Dərinizdə problemlər yaranırsa bunun əsas səbəbi xarici və daxili faktorlardır. Bu dəfə istərdim sizlərə dərinin "düşmən"lərindən danışım. Kosmetoloqlar bu faktorların dəriyə son dərəcə mənfi təsir etdiyini söyləyərək gələcəkdə üzdə vaxtından əvvəl qırışların əmələ gəlməsinə, solğun, quru və qıcıqlanmış dəriyə səbəb olacaqlarını müəyyən etmişlər. Bunlar aşağıdakılardır:
Soyuq hava- Soyuq hava dərinin qurumasına səbəb olur. Quru dəri isə qırışların qarşısında daha acizdir. Buna görə də soyuq havalarda səhər və axşam nəmləndirici kremlərdən istifadə edin.
Yuxusuzluq- Yuxudaykən stress hormonu ən aşağı səviyyədə olur. Buna görə də nə qədər az yatsanız dəriniz bir o qədər mənfi təsirlərə məruz qalacaq. Gündəlik yuxu rejiminizin 8 saat olmasına çalışın.
Yalnış seçilmiş dodaq kremi- Dodaqların çatlaq olmaması üçün dodaq kremindən istifadə edirsinizsə kremin tərkibində fenol maddəsinin olub-olmamasına nəzər yetirin. Belə ki, tərkibində fenol maddəsi olan kremlər asılılıq yaradır və zamanla dodaqlarınızın daha çox qurumasına səbəb olur.
Solyarium- Minnesota Universitetinin apardığı araşdırmalar nəticəsində solyariumun dəriyə mənfi təsiri təsdiqlənmiş, hətta dəri xərçənginə səbəb ola biləcəyi də müəyyənləşdirilmişdir. 50 saat solyariumun şüalarını qəbul edən insanın dəri xərçənginə tutulma riski adi insanlardan 3 qat daha çoxdur.
Civzələrə əl ilə toxunmaq- Üzünüzdəki civzələrə toxunmayın. Belə ki, bu zaman siz dərinizi daha da iltihablaşdırmış olursunuz ki, bu da dəriyə mənfi təsir edərək həmin nahiyələrin daha gec sağalmasına səbəb olur.
Siqaret- Siqaret dərinin vaxtından əvvəl qırışmasına və elastikliyini itirməsinə səbəb olur. Siqaretli ortamlardan uzaq durmağa çalışın.
Kremləri qarışdırmaq- Bəzən xanımlar bir neçə kremi bir-birinə qarışdıraraq üzlərinə çəkirlər. Nəticədə isə müxtəlif kremlərin tərkibindəki kimyəvi maddələr reaksiyaya girirlər ki, bunun da dəriyə təsirsiz ötüşəcəyinə kimsə qarantiya verə bilməz.
Stress- Stress dəriyə mənfi təsir edərək dərinin kobudlaşmasına səbəb olur. Bu stress zamanı kortizol hormonunun sintezinin artması ilə baş verir.
Günəş- Günəş şüaları dərini qocaldır, qırışlara səbəb olur. Buna görə günəşdən qoruyucu kremlərdən istifadə edin. Bu zaman kremin ən az 30 faktorlu olmasına diqqət edin. Kremin tərkibində Titan oksid, Mikroniz sink oksid, Niasin, və E vitamininin olmasına xüsusi önəm verin.
XƏBƏR LENTİ
Azərbaycanda ödənişli təhsil alan tələbələr hansı hallarda təhsil haqqından azad olunurlar?
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 97 yeni yoluxma
1090 at güclü kvant maşın
Trençkotlar
Roma Papasının "ədaləti" və ya bitməyən minillik savaş
Qeyri-adi ev əşyaları
Bu günün hava proqnozu
Göy soğan piroqu (foto-resept)
Günün qoroskopu - 18.11.2013
Klonomaniya (3-cü hissə, son)
Çıxış yolu həmişə var
Azərbaycanda muzeylərə getmək istəyənlərə xoş xəbər
Siqareti tərgitməkdə yardımçınız olacaq
Payız və qış ayaqqabıları
Ağdam həkimləri məcburi köşkünləri müayinə edir
Onlar arxadan hücum edirlər
Qadın.Net-lilərin ilk şərhləri (1-ci hissə)
KREATİV ƏŞYALAR
Pizza qülləsi niyə əyilib?
Pomidorlu-pendirli toplar (foto-resept)
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
2068-ci ildə asteroid Yerlə toqquşacaq
“New-York Times”: Orta Şərqdə 14 yeni dövlət yaranacaq
Dəbli qalstuklar
Gündəlik geyim nümunələri
ABŞ yenidən İraqa qayıdır
"Pizza" (foto-resept)
Günün ulduz falı
Doğulan körpələrin çoxu oğlandır
Nazirlik azyaşlıları necə sınağa çəkir?
Bu gündən pensiyalar artır
Yaddaş gücləndirici dərmanlar əsəbi korlayır?
"Başında nə var?" fotolayihə
Gəncəyə Qafqaz dələləri gətirildi
Həqiqət acı olsa da...
Gürcü yepiskop cümə namazı qıldı
Burak Özçivitdən Fahriyeni qəzəbləndirən AÇIQLAMA - FOTO
Həyatda gec öyrəndiyimiz 5 dərs
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
Azərbaycanda beş vУ™ beşdУ™n artıq uşağı olan analara xoş xəbər
Buxar maskasının faydaları
İlham Əliyev xalqı təbrik etdi
Mançini Arda Turanı istəyir
Uşağın oğlan və ya qız olmasının bəzi əlamətləri
Herpes virusu
Ayda niyə "Heyvanlara yem verməyin" yazılıb?
Bu xəbər bakılı sürücüləri məyus edəcək
Evinizdə olan bu 8 əşyanı atın
Dırnaqlarınızı qoruyun
"ABŞ Suriyada əməliyyatı davam etdirməyə hazırdır"
- ŞƏRHLƏR