Öz dərisinin qeydinə qalan xanımlar bilir ki, üz dərisi üçün ən çox istifadə olunan yağlardan birincisi zeytun yağıdır. Elə göz ətrafından yaranan qırışlar üçün də ən sadə maska zeytun yağından hazırlanmış kompresdir. Sadəcə pambığı yağa batırıb 10 dəqiqə müddətində gözün üstündə saxlayın. Əgər 10 q zeytun yağına 1 kapsul E vitamini əlavə etsək, onda gözətrafı dəri üçün gözəl qidalandırıcı maska hazırlamış olarıq. Belə maskanı hər gecə gözdə 5 dəqiqə saxlamaqla isifadə etmək olar. Daha sonra da onu yumağa ehtiyac yoxdur. Sadəcə yağın artığı yumşaq salfetə hopdurulur.
Kərə yağının qırışlarla mübarizədə effektivliyi çoxlarına məlumdur. Barmağın ucu ilə masaj hərəkətləri edərək yağı üst və alt göz qapağına çəkməklə dəriyə hopdurmaq və bütün gecə boyu saxlamaq kifayətdir. Bu, təkcə qırışları azaltmır, həm də dərini onlardan tamamilə azad edir. Əsası kərə yağı olan maska hazırlamaq üçün 1 stəkan qaynar suya 1/2 çay qaşığı çobanyastığı çiçəyi və 1/2 çay qaşığı çökə çiçəyi əlavə edərək 15 dəqiqə dəmə qoyulur. Sonra bu qarışıqdan 2 x/q götürüb 1 x/q əridilməmiş kərə yağı və 1 ç/q gənəgərçək yağı ilə krem halına gələnə kimi qarışıdrmaq lazımdır. Kremi hər gecə yatmazdan əvvəl gözün qapaqlarına və gözün küncünə çəkmək lazımdır.
Gözətrafı qırışlar üçün ən geniş istifadə olunun vastələrdən biri də efir yağlarıdır. Belə yağlar soyuq sıxma yolu ilə alındığı üçün bioaktiv maddələrə zəngindir. Efir yağları gözətrafı qırışlar üçün bir də ona görə effektiv hesab olunur ki, onun hissəcikləri dərinin ən dərin qatlarına kimi nüfuz edir, onu qoruyur və qidalandırır. Kompreslərdə ərik, qızılgül, badam yağlarından istifadə olunur.
Küncüt yağı göz ətrafındakı mimiki qırışlarla mübarizədə ən effekli vasitədir. Onu azca isidərək qırış əmələ gələn hissəyə sütrmək, 1 saat müddətində sovrulmasını gözləmək lazımdır. Qalıq yağ isə yumşaq salfetlə yüngülcə silinir.
Bu arada göz ətrafında qırışların yaranmasını istəmirsinizsə, göz qapaqlarınıza da vaxt ayırmaq, onları məşq etdirmək lazımdır.
1-ci hərəkət - Gözətrafı əzələləri tonuslaşıdırır və rahatlaşdırır: yavaşca gözlərinizi sağa, daha sonra sola doğru çəpləşdirin. Sonra aşağı və yuxarı baxın.
2-ci hərəkət - Gözlərinizi möhkəm bağlayın. 5 saniyə saxlayıb açın və hərəkəti 10 dəfə təkrar edin.
3-cü hərəkət - Şəhadət barmağınızı hər iki gözünüzün daxili küncünə qoyun və yüngülcə basın. Bu hərəkət akkupunkturanın (iynə batırma masajı) ən effektiv nöqtəsidir və gözaltı torbaların yaranmasının qarşısını alır.
4-cü hərəkət - Qaşınızın dərisini tutun və barmaqlarınızı onun üzəri ilə "oynadın". Bu hərəkət gərginliyi aradan götürəcək və "qaz ayağı" kimi qırışların yaranmasını əngəlləyəcək.
5-ci hərəkət - 2 barmağınızı qırışın hər 2 tərəfinə qoyun. Barmaqlar arasındakı sahə tezliklə qızışacaq və yumşalacaq. Qırış azalacaq.
6-cı hərəkət - Orta və şəhadət barmaqlarınızla qaşınızın sonunu basın, barmaqları yuxarı qaldırın, burununuzun ucuna baxın və gözlərinizi örtün. Hərəkəti 10 dəfə təkrar edin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Lalə Şövkət: “Heydər Əliyevin komandasında olmağımla fəxr edirəm”
Hava haqqında - 07.10.2013
Azərbaycan çempionatı: "Neftçi" "Simurq"a, "İnter" AZAL-a qarşı
Bakı küləyi özü ilə "donuz qripi" gətirib? - Şəbəkə nağılları
Qıvırcıq saçlar üçün baxım tövsiyələri
Binanıza istilik gəlmirsə, narahat olmayın: "Sabah axşama kimi..."
Azərbaycanda iki yerdə zəlzələ oldu
Uzun cins ətəklər
Ronaldinyo maşınlarından oldu-FOTO
Nüsrət Gökçe karantin qaydalarını belə pozdu - FOTO
İçlikli ət ruleti (foto resept)
Ribeyro Lənkərana gəlir
Azərbaycanın bəzi idmançılarında dopinq aşkarlandı - RƏSMİ
Hava haqqında
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Leyla Əliyevanın əl işi xeyriyyə hərracına çıxarılıb
Hamilələr üçün vacib qidalar
Alban və erməni kilsələrinin əsas fərqləri açıqlandı - VİDEO
Dünyanın ən qorxunc körpüləri
Mayklın bu hərəkətinin sirri məlum oldu - FOTO
Pink xəstəxanaya yerləşdirilib
Qoxuları yox etməyin yolları
Paltarınıza saqqız yapışıb?
Qadınların daha dözümlü olduğunu göstərən xüsusiyyətlər
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Dünyanın ən maraqlı rekord sahibləri
Sevin, sevilin, kəşf edin...
Yumruğunuza görə xarekteriniz
Qum festivalı
Yuxu yozmaları - P
Ingilis Dili- V Dərs
Dünya çempionumuz rəqibinə 19 saniyəyə qalib gəldi
Yaşlı göstərən 6 yanlış saç forması
Nanəli ayran (foto-resept)
Rostomyan: Məqsədimiz Bakıda himni səsləndirmək idi
Şimşək çaxacaq, yağış yağacaq - Sabahın HAVAsı
Müdafiə Nazirliyi Azərbaycan ictimaiyyətinə müraciət etdi
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Hava haqqında - 20.08.2013
Pandemiya dövründə evdən işləməyin effektivliyi açıqlandı
Mobil qurğular məsləhətçiləri əvəzləyir
Məşhur aktyor itinə ad günü etdi-FOTO
Ekler peçenyesi
Dünyanın ən məşhur yemək festivalları
Amerikalıların orta ömür müddəti azalır - Siz səbəbə baxın!
11 sentyabrdan 13 il ötür
"Arka Sokaklar"ın məşhur ulduzu 30 yaş kiçik sevgilisi ilə-FOTO
Dəbli ziyafət donları
Son 60 ilin əfsanə və rekordları
Deniz Çakır hicablı qadınlara sataşdı
- ŞƏRHLƏR