Sərbəst və əsl xanım kimi görünməniz üçün ilk növbədə geyim düzgün seçilməlidir. Fransız aktrisası Janna Moro müsahibələrində qeyd edirdi ki, o, rolunu oynamamışdan əvvəl sanki obrazının "çantasını" yığır. "O, hansı geyimlərə üstünlük verir? Gündəlik həyat tərzi necə keçir? Keçmişdə və indi necə biri olub? Dünyagörüşü necədir?" və s. xüsusiyyətlərini bir araya gətirərək özündə ilk öncə həmin obrazı yaradır.
Təbii ki, seçdiyimiz və özümüzə uyğun gördüyümüz geyimlə bizi ilk görən insanda müəyyən fikir formalaşdırmış oluruq. Heç düşünmüsünüzmü ki, siz öz geyiminiz ilə qarşıdakı insana müəyyən informasiya ötürmüş olursunuz? "Mən çox şən insanam", "Mən romantikəm", "Mən cazibədaram" "Mən güvənilə biləcək biriyəm", "Mən sizin məsələnizi həll etmək üçün uyğun biriyəm","Mən iş xanımıyam".
Əgər iş xanımısınızsa və sizə etibar etmələrini istəyirsinizsə, ilk növbədə geyiminizə fikir verin. Ən ideal iş geyimi ətək və pəncək və ya düz sadə don və pəncək dəstidir.
Amerikan modelyeri Edit Hedin fikirincə, "Qadının geyimi əyninə nə qədər oturmuş olarsa, o, iş həyatında güvəniləcək sima olmasını bildirmiş olur."
İş geyimi üçün nəzərdə tutulan pəncəklər nisbətən boş olmalıdır, onların dar seçilməsi məqsədə uyğun deyil. Bir də nəzərə almaq lazımdır ki, qısa pəncəklər sizi qamətli göstərəcək, uzun seçilmiş pencək isə əksinə sanki boyu kəsir. Qolların uzunluğu 3/4-dən qısa olmamalıdır. Pəncəyin yaxalığını üz quruluşunuza uyğun seçin. Əgər üzünüz ovaldırsa, uzun yaxalıqıardan rahatlıqla istifadə edə bilərsiniz. Uzun üz quruluşu olanlar isə yumru yaxalıqlara üstünlük verməlidirlər.
Hədsiz dar ətəklərin geyinilməsi yolverilməzdir. Dar ətəklərdə yarıqların olmasına diqqət edin, onlar 2 sm-dən az olmamalıdır. Yarıqlar qadağan olmasa da o, sizə karyereda irəliləməkdə mane olacaq, odur ki ətək seçimində çox diqqətli olmaq lazımdır.
Kostyumun uzunluğu fərdi xarakter daşıyır. Oturan zaman o diz qapağının ortasında olmalıdır.
Çox zaman iş geyimlərində qara rəngə üstünlük verilir. Qeyd etmək lazımdır ki, qara çox təhlükəli rəngdir. İlk növbədə sizi yaşlı göstərəcək, həm də qara rəng sizi əhatə edən insanların psixikasına əks təsir göstərir, siz intensiv çalışsanız belə digərlərinə təsir gücünə malik olmursunuz. Rəng seçimi də fərdi xarakter daşıyır, yaxşı olar ki, yaşılın tonları, boz, metallikdən qrafit rənginə kimi olan çalarlardan istifadə edəsiniz. "İşgüzar həyatın ənənəsi"nə əsasən parlaq rənglərdən və qəhvəyidən uzaq olun.
Köynək seçimində də ağ rəngdənsə mirvari rəngi, süd rəngi, açıq mavi, yaşıl və mavinin kölgəli çalarları, sarı və limon sarısı rənglərinə üstünlük verilməsi məsləhətdir.
Sizin işgüzar imicinizi dəri rəngində seçilmiş corablar tamamlamalıdır. Qara rəgdən iş vaxtı istifadə etməmək tövsiyə olunur.
Ayaqqabı seçimində tuflilər 4-5 sm dabanlı, çəkmələr qısaboğazlı olmalı, uzunboğaz çəkmələr və üstü açıq ayaqqabılar ofisdə qadağandır.
"Yazılmamış qanunlara" görə ayaqqabı rəngi tünd olmalıdır. Tamamilə ağ ayaqqabı geyinmək olmaz.
Saç düzümünüzə xüsusi fikir verin. Saç rəngi ilə oynamayın, saçınızı təbii rəngindən çox fərqlənən rənglərlə boyamayın. Saç düzümü dəqiq konturlu olmalıdır, səliqəli, arxadan yığılmış, ya da düz daranmış olması məsləhətdir.
Dırnaqlara da xüsusi önəm verilməlidir. Ən yaxşı forma ovaldır, dırnaqlarınız uzun saxlamayın. Dırnaqlarına parlaq rəngli boyaları moda və kosmetika biznesi ilə məşğul olan xanımlar istifadə edə bilərlər. Tünd rəngli göz kölgələri, parıltılı dodaq boyası, al yanaqlar yalnız gecə ziyafətləri üçündür, iş yerində isə bu vulqar görüntü verəcək.
İşgüzar xanım professional görünməlidir, bununla yanaşı,öz cazibədarlığını və gözəlliyini saxlamalıdır. Təbii aksesuarlardan da istifadə etmək olar, bir şərtlə ki, onlar ciddi və eleqant görünüşlü olmalıdır. Dəri kəmərli ciddi saat, nəzərəçarpmayan sırğa və hər əldə bir ədəd üzük sizin seçiminiz ola bilər. Əgər boyunbağı da taxacaqsınızsa, müxtəlif mənalar daşıyan kulonlardan istifadə etməyin. Ofis ciddi bir yerdir və müasir işgüzar xanım hər bir aksesuarını necə və nələrlə taxmağı bacarmalıdır. Məsələn, sırğa və qolbaq, broş və üzük, saat və üzük, boyunbağı və saat və s. dəstlər seçilməlidir. Bütün bəzək əşyalarını birlikdə taxmaqdan çəkinmək lazımdır. Dəst taxılmış zinət əşyaları sizdə diqqətsiz, işində dəqiq olmayan bir imic yarada bilər. Bütün qeyd olunan nüanslaradan istifadə edərək və öz zövqünüzə güvənərək siz təbii çox gözəl işgüzar imic yaratmış olacaqsınız.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Mövlana sözləri-3
Evdən gözəl qoxu gəlməsi üçün nə etməli?
Gəncənin raket atəşinə tutulması anı - VİDEO
Adriana Braziliyaya dəstək çıxdı-FOTO
"Türkiyədə korrupsiya qalmaqalı ölkə banklarına ziyan vurur"
Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
“Bu gün yeni dövr başlayır”
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Hicablı nişan geyimləri
İş axtaranlara şad xəbər
Ən gözəl göbələklər
Gəncəyə Qafqaz dələləri gətirildi
Atatürk haqqında maraqlı faktlar
Türkiyədə matəm elanı
Orfoqrafiya lüğətindəki mənasız sözlər açıqlanıb: asfaltsifət, aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu - SİYAHI
Çantalar
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümüdür
Tanınmış aktyor Ələsgər Məmmədoğlu vəfat etdi
Məşhur aktrisadan FOTOsessiya
Şəhid general Polad Həşimovun anasından çağırış
Məhəmməd peyğəmbərin qızına verdiyi cehiz - ARAŞDIRMA
Kəpəyə qarşı təbii üsullar
Bu gecə ƏN UZUN Gecə olacaq
Di Kaprio məhkəmədə - Şok ittiham
İçməli sudan qeyri-qanuni istifadə edənlərə qarşı gecə reydləri olacaq
Əl işlərim
Günün qoroskopu: nəyisə gizlədən insanlarla təmaslar istisna deyil
Ulduzlar haqqında yumor
Hülya bu dəfə də heyran etdi - FOTO
Ayselin “Eurovision 2018” mahnısı DƏYİŞDİRİLDİ:VİDEO
Makaronlu şorba (foto resept)
Birinci xanım Atəşgahda
Avropalı müşahidəçilərdən Qərbə tərs şillə: "Seçkilər yüksək səviyyədə keçirildi"
Bakının harasında ev tikilməz?
Bakıya yay gəlir
Yaddaşınız zəifdir? Çarə var
Moskvada metal anqar yanır - VİDEO
Azərbaycana qış gəldi
Heyva mürəbbəsi (foto resept)
Məşhur tərzi: Kate Middleton
Gəlin birləşək
Banklar əhalini necə aldadır?
Sübut edildi- Bəd nəzər var
İohann Ştraus
Bu gün bir neçə rayon qazsız qalacaq
Həkimlər xəbərdarlıq edir
Koornavirus mutasiya keçirdi - Amerikalı alimlər kritik dəyişikliyi açıqladı
Türkiyə ermənilərə qarşı bir yumruq kimi birləşdi
Qeyri-adi aksesuarlar
İngilis dili-Cc (1)
- ŞƏRHLƏR