Armudlu maska və losyonlar dərini hamar və elastiki edir, məsamələri bağlayır.
Cavanlaşdırıcı maska
1 çay qaşığı xama və 1 çay qaşığı zeytun yağının üzərinə 1 xörək qaşığı kraxmal əlavə edib yaxşı-yaxşı qarışdırın, üzünüzə çəkin, üstündən armud dilimləri qoyun. 15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun. Belə maska dərini çox gözəl cavanlaşdırır.
Həssas dəri üçün maska
Əzilmiş şirəsi sıxılmış armudu südlə qarışdırıb üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra çobanyastığı dəmləməsində isladılmış pambıqla silin.
Yağlı dəri üçün maska
Sürtkəcdən keçirilmiş bir ədəd armudu 3 xörək qaşığı yoqurtla qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra ilıq su ilə yuyun.
Yağlı dəri üçün daha bir maska
1 xörək qaşığı sürtkəcdən keçirilmiş armudu təxminən 2 çay qaşığı limon şirəsi ilə qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra qaynadılmış su ilə yuyun. Belə maska yağlı dərini təmizləyir, məsamələri bağlayır.
Normal dəri üçün maska
Qabığı soyulmuş və sürtkəcdən keçirilmiş 1 xörək qaşığı armudu 1 xörək qaşığı zeytun yağı ilə yaxşı-yaxşı qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə saxlayın, sonra yuyun.
Cavanlaşdırıcı losyon
Eyni qədərdə armud şirəsi və arağı qarışdırın, 2 həftə qaranlıq yerdə saxlayın. İstifadə etməmişdən öncə üzərinə su əlavə edin. Bundan sonra hər gün losyondan istifadə edin.
Yağlı dəri üçün maska
Armudu rəndələyin, ora 2 çay qaşığı limon şirəsi qatıb qarışdırın, üzünüzə çəkin və 10 dəqiqə sonra qaynadılmış su ilə yuyun. Bu maska yağlı dərilər üçündür və üzdəki məsamələri bağlayır.
Quru dəri üçün maska
1 xörək qaşığı əzilmiş armud üzərinə həmin miqdarda zeytun yağı qatıb qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra ilıq su ilə yuyun.
Yağlı və normal dəri üçün maska
1 xörək qaşığı əzilmiş turşməzə armud üzərinə 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə çəkin, 10-15 dəqiqə sonra ilıq su ilə yuyun. Quru dəri üçün bu maskanı hazırlayanda yumurtanın sarısından istifadə edin.
Dərinin elastiki olması üçün maska
1 xörək qaşığı əzilmiş armudun üzərinə 1 çay qaşığı bal əlavə edib qarışdırın, üz dərinizə çəkin, 10-15 dəqiqə saxladıqdan sonra qaynadılmış isti su ilə yuyun. Daha sonra üzünüzə qidalandırıcı krem çəkin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fatih Terimin adamı "Trabzonspor"a keçdi
Qızılı xətli dırnaq boyasının hazırlanması
"Ayrılsak da beraberiz"in baş qəhrəmanları illər sonra-FOTO
Baş Polis İdarəsi əhaliyə müraciət etdi
Sabahın HAVAsı
Azərbaycanın təhsil sistemində yenilik
Eldar Həsənov məhkəmə qarşısına çıxarıldı
Ağciyərlərinin 95 faizi zərər görən 62 yaşlı pasiyent koronavirusdan sağaldı - VİDEO
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Kristian Dior qadın ayaqqabıları
Whatsapp-da problem yarandı
Meyvələr haqqında gələn xəbərlər-II hissə
İlqar Orucov: Son illərdə gənclərin elmə axınında nəzərəçarpacaq irəliləyiş var (MÜSAHİBƏ)
Günün qoroskopu: uzaqdan vacib xəbərlər ala bilərsiniz
"Şəfa" stadionunun adı dəyişdirilir?
Günün ulduz falı - 25.01.2014
Qeydiyyatdan keçməyən abituriyentlərə şad xəbər
Məşhur müğənni şənliyə onunla qatıldı-FOTO
Məşəl bu gün Bulvara gətiriləcək
“Bürc Xəlifə” Azərbaycan bayrağına büründü
Disney şəhzadələrin gəlinlik modelləri
Dünyanın ən varlı ölkəsi seçildi
Sabah futbolsevərlərin bayramı başlayır
Qafqaz Müsəlmanları İdarəsindən dünya ictimaiyyətinə MÜRACİƏT
Hadisədən daha bir FOTO
Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı
2018-ci ilin unudulmaz tərz sahibi məşhurlar
Qısqanclıq hissinin yaranma səbəbi
BÜRCLƏR bizə nə vəd edir?-9 Oktyabr
Aylar sonra ilk dəfə birlikdə göründülər-FOTO
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Parkinson xəstəliyi
Ukrayna prezidentindən çağırış
Ətir vurmaq üçün ən ideal bölgə
İngiltərə krallığının iqamətgahı
Dovğa (foto-resept)
Normal bədən tempraturumuz necə olmalıdır?
Azərbaycanda bir ilk
Cızıq və əl izlərinə davamlı yeni smartfon
“Bakı-2015” əhali arasında fotomüsabiqə elan edir
Kabab (foto resept)
Dünyaca məşhur model-aparıcı nişanlandı-FOTO
Zeyn Malik və Cici Hadid ayrıldı
В«İranın şansı 50:50-yədirВ»
ÜST-dən dəhşətli proqnoz - 10 illərlə...
Dəhşətli xəstəlik sürətlə yayılır
Mən şəkil çəkirəm- 5
Ərzaqların tərkibində hansı vitaminlər var?
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Şeyma Subaşı bu dəfə İtaliyada-FOTO
- ŞƏRHLƏR