Uşağın ilk oyuncağı onun öz əlindədir. Uşaq ona baxır, onunla oynayır. Birinci həftələr (6-8) ona başqa oyuncaq lazım deyil, buna görə də fikir vermək lazımdır ki, uşaq əllərini həmişə sərbəst hərəkət etdirə bilsin.
İki aylıq uşağın əlinə oynamaq üçün hər hansı bir şey vermək olar, onun yanına baş yaylığı boyda əlvan parça qoymaq olar. Uşaq əlvan rəngi görəndə sevinir, o yaylıqla uzun müddət və həvəslə oynayır, üzünü ona sürtür. Uşaq əlində nəsə bir şey tuta bildikdə ona şaqqıldaq, rezin, və plastik kütlələrdən hazırlanmış oyuncaqlar vermək olar, sonralar uşaq iməkləyəndə ona rezin topda vermək olar. Oyuncaqların hamısını hər gün sabunla yumaq lazımdır.
İməkləyən uşağın ən çox xoşladığı oyuncaqlardan biri topdur. Uşağa rəngli taxta kubiklər və plastik kütlədən qayrılmış içiboş cürbəcür qutular, qisa dəstəkli taxta qaşıq, alminium qab-qacaq da (balaca qazanlar, kasalar)vermək olar.
Uşağa elə oyuncaqlar vermək lazımdır ki, bunlar onun əlini kəsməsin və o bunları uda bilməsin. Oyuncaqların hamısı elə olmalıdır ki, yumaq mümkün olsun. Uşağın bir yaşı bitəndə ona əlvan şəkilli balaca kitablar (mətnsiz) vermək olar. Bu yaşda uşağa məxmərdən qayrılmış oyuncaq ayı da vermək olar. Uşaq yeriməyə başladıqda isə ona yaylı oyuncaqlar da almaq lazımdır. Oyuncaqları alçaq rəfdə qoymaq lazımdır ki, uşaq özü istədiyi oyuncağı götürə bilsin.
Uşaq çarpayıda olanda ona oyuncaq vermək olmaz, çünki yerə düçə bilər, ya da uşaq bezdikdə özü sala bilər. Uşaq oyuncağı atıbsa yerdən götürüb təzədən vermək lazım deyil, biz uşağa yerə şey atmağı bu cür tərgidə bilərik.
Uşağın həmişə oyuncaqları olmalıdır, bunlar uşağa şeylərlə rəftar etməyi öyrədir, oyuncaqlar uşağa ətrafdakı mühitlə tanış olmaq üçün lazımdır, oyun vaxtı uşaqda əməyə mahəbbət yaranır. Balaca uşağa çox oyuncaq almaq lazım deyil. 2-3 oyuncağı olsa kifayətdir, o bunlarla həvəslə oynadığı müddətdə təzəsini almaq lazım deyil. Uşağın əllərinin və oyuncaqların həmişə təmiz olmasına fikir vermək lazımdır, çünki balaca uşaqlar oyuncaqları ağızlarına aparırlar.
XƏBƏR LENTİ
Erməni güləşçi: "Azərbaycanlılara təşəkkür edirəm "
Bu mağazada ikisarılı yumurta satılır - mütəxəssislər isə xəbərdarlıq edir - VİDEO
Ailə qurmağa mane olan səbəblər
BÜRCLƏR bizə nə vəd edir?-7 Avqust
Sabah da yağış yağacaq
Fotomontaj deyil
Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir
Ən bahalı toy
7 il əvvəl yoxa çıxan qoyun qayıtdı
Yeni “AntiCOVID sistemi” təqdim olunub - VİDEO
"Bakı" Çempionlar Liqasının qalibini məğlub etdi
Bizim Qadin.Netlilər serialı (3-cü bölüm)
Fərqli çarpayı modelləri
Ömrümüzü nə qısaldır?
Ronaldu Corcinaya evlilik təklif etdi
Karantindən qaçan şəxslə bağlı AÇIQLAMA
İlk peşəsi müəllim olan məşhurlar
Göz iltihabı
Maskalarla bağlı gözlənilməz açıqlama: Yeddi gün…
Şeyma Subaşı izləyicilərini QORXUTDU-FOTO
Ana südünün xərçəngə qarşı mübarizəsi
Hava haqqında
Boğazlı köynək (vodolazka)
Çoxuşaqlı ailələr bunu bilməlidir
Ordumuzun reytinqi
Merve Bolğur bütün dostlarını sildi
Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıya gəlir
İsraildə Yeni il Bayramı Qadağan Olundu-SƏBƏB
Buzovna çimərliyində təmizlik aksiyası keçirilib
Ayaq bilərzikləri-3
Hamiləlik dövründə bunlardan zövq alın
“WhatsApp” ən populyar mobil proqram seçildi
İlham Əliyev sərəncam verdi
Cim Kerridən GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ-FOTO
İnternetdə 1 dəqiqədə nələr olur?
Kenan Beren Saata yazdığı mahnını oxudu
Hansı yaxşıdır: qadın, yoxsa kişi kollektivi?
1905-1906-ci illər qırğınları
Heyvanın inanılmaz faydaları
Bu taksilərdən istifadə edənlər vergi ödəyəcək - BU GÜNDƏN
Qadın olmaq...
Monika Belluçinin bu FOTOsu diqqət çəkdi
Əsəblərimizi necə cilovlayaq?
Ötəri saydığımız xəstəliyin dəhşətli fəsadı
Düyü yuxası ilə ətli blinçiklər (foto-resept)
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Ətli makaronlu yemək (foto resept)
Naxçıvan dolması (foto resept)
Boyunbağılar
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
- ŞƏRHLƏR