Kəpək dəri problemidir.Hər bir insanın vücud dərisi mütəmadi olaraq ölü hüceyrələri ataraq yenilənir.Bu yenilənmə 24 gündən bir baş verir.Kəpək,baş dərisindəki ölü dəri hüceyrələrin anormal mühitdə quruyaraq atılması prosesidir.Yaz aylarında azalır,qış aylarında artır.Normal saç dərisində ölü hüceyrələrin atılması və yenilənməsi müddəti problemsiz həyata keçir.Kəpək problemi olanlarda isə bu funksiya pozulur,sağlam hüceyrələr də zədə almağa başlayır.Amerika mütəxəssislərinin araşdırmalarına görə,buna səbəb “Malasseziya globosa”adı verilən göbələkdir.Bu göbələk insan dərisində yaşayır və oradakı yağla qidalanır.Qaşınma və durumdan asılı olaraq dərinin pul-pul tökülməsinə səbəb olan göbələyi araşdıran alimlər bildiriblər ki,hər bir insanın saç dərisində onun sayı 10 milyona çatır.Onlar dərinin üst qatında olur və həssas dərilərdə kəpəyin əmələ gəlməsinə daha tez nail olurlar.
Digər mənbədə qeyd olunur ki,kəpəyin əmələ gəlmə səbəbləri yağlı dərisi olanlarda daha çox olur.
Kəpəyin yaranma səbəbləri aşağıdakılardır:
1.Sağlamlıqla bağlı problemlər
2.Həddindən artıq tərləmə
3.Təmizliyin olmaması
4.Yorğunluq
5. Stres
6. Həddindən artıq şəkər,yağ,nişastadan istifadə
7. Düzgün olmayan qidalanma
8.Həddindən artıq saç lakı
9.Saç boyalarından,elektrikli buqidilərdən düzgün istifadə etməmək
10.Soyuq hava
11.Saçın az-az yuyulması və şampundan sonar yaxşı durulanmaması
12.Göbələk xəstəlikləri
13.Hormonal dəyişikliklər
Kəpəklə necə mübarizə aparmalı?
Düzgün qidalanmanın kəpəyə böyük təsiri vardır.Kəpəyin əmələ gəlməsini sürətləndirən karbohidrat və yağ turşularına qarşı bol B vitamini kompleksi qəbul etmək daha məqsədə uyğundur.
Keyfiyyətinə inandığınız kəpəyə qarşı şampunlardan istifadə edin.Saçınızı şampunla yaxşıca köpükləndirib təmiz yaxalayın.
Saçınızı yuyarkən 2 dəfə şampunlayırsınızsa onların ortasında alma sirkəsindən istifadə etmək faydalı olmaq baxımından müsbət nəticələr vermişdir.Yəni bir dəfə şampunla yuyub yaxalayın,sonra sirkəli suyu saçınıza töküb bir neçə dəqiqə gözləyin,sonra yenə şampunlayın.
Sarmısaq kəpəyə qarşı güclü silah sayılır.Bunun üçün bol-bol sarımsaq yeməlisiniz.
Soğanda yüksək faizdə kükürd var.Hərdənbir bir soğanı əzərək masajla saç dibinə sürtməyiniz kəpəyə qarşı təsirli ola bilər.Bundan əlavə həftədə bir dəfə kükürtlü şampundan istifadə edin.
Kəpəyi bəzi hemoapatik müalicə,xüsusi masajlarla da azaltmaq mümkündür.
Kəpək şampunlarının tərkibi necə olmalı?
Kəpək probleminin ən çox yayılmış müalicəsi tərkibində aşağıdakı maddələr olan şampunlardır.
Kömür-qətran
Pyurithione-sink
Salisilik asit
Seleyyum Sulfit
Kükürd
Kəpəyə qarşı maskalar:
Əgər başınızın dərisi yağlı və kəpəklidirsə,bu cür müalicəyə üstünlük verin:kalendula cövhərini çıxarın,onu spirtlə qarışdırın.Həmin qarıışıqdan 10 hissə götürüb 1 hissə gənəgərçək yağı ilə qarışdırın.Məhlulu başınızın dərisinə yaxın.Əgər başınızın dərisi qurudursa,onda gənəgərçək yağını,kalendula çiçəyinin cövhərini və spirti bərabər miqdarda götürüb maz hazırlayın.Onu axşamlar başınıza yaxın,dəsmalla sarıyın və səhərlər yuyun.
Əgər başınızda qaşınma varsa,kəpək çoxdursa,bu vasitəni tətbiq etməyi unutmayın:10qr tozağacı qatranı,20 qr gənəgərçək yağı,100qr spirti qarışdırın,başınızın dərisinə sürtün,dəsmalla bağlayın və 2 saatdan sonra yuyun.Bir neçə günlük belə ardıcıl müalicə prosedurundan sonra nəticədən razı qalacaqsınız.
Bu maska kəpəkli,tökülən və qırılan saçlar üçün çox faydalıdır.Çəmənotu toxumunu üyüdüb toz halına salın(kofeçəkən maşınla da edə bilərsiniz)və gecədən suya qoyun.Səhər əldə etdiyiniz bu qarışığı baş dərisinə sürtüb masaj edin və 15-20 dəqiqə saxlayın.Sonra yumşaq şampunla yuyun.Bütün saç tipləri üçün ideal maskadır.
Bu bitki kəpək və saç tökülməyə qarşı əla vasitələrdən biridir.Bir xörək qaşığı pıtraq kökünün üzərinə qaynar su tökərək,onun yarısı buxarlanana qədər bişirirlər.Sonra bu həlimə bir qədər qoyunun iç piyindən qatırlar və qarışdıraraq zəif odda isidirlər.Sonra bu tərkibi bir saxsı qaba tökərək(piti qabını götürmək olar)ağzını xəmirlə bağlayıb,bir neçə saatlıq duxovkaya qoyurlar.Əmələ gəlmiş tərkibi baş yumamışdan əvvəl onun dərisinə sürtürlər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ən gözəl saçlı şirinin FOTOları
İlk tibbi yardım göstərən robot yaradılacaq
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Avropa Azərbaycanın əməliyyatından qorxdu
Kriştianu Ronaldu tam hazırdır
Uzunömürlülərin qidası
Ronaldodan yeni il ab-havalı AİLƏ FOTOsu
Dəmir yolunda qiymətlər qalxır?
Bakı və Abşeron yarımadasında içməli suya olan tələbat artacaq
Azərbaycanda Gənclər günüdür
BÜRCLƏR bizə nə vəd edir?-22 Yanvar
Sellofanlar üçün torba
Günəbaxan tumları insanı cavanlaşdırır
Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı
Vanqadan varlanmaqla bağlı TÖVSİYƏLƏR
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
"Çukur" serialının çəkilişləri təxirə düşdü
Adel şirkətinə 22 milyon manat qazandırıb
Günün ulduz falı
Sevdiyin insanı ölçülü sev
Xarabalıqları fantastik dünyaya çevirən
Şuba salatı (foto resept)
Temperatur artır
Manatın taleyi necə olacaq?
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Saç uzadan kök maskası
Yarım əsrlik gözəllər
Nazirlərimiz necə NAZ-lı olacaq?
Sağlam bir həyat üçün qarpız
Poçtda dekoderlərin satışı yardımçı tədbirdir
Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması: "Gündəmdən çıxsın"
Microsoft və Yahoo! əməkdaşlığa son qoyur
Böyük yalan üzə çıxdı
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Ev şəraitində lülə-kabab (foto resept)
Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
Azərbaycan himni Moskvada səsləndi və bayrağı yüksəldi!
Uşaqlarımıza qayğı göstərək
İlk kosmik turist təqdim edildi
Xətasız tərbiyə
Şuşanın ecazkar “İsa bulağı”ndan yeni görüntülər - VİDEO
Günün ulduz falı
Xalçadakı heyvan tükləri və sabunlar haqda
Saxta erməni pilot görüntüləri
Dünya Kubokunda 3-cü olduq
Əzələ ağrıları üçün xalq təbabəti üsulları
Müdafiə Nazirliyi: “Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb”
Bu günün tarixi (27.09.2014)
Rusiya şokdadır: rubl dibə vurdu
Rus dili - РҐС…
- ŞƏRHLƏR