"Qızıl Qlobus" mükafatlandırma mərasimində məşhurlar hər il olduğu kimi seçdikləri dizaynlarla maraq mərkəzində olurlar. Bu il Qızıl Qlobusa zövqlü və rahat dizaynların damğasını vurduğunu söyləyə bilərik. Xüsusilə qabarıq, beldən ətəyə doğru enli, balıq ətəkli, qolsuz paltarlar, düz kəsim və kürək dekolteli paltarlardan istifadə edilmişdi. Ən çox istifadə edilən rənglər isə qara, qırmızı, ağ, yaşıl, mavi, boz və tünd qırmızı oldu. Gözəllik yarışına girən məşhurların paltarlarını rənglərinə görə kateqoriyaya bölüb ən çox bəyəndiklərimi seçdim. Ümid edirəm siz də bəyənəcəksiniz.
Qırmızı paltar ziyafətlərin hər zaman imtina edilməz rəngidir. Bir çox məşhurlar dəvət paltarını seçərkən bəlkə də özünün tək qırmızı rəngdə geyinən qadın olacağını xəyal edir. Amma təəssüf ki, məşhurlar bu xəyalı tək başına qurmaz, eynilə 71-ci Qızıl Qlobus mükafatlarında olduğu kimi... Bir çox məşhurun ​​qırmızı rəngə üstünlük verdiyi gecədə ən qəşəng dörd qırmızı paltarın sahiblərini Amy Adams, Lupita Nyongo, Emma Watson və Julie Delpy olaraq təyin etdik.
"Ən Yaxşı Qadın Oyunçu" adını qazanan Amy Adams Valentino dizaynı ilə gecənin parlayan ulduzlarından oldu, "12 Years A Slave" filminin ulduzu Lupita Nyongo Ralph Lauren paltarıyla yaxşı geyinənlər siyahısının həmişə ilk sıralanmasında olub. Emma Watsonun Dior Couture imzalı sürpriz paltarının altındakı göy şalvar haqda çox danışıldı. Julie Delpynin Romona Keveza brend parlaq qırmızı paltarı gecəyə tam uyğun gəlirdi.
Bir dəvətə qatılarkən qadınlar özlərini ən çox qara paltar içində rahat hiss edir. 2014-cü il Qızıl Qlobus Mükafatlarında da ən çox seçilən rəng qara oldu. Ən yaxşıları olan Jessica Chastain, Julianna Margulies, Cate Blanchett, Emma Robertsin seçimlərinə ilk baxışda heyran qalmaq olar. Çünki Jessica Chastainin Givenchy brendli bədənə oturan paltarı, Julianna Marguliesin Andrew Gn qızıl dal işləməli paltarı, Cate Blanchetti krujeva Armani Prive paltarı və Emma Robertsin Straples Lanvin paltarı qırmızı xalçada sanki bir pəri nağılı kimi idi.
Pastel tonlardakı bej və boz işıltılı paltarların dəvətlərdə eleqant bir görünüş yaratdığını qəbul etməliyik. Qızıl Qlobus üçün bu tonları seçən adlardan çox ən üslubunu bəyəndiklərimiz Kate Mare, Naomi Watts, Zooney Descahnel, Michelle Dockery oldu. Naomi Watts dore Tom Ford paltarı və Bulgari zinət əşyaları ilə gecənin ən sevilən üslubuna sahib qadınlarındandır. Gənc ulduz Kate Mare, J. Mendel brend paltarının dekoltesiyle diqqəti öz üzərinə çəkməyi bacardı. Zooey Deschanelin və Michelle Dockerynin Oscar de la Renta brend paltarlarına uyğun olan ayaqqabılar ətək boyu çox gözəl görünür.
Bir neçə mövsümdür dəbdə olan bu rənglər qırmızı xalçada da məşhurların seçimi olmağa davam edir. Fərqli kəsimlerdəki qarışıq rəngli paltarlar Qızıl Qlobusda diqqətimizdən qaçmadı və ən bəyəndiyim paltarlar arasında yerlərini aldı. Gecədə rəngarəng paltar geyinən Melissa Rauchun dizayner seçimi Romana Keveza, Julie Bowenin Carolina Herrera, Sandra Bullockun Prabal Gurung, Taylor Swiftin Carolina Herrera olmuşdu.
Baharın sevincini, enerjisini qırmızı xalçaya daşıyan yaşıl paltarlarda məşhurların seçimi işıltılı, biserli, krujevalı dizaynlar oldu. Taylor Schilling, Thakoon paltarıyla qırmızı xalça üçün çox iddialı olmayan düz bir model seçmişdi. Hamiləykən qırmızı xalçada necə qəşəng ola biləcəyini göstərən Olivia Wildenin Gucci brend, biserli paltarı gecənin ən bəyənilən paltarlarından oldu. Helen Mirren, Jenny Packham paltarı illərə meydan oxuyan enerjisinin sanki bir əks olunması idi. Reese Witherspoonun Calvin Klein brendli yaşıl paltarının gecənin ən yaxşı kürək dekolteli paltarlarından biri oldu.
Saflığın rəngi ağ rəngdir, bu dəfə Jennifer Lawrence üçün çox da saflığın rəngi olmadı. İctimai medianı çalxalayan Lawrence Dior brendli paltarı gözəl ulduzun enerjisinə çox yaraşır. Qızıl Qlobusda ağın saflığı bu il Kerry Vaşinqtonu çox gözəl əks etdirib. Ana olmağa hazırlaşan Kerry Vaşinqtonun göbəyini örtən Balenciaga brendli paltarıyla çox sevimli görünür. Margot Robbie göz qamaşdırıcı gözəlliyi, dərin yarıqlı ağ Balenciaga paltarla gecədə qüsursuz görünürdü. Rashida Jones dore palma işləməli Fausto Puglisi brendli paltarıyla gecənin ən xoşagələn məşhurları arasında idi.
XƏBƏR LENTİ
Arıqlamaq üçün ilkin addımlar
Romantik bir gecə
Xərçəng xəstəliyinin əlamətləri
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü
Görünməmiş möcüzədir qadınlar
Saçlarımızı qoruyaq
Prezident AZAL-ı TƏNQİD ETDİ: Bütün təyyarələri dövlət tərəfindən alınıb, bəs gəliri haradadır?”
İlin ən yaxşı küçə rəsmləri
Həkim: “Koronavirusa aid şikayətlər üç gündən artıq davam edərsə..."
JLo öz bədən quruluşu ilə HEYRƏTLƏNDİRDİ
MN: “Hazırda döyüş əməliyyatları davam edir”
Günün qoroskopu: yalnız öz marağınızı düşünün
İsmail YK
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Fəlakət ölkə ərazisini artırdı
100 milyonluq TƏLƏB-FOTO
Smartfondan kiçik kondisioner hazırlandı
Hava XƏBƏRDARLIĞI
Ermənistanın sonu yaxınlaşır
Turabi ABŞ-da çempiyon oldu-VİDEO
3 şahmatçımız medalla dönür
Pop kraliçası Eurovision səhnəsində
Bakıda avtobuslar yenilənir
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Günün ulduz falı - 27.02.2014
İnsan alverinin qurbanı olmuş uşaqlara müjdəli xəbər
Köklü,darçınlı,qozlu keks (foto resept)
ABŞ-ın sabiq birinci xanımı vəfat etdi
Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra... - FOTO
Çinli alimlər xərçəngə qarşı nanorobotlar hazırladı
Hədiyyə ilə bağlı etiket qaydaları
Yaponlar dünyanı heyrətləndirdi
Britney Spears pəhrizi
Xocavənddə düşmənin darmadağın etdiyi həyatın bərpası ilə bağlı VACİB ADDIM
Rəssamlıqla məşğul olan həkim
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Efiopiyada 15 nəfər zibilin qurbanı oldu
Məşhur aparıcı ana oldu-FOTO
Smartfonu beş dəqiqəyə 50 faiz şarj edən dünyanın ən sürətli adaptoru hazırlanıb
Putindən çoxbaşlı "soyqırımı" bəyanatı
Türkiyə İŞİD-lə döyüşə qoşulur
Mülki əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilib - VİDEO
Avokadolu pizza(foto resept)
Azərbaycanda ölüm hökmü bərpa oluna bilər?
Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlandı
Münasibətdəki soyuqluğun səbəbləri
Yarım ildə dörd min ailə dağıldı
BÜRCLƏR bizə nə vəd edir? - 23 mart
Bakıda uşaq bağçalarının açılması üçün hazırlıq işləri başladı
- ŞƏRHLƏR