Avropada saatlar çox ucuzdur deyirlər. Yəni, hətta oralarda insan saatı hardasa
havayı ala bilirmiş.
Əgər bizim pulla hesablasaq , Avropada bir saat 48 qəpik edirmiş. Görürsən nə əladır....
Bizdə 48 qəpiyə yelqovan belə ala bilməzsən. Alsan da işləməz, qalar orda.
Amma və lakin, doğrusunu istəyirsənsə , bizdə də saata o qədər ehtiyac yoxdur... Hətta günortalar saat işlətmək artıq şeydir, iki gözüm! Heç istifadə etməsən də olar! Gündüzlər saat işlətmək paltarının cibini genişləndirməkdən başqa bir işə yaramaz bizdə....
İş bitəndə evdə zəng çalınır... Yatanda da yuxun nə vaxt gəlirsə yatarsan. Saata nə ehtiyac? Yemək vaxtları da, iştahana və cibinə bağlıdır. Yenə də saata ehtiyac yoxdur...
Yalnız , iki gözüm səhərlər işə getmək üçün, saatsız heç keçinmək olmur . Səhərlər saat mütləq vacibdir.
Amma deyəcəksən ki, yatağından qalxar, saatı qonşudan soruşarsan.... Amma o da yaxşı fikir deyil. Bəlkə qonşunun da saatı yoxdur. Bəlkə körpünün başındakı saat da yenə doğru işləmir....
Məsələn qonşum , mən qalxanda qalxar. Yaxud da o oyananda, mən də oyanaram. Burda işlər bir az qarışır.
Halbuki, iki gözüm, mən hər səhər işə getməyi müntəzəm adət etməyi istəyirəm. Bizim müdür, "əgər işə vaxtında gəlməzsəniz, sizə yolu göstərmək məcburiyyətində qalacağıq" dedi.
Yayda oyanmağın çarəsini tapmışam. Günəşlə qalxıram, işə də vaxtında çatıram.
Mənin sobamın yanında, divarda böyük bir deşik var. Nə vaxt günəş bu deşiyin üstünə düşsə , işə getmək lazım olduğunu anlayıram.
Fəqət, günəş saatına da artıq inanmaq doğru deyil.
Keçən səhər, gözümü açdım, baxdım divara. Gördüm ki, günəş deşikdən çox uzaqdadır... Düşündüm ki, hələ saat yeddinin yarısıdır, yarım saat da mürgüləyim. Yarım saat olardı , qalxdım işə getdim.Müdür: " Yenə gecikmisiniz" deyə çığırtı qopardı.
- Amandır, bəy, mümkün deyil...
- Necə yəni mümkün deyil, dedi. Budur, düz 20 dəqiqə gecikmisiniz...
- Aman , bey, olmaz elə şey...
- Bəlkə saatınız geri qalır, dedi...
- Ola bilər, bəy, dedim. Dərhal təmir elətdirərəm...
Elə həmin axşam evə gələn kimi, divardakı deşiyi yoxladım. Sən demə deşik naməlum səbəblərdən böyüyübmüş. Getdim sement aldım və deşiyi kiçiltdim. İndi saatım mükəmməl işləyir. Amma qışda nə edəcəyimi bilmirəm. Bu məsələni də həll etsəm, geri qalanlar asandır.Yoxsa, bizim evdə, saatsız da işlər yaxşı gedir. Qənaət və iqtisad dövründəyik. Bəli, yaşasın qənaət və icad edən vətəndaşlar!
Boş yerə bir də qızıl saat almaq üçün Avropaya pul tökməyək! Yayda mənimki kimi, günəş saatları, qışda isə qum saatı kimi, təbii saatlar işlədək,qardaşlar. Arxamızdan atlı qovmur haa?...
A.K.Kübra
XƏBƏR LENTİ
“Çölçü” filmi yenidən mükafata layiq görülüb.
NASA kosmosda “robot otel” qurur
Bakını toz bürüyəcək
Ayaqqabınızın ömrünü uzadın
O bir ilə 620 milyon qazandı
Məşhur aşbaz Sıla haqqında
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Fahriyə Buraka qadağa qoydu
İnsan bədəni qüsursuzdur
Yeni serial başlayır-"Kızım"-VİDEO
Kəsmikli, peçenyeli piroq (foto resept)
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Təmizlik xəstəliyi
Qozun faydaları
Dəbli şalvar modelləri
Cinsi həyatınızın qayğısına qalın
Bananlı keks (foto-resept)
Nazirlik bahalığı "ucuzlaşdırmağa" çalışır
İranda QİÇS-ə yoluxma halları artıb
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Ziynet Salı ərə gedir-FOTO
Bakıda dünya çempionatı olacaq
Yeni toy "adətləri"
Bacılar da bir-birini qısqanır...
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Amerikalılar Milli Şirniyyatlarımızı yeyəndə...
Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb
MakSim ərə gedir-FOTO
21 Fevral-Ana dili günüdür!
Qızının ev tapşırığı atanın həyatını xilas etdi - FOTO
Hicablı makiyaj ustası
"Erkenci Kuş" un məşhur cütlüyü evlənir-FOTO
Hindistanda koronavirusa qarşı üç peyvənd sınaqdan keçirilir
Bakı ABŞ, Rusiya, Fransya səsləndi
Möcüzə enerji-2
Planşetə çevrilə bilən xrombuk
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
Əliyev, Putin və Sarkisyan sambo yarışında
Çində matəm elan edildi
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Həccin vaxtı açıqlandı
Azərbaycan atletlərindən möhtəşəm qələbə!
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
Təmizlik zamanı edilən səhvlər
Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib
Maşınlar (Pazl)
Murat Yıldırım çəkiliş vaxtı zədələndi
Ayaqqabı modelləri
Dəniz Çakır bir çox saytların bloklanmasını tələb edib
WhatsApp-da daha bir yenilik
- ŞƏRHLƏR