. Nigar Rəfibəyli haqqında yazmaqla bitməz. Gözəl insan, istedadlı şairə və tərcüməçi bir xanımdır. Bu ailənin istedadları göz qabağındadır. Şerlərində incə qəlb, ruh adamı özünə necədə cəlb edir.

SƏNSİZ

Bir son bahar da düşdü
ömrümün təqvimindən,
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda -
sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli necə qopardım?
Dünyada gözəl də çox,
gözəl ürəklər də çox.
Şirin-şirin arzular,
incə diləklər də çox.
Bir sən oldun könlümün
yaxın dostu, həmdəmi.
Sən olmazsan tutmazdı
bəlkə əlim qələmi.
Sən olmazsan baharın
yazın ətri olmazdı.
Sən olmazsan bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şerim olmasın sənsiz.
29 iyun 2013 11:46
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Mexbube
Sanki orta mektebde edebiyyat dersimi oyrendim Nigarin serleri menalidir xosuma gelir onun haqqinda yazmisiniz hec olmasaarasdirardiniz onun aile uzvlerinden kimse qalibmi?
28 iyun 2013 09:38
Offline
Zehra Bedirxanli
Çox gözel şairədir. etraflı məlumat üçün təşəkürlər.
28 iyun 2013 08:44
imza: QADİN.NET
Offline
Günel Əsədova
Səninlə xos keçən o görüşləri
Ömrümün ən şirin yuxusu sandım.
Səni tanıdıgım o gündən bəri
Elə bil yuxudan birdən oyandım.

Nə şirin, nə gözəl bir röya idi
Şirin söhbətlərin, şirin vüsalın.
Bu bir dostluq idi, ya sevda idi
Ilisib könlümdə qaldı xəyalın.

Məni bu yuxudan oyatmasınlar
Xəyalın könlümdən qoy silinməsin.
Yandırsın qəlbimi bu eşqin odu,
Yandırsın, aşkarda heç bilinməsin.
27 iyun 2013 23:49
Offline
Ceylan Mumoğlu
Sonay Quluzade,
Düzdür, burda iki bənd çəkilib, amma, Ceylan xanım, xahiş edirəm, bir də verəndə bütöv bir şeiri də verin, sevə-sevə oxuyardım mən.

Onu da bir başqa userə saxladım da ,Sonay xanım, hamısını bir xəbərə sığdırmaq olmur e)
Həm də Nigar xanım haqqında ikinci bir xəbərimiz (fərqli mövzu ilə) olarsa,əla olar laughing

Şərh yazan hər kəsə təşəkkürlər girl_ten
27 iyun 2013 23:07
Offline
Mahira
men ANAR adinin menasini ilk defe esidende maraqli geldi mene. ANAR yeni anasi NIgar atasi Resul.cox maraqli gelmiwdi.heqiqetnde cox gozel qadin olub.bele derin melumatladirdiqiniz ucun minnetdaram
27 iyun 2013 22:44
Offline
PƏRVANƏ ƏLİYEVA......
Hicranın ağırdır, dözə bilmirəm,
O uca dağlardan en gəl, Anarım!
Körpə ayaqların yaman yorulub,
Sinəmin üstündə dincəl, Anarım.

Sənsiz nə gecəm var, nə də gündüzüm,
Sən gedəndən bəri gülməyib üzüm,
Gəl uzun kiprikli körpəcə quzum,
Anarım, Anarım, gözəl Anarım!

Sən ceyran gözlüsən, çatmaqaşlısan,
Tayın-tuşun yoxdur, yar-yoldaşlısan,
Bəlkə məndən ayrı gözü yaşlısan,
Olmuş bu ayrılıq əngəl, Anarım!

Dağların sinəsi lalə, bənövşə,
Yaylaqlar qonağı ol sən həmişə,
Qoyma bu daqlara bir xəzan düşə,
Tökülə yollara xəzəl, Anarım!

Bu gozel insan haqqinda bele etrafli xeberi cox boyuk bir maraqla oxudum.Teshakkur edirem Ceylan xanim.Yazan eliniz var olsun.

Dağlar duman alanda
Gözüm yollar da kalan da
Yâdıma seni salanda
Gül yanağım solmasın mı

Esen yeller esen yeller
Sevgilimden bana haber
Soldu verdiğin çiçekler
Gözüm yaşla dolmasın mı
Gül yanağım solmasın mı

Bu yerlerden geçmez oldun
Dost düşmanın seçmez oldun
Aşkına and içmez oldun
Halin harap olmasın mı

Esen yeller esen yeller
Sevgilimden bana haber
Soldu verdiğin çiçekler
Gözüm yaşla dolmasın mı
Gül yanağım solmasın mı
27 iyun 2013 21:14
Offline
Yasemen
Sevdiyim sairedir,genis melumat ucun de tesekkurler
27 iyun 2013 17:16
Offline
mira-kerim
O, Azərbaycanın xalq şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır. Bu ailənin övladı Azərbaycan xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar da öz əcdadlarının, anasının, atasının sənət yolunu davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir. Bir ailənin üç üzvü Azərbaycanın sevilən- seçilən nümayəndəsinə çevrilib. Bir ailədə üç xalq yazıçısı - Rəsul Rza, Nigar xanım Rəfibəyli və Anar. Bu, əlbəttə, bir şəcərənin tarixi üçün böyük bir səltənətdir.
bunlari bilmirdim...maragli oldu mənimcün..yeni bir şey öyrəndim.. give_ros
27 iyun 2013 13:59
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Louis Vuitton
Bu ailənin istedadları hələ də davam edir. Anar bəyin qızı da gənc yazarlarımızdandı. Anar adının özünün açması var ---anası Nigar, atası Rəsul smile
Nigar xanım çox incə qəbli bir şairədir, qadın olması ilə bağlı deyil bu, hisslərinin zərifliyi ilə bağlıdır.


DURNA

Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar...
Uçuruq - qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.

Uçuruq uça bildikcə...
Bizə həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.
27 iyun 2013 13:29
Offline
Gulum
Gozel xanim olub Bu yaxinlarda oglu ANAR ailelei haqqinda daniwdi Nigar xanimin evladlarina qoyduqlari adlar Azerbaycanda ilk defe onlarin ailesinde qoyulub Yeqin bu belede olmaliymiw RESUL RZA ve NIGAR xanim zengin duwunce sahibi olublar
27 iyun 2013 13:22
Offline
Günel Əsədova
Nigar Rəfibəylinin yaradıcılıgı ilə təsadüfən tanış olmuşdum.Belə ki,uşaqlıq dövründən kitablara böyük həvəsim vardı.Qonşumuzun qızı ilə onlara gedib -gələndə,eyvandakı kitab baglamalarını görmüşdüm.Maraq məni bürüsə də,utandıgımdan cəsarət edib,baxa bilməmişdim.Qonşumuz həkim idi.Evlərində kitab o qədər idi ki,bir qismini baglamalar halında eyvana yerləşdirmişdilər.Bir gün onlar evdə olmayanda,eyvana kecdim,qorxa-qorxa kitablara yaxınlaşdım və bir kitab götürdüm.Kitabın adı yadımdan çıxıb,amma o yadımdadsır ki,üstündə gözəl bir qadın şəkli vardı və Nigar Rəfibəyli yazılmışdı.Pilləkənlərdə oturub ,bir neçə şer oxudum.Qorxdugumdanmı ya nədən bilmirəm,kitabı özümlə götürmədim.Amma uzun müddət o şerləri xatırlayırdım.
Bir gün də bacımgilə getmişdim.Qaynanası çox qoca idi.Artıq yeriyə bilmirdi.Həmişə onunla söhbət etməyi sevirdim.Çox müdrik sözləri vardı.Bir gün söhbət zamanı,Nigar Rəfibəylinin onun dayısı qızı oldugunu öyrəndim.Haqqında söhbət etdi,yazıçı Anardan danışdı.Heyif Ömür vəfa etmədi ki,bu yay gedəndə yenə də o söhbətimizi davam etdirmək istəyərdim.
27 iyun 2013 12:55
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!