Xoş gülüşün elədi məni heyran,
Aşiq oldum mən sənə ilk baxışdan.
Bilməzdim mən eşq odunun gücünü
Kaş ki sən də mən tək sevib alışsan.
Sevdim sənin qumral gözünü,
Xoş simanı, gözəl, gülər üzünü.
Mən məktuba yazdım öz istəyimi
Sən də mənə sevirəm de sözünü.
Sənin xəyalın daima başımda,
Gəlib çatıbdır evlilik yaşım da.
Sən mənə yar ol, nə olar, yox demə,
Ömür boyu sən gülümsə qarşımda.
Məktub yazdım, cavabını gözlərəm,
İstəyirəm sizə elçi göndərəm.
Sevirsənsə gəl görüşək, danışaq,
Görüşməsək xilqətini bilmərəm.
Qoy tanıdım mən də sənə özümü,.
Sevdirim mən sözümü, həm özümü
İlk görüşü həmişə qızlar yaradar,
İnsafa gəl, yolda qoyma gözümü.
Ünsiyyətdə ol, mənimlə din, danış,
Nişanlanaq, qınamasın dost-tanış,
Yayda toya mən hazırlıq görərəm,
Amma acizəm xoş cavab almamış.
Gəl görüşək, eşqimizi paylaşaq
Sevirsənsə sən mənə göstər maraq,
Gəl olmayaq bir-birimizə biganə
Di cavab ver, daha deyilsən uşaq.
Sevirəm de, ürəyimə sahib ol,
Toy günümdə gedək sənlə qolbaqol,
Qalan ömür yolunu bir-bir gedək,
Deyək, gülək, yormasın bizi bu yol,
Təki daim sən mənim yanımda ol.