Bakıda hava 14°
USD AZN
EUR AZN

Körpələrin qəribə yatmaq vərdişləri

Körpələrin yatarkən etdikləri bəzi hərəkətlər valideynləri narahat edə bilər. Tərləmək, başını çırpmaq da həmin hərəkətlərdən sayılır. Gəlin birlikdə mütəxəsislərin bu hərəkətlərdən hansının təhlükəli, hansının təhlükəsiz olduğu haqqında dedikləri fikirlərlə tanış olaq.

Körpələrin qəribə yatmaq vərdişləri

Körpənin başını çırpması  

Bəzi valideynlər uşaqlarının yuxulu halda başlarını çarpayının yan tərəfindəki dəstəklərə vurmasının şahidi olurlar. Mütəxəssislər qeyd edirlər ki, körpə uşaqların  20%-ə yaxını bunu edir. Oğlanlarda bu hal qızlara nisbətən daha çox müşahidə olunur. Bu proses adətən körpənin 6 ayın başlayaraq 3 yaşına kimi davam edir. Bu halın səbəbini öyrənmək hələ də mümkün olmayıb. Lakin mütəxəsislər bunu özünü təsdiqləməyin yollarından biri kimi qiymətləndirir. "Ana bətnində olarkən embrion irəli və geriyə gedir. Ola bilsin ki, doğulduqdan sonra körpə öz hisslərini başını vurmaqla bildirir" deyə pediatr-psixoloq Rahil Briqqs bildirib. Həm də bu, diş və ya qulaq ağrısına görə də ola bilən hərəkət hesab edilir. Lakin siz övladınızın başını ora-bura vurma adətinin baş ağrılarına, göyərmələrə, beyin zədələrinə səbəb ola bilməsindən qorxursunuz. Lakin bu belə deyil. Əgər uşaq başını bir yerə vurarkən ağrı hiss edərsə dərhal dayanacaq və təkrarən vurmayacaq. Bu vərdişə sahib olan bütün valideynlərə məsləhət görülür ki, körpənin çarpayısının kənarlarını yumşaq dəstəklərlə əhatə etməyə ehtiyac duymasınlar. Yaddan çıxarmayın ki, uşaq çarpayısındakı əlavə əşyalar onun boğulmasına səbəb ola bilər.

Körpələrin qəribə yatmaq vərdişləri

Yuxuda səksənmə

Körpəniz yuxuda olduğu zama səksənib əl-qolunu atır. Bu, gecə qarabasmaları deyil. Körpələrin əsəb sistemi hələ tam inkişaf etmədiyindən onlar ətraf mühitə cavab reaksiyalarını və reflekslərini hələ tam nəzarətdə saxlaya bilmirlər. Bu o deməkdir ki, belə nizamsız hərəkətlər qeyri-iradidir və zərərsizdir. Hər ehtimala qarşı, əlinizi onun titrəyən əlinə və ya ayağına qoyaraq sakitləşdirin. Əgər bu titrəmələr əsəbdən irəli gəlmirsə, o zaman uşağın 2-4 ayından sonra bu əlamətlər tədricən aradan qalxacaq. 

Körpələrin qəribə yatmaq vərdişləri

Xoruldamaq

Bizə elə gəlir ki, yalnız böyüklər xoruldayır. Lakin körpələr də yatarkən xorultuya bənzər səslər çıxara bilirlər. Xorultu adətən hava axınının kiçik burun boşluğundan keçməsi və boğazdan geri qayıtmasının nəticəsidir. Xorultu uşağın xəstələnməsi və ya südün burun keçidinə tıxanması səbəbindən baş verə bilər. Burunu xüsusi nasos və ya duzlu su vasitəsilə təmizləyə bilərsiniz. Asfiksiya (boğulma) da xorultuya səbəb ola bilər. Bərk xorultu və boğulma asfiksiyanın əlamətləridir. Ona görə də uşağınız yatanda xoruldayırsa, həkimə müraciət etməyiniz məsləhət görülür.

Körpə yatarkən nəfəsinin bir neçə saniyəlik dayanmağını hiss edə bilərsiniz. Yeni doğulmuş körpələr üçün "fasilələrlə nəfəs almaq" normaldır. 

Uşaqlar əvvəl tez -tez, sonra sakit nəfəs alırlar. Daha sonra nəfəs almada təxminən 10 saniyəlik kiçik fasilə yaranır. Sonra bu hal yenidən təkrarlanır. Nəfəs almada bu fasilələr ona görə baş verir ki, körpənin beynində bu funksiyaya nəzarət edən hissənin inkişafı hələ tam formalaşmayıb.

Əgər körpəniz rahatdırsa, boğulmursa, dırnaqları və dodaqları göyərmirsə, o zaman narahat olmayın. Adətən, körpə 4-6 aylıq olanda onun nəfəs alması daha müntəzəm hala gəlir.

Körpələrin qəribə yatmaq vərdişləri

Tərləmə

Bəzi körpələr yatan zaman tərləyirlər. Körpənin başı bədənindəki ən böyük orqan olduğundan, istiliyin çox hissəsi burada cəmləşir. Bununla əlaqədar olaraq körpənin alın hissəsi və saçları daha çox tərləyir. Lakin bu istilik və ya tərləmə xəstəlik əlaməti də ola bilər. Uşağın narahat olduğunu hiss etdiyiniz təqdirdə həkimə müraciət edin. Adətən 3-4 aylıqdan sonra gecə yuxusunun müddəti uzandıqda körpələr əvvəlki kimi çox tərləmirlər. Amma elə uşaqlar da vardır ki, onların bədəni çox tərləyir və bu proses onlar böyüyəndə də davam edir.  

Səslərin sayı: 7
58
48474
loading...
Şərhlər
Offline
semavi
o biri meqalaleri nye oxuya bilmirəm (((

o biri meqalaleri nye oxuya bilmirəm (((

Saytın veb(TAM) versiyasına keçid
Diqqət, yalnışlıq var
Bu bölmədə xəbər tapılmadı və ya sizin bu bölməyə baxmaq hüququnuz yoxdu
Qadin.Net bele yazilir mumkunse 2ayliq körpəyə baxim meqalesini semaviqoca_86@mail.ru e mail aderine gonderersiz
31 may 2016 22:26
Offline
Aysel İ.
Mənim balacam daha çox üzü üstə yatmağı sevir.
6 dekabr 2014 19:21
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Realist
Yatışlarını yeyim. Mənimki də kefi necə istəsə, elə də yatır.
28 noyabr 2014 19:14
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
zehra
Xebere gire tesekkurler maraqlidir.menim boyuk qizim gece ele yatirki allah qorusun bir yerde dayanmir ayaqlati mutleq kravatindan cixmalidi lol balacamsa lap melek kimi yatir hec terpenmir gece nece yatsa seherde ele durur allah butun korpeleri qorusun aminn
3 avqust 2014 18:26
Offline
Deniz N-va
Hmmmmmm ilginccccc dance1 Tesekkurlerrrr
3 avqust 2014 18:09
Offline
MİRiyeva
Bu dəqiqə 2 aylıq oğlum xorulduyur))))özüdə üz üstdə yatır love
13 iyul 2014 12:38
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
AFƏR
Ay menim yarali yerime toxunmusunuz,oglumda ,qizimda cox pis yatirlar,sehere kimi yataqda ora bura dolasib dururlar ustleride ki aciq,men orturem onlar acir.......,oglum korpe vaxtinda teze dogulanda uzu uste yatirdi qarninin sancisindan arxasi uste yata bilmirdi girl_cray ele hey qishqirirdi,shukur qizimda o,qederde sanci olmadi girl_ten .allah butun korpeleri saxlasin :):):)
25 aprel 2014 15:05
Offline
leman abuzerova
sirindiler inwallah menimda korpem bele gozel olar
27 yanvar 2014 22:27
Offline
Fidan Məmmədova
Ne sirin yatiblar,dogurdan da usaqlar cox sirin yatirlar,adam baxdiqca doymur
25 dekabr 2013 16:31
Offline
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰
YUXUM GELDI MENIMDE GEDIM YATIM/
20 dekabr 2013 02:34
Offline
Jasmin
Tesekkur uwaq istedm
19 dekabr 2013 22:01
Offline
Alina
Mənim qızımın qəribə bir adəti var mənim yatanda kiminsə əlindən tutmalıdı,yoxsa yata bilməz. bully Balaca ancaq yuxusu gələndə yatır,yəni belə nə qədər yellətsəm,nə qədər uzansam onun yanında yata bilməz.Yuxusu gələndə artıq gözlərindən yuxu tökülür.Ya mənim qucağımda,ya da atasının qucağında yatır.Bəzən ata-bala elə gözəl yatırlar ki,gözlərim dolur onları elə görəndə) love
Xəbərə görə isə təşəkkürlər) smile
19 dekabr 2013 14:14
Offline
Dr Agayeva
[quote=7337]Tecrubeden kecirecem, birini oyretsem, sonra o birisini de oyrederem. Neticesin yazaram. Bir de ki, masaj edende aglamirdi? Aglayanda ne edirdiz?
[/quote]Bilirsen baci nece ?masaj deyende ayagin elin sigallala....ya da men bele edirdim meselen elimi yastigin ustune vururdum ses edirdim davamli o da diqqetle qulaq asirdi...sakitlewenden sonra yuxuya getmek asandi...balacami ise lap az yelledim indi uzu uste qoyuram bawin ora bura cevirib yatir...
18 dekabr 2013 21:29
Offline
vusale-m
Menim oglum smesi emende basina yumruq vura vura yeyir,yatmaq ise cox problemli meseledi...Geceler durub oynuyur
18 dekabr 2013 18:31
Offline
Fatma xanım
Nə şirin yatmaqları var
18 dekabr 2013 16:58
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
QWEN
Dr Agayeva ,
Tecrubeden kecirecem, birini oyretsem, sonra o birisini de oyrederem. Neticesin yazaram. Bir de ki, masaj edende aglamirdi? Aglayanda ne edirdiz?
17 dekabr 2013 22:44
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
тихая
Ruhəngiz
Çox sağolun canım minnətdaram give_ros
17 dekabr 2013 21:18
Offline
Ruhəngiz
Gənc analar üçün çox yaxşı xəbərdir.Çox sağ ol canım.inşaAllah ALLAH sənə də belə gözəl pay versin.Mənim artıq yadımdan çıxıb uşaqlarımda necə olub.
17 dekabr 2013 19:56
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
тихая
APENAS,Canım air_kiss
Seriyye Xelilova,çox sağolun give_ros
Allah bütün körpələrə sağlam həyat bəxş etsin! Körpəsi olmuyanlarada körpə sevinci nəsib etsin İnşAllah girl_ang
17 dekabr 2013 18:49
Offline
APENAS
Menim Canimin en gozel ve maraqli xeberi chixib ki dance1 gozel ve faydli xeberdir canim yazan ellerin var olsun, ALLAH butun korpelerimizi qorusun Amin inshAllah. Chox sag ol Bi tanem paylashdigin uchun kiss
17 dekabr 2013 18:14
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )