Hamiləlik zamanı qadın öz yeni vəziyyəti ilə ayaqlaşmağa, “hesablaşmağa” çalışır. Buna gündəlik rejimi, yemək vərdişlərini, hərəkət sürətini və hətta yuxunu daxil etmək olar. Hamiləlikdə yuxunun nəinki müddəti, hətta onun davamlılığı, yatmaq şəkli, yuxu növü və s. dəyişir, mürəkkəbləşir.
Yuxuya qərq oldum
Hamiləliyin ilk 3 ayında, hətta bəzi hallarda hamiləlik müjdəsi almadığı zamanda qadın yuxuya meyilli olur. Əksər qadınlar hamiləliyin məhz ilk 3 ayında yuxulu gəzər və hətta ilk fürsətdə yatağa uzanıb dərin yuxuya gedərlər. Bu halın yaranmasına səbəb isə hamiləliyin başlanması ilə bədəndə artmağa başlayan proqesteron hormonudur. Bu hormonun artması ilə qadında halsızlıq, yorğunluq, yuxusuzluq və hətta gərginlik müşayiət edilir. Əgər yatmaq istəyirsinizsə, mütləq yatın. Yox, əgər işləyən xanımsınızsa və yatmaq üçün heç bir imkanınız yoxdursa, yaşıl çay içə bilərsiniz. Yaşıl çayın tərkibindəki maddələr yuxunu və yorğunluğu aradan qaldırmağa kömək olar. Əl-üzünüzü əvvəlcə ilıq, daha sonra soyuq su ilə də yuya bilərsiniz.
İkinci yuxu istəyi hamiləliyin son ayına təsadüf edir. Bu zaman bədən qarşıdakı yuxusuz gecələrə hazırlıq görür və necə deyərlər, balansı doldurur. Bəzi qadınlar doğuşa 2 həftə qalmış gün ərzində 15, hətta 20 saat yata bilirlər. Bu, əslində tam normaldır. Bir müddət sonra onlar yuxuya da həsrət qalacaq, hətta yuxu üçün darıxacaqlar. Bir çox hamilə qadının dediyinə əsasən qeyd edə bilərik ki, hamiləliyin ilk 3 ayında adətən parlaq, xoşbəxt, hətta əyləncəli yuxular görürlər.
Yuxu həsrəti
Bəzi qadınlar isə əksinə, bütün hamiləlik boyunca normal yatarlar. Lakin son ayda yuxusuzluqdan əziyyət çəkərlər. Yuxu zamanı narahatlıq 5-ci aydan etibarən özünü göstərir. Bu kateqoriyaya aid hamilə qadınlar rahat yatmaq şəklini təyin edə bilməyənlərdir. Ya da hamiləlikdən əvvəl kürək və ya üz üstdə yatan qadınlardır. Hətta bəzi xanımlar kürək üstündə düz şəkildə rahat yuxuya gedirlər. Amma bunu da bilmək lazımdır ki, uzun müddət kürək üstündə düz yatmaq körpəyə zərər verir. Bununla yanaşı, onurğa sütununa əlavə yük düşür. Bunun nəticəsində beldə ağrı, mədədə həzmsizlik müşayiət olunur. Eyni zamanda düz bağırsaq xəstəliyinə də səbəb ola bilir.
Yuxu üçün ən ideal yatmaq forması sol istiqamətdir. Bəzən sağ istiqaməti seçən qadınlara da rast gəlmək mümkündür. Əgər yenə də yuxuya getməkdə çətinliyiniz yaranarsa, mütləq həkimə müraciət edin.
XƏBƏR LENTİ
D vitamininin faydaları
Uşaqların ağladığı qara bayram
Bakıda su tramvayı açılır
Yeni ildə niyə Şam ağacı bəzənir?
Bitkilər və təbabət
İnsan sağlamlığı və iqlim dəyişməsi
Serial eşqi gerçək oldu - FOTO
26 yaşında 17 kiloqram çəkiyə malik qadın
İki meymun klonlaşdırıldı - Dünyada ilk dəfə - FOTO
Dünyanın qeyri-adi bitkiləri
Kraliça səlahiyyətlərini şahzadə Çarlza verir
Tulumba (video resept)
ÜST: Fövqəladə vəziyyət davam etməlidir
Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır - PREVYU
Nur Yerlitaş xərçəngdən əməliyyat olunacaq
Azərbaycanda dəbdəbəli qəbir daşlarına son
Engin Altana hücüm etdilər
Günün ulduz falı - 13.08.2013
Texniki baxışla bağlı sürücülərə – ŞAD XƏBƏR
Şəhid əsgərimiz dəfn edildi
Sobada şüyüdlü peraşki (foto resept)
Dəmir yolunda qiymətlər qalxır?
Fransız dili-Dərs 1
Azərbaycanda güclü zəlzələlərin ola biləcəyi zonalar
Diqqətli olun - havalar soyuduqca ürəyiniz də çox enerji sərf edir
Bu müalicə beyni dağıdır
“Facebook” istifadəçilərə pul verəcək
Azərbaycan və Pakistanın birinci xanımları görüşüblər
Qeyri-adi bacarığı olan uşaq - Azərbaycanda
Hamilə olduğunu doğuşdan 4 saat əvvəl bildi - FOTO
HAVA necə olacaq?- 4 MART
Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur
Tramvay xətti üçün uyğun yol hansıdır?
Aktrisa Türkiyə qanunlarını dəyişdirdi
Uşaqlar üçün böyük xəstəlikləri
Arıqlamağa səbəb olan vərdişlər
Prezidentin köməkçisi: “Ermənilər bizi vadar edir ki, ordumuz sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”
Dəbli ayaqqabılar
Tövlədə gözəl, unikal xəzinə tapıldı
HAVA necə olacaq?
Məhəmməd peyğəmbərin ürəyinin yarılması PUŞKİN ŞEİRİ
Əfv olunanların siyahısı
Körpələr üçün isti jaketlər
Qızıl ucuzlaşıb
Burcu Güneş pandemiyanın zərərlərindən danışdı
Kartoflu Pilaki (foto-resept)
Peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklər
Ferhat Köçerin evlilik fobiyası
Xankəndi tam zülmətə qərq oldu - VİDEO
Həyatın qanunları
- ŞƏRHLƏR