Hamiləliyin 18-ci həftəsi - 5-ci ayın ikinci həftəsidir. İkinci üç aylıq dövr başlayır və ana daha çox bətnindəki körpəni hiss etməyə başlayır.
Hisslər
Körpəniz böyüdü və artıq güclənərək hərəkət etməyə başladı. Körpənizin hərəkətlərini hər an hiss edə bilərsiniz. Əgər hələ hiss etmirsinizsə, narahat olmayın. 20-ci həftədən sonra daha dəqiq və daha çox hiss edəcəksiniz. İlk ana namizədləri üçün bu vəziyyət çox həyəcan vericidir. Əslində körpə gün içərisində çox hərəkət edir. Baş, qol və qıçlarını tərpədir, bədənini çevirir, təpikləyir. Lakin bir saniyədən çox davam edən və güclü olan hərəkətlər ana tərəfindən hiss edilə bilər. Körpənin ana bətnində yatması 20 dəqiqə ilə 2 saat arasında dəyişə bilər. Körpəniz yatarkən hərəkətləri olduqca azalır. Əgər körpə uzun müddətdən bəri hərəkət etmirsə, ana namizədi sakit və səssiz bir yerdə körpəsinin hərəkətlərini təqib etməli, tərs bir vəziyyətdə həkiminə məsləhətləşməlidir.
Qarın
Körpənizin böyüməsiylə əlaqdar olaraq qarın bölgəsində, döşlərdə, omba və bud qisimlərində çatlar meydana gələ bilər. Hamilə qadınların 90 faizində belə çatlar yaranır. Çəkinin həddindən artıq artması, qeyri-kafi maye içmək, nizamsız qidalanma, çoxsaylı doğum çatların meydana gəlməsini artırır. Hamiləliyin ikinci 3 aylıq dövründən etibarən nizamlı olaraq dərini yumşaq saxlayan və çatlamasının qarşısını alan kremlərdən istifadə edilməlidir. Daha çox təsirli olmasını istəyirsinizsə, kakao və ya badam yağından istifadə etməlisiniz.
Ultrasəs müayinə
Körpəniz artıq daha sürətli böyüyür və çəkisi artır. Körpənizin boyu (baş-boyun uzunluğu) 12,5 - 14 sm-dir. Ağırlığı isə 200-220 qr-a qədərdir. Qollarını və qıçlarını rahatlıqla tərpədə bilir, bəzən bu hərəkətlərini siz də hiss edə bilərsiniz. Bədəni hələ çox incədir və qan damarları görülə bilər. Əgər körpəniz qızdırsa uşaqlığı və göbək balonları vardır, oğlandırsa, prostat vəzi inkişafa başlayır. Körpənizin ilk nəcisi (mekonyum) bağırsaqlarında yığılmağa başlayır, bunu doğumdan sonra çölə atacaq. Daxili qulaq sümükləri və sinir ucları inkişafa başlayır. Qulaqları son yerini alır. Ananın ürək döyüntülərini eşitməyə başlayır və çöldən gələn yüksək səslərdən ürkə bilir. Qığırdaq şəklində olan sümüklər sərtləşərək sümükləşməyə başlayır. Ayaq və körpücük sümükləri ilk sümükləşənlərdəndir. Sümüklərin yetkinləşməsi üçün kalsium almağa laqeyd yanaşmayın. Dad duyğusu inkişaf edir, acı və şirini ayırd edir. Əsnəyir, gərnəşir, sifət mimikası kimi refleksləri artır. Udquna və hıçqıra bilir.
Analizlər
Hamiləliyin 18-ci həftəsində siz mütləq qan və sidik analizi verməlisiniz. Bu analizlər sizin böyrəyinizin necə fəaliyyətdə olduğunu bilmək üçün vacibdir. Əgər sizdə hər hansısa bir əks göstəriş olarsa, onda mütləq həkiminizə müraciət edin.
Axıntılar
Hamiləliyin digər həftələrində olduğu kimi 18-ci həftəsində də axıntılar olacaq. Əgər axıntının pis iy verirsə, sarımtıl, yaşımtıl, qırmızımtıl və ya qəhvə rəngindədirsə, axıntı deyil, ləkə formasındadırsa və hər dəfə artırsa, mütləq həkimə müraciət edin.
Qidalanma
Yenə sizin və körpənizin sağlam inkişafı baxımından nizamlı və sağlam qidalanmaya diqqət göstərilməli, ən azından yürüş və məşq hərəkətləri edərək özünüzü rahat doğuşa hazırlamalısınız. Ana namizədləri bu dövrlərdə mümkün olduğunca stressdən və stressli mühitlərdən uzaq durmalı, siqaret çəkməməli və siqaret çəkilən mühitləri tərk etməlidir. Qəbizliyiniz davam edirsə, bol maye, xüsusilə də ərik suyu için. Quru ərik, əncir, üzüm, armud, alma kimi qidaları ara paylarda qəbul edin, bunlar həzm sistemini tənzimləməyə köməkçi olur. Çalışın meyvə-tərəvəzdən bolluca istifadə edəsiniz.
Cinsi həyat
Bu dövr cinsi həyata başlamaq üçün əlverişlidir. Düzgün poza seçsəniz, heç bir təhlükə olmaz. Əgər sizdə heç bir problem yoxdursa, cinsi həyat davam edə bilər. Əgər hər hansısa problem varsa, onda mütləq həkiminizə müraciət edin və məsləhət alın.
İdmanı da unutmaq olmaz. Buyurun hamiləlikdən əvvəl idman vərdişi olan xanımlar üçün, hamiləlik zamanı edə biləcəyi hərəkətlər.
XƏBƏR LENTİ
"Instagram"da 3 yeni funksiya
Kişilər üçün üz maskaları
Toyuq ətli salat (foto resept)
Avtomobil idxalı azalıb
"DUMANLI GÖZLƏR" MAKİYAJININ FOTODƏRSİ(2)
Qeyri-adi əşyalar
Bu müalicə beyni dağıdır
NASA tarixin ən nadir FOTOsunu yaydı
Google robot şirkəti aldı
Bakıda çoxdan gözlənilən yenilik
İyirmi yaşlı qadın altı körpəni dünyaya gətirdi
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
Aleyna Tilki dondurma reklamında
Putin Qarabağı bizə qaytarır
Robot kreslo növbəyə nəzarət edəcək
Kıvanç və Beren eyni serialda - FOTO
Münasibətə ziyan vuran vərdişlər
Məşhur aktyorun beşinci övladı öldü- FOTO
Kök və kök şirəsinin 10 faydası
Narahatlıq yaradan əşyalar
Günün qoroskopu: rasionunuzda ciddi dəyişikliklər etməyin
Azərbaycanda qəbir qadağası
Fahriyedən Buraka 16 minlik hədiyyə
Qışda yeyilməsi lazım olan ərzaqlar
Məsud Bərzanidən Türkiyə etirafı
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
2020-ci ildə Yer kürəsində..
Qadın olduğuna inanırsınızmı?
Soyaya tələbat niyə artır?
Koronavirus şahzadə Harri ilə Meqan Marklı ayrılıq təhlükəsi ilə üzləşdirdi
Şəhid atasından qürurverici sözlər - VİDEO
Karamelli tart (foto resept)
Bu gün nə bişirim?
Hardasan ay Cəbiş müəllim?!
Azərbaycanın bir gündə 8 medal qazandığı yarış
Prezident ailəsində xoş gün
Dünyanın ən çoС… qazanan klubları
Göz allergiyası və səbəbləri
Ziyafət geyimləri-1
Mən şəkil çəkirəm (dərs 8)
Unutqanlığın səbəbləri
Məşhur rəsmlər haqqında bilinməyən faktlar
Televiziyalara bu reklamlarla bağlı xəbərdarlıq edildi
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
İtalyan üsulu makaron (foto resept)
Həcci dərk edən və etməyənlərə
Goranboyda qədim dövrə aid əşyalar tapıldı
Viktor Hüqonun yeni əsəri tapıldı
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Tailand kralı Azərbaycan prezidentini təbrik edib
- ŞƏRHLƏR