USD 1.7010 AZN
EUR 1.9798 AZN
18:19Angel Göyden derdli derdli yağış yağır :(((((((( 16:57Emma Svon Hər vaxtınız xeyir! 14:49Xəyalə Murad Salam, Şəbnəm xanım. Xoş gəldiniz! 13:13Shabnam Rahimova Salam Gözəl xanimlar 10:50Xəyalə Murad Gününüz xoş, işiniz avand olsun! 10:50Xəyalə Murad Sabahınız xeyir, Əziz Qadin.Netlilər!
37532

Qadın-kişi bərabərsizliyi

 

Qadın-kişi bərabərsizliyi

 

Bu gün yaşadığımız cəmiyyətin ən böyük problemlərindən biri qadın-kişi bərabərsizliyidir. Xüsusilə də əsl ədalətin yaşanmadığı cəmiyyətlərdə bu problem özünü daha çox büruzə verir. Dünyanın bir çox ölkəsində qadına ikinci dərəcəli varlıq kimi baxırlar. Qadınlar zəif və qorunmağa möhtac hesab edildiklərinə görə alçaldılırlar və əzilirlər, yenə bu kimi səbəblərdən qadınların fikirlərinə də hörmətlə yanaşılmır. Ümumi şəkildə desək, bütün dünyanın qadınlarla bağlı təsvirləri belədir: Özünə inamı olmayan, bacarıqsız, qorxaq, zehni baxımdan çox inkişaf etməyən, ağlı dayaz və s. Elə onların bu yanlış təsvirlərinin nəticəsi olaraq da bir qadının etdiyi səhv həmin şəxsin insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi səhv şəklində qiymətləndirilir. Lakin qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırırlar, onlara edilən anormal rəftarları normal qəbul edirlər. İnkişaf etməmiş ölkələrin çoxunda isə qadın kişi bərabərsizliyi daha yüksək həddə çıxmışdır. Bu ölkələrdə qadınların təhsil almaq, seçmək-seçilmək, iş sahibi olmaq hüquqları əllərindən alınır. Hətta ailə qurarkən həyat yoldaşlarını seçmək haqqına da sahib deyillər. Bir mövzu haqqında fikir bildirmələri mümkün deyil. Özləri ilə bağlı qərarları da verə bilmirlər. Çünki onların əvəzindən bu qərarları verən” ağıllı ərləri və ataları” var.

Halbuki qadınlar dünyanın  ən gözəl varlıqlarındandırlar. Onlar da ağıllıdırlar və varlıqları gözəl əxlaqları ilə, ruhlarındakı dərinlik  ilə, mərhəmət  və şəfqət hissləri ilə, incə düşüncələri ilə fədakarlıqları ilə ruha şəfadır. Ağıllı, diqqətləri açıq, incəlikləri görə bilmək xüsusiyyətləri də çox üstündür. Ana-ataları üçün, bacı-qardaşları üçün, həyat yoldaşları və uşaqları üçün, eləcə də dostları üçün hər zaman hər yerdə böyük nemətdirlər. Bu qədər dəyərli olmalarına baxmayaraq, çox təəccüblüdür ki, dünyanın hər tərəfində layiq olduqları dəyəri görmürlər. Tez-tez xəbərlərdə qadınların zülmə məruz qalmaları, çətin şərtlər altında yaşamaları, zorakılığa məruz qalmaları ilə bağlı eşidirik. Qadınların yaşadığı çətinliklər televizorların, internet saytlarının, qəzetlərin ən vərdiş olunmuş xəbərlərindəndir. Bu problemin ən vacib səbəblərindən biri isə insanların ruhunda meydana gələn böhrandır. Özləri belə sevgidən, şəfqətdən, gözəl əxlaq göstərməkdən, yaxşılıq etməkdən zövq almayan insanlar şübhəsiz ki, bunu başqalarına da göstərmir, bunu heç vacib də bilmirlər. Bir çox insan özünə sadəcə “həyat davasını” hədəf etmişdir, hansı ki onlar yemək, içmək, yatmaq, istirahət etmək kimi ibtidai ehtiyaclarını təmin etməkdən  başqa bir şey düşünmürlər. Bir çox insan dünyadakı həyat təlaşı içərisində insani keyfiyyətlərini itirmiş, bunlara ehtiyac duymayacaq qədər robotlaşmışdır. Bəziləri isə bunlarla da kifayətlənməmiş, bir az da irəli gedərək, insanlıqdan kənar xüsusiyyyətləri qazanmışdır. Elə bunun təbii nəticəsi olaraq da, qadına şiddət tətbiq edilir, alçaldılır, döyülür, söyülür, təhqir edilir, sərbəst yaşamaq hüquqları əlindən alınır.

 

 

Qadın-kişi bərabərsizliyi

 

 

Zövq almaq, vaxt keçirmək və ya elmlənmək məqsədilə oxuduğumuz bir çox kitab və ya baxdığımız televiziya proqramları biz heç sezmədən çox böyük yanlışları cəmiyyətə təlqin edir: “Həyat mübarizədir, dünya ədalətsizdir, insan məsuliyyətsiz mədəniləşmiş heyvandır”, məsuliyyətsizliyi bu tip insanlar azadlıq kimi qavrayırlar, amma ki azad olmaq heç də düşüncəsiz olmaq demək deyil, məsuliyyətsiz olmaq da demək deyil. “Güclü olan hər zaman qalibdir, güclü olmaq üçün özündən daha zəifi əzməlisən” və s. Məhz bu təlqinlər insanları bu nöqtəyə gətirib çıxarır. Laqeydlik, eqoistlik, ruhsuzluq, vicdansızlıq bu yanlış təlqinlərin nəticəsidir. Bunun əvəzinə, həmin adamlara hər insanın etdiyi hər hərəkətə görə məsuliyyət daşıyacağı, bir gün vicdan mühakiməsi ilə qarşı-qarşıya qalacağı təlqin edilsə, bəlkə də insanlar ağıllarını, iradələrini ən yaxşı şəkildə istifadə edərdilər, vicdanlı olmağı öyrənərdilər. Təkcə qadınlara qarşı deyil, uşaqlara, yaşlılara, ehtiyac içində olanlara, haqqları əlindən alınmış məzlumlara – hər kəsə gözəl əxlaq göstərərdilər.

Düzdür ki, bu problemin həll olması üçün hüquqi tədbirlər alınır və bu da qadına şiddətin azalmasına müəyyən qədər kömək edəcək əlbəttə. Lakin qadınların daha dəyərli bir mövqeyə gəlmələri yalnız hüquqi tədbirlərlə mümkün deyil. Əgər siyasət, qanunlar və tədbirlər bunun üçün kifayət etsəydi, bu gün hələ də bu mövzunu  gündəmə gətirməzdik. Qadın haqqlarının bərpa olması ilə bağlı on illərdir ki, həll yolları axtarılır. Qadın haqqlarını qorumaq üçün qurulan dərnəklər, bərabərlik, azadlıq, feminizim kimi mövzuların müzakirə edilməsi, planlar qurulması, konfranslar və s. bu həll yolları axtarışının bir hissəsidir. Lakin nəticə hələ də yaxşı deyil. Hətta inkişaf etmiş ölkələrdə belə qadınlar təcavüzə, cinayətə, şiddətə məruz qalır.

 

Qadın-kişi bərabərsizliyi

 

Statistikalara baxsaq görərik ki, bu problem təkcə inkişaf etməmiş ölkələlərin deyil,  bütün dünya ölkələrinin problemidir. Məsələn, Amerika, dünyanın ən böyük güc mərkəzi, demokratiyanın ən pik nöqtəsini mövcud olduğu yerlərdən biri olmasına baxmayaraq burada hər üç qadından bir cinayətə məruz qalır. BMT Statistika Şöbəsinin məlumatlarına görə isə 1995-2006-cı illərdə həyatında ən azı bir dəfə şiddətə məruz qalan qadınların bəzi ölkələrdəki nisbətləri belədir: Kanada 8%, İsveçrə 11%, Yaponiya 15%, Danimarka 20%, Avstraliya 27%, Almaniya 29%. Dünyada şiddət səbəbindən dünyasını dəyişən 15-44 yaş qrupundakı qadınların sayı xərçəng, avtomobil qəzası və müharibələr səbəbindən ölən qadınlardan daha çoxdur. Bu statistikalar göstərir ki, mədəni qanunlara malik olmaq, inkişaf etmiş təlim-tədbirlər, təhsil kimi faktorlar belə qadına edilən şiddətin qarşısını ala bilmir. Çünki problemin ən həyati ünsürünə laqeyd yanaşılır. Deyək ki, gələcək zamanlarda hüquqi tədbirlərl qadına yönəlmiş şiddətə mane oldu. Bəs qadına olan ümumi baxış, münasibət də dəyişəcəkmi? Onlara layiq olduqları dəyəri verən, hörmət edən, azadlıq verən düşüncə sisteminin cəmiyyətdə yayılmasını necə təmin edə bilərik? Problem budur. Bunu həll etmək lazımdır hər şeydən əvvəl. Yalnız qanunlar çıxartmaqla, bəzi qrupların etdiyi etiraz mitinqləri təşkil etməklə, əlində “qadına azadlıq”, “azadlıq istəyirik” və s. plakalatlar daşımaqla nəticə olmaz əlbəttə ki. Alınan tədbirlərin sabit həllə çevrilməsi üçün mütləq zehni dəyişikliyə ehtiyac var. İnsanların düşüncə sistemini dəyişmək lazımdır. Qadına edilən zorakılığa mane olmağa çalışdığımız kimi, onlara hörmət göstərilməsini, sevilməsini də cəmiyyətə aşılamaq lazımdır. Bunu təmin edən şeylər isə əlbəttə ki çərçivələr içərsindəki standart rəsmi qanunlar deyil. Qanun sevgi öyrətmir insana. Sevgi əxlaq göstəricisidir. Əxlaqı öyrədən isə dindir. Amma İrandakı, Ərəbistandakı və s. ölkələrdəki kimi fanatik din anlayışı ilə deyil, əsl din əxlaqı ilə bu probelm həllə qovuşa bilər. Çünki əsl din əxlaqı qadını ucaldır. Qadınlarla kişilər arasındakı bərabərliyi təmin edir. Qadınları sevməyi, qorumağı, ədalətli olmağı, mərhəmətli olmağı öyrədir.Yəni səhərə qədər təsbeh çevirib qadınların şiddətdən qurtulması üçün dua etməklə deyil, sevgini əsas götürərək, vicdanının istiqamətləndirdiyi şəkildə hərəkət etməklə, qəlbini, ruhunu təmiz saxlamaqla, hacı-hocalara, mollalara, saxtakar din alimlərinin izahlarına deyil, Qurana uyğun olan əsl din əxlaqını yaymaqla bu problemin həll ola biləcəyinə inanıram.

Səslərin sayı: 2
26
7305
Loading...
Şərhlər
Offline
Deniz N-va
Tesekkurler maraqli xebere gorem blum
3 avqust 2014 21:15
Offline
هههSeymur Ihsanههه
Sehv Salmisam Beqere Suresini,Nisa 24 Ayesinde Buyrulur.
Nisa 34).'Allah onlardan
be`zilerini (kishileri)
be`zilerinden
(qadinlardan) ustun
etdiyinden ve oz
mallarindan nefeqe etdikleri uchun kishilerin
qadinlar uzerinde
vilayeti, ixtiyari vardir.
Layiqli qadinlar Allaha
mut`idirler, Allahin hifz
etdiyini qoruyandirlar, gizlinde olani (erin
huquq ve sirlerini)
qoruyandirlar. Amma
itaetsizliyinden
qorxdugunuz qadinlari
(evvelce) moize edin, (eger te`sir etmese)
yataqda onlardan uzaq
olun, (eger oyud-nesihet
de te`sir etmese) onlari
vurun (tenbeh edin), size
itaet etseler behane axtarmayin. Heqiqeten,
Allah boyukdur ve uca
mertebe sahibidir.'

ohdesinde bir bashqasinin
islahi vezifesi olan kese
'qevvam' deyirler.
'Nushuz' uca yere deyilir.
Heddi ashmaq, yuxaridan
getmek de nushuz adlandirilir.
Heyatin te`mini ve idare
edilmesi leyaqeti himaye ve
mudiriyyet shertidir. Bu
baximdan kishiler neinki aile
heyatinda, hetta ictimai ishlerde, muhakimede ve
doyushde de qadindan
irelidirler. Cutluk meselesi aile
heyatina aiddir. Allah uygun
ustunluyu eve mexsus
etmemishdir. Be`zi qadinlar fiziki guc ve
qazanc baximindan kishiden
ustun olsalar da, qanun ve
proqramda nadir hallar yox,
ekser umumi hallar nezerde
tutulmalidir.a) Qadinlar. hifzini Allah
isteyen sheyleri hifz edirler. b) Qadinlar erlerinin
huquqlarini hifz edirler. Nece
ki, Allah kishilere mueyyen
vezifeler te`yin etmekle
qadinlarin haqqini hifz
etmishdir. v) Qadinlar hifz edendirler,
amma bu tovfiq onlara ilahi
hifzdendir.
Mulayim tedbirler netice
vermedikde, ya vezifeden el
chekmek, ya da nesihet te`sir etmedikde sertlik gostermek
lazim gelir. Psixoloqlarin
fikrince, be`zi insanlarda
'mazoxizm' (eziyyet isteyi)
seciyyesi var. Cuz`i fiziki
tenbeh sanki onlar uchun melhemdir. islam fiziki ceza
verilmesini tovsiye ederken
bildirir ki, tenbeh zamani
beden goyermemeli,
yaralanmamalidir. Bundan
elave, qadin er terefinden tenbeh olunursa, kishiler
nezerde tutulmush hallarda
qazi terefinden tenbeh
olunur.
Hezret Peygember (s)
buyurmushdur: 'Sizin koteyinizin qadin cisminde
eseri qalmamalidir...
imam Sadiq (e)
buyurmushdur: 'erle
yaxinliqdan imtina qadin
uchun itaetsizlik sayilir. dedikde dish firchasi ve ona
oxshar sheylerle vurmaq
nezerde tutulur.'

1. iki neferlik bir cemiyyetde
de biri me`sul, rehber
olmalidir. Ailenin mudiri
kishidir.
2. Aile ishlerinin idaresinde
agil ve tedbir hiss ve mehebbete hakim olmalidir.
3. islam dininin huquq nizami
yaranish nizami ile
hemahengdir. Kishinin
mudriyyet haqqi onun fiziki
ve ruhi mohkemliyine esaslanir.
4. Tebii ustunlukler ilahi
fezldir.
5. Ailenin xercleri kishinin
ohdesinedir.
6. Qanun hazirlayan kes qadin ve kishi arasindaki
tebii ferqleri nezere almalidir.
7. ere itaet ve tevazo qadinin
leyaqet nishanesidir.
8. Layiqli zovcenin elameti
onun ozunu eri olmayan yerde hifz etmesidir.
9. Qadinin ere itaeti ve erin
haqqini hifz etmesi onun aile
ehtiyaclarinin kishi
terefinden te`min
olunmasindan asilidir. 10. Hadise bash vermemish
chare tapilmalidir. Qadin
itaetden chixmamish tedbir
gorun.
11. itaetchil zovceye eziyyet
vermek olmaz. 12. Qadina nesihet, onun
yataginin terk olunmasi ve
tenbehi qadini itaete
getirmek uchun mueyyen
olunmush yollardir. Qadin
diger bir yolla itaet edirse, kishinin ona qarshi chixmaq
haqqi yoxdur. Ayeden
ashkar gorunur ki, bashqa
bir yolla olmush olsa, esas
mesele itaetdir.
13. Qadinin tevazokarligi onun zeifliyi yox, deyerli
olma elametidir.
14. Sirr saxlamaq, mal, abir
ve namusun hifzi layiqli
zovcenin nishanelerindendir.
Layiqli qadin er olmayan yerde de ozunu qoruyur.
15. Pis ishle addim-addim,
merhele-merhele mubarize
aparilmalidir, evvelce moize,
sonra arxa chevirme, daha
sonra ise tenbeh. 16. Moize te`sir eden yerde
sertlik qadagandir. eger er oz
arvadindan kenarlashmaqla
onu itaete getire bilirse,
tenbeh qadagan olur.
17. Sert reftar ve tenbeh intiqam almaq uchun yox,
vezifeni yerine yetirmek
uchundur.
18. Kishinin qadindan
ustunluyu onu
qurrelendirmemelidir. chunki Allah en ustun varliqdir.
19. Allahin ustunluyune
diqqet teqva ve zovceye
qarshi zulmden chekinmek
sebebidir.
16 noyabr 2013 18:19
Offline
Qəribə
Çox təəssüf ki, çox doğru demisiniz. recourse
16 noyabr 2013 01:02
Offline
Ibrahimova Gulya♥S♥
Maraqla oxudum, ama hec werh yazmaq istemorem bu haqqda , cunki coooox muzakireli movzudur, sadece bunu demek isteyirem belkede kecmiwde kiwiler qadindan ustun olublar neyese gore ama musair dovrumuzde mence ele eyni beraberdediler, cunki ele qadinlarimiz var ki ele kiwilerin bacardigi owo bacarir, meselen atasiz ovlad boyuden analarimiz hem ovladlarina ataliq , hem de analiq edirler
16 noyabr 2013 00:08
Offline
Nuridə Nuriyeva
Əgər onlar boşanmaq qərarına gəlsələr, şübhəsiz ki, Allah Eşidəndir, Biləndir! (Bəqərə surəsi, 227ci ayə budur) siz dediyiniz ayənin nömrəsi neçədir dəqiq? biz də araşdıraq?
15 noyabr 2013 23:32
Offline
هههSeymur Ihsanههه
Nuridə Nuriyeva,
Bəqərə surəsinin 227- ci ayəsində buyurur: Qadınların ərlərinin boynunda şəri hüquqları var ərlərin qadınlara
qarşı olduğu kimi, lakin kişilərin qadınlara üstünlüyü vardır. Bu ayə qadınların təhqir olması və kişilərin fəxrlənməsi üçün səbəb deyil.
Kişinin qadına nisbət üstünlüyü: "Kişilər qadınlar üzərində ixtiyar sahibləridirlər (onların hamisidirlər) bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir".
Buna əsasən bu ayənin və digər ayələrin zahirindən ələ gəlir ki, kişilər qadınlara nisbət bir çox imtiyazlara sahibdirlər. Ona görə bəziləri üçün bu sual qarşıya gəlir ki, bu üstünlük ədalətlə necə uyğun gəlir?
Qadınla kişinin ruhi və cismi qüvvələri arasındakı olan ixtilaflara diqqət edərkən bu sualın cavabı aydın olur.
Qadın cinsi kişinin vəzifələriylə fərqli vəzifələri yerinə yetirmək üçün yaradılıbdır buna görə fərqli hissiyyatları vardır.
Yaradılış qanunu həssas analıq və güclü nəsllər yetişdirmək vəzifəsini onun öhdəsinə qoyubdur, buna görə hisslərin çox payın ona veribdir. Bir halda kı ağır və kobud ictimai vəzifələr bu qanuna əsasən kişi cinsinin öhdəsinə qoyulubdur. Əgər istəsək ədaləti icra edək dözüm və müqavimət tələb edən ictimai vəzifələri kişilərin öhdəsinə qoymaq lazımdır. Hissiyyat və
incəlik tələb edən vəzifələri qadınların üzərinə qoymaq lazımdır. Buna görə ayənin ailənin müdürlüyü kişinin öhdəsinə müavinliyi isə qadının öhdəsinə qoyulubdur. Hər halda bu qadınların ruhi və fiziki hazırlıqlara uyğun olan ictimai vəzifələri öhdələrinə almaqda mane deyil.
Analıq vəzifəsinin kənarında digər həssas vəzifələri də yerinə yetirsinlər.
Habelə bu fərq buna mane olmayacaq ki, qadınlardan bir dəstəsi mənəvi məqamlarda bilikdə və təqvada bir çox kişilərdən öndə olsunlar.
Allahın hikməti və təbiri tələb edir ki, cəmiyyətdə hər kəs ruhi və fiziki hazırlığıyla uyğun olan vəzifələrlə məşğul olsun. Allahın hikməti tələb edir ki, qadınların öhdəsində olan vəzifələrin qarşısında möhkəm hüquqlar qurulsun ki, vəzifə ilə hüquq arasında bərabərçilik olsun.
15 noyabr 2013 23:00
Offline
Nuridə Nuriyeva
Qurana görə kişi qadınla eyni huquqlara malikdir. Hər ikisinin adı bir hallanır. Ey mömin kişilər və ey mömin qadınlar deyə keçir əmrlərdə. Allah demir kişi üstündü. Quranı belə dərk edən səhv başa düşüb demək ki. Yox əgər belədirsə, onda konkret dəlil göstərmək lazımdır Quranla ki, filan ayədə Allah kişinin qadından üstün olduğunu söyləyir. İNSANIN ÜSTÜNLÜYÜ ONUN QADIN VƏ YA KİŞİ OLMASI İLƏ, CİNSİYYƏTİ İLƏ ÖLÇÜLMƏZ, TƏQVASI İLƏ, AĞILI, MƏNƏVİ DƏRİNLİYİ, ZƏNGİNLİYİ İLƏ ÖLÇÜLƏR.
15 noyabr 2013 21:30
Offline
Aysel İ.
İstər istəməz kişi qadından üstündür. Mən razıyam. Lakin bu kişilərə haqq vermir ki. qadını döysün. söysün, incitsin. Ancaq Kişi ailəsinə sahib çıxır. onu qoruyur. hər zaman yanında olur. Əlbəttə ki. bunun nəyi pisdir. Götürək özümüzdən. Nə isə almaq istəyəndə həyat yoldaşımızla məsləhətləşirik. harasa getmək istəyəndə ondan icazə alırıq, onun icazəsi olmadan heç bir işə təsəbüş göstərmirik. Deməli kişilər qadından 1 pillə üstündür. Mən həmişə demişəm deyirəm, deyəcəm də Hansı evdə ki. Kişinin yeri ucadadır o evdə həmişə sülh. əminəmanlıq. sevgi olur. Hansı evdə ki. kişi kişi kimi sayılmır o evdə böyüyən uşaqlarında tərbiyəsi olmur.
15 noyabr 2013 13:30
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Sirli_dunyam
menim fikrimce ise beraberlik ve yaxudda berabersizlik bunlar bow weylerdir cunki dinimizdede kiwi qadindan bir pille yuksekdedir ve bu o demek deyilki huququmuz pozulur esla.insan ve insanlig var ege o cemiyetlerde ve yaxuddaki ailelerde esl insanliq ve insana xas olan xususiyyetler varsa butun bu problemler oz hellini tapacaq vehere oz yerini bilecek.
14 noyabr 2013 23:19
Offline
Fatma xanım
meni niye qiniyiriz

yox sizi qınamıram səhf başa düşməyin ailəsinin son pulunu aparıb çayxanalar da xərcləyib özünü göstərənlərə dedim
14 noyabr 2013 23:08
Offline
murad zeynalov
dunyanin her yerinde qadina ikinci dereceli baxirlarsa fatma xanim meni niye qiniyiriz hem de men demedim cayxanada oturmaq hunerdi men misal getirdim
14 noyabr 2013 23:04
Offline
Fatma xanım
r gedir cayxanada oturur

çayxanada oturmaq hünər sayılmır bu bir ,o qadına pis baxan kişicilər əvvəlcə öz ailəsinəbaxsınlar sonra başqasının arvadına-qızına
Qurana uyğun olan əsl din əxlaqını yaymaqla bu problemin həll ola biləcəyinə inanıram-bu qadınlara təkcə müsəlman ölkələrində ikinci dərəcəli baxılsaydı mən də inanardım amma çox təəsüfki dünyanın hər yerində var qadına ikinci dərəcəli baxmaq
14 noyabr 2013 22:32
Offline
murad zeynalov
qadin kiwi berabersizliyi var kiwiler mence daha usdundu meselen kiwiler gedir cayxanada oturur qadinlar gele bilir yox kiwiler gece vaxdi geze bilirler qadinlara pis baxirlar
14 noyabr 2013 22:17
Offline
Nuridə Nuriyeva
Elnur bəy, bu məqalələri yazarkən bizim məqsədimiz insanları maarifləndirməkdir. Ona görə məqsədimiz xoşməramlı olduğu üçün yazılarımız yayımlanır. Öz yazılarımızı reklam edib QN toplamaq, yazar kimi məşhurlaşmaq, syatın YAZARL olmaq sizin dedidiyinz kimi, fikrimiz yoxdur. Aqresiyyanızı çox gözəl başa düşürük. Amma ki belə bəsit şeylərə görə əsəbləşməyin yeri yoxdur həqiqətən. Odur ki, fikir verməyin, sizin yazınız niyə gec yayımlanr. O qədər sayt var ki başqa tərəfdən də. Sizə uğurlar...
14 noyabr 2013 21:59
Offline
Elnur Məmmədov
3QN qaydasından sonra,saytda qadınların xəbərləri daha tez dərc olur...18 sentyabrdan xəbərim 3QN di,,,elədim 13QN...mən də "asan yol" a keçəcəm,tərcümə"hazır halva" xəbərlərə...Qadinnetə 1milyonu belə xəbərlırçün verməzlər amma...mən elə ürəyimdən gələni yazım,inşAllah,1milyonu alınca,saytın YAZARı olaram...
14 noyabr 2013 21:28
Offline
هههSeymur Ihsanههه
Her Bir Seyde Beraberlik Ola Bilmez,Cunki Bu Islam Dininde Beledir,Allah Yaratdigini Bilir Ne Ucun Yaradib,Biz Kisinin Ustun Oldugunu Niye Pisleyek Ki ?
Kisi Qadini Qorumalidir,Sevmelidir,Namusuna Sahib Cixmalidir Ve S.Bele Bir Ustunluyun Neyi Pisdir Ki ?
Siz O Zaman Beraberliyi Tehqir Olunan Qadin Ucun Isteyirsiniz Yeqin,Cunki Kismisler Var Ki,Ey Qadin Sus Qeletivi Et Deyib Ozu Sehv Ede Ede Qadinina Agzina Geleni Deyib Susdurur Ve S.Axmaqlar Ucun Deyil Ustunluk,Agilli Insanlar Ucundu Ustunluyu Kisinin,Cunki Ustun Olmagi Bacaran Kisi,Qadinini Seven Ve Onu Qoruyandi,Ustunluyu Alcalmaqda Deyil,Sevgide Axtarin,Yoxsa Yalnis Fikrleriniz Sizi Ucuruma Aparar...
14 noyabr 2013 21:07
Offline
Elnur Məmmədov
qadınlar öz dəyərini anlasa-kimsə onlara şiddət göstərə bilməz! dövlət qanunlarımızda boşluqlar qadınları müdafiəsiz qoyub,çoxu evdə pələng,çöldə pişik kişilərdi,oları alçaldan...Iran I.R qanunu tam qadınları mühafizə edir,imanlı kişi lap əlacsız qadın tənbeh edər...qadın ağzından çıxanı bişirməlidi,elı kişidə! amma qadınlara düz söz deyəndə,yalansayır...yalana inanır...üç gün xoş davrandördüncü gün bezib "qaşınmayan yerdən qan çıxaran" qadınlar da var! Kişinin də qadının da ləyaqət və qeyəti birdisə,o ailə xöşbəxtdir!
14 noyabr 2013 20:40
Offline
قنڶ Ra Gunel Mi Le Yu قنڶ
qadin ustun olmalidi qadinlar cox ezablara dozur amma kisiler dozmez mence music kisiler beledi
14 noyabr 2013 19:35
Offline
Ayka S
Halbuki qadınlar dünyanın ən gözəl varlıqlarındandırlar. Onlar da ağıllıdırlar və varlıqları gözəl əxlaqları ilə, ruhlarındakı dərinlik ilə, mərhəmət və şəfqət hissləri ilə, incə düşüncələri ilə fədakarlıqları ilə ruha şəfadır. Ağıllı, diqqətləri açıq, incəlikləri görə bilmək xüsusiyyətləri də çox üstündür. Ana-ataları üçün, bacı-qardaşları üçün, həyat yoldaşları və uşaqları üçün, eləcə də dostları üçün hər zaman hər yerdə böyük nemətdirlər. Bu qədər dəyərli olmalarına baxmayaraq, çox təəccüblüdür ki, dünyanın hər tərəfində layiq olduqları dəyəri görmürlər. Tez-tez xəbərlərdə qadınların zülmə məruz qalmaları, çətin şərtlər altında yaşamaları, zorakılığa məruz qalmaları ilə bağlı eşidirik. Qadınların yaşadığı çətinliklər televizorların, internet saytlarının, qəzetlərin ən vərdiş olunmuş xəbərlərindəndir. Bu problemin ən vacib səbəblərindən biri isə insanların ruhunda meydana gələn böhrandır. Özləri belə sevgidən, şəfqətdən, gözəl əxlaq göstərməkdən, yaxşılıq etməkdən zövq almayan insanlar şübhəsiz ki, bunu başqalarına da göstərmir, bunu heç vacib də bilmirlər. Bir çox insan özünə sadəcə “həyat davasını” hədəf etmişdir, hansı ki onlar yemək, içmək, yatmaq, istirahət etmək kimi ibtidai ehtiyaclarını təmin etməkdən başqa bir şey düşünmürlər. Bir çox insan dünyadakı həyat təlaşı içərisində insani keyfiyyətlərini itirmiş, bunlara ehtiyac duymayacaq qədər robotlaşmışdır. Bəziləri isə bunlarla da kifayətlənməmiş, bir az da irəli gedərək, insanlıqdan kənar xüsusiyyyətləri qazanmışdır. Elə bunun təbii nəticəsi olaraq da, qadına şiddət tətbiq edilir, alçaldılır, döyülür, söyülür, təhqir edilir, sərbəst yaşamaq hüquqları əlindən alınır.

xeber ucun cox sagol.....
14 noyabr 2013 17:43
Offline
Gunes
Bu problem daha cox muselman olkelerinde ozunu gosterir axi niye dash Ele usaqliqdan analarimizin "qardasina olar o oglandir sen qizsan otur yerinde"sozleri ile boyumurukmu?Artiq yeter hec olmasa biz ovladlarizi basqa ruhda terbiye edek,onlarda oz huquqlarini bilsinler.Xeber ucun tesekkurler give_ros
14 noyabr 2013 16:56
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış