Bakıda hava 11°
USD AZN
EUR AZN
13:08Ayla Ayla Hamıya salam necəsiz Sürayyə yoxa çıxdın yenə 08:32Xəyalə Murad Sabahınız xeyirli,gününüzzz aydın olsun,Əziz Qadin.Netlilər!
41463

Anamın hədiyyəsi

Anamın hədiyyəsi

Gözəl bir payız axşamı işdən evə qayıdırdım. Öz-özümə düşünürdüm ki, insanın özündən başqalarını görməsi üçün hökmən gözəl əhval-ruhiyyədə olması lazımdır. Bax, hər dəfə səhər işə get, axşam gəl... Hər gün eyni yolu get, gəl. Kişi kimi bir dəfə sual vermisənmi özünə, getdiyin yolda hansı dükanlar var, kiminlə tez-tez qarşılaşırsan, həmin yolda ağaclar varmı, və s. Sadə bir misal çəkim, hər gün ən azı iki dəfə qalxıb-düşdüyüm binanın pilləkanlarını saymaq fikrimdən kemişdimi? Bir dəfə keçmişdi. Saymışdım da. İndi yadımdan çıxıb neçə pilləkan var idi. Əşşi, nə isə...

            Həə, deməli, əhval-ruhiyyədə qalmışdım. İndi hər şey mənə sanki: "Ey oğlan, mənə bax, məni görürsənmi?" - deyirdi. Barmağımı dişlədim, səbəbini anladım. Axı bu gün maaşımı qaldırmışdılar. Həm də əlli faiz. Beş ildən sonra nəhayət ki, maaşımı qaldırmışdılar. Çox xoşbəxt idim. Sanki içimdən bir səs mənə deyirdi ki, götür pullarını bir şeyə xərclə. Yəqin sizdə də olub, artırılan maaşı və ya əlavə bir pulu aldıqda – onun xərclənməsi yolu ilə bağlı plan qurmadığımıza görə özümüzü bir anlıq dövlətli hiss edirik. Amma gələn ay bu cür olmayacağını da bilirik. Çünki hansısa bir "qəmbərqulu" çıxacaq və həmin artıq gəlir hansısa bir kreditinin ödənməsinə gedəcəkdi. Mən də bu pulu hara xərcləyəcəyimi düşünürdüm ki, qəfil ağlıma bir fikir gəldi: Nərgiz! Həyat yoldaşım. İnanın, desəm bəlkə də gülərsiz, amma, axırıncı dəfə, haradasa dörd, ya da beş il olardı ki, Allahın dönərini də bir yerdə yeməmişdik. İndi qonaqlıq-zad başqa. Amma konkret harasa gedib, oturub yemək adlı bir şey yox idi.

            Tələsik evə qaçdım, sayını da unutduğum pilləkənlərlə yuxarı qalxıb qapını döydüm. Hə, yadımdan çıxmışdı, gələndə ev üçün lazım olan bəzi şeyləri almaqdan əlavə, yoldaşım üçün bir ananas – Ananası çox sevirdi – oğluma da – nə idi onun adı? Hmmm... Hə, yadıma düşdü – "spayderman"in paltarını almışdım. Əllərim dolu olduğuna görə, gülməyin ha, başımla qapını döydüm. Yoldaşım qapını açar-açmaz, kefini-halını soruşdum. O da çaşıb qalmışdı. Hər gün evə, bağışlayın ifadəmə görə, it kimi yorğun gələn adam kimi görürdü məni. Bəzən elə olurdu ki, mənə çay gətirərkən, gəlib görürdü ki, yatmışam. Elə əlimdəkiləri almışdı ki, ona dedim:

– Nərgiz, sənə sürprizim var...!

– Nə sürpriz? Adə, gəl keç içəri. Dayanmısan burada. Danışarsan indi, uşağı da öp dəə. Gör necə baxır sənə...

– Ay daa, yaddan çıxmışdı... – Üzümü oğluma çevirdim – Gəl bura, gör ata nə alıb sənə?

Yazıq uşaq tez qaçdı üstümə. Mən də paltarı verdim ona. Sevincək olub qaçdı o biri otağa:

– Hə, ay Nərgiz. Sözüm yarımçıq qaldı. Sabaha hazırlaş, gedirik.

– Hara? Yavaş-yavaş aramla danış daa...

– Yimeyə, səni yimeyə aparacam.

– Dəlidiye – gülümsəndi – nə yimey? Evə nə gəlib ki?

– Yox, bu “asobenni” yimeydi, şam yimeyi. Gör nə vaxtdı ki, sənlə baş-başa, yəni ailəlikcə yimey yemiriy...

– Əşşi mən burada, sən burada, qaçmırığ ki.. – üzünün ifadəsi birdən dəyişdi, ciddiləşdi – Ehtiyac yoxdu. Ged yimeyi başqa bir qadınla yi...

– Nə qadın, ay qız? Mən sənə nə diyirəm, sən mənə nə diyirsən. Başqa qadınla yiyən idimsə sənə nöş diyirəm day?

– Zarafat eləmirəm, bu səfər mənlə yox, başqa bir qadınla gediceysən...

– Nə qadın? Nə qadın-qadın salmısan? – Səsimi qaldırdım, uşaq qapıdan başını çıxartıb boylandı – Keç içəri!

Yazıq uşaq cəld içəri keçdi.

– Mənim əvəzimə sabah ananla gediceysən...

            Mən daha bir söz deyə bilmədim. Bilmirəm sizdə də belə hallar olur, ya yox. Bəzən insana deyilən bir kəlmə bir dastanlıq ifadəni əvəz edir. Bu kəlmə ilə artıq başa düşmüşdüm ki, yoldaşım nəyə eyham vurur. Anamın üzünü görməyəli altı ay olardı. Ancaq zəngdən-zəngə danışırdım onunla. O da üç-dörd dəqiqə. Mən yoldaşımın bu cür dəqiq sözünə nə deyə bilərdim ki? Haqlı idi.

– Hmm... – Başımı aşağı saldım.

***

            Səhəri gün yuxudan ayılanda gördüm ki, yoldaşım ən yaxşı paltarlarımı səliqə ilə ütüləyib sərib divanın üstünə. Onun bu cür bacarıqlı və zirəng olması heç vaxt dəyişməmişdi. Uşağı da xəbərdar edirdi ki, paltara yaxın düşməsin. Yerimdən durub əl-üzümü yumağa gedirdim ki, gördüm əlindəki telefonu mənə uzatdı. Heç nə demədi amma. Nə deyəcəyini başa düşdüm. Anama zəng etdim:

 – Alo, salam ay maa, necəsən?

 – Aloo, can bala, quzu balam, mamasının cubbulusu, dooşanı. Neynirsən, necəsən? Mənəm də, şükür, yaxşıyam.

 – Mən də yaxşıyam ay maa. Mamaa, əynivi giyin, hazırlaş, gediriy.

 – Hara?

 – Səni oppa aparacam.. – Gülüşməyə başladıq. Anamla danışanda uşaqlaşırdım. İndiyə qədər görməmişəm ki, ana balası ilə zarafatlaşsın, amma araya inciklik düşsün.

– Bə Nərgiz, Polad? Ay oğul, məni neynirsən, olarnan ged.

– Yox, ay maa. Səninlə gedirəm. Giyin. Çıxıram indi. Yaxşı, sağ ol.

Əynimi geyinib, yeməyimi yedim. Tanış bir kafemi deyim, ya restoran, nə isə, bir yer var idi. Fikrimdə tutmuşdum ki, ora gedək. Niyə ora? Çünki zatən oradan başqa bir yer tanımırdım. Uşaq vaxtı anam ora məni çox gətirmişdi. Mən də bu ənənəni sındırmadan Nərgizlə ora iki-üç dəfə getmişdim. Anam gilə çatıb, qapını döydüm. Anamı götürüb restorana tərəf yola düşdük. Anam qoluma girir, hərdən küçənin ortasında məni öpür, əlini kürəyimə atırdı ki, görsün tərləmişəm ya yox. Mənim 35 yaşım vardı. Amma anam mənimlə 5 yaşlı uşaq kimi davranırdı. Mən özümü narahat hiss etsəm də, bu mənim xoşuma gəlirdi. Uşaqlığımı xatırladırdı.

            Həmin gün anamla çox gözəl bir gün keçirdik. Düzdür, nə yedimsə elə mən yedim. Anam yazıq bir şey də yemədi, ancaq oturub mənə baxdı. Söhbət etdik, bir az piyada gəzdik. Ha nə qədər ona bir şey almaq istəsəm də razı olmadı. Duranda mənə dedi ki, gələn dəfə bura gəlmək mənim boynuma. Hər şeyin hesabını da mən ödəyəcəm. Dedim ki, ay ma, sən Allah belə eləmə. Mən ola-ola sən pul ödəyəcəksən? Razılaşmadı arvad, amma mən razı oldum. Anam idi çünki, razılaşmaya bilməzdim.

            Mən indiyə qədər ana ilə birlikdə restoranda yemək, onunla gəzişmək deyə bir şeyi heç kəsdə müşahidə etməmişdim. Uşaq vaxtı analarımız bizi yanına salar çox yerlərə aparar, gəzdirər, yedizdirərdi. Amma biz böyüdükdən sonra valideynlərimizi unudurduq. Onun yerini də həyat yoldaşı alırdı. Anaya gül almaq, onunla gəzişmək, söhbət etmək və s. – evli insanlara, hətta subay insanlara da yad bir şeydir. Amma bunu edən şəxslərə həqiqətən də eşq olsun!

***

            Bu hadisənin üstündən altı ay keçməmiş anam dünyasını dəyişdi. Qəfil, lapdan. Bilmədim bu necə oldu. Axı bu necə ola bilərdi? Cəmi altı ay bundan əvvəl saçlarımı oxşayırdı, məni öpüb bağrına basırdı, gülürdü. Anam məni hara qoyub getdi? Axı mən onsuz nə edəcəkdim? O gün bütün dünya mənim üçün qaralmışdı. Özümə lənət edirdim ki, mənim kimi bir oğuldansa qara kötük olardı. Camaat gəlib üstündə oturar, pişiklər onu murdarlayardı. Təki həmin kötük heç kəsə zərər və ziyan vurmazdı. Mənim kimi naxələf olmazdı.

            Anamın vəfatından beş ay keçdikdən sonra yoldaşımla qərara gəldik ki, onunla həmin "Ana və uşaq" restoranına gedək. Uşağı da götürdük, bir yerdə getdik ora. Oranı görən kimi, içəri keçən kimi iştahım kəsildi. Amma bunu ailəmə hiss etdirmək istəmədim. Oturub yüngülvari yedik, içdik. Uşağa da xətri istədiyi yeməyi sifariş verdik və s. Oradakı oğlana dedim ki, hesabı gətirsin. Oğlan mənə baxıb, "baş üstə" – dedi, amma başqa bir otağa keçdi. Dörd-beş dəqiqə sonra otaqdan bir qadın çıxdı. Onu tanıdım. Neçə illər idi ki, həmin yerin baş administratoru işləyirdi. Bizə yaxınlaşdı, görüşdü. Əlini uşağın başına çəkib dedi:

– Yeməyinizin hesabı ödənib.

– Nə danışırsız, ay xanım? – Təəccüblə ona dedim. Axı belə bir şey ola  bilməzdi.

– Hə, hardasa 5 ay bundan əvvəl ananız bura gəlmişdi. Konvertin arasına 50 manat və bir də iki-üç cümləlik bir şey yazmışdı. Buyurun, özünüz oxuyun.

            Əlindəki məktubu mənə göstərdi. Açdım məktubu, həqiqətən də içində 50 manat vardı və bir də kiçik bir vərəq. Vərəqi çıxartıb oxudum: "Çox güman ki bura mənim oğlum və gəlinim yanlarında bir uşaqla gələcək. Mən onu yeməyə dəvət etmək üçün söz vermişdim. Lakin mən xəstələnmişəm, balamın da işi başından aşır. Ailəsinə güclə vaxt çatdırır. Əgər bir də oğlumla bura gəlsək həmin pulu yemək hesabımızdan çıxarsız. Mən olmasam o, ailəsilə birlikdə olsa, onların hesabını bu puldan çıxarsız."

            Qadına baxdım, Nərgizə baxdım, uşağa baxdım. Arxamı itələyib stulu kənara çəkdim. Cəld qaçdım ayaqyoluna. Güzgüdə sifətimə baxa-baxa ağladım. Qışqırdım, hönkürtü vurdum. Axı mənim kimi naxələf övlad bu dünyada niyə yaşayırdı? Niyə?

Oradan çıxıb anamın məzarını ziyarət etməyə getdik.

Anamın hədiyyəsi

    PS: Bu hekayəni olmuş hadisənin üzərində yazmışam. Bu hekayəni bir alim öz çıxışında söyləyirdi. Mən də ona əlavələr edib hekayə şəklinə saldım. Bunu oxuyandan sonra kimin imkanı varsa, anası ilə əlaqə saxlasın.

Fərid Abdullah

Səslərin sayı: 6
28
2687
Şərhlər
Offline
Asi
Allah heyatda olan butun analara can sagligi versin dunyasini deyieenlere ehmet elesin AMIN
6 fevral 2015 01:40
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
ilhame ibrahimova
Cox gozel yazmisiniz men cox kovreldim tesekkurler
4 fevral 2015 12:56
Offline
Farid Abdullah
.Yazan eliniz derd gormesin Ferid bey.Coxsaqolun.


Minnətdaram, çox sağ olun.
3 fevral 2015 21:51
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Offff axsham axsham yamanca kovreltdi bu hekaye meni.Ilk once dunyasini deyishmish butun valideynlere Allah rehmet etsin.Allah mekanlarini cennet etsin. Saqliqinda valideynlerimizin qedrini biley. Valideyne her yashimizda ehtiyacimiz var.Allah onlari bizlere cox gormesin. Allah Nerqiz kimi gelinleride butun ailelere qismet etsin.Ne deyim Vallah.Burdan gorunurki ailede cox gozel qarshiliqli munasibetler oluub.Bu gun yuz gelinnen hansi biri ananla yemeye get ve ya anana get dey sozunu deyerki? Yoxdu indi ele birisi.Cox maraqla oxudum.Yazan eliniz derd gormesin Ferid bey. Cox saq olun.
3 fevral 2015 20:26
Offline
Qəribə
Valideynlərimizi Allah bizim başımızın üstündən əskik etməsin. Amin!!! girl_ang
Gözəl hekayəyə görə çox sağ olun.
3 fevral 2015 15:02
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Gulay
Hə, hardasa 5 ay bundan əvvəl ananız bura gəlmişdi. Konvertin arasına 50 manat və bir də iki-üç cümləlik bir şey yazmışdı. Buyurun, özünüz oxuyun.

Əlindəki məktubu mənə göstərdi. Açdım məktubu, həqiqətən də içində 50 manat vardı və bir də kiçik bir vərəq. Vərəqi çıxartıb oxudum: "Çox güman ki bura mənim oğlum və gəlinim yanlarında bir uşaqla gələcək. Mən onu yeməyə dəvət etmək üçün söz vermişdim. Lakin mən xəstələnmişəm, balamın da işi başından aşır. Ailəsinə güclə vaxt çatdırır. Əgər bir də oğlumla bura gəlsək həmin pulu yemək hesabımızdan çıxarsız. Mən olmasam o, ailəsilə birlikdə olsa, onların hesabını bu puldan çıxarsız."

Qeleminize quvvet...
3 fevral 2015 02:42
Offline
Farid Abdullah
Minnətdaram, çox sağ olun
3 fevral 2015 00:06
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
Ferid
anam sax olsaydi kaski
2 fevral 2015 22:09
Offline
איסון ממדוב.
Cox gozel hekayedi gozlerim doldu/Ele gelinden tumu analarimiza qismet olsun insallah en azindan oqlunun yerine anasin gelin yada salsin
2 fevral 2015 20:48
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Farid Abdullah
Hər kəs burda diqqəti daha çox anaya verdi. Ancaq burda bir dənə də baş qəhrəman var. O da Nərgizdir. Gəlin razılaşaq ki, hər gəlin onun kimi ola bilməz.


Belə qadınları çıraqla da tapmaq çətindir. Əriniz az maaşı, zərurətdən tam diqqət göstərə bilməməsi və s. həyat yoldaşını narahat etmir. O, bunlara görə ərini danlamır. Əksinə ona dəstək olur. Bununla yanaşı oğlanın anasına qarşı diqqət göstərməsi üçün də ona dəstək olur. Həqiqətən də bu cür gəlinlərə eşq olsun!
2 fevral 2015 19:39
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
Aysel İ.
Hər kəs burda diqqəti daha çox anaya verdi. Ancaq burda bir dənə də baş qəhrəman var. O da Nərgizdir. Gəlin razılaşaq ki, hər gəlin onun kimi ola bilməz. İllərdir yoldaşın sənə belə təklifi 1-ci dəfədir edir və sən razılaşmırsan. Və ona ananla get onunla bu vaxtı keçir deyir. Mən burda Nərgizə də alqış deyirəm. Halal olsun. Allah bu ailəni xoşbəxt etsin.
2 fevral 2015 19:32
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Farid Abdullah
Təşəkkür edirəm.
2 fevral 2015 19:16
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
Şəri Babayeva
Maraqla oxudum.Qələminizə qüvvət.Allah valideynlərimizi qorusun. Amin!!
2 fevral 2015 19:08
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
.........................................
Oxudum maraqli idi...Xebere gore tesekkurler give_ros
2 fevral 2015 19:01
Offline
Terane Allahverdiyeva
EHHHH DAWA DONMUWEM.ANA OLMADIGIM UCUN.
2 fevral 2015 18:10
Offline
ملاك
Gozlerim doldu, ana haqqi danilmaz ve evezolunmazdir, tesekkurler
2 fevral 2015 16:17
Offline
Farid Abdullah
Təşəkkür edirəm, Səma xanım.
2 fevral 2015 16:15
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
●♥ Səma ♥●
Çox kövrəldim.Fərid bəy,qələminizə qüvvət.Təşəkkür edirəm sizə.
Valideynlərimizi Allah bizim başımızın üstündən əskik etməsin.Amin!!!
2 fevral 2015 16:04
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Farid Abdullah
Fərid qardaş, heç bilməzdim ki, həmin real hadisəni bu cür maraqlı hekayəyə çevirəcəksiniz. Maşallah, uğurlu alınıb. Yorulmayasınız.

Təşəkkür edirəm, Ceylan xanım. Sizin də maraqlı diskussiya və fikirləriniz, həmçinin motivəedici dəstəyiniz də bir aləmdir. :)
2 fevral 2015 15:33
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
Ceylan Mumoğlu
Farid Abdullah,
Fərid qardaş, heç bilməzdim ki, həmin real hadisəni bu cür maraqlı hekayəyə çevirəcəksiniz. Maşallah, uğurlu alınıb. Yorulmayasınız.
2 fevral 2015 15:14
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Kənan Doğulu Beren Saatdan yazdı-FOTO

    heç vaxt ayrılmasınlar canlarım menim
  • 13:06 - Müəllif: Ayla Ayla
    Hadiseden sevgi Etirafı (2)

    Hadiseden sevgi Etirafı

    yarasirlar goresen ne vaxt el ele cixacaqlar
  • Paris Hilton Kraliçanın qoxumu çıxdı

    Hilton otellərinin varisi Paris Hilton Böyük Britaniya Kraliçası II Yelizavetanın qohumu olduğunu bildirib.
  • Paris Hilton Kraliçanın qoxumu çıxdı

    Hilton otellərinin varisi Paris Hilton Böyük Britaniya Kraliçası II Yelizavetanın qohumu olduğunu bildirib.
  • 09:24 - Müəllif: Xəyalə Murad
    Hadiseden sevgi Etirafı (2)

    Hadiseden sevgi Etirafı

    Bir müddət əvvəl sevgili olduqları məlum olan türkiyəli müğənni Hadisə ilə aktyor Kaan Yıldırımın ayrıldıqları iddia olunmuşdu.
  • Birinci Sinifə Gedəcək Uşaqların Valideynlərinin Nəzərinə

    2020-2021-ci təhsil ilində bütün ümumtəhsil məktəblərinin birinci siniflərinə elektron formatda qəbul aparılacaq.
  • “Çukur”da yeni aktyor

    Reytinqlərdə ilk sıralarda yer alan “Çukur” serialına yeni aktyor daxil olub.
  • Selena Gomez karonavirusdan qorunmaq üçün bunu etdi-FOTO

    27 yaşlı amerikalı müğənni Selena Qomez anası ilə birlikdə tətilə yollanıb.
  • Gürcüstan Azərbaycanla sərhədi bağlayır-SƏBƏB

    İran vətəndaşlarının Gürcüstana, Gürcüstan vətəndaşlarının isə İrana gediş-gəlişi qadağan edilib
  • 06:37 - Müəllif: TwentasseJB
    Hüquqşunas məsləhəti (403)

    Hüquqşunas məsləhəti

    cypress hemp cbd oil http://antonuk.pp.ua/index.php?option=com_k2&view=itemlist&task=user&id=251788 biodramina no insurance an option when other treatments are not controlling the disease in the liver. Chirlane McCrays exhibition reflects an agenda of equity and Site More details http://www.maingetaway.com/index.php?option=com_k2&view=itemlist&task=user&id=165311 http://antonuk.pp.ua/index.php?option=com_k2&view=itemlist&task=user&id=251193&gynokadin-gel View site https://getpocket.com/redirect?url=https%3A%2F%2Fwww.inventables.com%2Fusers%2Flangehoneycutt1159 http://forum.wowcasual.info/index.php?topic=368803.0 the next two months and once a https://www.storeboard.com/blogs/gaming/dancer-and-sister-are-extra-like-youngsters-now/1884478 purchase cheapest thyrax pharmacy otc in the state of Washington. Keep your elbows bent and tissue was examined for the presence of http://www.fieretempolibero.it/index.php?option=com_k2&view=itemlist&task=user&id=117991 casinos de panama empleos casino des moines kcci news team http://calsquash.com/wiki/index.php?title=User:Tommie5869 view all view details of whether or not to have dispensing error, for which she received
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )