Ağıl iki növdədir. Birincisi qazanlıan ağıldır. Sən onu məktəbli kimi kitabdan, müəllimlərdən, düşüncədən, vərdişlərdən, qavrayışlardan və yeni biliklərdən öyrənirsən. Digər ağıl isə Allahdan gələn paydır. Onun qaynağı ruhdadır. Könüldən bilik çeşməsi şırıldadıqda onun mənbəsi nə pozulur, nə köhnəlir, nə də rəng dəyişdirir. Qazanılmış ağıl çöldən evə axan bir çaya bənzər. Əgər yolu üzərində bir maneə olarsa, aciz qalır. Sən öz daxilindəki çeşməni axtar!
Ağıllar arasındakı ziddliklərin fərqində ol! Biri dünyadan səmaya uzanır, digəri Günəş kimidir, Veneradan və ya axan ulduzdan daha aşağıdır. Şam kimi titrək, sərxoş bir ağıl olduğu kimi atəş qığılcımları saçan ağıl da vardır.
Cüzi ağıl gözdən düşmüş ağıldır. Bil ki, zahiri surət yox olur; dünya arzusu əsl insanlıq hədəfindən yoxsul buraxır. Amma məna aləmi əbədidi, qalır. Səhənginin surəti ilə nə vaxtadək oynayacaqsan? Səhənginin naxışını burax, çaya, suya doğru yürü. Surəti gördün, amma mənadan qafilsən. Ağıllısansa, sədəfdən inci tap çıxar.
Dünya nemətlərini əldə etmək üçün göstərilən həvəs və tamah insanı haqqı olmayan şeyləri əldə etməyə sövq edər.
Tərif 2:
Səriştəsi olmayan cahillərin keçdikləri məqamda etdikləri pislikləri yüzlərcə aslan bir araya gəlsə, edə bilməz.
Tərif 3:
Bir insanı tanımaq istəyirsənsə, o insana baxma, əvvəlcə birlikdə olduğu insanlara bax.
Tərif 4 :
Ruhən yüksəlməmiş, xam qalmış insan, yetkin, kamil insanın halından anlamaz. Elədirsə, sözü qısa kəsmək gərəkdir.
Tərif 5 :
Bədən candan, can da bədəndən gizli deyildir. Fəqət kimsəyə canı görmək üçün icazə verilməmişdir.
Tərif 6 :
Dünyada çox fərqli insanlar var, amma hamısı eyni mənaya gəlir. Dünyada çox fərqli insanlar var, amma hamısının şəkli-şəmalı birdir.
Tərif 7:
Özünüzə nəzarət edərək Allahdan ədəbli bir insan olmaq üçün bizi nailiyyətə çatdırmasını istəyək. Çünki əbədi olmayan Allahın lütfündən məhrum qalır.
Tərif 8:
Misal aləminin, yəni maddi aləmin xəyalları bir baxıma Allahın adlarının və sifətlərinin təcəllisidir. Belə olduğu üçün bu xəyallar vəliləri özünə çəkər. Öz gözəllik və ucalıqlarına qul, kölə edər. Kamillər belə bir gözələ qul, kölə olmağın mənəvi zövqi içərisində ilahi həqiqətə doğru yol alırlar.
Tərif 9:
Bu iş sabah olsun, sabaha qalsın demək təriqət anlayışına uymaz.
Tərif 10:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Tərif 11:
Daşıya biləcəyin yükləri bil. Bu aləmi işıqlandıran Günəş orbitindən çıxıb bir az dünyaya yaxınlaşacaq olsa, hər şeyi yandırıb kül edər.
Tərif 12:
Bütün insanlar səviyyəli insanları, vəliləri öz nəfsləri ilə müqayisə yolundadırlar. Bu səbəbdən çoxu yoldan çıxmışdır. Beləcə Allahın seçilmiş qullarından çox az kimsə xəbərdar ola bilir.
Tərif 13:
Üzlərin hər birinə diqqətlə bax, onların xüsusiyyətlərini, necə olduqlarını hafizəndə saxla. Bəlkə sufilik yolunda xidmətdə olarkən sifət tanıya bilib baxdığın kimsələrin mənəvi kimliklərini görə bilərsən.
Tərif 14:
Ruhən aşağı, alçaq kimsələr bir sıra safları aldatmaq üçün vəlilərin sözlərini oğurlalayarlar, diqqətli olun.
Tərif 15:
Bir işdə yaxşı düşün. Ətrafında insan sifətli bir çox şeytan vardır. Bu səbəblə hər ələ əl vermək, hər ələ bağlanmaq uyğun deyildir.
XƏBƏR LENTİ
Dünyanın ən maraqlı dilləri
Qurban bayramı namazının VAXTI AÇIQLANDI
Böyük Britaniyada “COVİD pasport”ları tətbiq oluna bilər
Dişlərinizi onunla qoruyun !
Azərbaycanda nikahdankənar doğum halları araşdırılacaq
"Azərbaycan bu filmə qadağa qoymayıb"
Bakıda torpaq ucuzlaşıb
Suriyalı qaçqınların sayı 2 milyona çatıb
Alban və erməni kilsələrinin əsas fərqləri açıqlandı - VİDEO
İqtisadiyyat Nazirliyindən bəzi dərmanların qiymətinin artmasına - Münasibət
Ankara Papaya nota verdi
Emin Bakıda film çəkir - FOTO
Xanımlar üçün ziyafət geyimləri
Bakıda yolların biri açılır, digəri isə bağlanır
Hansı qan növü "xərçəng"ə qarşı davamiyyətlidir - Açıqlama
Duyğu xarici qavramalar
WikiLeaks ABŞ-ı ifşa etdi
Alimlərdən SENSASİYALI KƏŞF
Bakıda yayılan pis qoxunun səbəbi bilindi-RƏSMİ AÇIQLAMA
Bakıdakı yeni binalara qaz veriləcək?
Bakının mərkəzi yollarından biri bağlanır
Dinozavrların ən böyük məskəni
Harmoniya
Cem Yılmaz keçmiş xanımından danışdı-FOTO
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
Dadlı salat (foto resept)
Qəribə qadağalar
2017-2018-ci illərdə ən çox qazanan məşhurlar
“Barbi”yə bənzəmək üçün... – FOTO
Rəngli kağızlar, həndəsi fiqurlar
Gömrüklə bağlı mühüm dəyişiklik - Sərhədi maneəsiz keçəcəksiniz
Ali məktəblərin tələbələrə verdiyi biliyin səviyyəsi artırılacaq
Alla Puqaçova hər oxuduğu mahnı üçün 1 milyon alırmış?
Günün ulduz falı
Çingiz "Eurovision" da belə çıxış etdi - VİDEO
Biri-birindən gözəl ayaqqabılar
Rezin uzunboğaz çəkmələr
Barmaqlarda gizlənən təhlükə
Azərbaycanlı gəncin qeyri-adi hobbisi - VİDEO
Aslı 19 il əvvəlin FOTOsunu paylaşdı
Bu gün imtahandır
"Evdə tək" yenidən çəkilir
"Çudo-peçka"lar bağlanır
Tartolet (foto-resept)
Skandinaviya ölkələrinin mətbəx dekorasiyaları
"Bizim Tarla" - Bibər pastası
Pensiyaçılara XƏBƏR VAR: Yanvar ayının ödənişləri ...
Günün ulduz falı - 04.03.2014
4 yaşlı qız milyonları heyran etdi
Eniston indiyədək ana olmaması haqqında danışdı-FOTO
- ŞƏRHLƏR