Bu günlərdə bir məqalə oxudum. Ümumi gedişatdan bəlli oldu ki, uşaqlar başlarına gələn və etdikləri hər bir yanlışlıqda özləri günahkardır. Halbu ki, uşaqlar doğularkən beyinləri ağ vərəq kimi təmiz olur. Ora kim nə yazsa o da onu doğru olaraq qəbul edir. Hər birimiz uşaq olmuşuq. Valideynlərimizin bir sözünü iki etməmişik. Onlara cavab qaytarmaq nədi, "yox" kəlməsini belə deməyə cürət etməmişik. Məqaləni yazmaqda məqsədim hər bir anaya övladına öz təhlükəsizliyinin nə olduğunu və özünü necə müdafiə etməli olduğunu anlatmaqdı. Hər birimiz bilirik ki, uşaq alveri baş qalıb gedir. İstər orqan satışı, istərsə də uşaq oğurluğu. Uşaq adicə mağazda ya da bazarda belə yanınızdan itə bilər, aza bilər. Kimsə heç nədən sığortalanmayıb. Ətrafımızda oğrular, qatillər, təcavüzkarlar az deyillər. Elə isə nədən övladlarımıza özlərini müdafiə etməyi öyrətməyək?
Gəlin çox sadə və rahatlıqla başa sala biləcəyimiz xırdalıqdan başlayaq. Almanyada hər bir uşağın çantasında, ya da paltarının cibində adı, soyadı və ünvanı qeyd edilmiş kiçik kağız parçası olur. Bunu valideyn yazıb qoyur. Əyər uşaq itərsə istənilən şəxs onu bu kağızdakı ünvana apara bilər. Onlar uşaqlarına başa salırlar ki, itsələr o zaman ilk olaraq polisə yaxınlaşmalı və cibindəki ünvanı göstərməlidi. Bunu hətta kiçik uşaqlara da öyrədirlər.
Evinizə telefonun yanında gözlə görülə biləcək yerdə Təcili Tibbi yardımın, Polis idrəsinin, Yanğın söndürmə məntəqəsinin telefon nömrələrini yazıb asın. Bu rəqəmləri uşqlarınıza öyrətməlisiz. Hər şeyi məktəbdə öyrənəcək deməyin. Çünki valideyn uşaqlıqdan övladına təhlükəsizliyin nə olduğunu və onu hansı yollarla qorumalı olduğunu başa salmalıdır. Onun hansı hüquqları olduğunu öyrətməlidi.
Uşağınıza başqa birinə qapını açmamağı öyrədin. Yəni ana və atadan başqa kimsəyə qapı açmamalı olduğunu dönə-dönə başa salın. Sizə "bilirəm açmayacam" deməsinə baxmayın. Bunu oyun vasitəsi ilə ona aşılayın. Beyninə həkk edin. Məslən uşağınızla oyun oynayanda öyrətməyin necə asan olduğunu özünüz anlayacaqsız. Belə şansı əldən verməyin. Ona deyin ki, otaqlardan birinə keçsin və qapını bağlasın. Siz isə guya ki, yad insansız. Qapını döyüb açmasını xahiş edin. Oyunu yuz dəfə də olsa təkrar edin. Özünüzü bir qatilin ya da oğrunun yerində təsəvvür edin. Deyəcəyiniz hər sözə diqqət edin. Məsələn: "Qapını aç, mən ananın rəfiqəsiyəm. Anana kömək lazımdı əlimdəkini sənə verməliyəm " və s. bu kimi sözlərlə onu dilə gətirməyə çalışın. Başa salın ki, normal böyük insanlar əsla uşaqlardan kömək istəməzlər. Əyər qapını kimsə açmağa çalışsa ya da təkid etsə ki yaxın insanam qapını aç. Sənə anan ya atan nəsə göndərib O zaman var gücü ilə qışqırmağı öyrədin. Polis çağıracağını və ya yoxud qonşuları çağıracağını deməyi öyrədin. Uşğın cinsindən aslı olmayaraq təhlükəsizliyi öyrənməlidi. Özünü müdafiə etməyi və sərbəst şəkildə bacara biləcəyi hər bir şeyi öyrətməyiniz vacibdi.
Həyətdə oynayarkən itən və ya oğurlanan az uşaq olmayıb. Belə isə övladlarınıza həyətdə də özünü müdafiə etməyi öyrətməlisiz. Tutaq ki, siz yad qadınsız və onu səsləyib yanınıza çağırmısız. Başını sığallayıb deyirsiz : "Gəl gedək orda danışan pişik var. İstəsən sənə də birini verərəm." Bu zaman uşağınızın gözündəki istəyi və işıltını seçəcəksiz. Bununla da qəfl onun qolundan tutun. Uşağın etməsi vacib olan tək şey qışqırmasıdır. Onunla oyun oynadığınızı unutmayın. Çalışın onu qorxutmayasız. Sadəcə olaraq səbrlə və təmkinlə uzun uzadı oyunlar oynayın. Yad birinin sual verməsi ya nəsə istəməsi ona normal görünməsin və o anda bütün gücü ilə qışqırmsını öyrədin. Əyər övladınız sizə hər hansı buyuruğunuza "yox" deyə bilirsə demək ki, yad birinə də "yox" deyə biləcək. Əyər sizə "yox" deməyə haqqı yoxdusa, demək yad insana da "yox" deyə bilməyəcək. Onun üçün çalışın övladınızı hər bir vəziyyətdə özünü müdafiə edə bilməyi və özünə sahiblənməyi öyrədəsiz. Qorxaraq içinə qapanmağı deyil, qışqıraraq insanları başına toplamağı öyrədəsiz.
Unutmayın ki, övladlrınızın təhlükəsizliyi hər şeydən vacidir.
XƏBƏR LENTİ
Məhərrəm ayı ilə bağlı fətva verildi
Kakao yağının dərimizə faydaları
2015-də bu ölkələrə gedin
Bu sezon ən iddialı trendləri
Kələm salatı (foto resept)
Vitaminlər
"Qarabağ"la çətin oyun olacaq
Fransız qadınları kimi geyinməyin sirri
Bahalaşma başladı
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Hava haqqında
Fransa təkcə romantika şəhəri deyil
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
Azərbaycana gələn pullar azaldı
Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Rafael Dadaşov vəfat etdi
Süd verən analar üçün qidalanma tövsiyəsi
Azərbaycan istifadəçiləri internetsiz qalacaq? -RƏSMİ cavab
Xoşbəxtlik gətirən qidalar
Dünyanın ən balaca iti odur
Kağız halva (3)
Laqeydlik ən böyük şiddətdir
Gülben Ergen haqqında ŞOK məlumat
Qan donduran araşdırma - 5042 ölü
Qasırğanı dəqiq proqnozlaşdıran qurğu hazırlandı
Ermənistan daha 45 hərbçisinin öldüyünü etiraf etdi
Vanqa onun ölümünü bir il öncədən bilibmiş - Şok öngörü
Məşhur model üsyan etdi
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Münasibətin mərhələləri
Dovğa göyərtisinin doğranılması
Döşlərinizi 10 günə 3 sm böyüdün!
Nüsret evlənir?-FOTO
Rusiya nüvə silahından istifadə üçün əsas şərti açıqladı
Limonlu-pudralı peçenye (foto resept)
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - RƏSMİ
Cütlüklər arasında çıxan münaqişə mövzuları
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Gəncə Təbrizlə qardaş oldu
Sobada ətli rulet (foto-resept)
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Göz makyajı
Abituriyentlərinin nəzərinə!
"Ağıllı" kontakt linzalar xərçəng hüceyrələrini aşkarlayacaq - FOTOLAR
Messi əməliyyat olunacaq
Damla şokoladlı keks (foto-resept)
Günün ulduz falı
Yağmasan da, gurulda!
- ŞƏRHLƏR