Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Məhəbbət, hardasan?

Məhəbbət, hardasan?

Xoş gülüşün elədi məni heyran,

Aşiq oldum mən sənə ilk baxışdan.

Bilməzdim mən eşq odunun gücünü

Kaş ki sən də mən tək sevib alışsan.


Sevdim sənin qumral gözünü,

Xoş simanı, gözəl, gülər üzünü.

Mən məktuba yazdım öz istəyimi

Sən də mənə sevirəm de sözünü.


Sənin xəyalın daima başımda,

Gəlib çatıbdır evlilik yaşım da.

Sən mənə yar ol, nə olar, yox demə,

Ömür boyu sən gülümsə qarşımda.


Məktub yazdım, cavabını gözlərəm,

İstəyirəm sizə elçi göndərəm.

Sevirsənsə gəl görüşək, danışaq,

Görüşməsək xilqətini bilmərəm.

Məhəbbət, hardasan?

Qoy tanıdım mən də sənə özümü,.

Sevdirim mən sözümü, həm özümü

İlk görüşü həmişə qızlar yaradar,

İnsafa gəl, yolda qoyma gözümü.


Ünsiyyətdə ol, mənimlə din, danış,

Nişanlanaq, qınamasın dost-tanış,

Yayda toya mən hazırlıq görərəm,

Amma acizəm xoş cavab almamış.


Gəl görüşək, eşqimizi paylaşaq

Sevirsənsə sən mənə göstər maraq,

Gəl olmayaq bir-birimizə biganə

Di cavab ver, daha deyilsən uşaq.


Sevirəm de, ürəyimə sahib ol,

Toy günümdə gedək sənlə qolbaqol,

Qalan ömür yolunu bir-bir gedək,

Deyək, gülək, yormasın bizi bu yol,

Təki daim sən mənim yanımda ol.

Məhəbbət, hardasan?
Gəl birgə olaq
Ürəyimin sirrini sənə aça bilmirəm,
Səni görmədiyim gün qəmdən qaça bilmirəm.
Gəl qovuşaq sevgilim, biz eşq asimanında,
Demə qanadım yoxdu, mən ki uça bilmirəm.

Sevənlərin qəlbində qoşa döyünür ürək
Sevinci də, dərdi də biz daim iki bölək,
Məhəbbətdən güc alıb, sevgimizlə yaşayaq,
Ayırmasın qoy bizi nə insanlar, nə fələk.
Məhəbbət, hardasan?
Məhəbbət qəlbimə kəsilib hakim,
Qəlbimi odlara nə vaxt salacaq?
Sevib-sevilməkdi təkcə istəyim,
Bu mənim qismətim nə vaxt olacaq?

Bir dəli sevgiyə möhtacam ancaq,
Məni sevən olsun, sevdiyim olsun.
Eşqini salaram mənim qəlbimə,
O mənim könlümü əlimdən alsın.

Mənə mənasızdı sevgisiz həyat,
Həyatın mənası eşqdir, mən bilən.
Çılğın məhəbbətə həsrətdi qəlbim,
Sevgisiz ürəyi neylərəm görən.

Məhəbbət dolu bir həyat istərəm,
Göz yaşından uzaq, niskildən uzaq.
Razıyam bu qəlbim, azad ürəyim,
Bir dəli sevgiyə qoy olsun dustaq.
Səslərin sayı: 6
43
3843
loading...
Şərhlər
Offline
Mələksima
Məhəbbət dolu bir həyat istərəm,
Göz yaşından uzaq, niskildən uzaq.
Razıyam bu qəlbim, azad ürəyim,
Bir dəli sevgiyə qoy olsun dustaq.
25 may 2015 01:33
Offline
yagmur atasoy
Cok cok cok cok cok cok guzeldi.cok beyendim.ask muthis bisey.
23 dekabr 2013 22:46
Offline
Aytac Mammedova
Ellada Babayeva,
Hə bacım,yoldaşımın mənə yazdığı şeyrdi
23 dekabr 2013 22:45
Offline
Ellada Babayeva
Birinci şeir oğlan dilindən deyilir..Xoşuma gəldi.
Məktub yazdım, cavabını gözlərəm,

İstəyirəm sizə elçi göndərəm.

Sevirsənsə gəl görüşək, danışaq,

Görüşməsək xilqətini bilmərəm.
give_hea
21 dekabr 2013 00:45
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
bahar memmedova

Gozel yazilib,tewekkurler
16 dekabr 2013 15:31
Offline
Melek Aliyeva
Sevgi gozel duygudur.Her kese saf mehebbet arzulayiram.
16 dekabr 2013 02:05
Offline
Aytac Mammedova
Dəniz84,
Bacı təzə eşqə düşmən yox,düşən bir insanın sözləridi,təşəkkür
16 dekabr 2013 00:03
Offline
Aysel İ.
Maraqlı, təzə eşqə düşmən bir insanın ürəyindən gələn sözlərdir..
15 dekabr 2013 23:59
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Nigar
Aytac xanim,cox xosum geldi.Ureyime yatan seirlerdir,heqiqeten.Qollariniza quvvet
15 dekabr 2013 23:00
Offline
Aytac Mammedova
ARZU,
Hə bacı,elə olub biggrin Bacı o axırıncı şeyri o vaxtı yazıb,eeee başım şişdi qarışdırıb qoydum hamısın girl_cray
15 dekabr 2013 21:13
Offline
Arzu
Aytac Mammedova,
Anladim baci aciqlamaya gore tesekkur yeqin seni kalyaskada gorenden sevibda yoldasin laughing axira kimi can deyib can esidin give_ros
ARZU, sən də bekar Qalmısane Arzum,kalkulyatorla hesabladın?

He can butun gunu uzanib is gormeyen adamdan ne gozliyesen he kalkulyatora muraciet etdim bir balaca biggrin
İnşaAllah tezliklə bitsin bu "bekarçılıq".

Xeyirlisi ile saqsalamatciliq olsun teki insALLA amin give_hea
15 dekabr 2013 21:00
Offline
Yasemen
Sevginin gucu seirlerde yazdirib size,Allah sizi xosbext etsin daim seirler ise yaxsidi
15 dekabr 2013 20:35
Offline
Narin...
Qız səndəmi şairə oldun MaşAllah davamlı olsun kiss Gözəl ürəkdən yazılıb hər misra girl_ang Allah səni xoşbəxt eləsin hər zaman give_hea
15 dekabr 2013 20:26
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Hacət-i Vuslat
ARZU, lol sən də bekar qalmısane Arzum,kalkulyatorla hesabladın? crazy inşaAllah tezliklə bitsin bu "bekarçılıq".

15 olsaydı,məni onda 4 yaşım olub? çaşıb o
shok
15 dekabr 2013 19:54
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Ayka S
Aytac Mammedova,
Cannnn cox sagol.. drinks
15 dekabr 2013 19:47
Offline
Aytac Mammedova
Ayka S,
Təşəkkür edirəm adaşım,eynən mənə arzuladığını sənə də arzulayıram kiss
15 dekabr 2013 19:39
Offline
Ayka S
Əla şeirdi canim mənim cox beyendim əsas odurki sevgi ilə mehebbet ilə yazilibş
Size omur boyu sevgi arzu edirem..
15 dekabr 2013 19:37
Offline
Aytac Mammedova
Mən həmşə düzlüyü xoşlamışam ona görə də xaiş edirəm şərh yazanda diqqətli olaq,məndə şərh yazdım olmasın.Diqqətlə oxumusunuzsa açıq aydın bilinirki yazan oğlandı
Məs.İstəyirəm sizə elçi göndərəm
ən azından bu cümlədə bilinməlidi

ARZU,
Bacı Elnur deyəsən yorğundu,dəyişik salıb.Elnurun 15 olsaydı,məni onda 4 yaşım olub? çaşıb o biggrin
15 dekabr 2013 18:48
Offline
Arzu
Bu şeyrlər mənə 17 yaşımda,həyat yoldaşımında 28 yaşı olanda yazıb mənə

-15 yaşda yazılıb

unknown scratch_
15 dekabr 2013 18:40
Offline
Aytac Mammedova
Təşəkkür hər kəsə,sizin şərh yazan əlləriniz yorulmasın.Bu şeyrlər mənə 17 yaşımda,həyat yoldaşımında 28 yaşı olanda yazıb mənə, give_hea
15 dekabr 2013 18:30
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!