Hər kəsin "amandır, o işlərə heç qarışma" dediyi deyimdir-gənclərə evlənmək üçün vastəçi olmaq. Üstəlik arxasından da deyirlər ki: "Nəticəsi pis olsa bizdən bilərlər. Qarğış yiyəsi olarıq. Yaxşı olsa heç üzümüzə də baxmazlar. Ağrımaz başımıza dəsmal bağlamağın nə gərəyi var?" , "Məsələn, o gün Fatma xalanın qızı Ayseli dedilər- oğlan onu heç bəyənmədi. Qız həm gözəldir, həm də həkimdir. Gül kimi qızdır. Niyə bəyənməyib? Çünki qızın boyu balacadır. Armudun sapı üzümün çöpü... Onu da bəyənmədisə artıq heç kimi bəyənməz bu oğlan... Cavab: Of ay bacı, burax getsin özü tapsın. Nəyinə lazımdır. İndiki gənclərin ağlı başındadır. Nəyi necə edəcəklərini çox gözəl bilirlər..." - deyərək bu vasitəçi xalalar və bacılar bu məsələdən mümkün olduğu qədər uzaq dayanmağa çalışırlar.
"İndiki gənclərin ağlı başındadır" - sözə baxın... İndiki gənclərin ağlı hardadır, heç kim bilmir. Bilən də sözlərlə ifadə edə bilmir. Bəlkə də... Adından da məlum olduğu kimi gənclik dəli qanlı olmaqdır- "dəli qan". Qanı damarında dəli axar gənclikdə insanın. İpsiz, sapsız insanlara bir göz qırpımında tutula bilər gənc insan... Hələ ki, dünya görüşü az olan, sosial həyata çox çıxmamış, qadın nədir, hətta insan üzü görməmiş bir gənc supermarketdə alış-veriş edərkən kassir qızın sadəcə bir anlıq gülümsəməsi onu həmin qıza aşiq edə bilər.
"İndiki gənclərin ağlı başındadır" - nəsə insana gülünc gəlir. Deyilmi?
Günlər beləcə keçib gedir... Gəncləri evləndirməyə çalışan bu vastəçi xalalar isə zəngin və gözəl qızların axtarışına çıxarlar. Amma dəliqanlının dini çərçivədə olan saf gözəlliyini görənlər bu zəngin və gözəl qızları ona yaraşdırmazlar. Onların gözündə bu gənclər bir almaz qədər dəyərli olarlar. Amma belə gənclərə bir Allahın qulu qız tapmağa kömək olmaz, çünki qorxarlar ki, tapdıqları qız birdən bu qədər saflığa, qəlb gözəlliyinə laiq ola bilməz. Hər zaman bu barədə söhbət açılanda "qismət" , "Allah nəsib edərsə" , "Xeyirlisi olar İnşaAllah" deyib söhbəti bağlayırlar.
Sonra bir də eşidərsən ki, məhəllənin o dəliqanlısı əxlaqına, düzgünlüyünə görə namazında-niyazında olan, barmaqla göstərilən bu gənc gedib öz iş yerindən heç dinlə əlaqəsi olmayan, islami dəyərlərdən heç xəbəri belə olmayan, özünə yaraşmayan bir qızla tanış olub. Bütün bədəninin məhrəm yerlərini çöldə qoyan bu qızı axşamdan tənbeh edir ki, sabah səni anamla tanış edəcəm- mümkün olduğu qədər bir az qapalı paltar geyinərsən... Budur, nəhayət o an gəlib çatanda qaynana yazıq, 3-4 ürək dərmanını birdən ataraq gəlninə öpmək üçün əllərini titrəyərək verir və bu qısa an ərzində o sadəcə beynində bunları düşünür: "mən oğluma yaraşdırmadığım o namuslu qızların ahıdır bu, yəqin tutur məni." Sonra tez bu fikirləri başından ataraq dindar oğlunun, gül balasının "bir bildiyi olmasa bu qızı onunla tanış etməzdi" - deyə düşünür.
İndi qızdan soruşsan, qız deyər ən qısa zamanda evlənməyi düşünür. Oğlan isə imicində dəyisikliklər edib, saç-saqqalını bərbərdə qırxdırıb, qızı özünə bağlamaq hayındadır. Hələ evlilik haqqında düşünmür. Dəliqanlı özünə təsəlli verir ürəyində: "Dindar olanla evlənmək olar, amma əsil kişilik açıq-saçıq paltarlar geyinən birini dinə gətirməkdədir" - deyərək özünə təsəlli verir. Bir müddət sonra bu oğlan evlənir. Toydur, bal ayıdır deyir. Vaxt keçir, amma qız yenə əvvəlki kimi öz geyim-keçimində gəzməyə davam edir.
Toydan sonra qonşular Rəfiqə xalanın evinə yığılıb söhbətə başlayırlar. Ordan-burdan söhbət açılar və sonda gələr Bilalın- yəni əsas qəhramanın üzərində dayanar. "Heyif o uşaqdan, mən vaxtında istədim deyəm ona bir-iki qız, sonra vaz keçdim " , "Elə demə Münəvvər bacı, mən birini dedim anası dedi ki mənim oğlum dindardır, dindar qız alacaq. Heç Bilala demədi də ki, gedib qıza baxsın" , "Nə isə qızlar, söhbəti bağlayın. Allah yazıb- bizə söz demək düşməz".
Və son bəllidir. Artıq bir-iki illik eşq macərasından sonra ailədə soyuqluq yaranır. Dindar oğlan artıq həyatın bu qədər asan bir şey olmadığını görür. Hər dava-dalaşın başında və sonunda yüzlərlə "məni alanda görmürdün necəyəm?" kimi sözlər artmağa başlayır.
Bu yerdə insana deməzlərmi ki, Rəfiqə xala, Münəvvər bacıda günah axtarana qədər siz özünüz film seyr edirmiş kimi seyr etmədinizmi bu uşağın təhsilini başa vurub dinlə əlaqəsi olmayan bir yerdə işləməyə başladığını? Görmədinizmi, hər gün namaz qılmaq üçün səhər tezdən qaça-qaça məscidə gedən Bilal, indi sanki əstəğfirullah- ruzini verən Allah deyil, müdiriymiş kimi işə gedən, artıq namazlarını evdə qəza olaraq qılan bu gənci? O günahlı və laqeyd iş yerində işləməyə başlayandan artıq dini söhbətləri də saxlayıb sadəcə işiylə maraqlanan və artıq dini marağını tamamilə itirən bu uşaq əvvəldən sadəcə bayramlarda başı ilə salamlaşdığı qonşuları ilə artıq qucaqlaşaraq görüşməsindəndəmi anlamadınız?
O qızı qoluna taxıb evə gətirməzdən öncə qarşısına çıxıb deyə bilmədinizmi ki: "Bax övladım, sənin üçün sənə yaraşacaq halal süd əmmiş bir qız var, nə deyirsən?" - deyə sorşmaq da ağlınıza gəlmədi? Bir böyüklük edib o savab qapısını aralamaq da ağlınıza gəlmədi?
Anasının qarşısına keçib deyə bilmədiniz ki,"Leyla ana, sənin oğlun maşaAllah ağıllı-kamallı uşaqdır, ancaq yaxın zamanda yaxşı bir qız tapmasan Allah uzaq eləsin pis yola düşər" deyə bilməzdinizmi?
Evlənəcək olan gənclərin, ən önəmlisi dinlə bir-birinə yaraşıb, yaraşmayacağı bu cahilliklə, cəhalətlə bilinməz... "Gəl filankəsin qızını sənin oğluna göstərək görək nə deyir. Sən bəyənməz deyirsən, amma bəlkə oğlunun qəlbi tutacaq. Bəlkə onun ürəyinə yatacaq?" - deyə bilməzdiniz?
Deyə bilmədiniz çünki..."Kimdi ey onunla məşğul olan" , amma dediyiniz bu oldu: "Eh mənə nə? Yaxşıykən pis olaram sonra." - dediniz - "Ona baxmaz, bunu bəyənməz. Onun burnu yekədi, bunun boyu balacadı. Filankəs oxuyur, o birinin bacısı getməyib hələ. O birisinin atası verməz" - demədinizmi? Dediniz?!
İndi də oturub danışırsız: "Bəlkə aldığı dinə dönər, dindar olar niyə bu qədər şişirdirsən! Kim bilir, bəlkə tapdığı ondan belə dindar olar? Nə bilirsən?" - demədinizmi? Dediniz...
Mən də sizə deyirəm: "Bəli, bunu kim bilir? Kim bilə bilər? Belə bir riski kim öz boynuna götürə bilər!!! Kim bilir bu ağlı başında gənci tapa bilərsən, o da bəlkə?! Amma kim bilir? Heç kim, yalnız böyük və tək olan Allah!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İşinizdən razısınızmı?
Azərbaycana yeni vəzifə həvalə edildi
Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış
Tarkan xanımı üçün yollara düşdü
"Peyvəndi ya Acun, ya da Nusret tapacaq"
6 aylıq hamilə qadın: "Gündə 20 banan yeyirəm" - FOTO
Lauranın maraqlı makiyaj nümunələri
Qadın.netlilərin ləhcəsi (1)
Niyə məhz Qadın.Net?
Ayaq incəldən idmanlar
Günün qoroskopu: səbr edin
Sürücülərə xəbərdarlıq edildi
İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO/VİDEO
Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI-FOTO
Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır
Cırıq qaloşlar muzeyə qoyuldu
İspan dili 20-ci dərs
Ronaldodan təsirli paylaşım -FOTO
Dəriyə qulluq üçün istifadə olunan təbii yağlar
Gəlinlik seçərkən...
Bakı Avro-2020 üçün 19 şəhərlə yarışacaq
Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
HAVA necə olacaq?-22 İyul
Tərəvəzli gül boxçalar (foto resept)
Balqabaqlı oladi (foto-resept)
Microsoft-dan yeni smartfonlar
Lazer epilasiyasından əvvəl bilməli olduqlarınız
Sabahdan I sinifə qəbul başlayır
Şəkiyə güclü qar yağıb
Gülbən Ergən yenidən gəlin olacaq-FOTO
Bakıda yolun çökməsinin səbəbi bilindi
Notr-Damın damında bağ salına bilər
Ən “təhlükəli” qan qrupu açıqlanıb
Sizdən bir xahişim var!..
Əllərimizi soğan iyindən qoruyaq
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (1)
Turşu suyunun faydaları
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur aktrisadan gözlənilməz Açıqlama
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi itkilər açıqlandı - RƏSMİ
Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO
Badamın inanılmaz faydaları
Psaki girovlar barədə danışdı
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Su zanbağının hazırlanması
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
- ŞƏRHLƏR