Təəssüf ki, çox ailələrdə ana və qız arasında münasibətlər düzgün qurulmur. Mənim fikrimcə, bunun ən əsas səbəblərindən biri hər iki tərəfin bir-birinin mövqeyini başa düşməməsidir.
Ana düşünür ki, onun çox böyuk həyat təcrübəsi vardır və qızına nə lazım olduğunu o, daha yaxşı bilir. Qız isə kifayət qədər boyüdüyünü və necə hərəkət edəcəyini hamıdan yaxşı bildiyini düşünür.
O ailələrdə ki, ana qızının hər atdığı addımı onunla məsləhətləşmək məcburiyyətində olmadığını başa düşür, qız isə ananın narahatçılıq keçirdiyini və onun üçün hər şeyin ən yaxşısını istədiyini anlayır.
Ananın məsləhətlərinə qulaq asmaq lazım olduğuna inanır, bu ailədə qarşılıqlı anlaşmanın olduğunu iddia etmək mümkündür. Elə çalışmaq lazımdır ki, münasibətlərin bu cür qurulması təmin edilsin.
Ailədə ana və qız arasında baş verən münaqişələrin ən geniş yayılmış səbəbləri aşağıdakılardır:
— Ana daim kömək etmək istəyir.
Qız isə hər şeyi özü bacaracağını düşünür. Bu, tez-tez qarşılaşdıgımız bir vəziyyətdir. Ana niyə belə edir? Təbii ki, xoş niyyətlə. Ana qızını bir sıra qayğılardan azad etmək, həmişə xeyirxah və ehtiyac olunan şəxs kimi olmaq istəyir. İcazə verin, o, bunu etsin və sonra təşəkkür etməyi unutmayın. Onda siz ananızın necə sevindiyini görəcəksiniz, məgər siz elə bunu istəmirsiz?
Analar isə düşünməlidilər ki, qızlarına məxsus bütün qayğıları öz üzərlərinə götürməməli, onların da bu işlərin öhdəsindən gəlmələrinə şərait yaratmalı və sərbəstlik verməlıdırlər.
— Ana hər zaman nəyin daha yaxşı olduğunu bilir
Qızları artıq böyüsə də, onları daima öyrətməyə çalışırlar. Əslində, bu, çox normaldır. Valideyn üçün övladları həmişə uşaq olaraq qalır. Ona görə də qıcıqlanmaq yox, ananın məsləhətlərinə qulaq asmaq və necə düzgün sayırsansa, elə də hərəkət etmək lazımdır. Onu yadda saxlayın ki, analar pis məsləhət verə bilməz.
Anaların isə narahatlığına ehtiyac yoxdur, çünki onların qızları uşaqlıqda necə tərbiyə alıblarsa, özlərini elə də aparacaqlar və hər şey yaxşı olacaq.
— Ana öz qızına aşırı dərəcədə qayğı göstərir
Yeniyetmə qızlar analarına davranışları ilə göstərməlidilər ki, artıq bu cür qayğıya ehtiyacları yoxdur. Qızlar bunu analarına dəstək olmaqla, kömək etməklə sübut edə bilərlər. Çünki ana başa düşdükdə ki, qızı nəinki özünün, hətta onun da qayğısını çəkməyi bacarır, o, bu qayğını böyük məmnuniyyətlə qəbul edib sevinəcəkdir.
Anaya isə o qalır ki, ağıllı və özünü sərbəst idarə edən yeniyetmə qızı ilə qürur duyaraq, qayğısını artıq ona yox, digər ehtiyac duyulan başqa istiqamətlərə yönəltsin.
— Ana münaqişənin yaranmasına təhrik edir.
Əgər siz görsəz ki, ananız sizi başa düşmək istəmir, qulaq asmır, belə hallarda ən yaxşısı söhbəti dayandırmaqdır. Ara sakitləşdikdən sonra uyğun bir vaxt tapıb söhbəti davam etdirmək lazımdır. Sizin sakitləşmənizə isə qarşınızdakının sizin ananız olduğunu və ondan doğma sizə heç kəsin olmadığını dərk etmək kömək edəcəkdir. Əslində ana da daima sizin əzab-əziyyətlərinizə dözmüş, ancaq sevgi və müdrikliyi bu hissləri biruzə verməyə qoymamışdır. Ana həyatda yeganə varlıqdır ki, qızının hər bir elədiyi hərəkətdə ona dayaq dura bilər, çünki sən onun övladısan və o, səni sonsuz məhəbbətlə sevir.
Bütün analara sadəcə onu dərk etmək qalır ki, artıq onların qizlarının həyat təcrübəsi var və onlar sərbəst insanlardır. Məgər siz onları tərbiyə etməklə elə buna nail olmaq istəmirdinizmi?
Əgər qızınızla münaqişə yaranmasını istəmirsizsə, daim onunla yaxın olmalı, tək ana yox, həm də rəfiqə olmalısınız. Yaddan cıxarmayın ki, qızlar həmişə anadan nümünə götürürlər. Müdriklər demişlər ki, kiməsə nəsə vermək istəyirsənsə, o, səndə olmalıdır. Ona görə qızınızın xoşbəxt olmasını istəyirsinizsə, birinci növbədə özünüz xoşbəxt olmalısınız. Belə halda qızınız da hər zaman xoşbəxt olmağa çalışacaq. Çünki uşaqlar valideynlərin güzgüsüdür. Valideynlərin uşaqlara məsləhət verməkdən çox öz müsbət hərəkətləri ilə nümünə olması daha lazımlıdır.
Gültəkin Qurbanova
XƏBƏR LENTİ
Türkiyə parlamentində qadın deputatların şalvar geyinməsinə qadağa ləğv edildi
Günün ulduz falı
İnanılmaz YENİLİK: Kassir və kassanın olmadığı ilk ərzaq mağazasını açır
Göz formasına uyğun makiyaj etmək üsulları
İlin adamı bəlli oldu
6 min insan sülh üçün soyundu
Hava haqqında - 23.11.2013
Ermənistanın “Vətən” muzdlu dəstəsi darmadağın edildi
Ailə qurmaqdan qorxuram
Biskvitli keks (foto resept)
Prezident İlham Əliyev: "Heç kim toxunulmaz ola bilməz"
Okeana atılmış məktub sayəsində dostlaşdılar
Sağlam saçlara qovuşmaq üçün 4 addım
Məzənnədə dəyişiklik var
Kartof alarkən nəyi bilmək vacibdir?
Teymur Məmmədov Azərbaycan çempionu oldu
Kriştianu Ronaldunun sirri nədir?
Düyü ilə noxud şorbası (foto-resept)
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Azərbaycan müsəlman ölkələrinin əksəriyyətindən daha qabaqcıl və demokratikdir
Əsil həyat irəlidədir
Məşhur aktyoru səhnədə bıçaqladılar-FOTO
Avtomobildə saxlanılan dərmanlarla bağlı ŞOK FAKT - Çox ağır fəsadı ola bilər
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-20 Oktyabr
Armudlu şirniyyat (foto-resept)
Azərbaycanda zəlzələ oldu
Günün qoroskopu: aktiv və enerjili olun
Bəzi məsləhətlər
Kralın səhər yeməyi pudinqi (foto resept)
Sabah 32В° isti olacaq
Kökəlməmək üçün bunları yeyin
Qadınlar nə demək istəyir?
İlaxır çərşənbədə HAVA necə olacaq?
Twitter SnappyTV-ni alır
Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olundu
Bir dəqiqədə 71 nəfəri koronavirusa yoluxdurdu
"Ustad" dərgisinin 13-cü sayı nəşr edildi!
Evsiz insanların şəklini çəkərkən atasını tapdı
Nişan geyimləri və gəlinliklər
Saçların düzgün daranması
Şəhid əsgərimiz təltif edildi
Ay ətrafındakı dairənin SİRRİ-FOTO
Dünyanın 20 ən gözəl şəhəri
Rusiya BMP-ləri Azərbaycana göndərir
Hamilə qadınların ölkəyə girişi qadağan edilir - SƏBƏB
Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? - AÇIQLAMA
Gözmuncuqlu bəzək əşyaları
Qubalı pəhləvan qardaşlar güclərini Ukraynada göstərəcəklər
Koronavirusla bağlı SON STATİSTİKA
- ŞƏRHLƏR