"Mən evin kiçiyi olmuşam. Evdə hər şeyə çox fikir verirdim. İstəmirdim evdə söz-söhbət olsun. Bir ara çətin vaxtlar var idi. Olurdu ki, hərdən ata anam mübahisə edirdilər. Mən necə fikir edirdim onu bir Allah bilir, bir də mən. Bir nəfər dava edən kimi gedib dururdum ortalarında və ağlayırdım. Bəlkə bu mənim psixikama təsir edib, çünki əsəbiyəm. Hər şeyə tez reaksiya verirəm. Mən həmişə böyümək istəmişəm, indi də uşaqlığıma qayıtmaq, uşaq olmaq istəmirəm."
Bu sətirlər istifadəçimiz BAHAR83 -ün "Qızım böyüdü " yazısına şərhindəndir. Bu etiraf məni illərlə düşündürən bir məsələ haqqında yazmağa vadar etdi. Vaxtilə mənim uşaqlarla işləməyim, sinif rəhbəri kimi valideynlərlə sıx ünsiyyətim imkan verib ki, ailədaxili münaqişələrin, mübahisələrin uşağın psixikasına, şüuruna göstərdiyi təsiri əyani surətdə müşahidə edim. Biz bir valideyn olaraq, çox vaxt övladlarımız qarşisında borcumuzu onları yaxşı yedirtməkdə, geyindirməkdə, onların istəklərini yerinə yetirməkdə, bir sözlə onları "istidən-soyuqdan" qorumaqda görürük. Lakin ailə içindəki ən kiçik bir narazılığın, söz-söhbətin uşağın mənəviyyatına vurduğu zərərin fərqinə varmırıq. Uşaqlar çox həssas varlıqdır. Onlar ətrafda baş verənləri maqnit kimi beyinlərinə yığırlar. Əgər biz uşaqlarımızın ona aid olmayan şeylər haqqında düşünməyini istəmiriksə, onların yanında hər hərəkətimizə, dediyimiz hər sözə fikir verməliyik. Bizim ailədə bu qaydalara ciddi əməl olunub. Övladlarımızı hər cür söz-söhbətdən uzaq tutaraq, onların sağlam düşüncəli yetişmələri üçün əlimizdən gələni etmişik. Nə qədər çətinliklər, narazılıqlar olsa da biz bunu uşaqlara hiss etdirməmişik.
Siz necə, əziz Qadın.Net anaları, övladlarınızı ailədaxili söz-söhbətdən, narazılıqlardan qoruya bilirsinizmi?
Unutmayaq ki, uşaqlarımızın xoşbəxt gələcəyi onların sağlam düşüncəli böyüməsindən daha çox asılıdır!
XƏBƏR LENTİ
Skype-da daha bir yenilik işə düşdü
Bengünün 3 gəlinliyi - FOTO
Turistlər üçün bunu da etdilər-FOTO
TƏBİB sədri: “Bu göstərişlərə əməl olunmalıdır”
Seyfi Güney və Osman Delicenin küçə sənəti
Zövqlü çanta modelləri
Xilas olmaq üçün ayının dilini kəsdi məhkəməlik oldu-FOTO
Bakıda Avropa Oyunları ilə bağlı tanınmış rəssamların şousu
Asiyalar niyə arıq olur?
Rəngarəng ziyafət donları
Heydər Əliyev Mərkəzində konsert verəcək "Səyyah kvartet" İçərişəhərdə
Çingiz xanın qəbri haradadır?
Qadın.Net-lilərin ilk körpə həyəcanı (3-cü hissə)
İdeal piroq (foto resept)
Despi 2010 səyahət kolleksiyası
Günün ramazan təqvimi (6 iyul)
Zirzəmiyə sığınan zavallılar
Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə
Ordumuzun qırıcıları erməniləri geri oturtdu
2017-ci ilə damğa vuran maqazin xəbərləri - FOTO
İyulun 20-nə kimi bu sahələrin fəaliyyətinə icazə verilir
"Azərbaycan Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək"
Ermənilərin təslim addımı
İŞİD, sizi ovlayacağıq!
"Müharibəyə hazır olmalıyıq"
Ətli-göbələkli rulet (foto resept)
Obama Klintonu dəstəklədi
Dərdlərə dərman zeytun
"Barbi" gəlincikləri də "ağıllan"dı
Azərbaycan dili - XI dərs
Bu il 47 mindən çox nəfər evləndi, boşananlar da oldu - 10 mindən çox
Emoji çanta düzəltmək
Yuxu beyini təmizləyirmiş
Telefonunuzu kimin dinlədiyini bilmək istəyirsinizsə, BU MƏXFİ KODU YIДћIN
"Hədiyyə paketi"salatı (foto resept)
Yağış davam edəcək
Düşmən bir günə daha 59 hərbçisinin məhv olduğunu etraf etdi
Gecikdirilmiş pullar geri qaytarıldı
Azərbaycanda sürücülərin diqqətinə: bal sistemi ləğv olunur
Yeni yaşayış binalarının tikintisi zamanı özbaşınalıq olmamalıdır
Qeyri-adi üzüklər
Onlayn dərs keçmək üçün təpəyə çıxan müəllim yıxılıb öldü
Qəhvənin qiyməti rekord vurdu
Bir sıra problemlər var
Sosial şəbəkələrdə onlardan qorxurlar
Körpə nə qədər müddətə əmizdirilməlidir?
III dünya savaşı siqnalı
Yağların faydaları
Vətən Müharibəsinin son saatlarının şəhidi: Şəhadəti öz ad gününə hədiyyə etdi - VİDEO
Tarkandan qızına milyonluq hədiyyə
- ŞƏRHLƏR