Cəmilə xoşbəxt idi. Azərlə danışdığı müddətdə ona şans verməyinə heç də peşman deyildi. Ancaq çətinliklər qabaqda idi.
- Alo, salam, Cəmilə, necəsən? Mən Bakıdayam işlə bağlı gəlmişəm. Vaxt tapıb sizə də gələcəyəm. İlahə xalanı çoxdandı görmürəm.
- Salam, Azər, yaxşıyam. Nə gözəl. Sənə uğurlar!
Azər işini həll edib dediyi kimi Cəmiləgilə qonaq gedir. Azər telefonunu stolun üstünə qoyaraq əl-üzünü yumağa gedir. Bu anda onun telefonuna zəng gəlir. Bir neçə dəfə gələn zəng Cəmilənin şübhələnməsinə səbəb olur. Qeyri-iradi olaraq yığan adamın adına baxır. Ülkər adını görüncə qıcıqlanır.
- Yaxşı, xala, mən gedim, artıq gecdir.
- Sağ ol, oğlum.
Aramsız gələn zənglər Cəmilənin ağlından çıxmırdı. Azərin zəngini gözləyirdi. Artıq dözə bilmirdi.
- Alo, mən artıq evdəyəm.
- Lap yaxşı.
- Cəmilə, nəsə olub?
- Telefonuna zəng edən kim idi?
- Dostum idi.
- Dostunun adı Ülkərdi? Mənə yalan demə, xahiş edirəm səndən.
- Sənə yalan demirəm. O, mənim dostumdur. Onunla ingilis dili kursunda tanış olmuşam. İnan mənə. Biz sadəcə dostuq. O, səni sevdiyimi bilir.
- Sənə inanıram. Ancaq inamımı qırma.
Üç ay sonra
Cəmilənin ürəyində sıxıntı var idi. Azər onunla danışarkən ona Ülkər deməsi ona heç xoş olmamışdı. Bu bir neçə dəfə təkrarlanmışdı. Artıq onlar dava edirdilər. Hər danışıqda o, Ülkərin adını çəkirdi. Sanki Cəmilənin üzülməsini görmək ona çox xoş idi. Artıq bacarmırdı. "Ülkəri sevirsənsə, get, onunla xoşbəxt ol. Mən artıq incinmək istəmirəm”, deyirdi. Azər isə “Mən ancaq səni sevirəm, sənə qarşı fikrim ciddidir, anam da artıq bilir. Sənə elçi gələcəyəm”, demişdi.
Günlər beləcə keçir. Cəmilənin şübhələri isə getdikcə çoxalır. Azər şübhələrə son qoymaq üçün Ülkərə Cəmilənin nömrəsini verir. Ülkər ona zəng edərək “Biz sadəcə dostuq, ona inan, o, səni, həqiqətən də, sevir. Bizim aramızda heç nə ola bilməz”, demişdi. Ülkər çox inandırıcı danışdığı üçün Cəmilə ona inanır. Ancaq Ülkərin mələk donu geyinmiş şeytan olduğunu heç bilmirdi.
- Ana, telefona bax.
- Baxıram, qızım. Alo, eşidirəm kimdi?
- Ana, nə olub? Kim idi zəng edən?
- Cəmilə, qızım, Azər nişanlanıb.
- Necə yəni nişanlanıb? Axı o..
- Zəng edən dayın idi, o dedi mənə.
Bəli, o nişanlanmışdı. Nişanlısı isə Ülkər idi. Cəmiləyə elçi gələcəkdi. Ancaq onu aldatdı, hissləri ilə oynadı. Sevirəm deyirdi, sübut edəcəyəm deyirdi. Cəmilənin nələr yaşadığını ancaq anası gördü. Qızını tanıya bilmirdi. O, artıq əvvəlki kimi deyildi.
Bir gün Azər Cəmiləyə zəng edərək:
- Salam, Cəmilə, necəsən?
- Mən səninlə danışmaq istəmirəm. Məni narahat etmə. Sənə inanmışdım. Sən məni aldatdın.
- Mən səni aldatmamışam.
- Nişanlısan. Deyirdin, onu sevmirsən. Sevməsəydin, nişanlanmazdın. Mən hər şeyi bilirəm. Bir də məni narahat etmə. Sənə nifrət edirəm.
Altı ay sonra Azər və Ülkərin toyu olur. Onlar çox xoşbəxt idilər. Ancaq Cəmilə xoşbəxt deyildi. O aldadılmışdı. Onlar yalan demişdilər. Azər Ülkəri sevirdi. Cəmilə dəfələrlə bunu ona deyirdi. Ancaq Azər: “Mən yalnız səni sevirəm” deyə etiraz edərdi.
İki il sonra...
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
Əhməd Ağayevin anım günüdür
Flavia Desgranges van der Linden
Siçan ili bizə nə vəd edir?
Maydanda ötən gecə
Məşhur aktyor evləndi-FOTO
Sinqapur şirin-qazlı içkilərdən imtina edir-SƏBƏB
Qızı olanlara müjdə
Ledi Qaqa yenə diqqət mərkəzindədir-FOTO
Dünyanın ən uzun təyyarəsi hazırlanır
Taksi sürücüsü davranışı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bakıda internet istifadəçilərinin sayı açıqlandı
Qara nöqtələr üçün maska
Bu gün Milli Teatr Günüdür
Səmada ifa: Pianoçu hamını heyrətləndirdi - VİDEO
Xoşbəxtlik bizim içimizdədir
Bu qız İnstagram-ın yeni ulduzudur
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Bayram günü 39 dərəcə isti olacaq
Meyvə pəhrizi
Dağlıq Qarabağda baş verən son hadisələr AŞPA-nın yaz sessiyasında
Praqa Qradı (Praqa kremli)
Apple yeni şirkət alır
Öd kisəsi polipləri
Kələm salatı (foto resept)
Azərbaycan bu ölkələri geridə qoydu
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Murat Boz ayrılıq haqqında-FOTO
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Ətdən imtina etdi xəstəxanalıq oldu-FOTO
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Peter Gerasimonun əsərləri
Sabahın HAVAsı
Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
Alişandan sürpriz evlilik təklifi
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Naomi Kempbel paylaşımı ilə diqqət çəkdi - FOTO
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
Mətbəx mebelləri
Qara meşə tortu (foto resept)
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Koronavirus Niderlandda xaosa səbəb oldu
Kökəlməyin sirləri
"Qarabağ"a 1 milyon ayrıldı
Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Divar kağızları
Əsgər erməniləri niyə qırıb?
Kral ailəsində qalmaqal böyüyür-SƏBƏB
Məzəli şəkillər
- ŞƏRHLƏR