Heç vaxt çətinlikdən qorxma!
"Əgər şükür etsəniz,iman gətirsəniz,Allah sizə nə üçün əzab versin ki,Allah şükrə qiymət verəndir,hər şeyi biləndir!”(Nisa surəsi 147 ayə)
Yəqin ,yaşlılardan bu kəlməni tez-yez eşitmisiz:"Kaş mən də uşaq olaydım!”.Halbuki uşaqların ən böyük arzusu böyüməkdir.Doğurdan da uşaq ikən problemlərimizin böyuk bir hissəsi valdeyinlərin çiyninə düşür.Yaş artdıqca həyatda bir çox çətinlikləri müstəqil həll etmək lazım gəlir.Əslinə qalsa,həyatda insanın qarşısına çıxan maneələrin,təhlükəli yoxuşların hər birinin böyük xeyri varmış."Çətinliklərin adama nə xeyri ola bilər?”-düşünürsən?Cavabı maraqlı bir rəvayətdə axtaraq.
Kəpənək haqqında rəvayət
Günlərin bir günü meşə ilə yol gedən bir adamın gözünə balaca barama sataşdı.Bu baramada artiq kiçik çat əmələ gəlmişdi-bu o demək idi ki, bir azdan onun içindən gözəl bir kəpənək çıxacaqdı.Yolçu ayaq saxladı,çünki bu möcüzəni öz gözləri ilə görmək istəyirdi.
Bir xeyli vaxt keçdi.Baramanın içində çirpınan kəpənək azadlığa çıxmırdı.Çat hələ də balaca idi.Körpə kəpənəyin isə deyəsən,gücü lap tükənmişdi.Onda insan kəpənəyə kömək etmək fikrinə düşdü.Cib bıçağını çıxarıb baramanın üst qabığını azca kəsdi.Kəpənək dərhal işığa çıxdı.Onun bədəni çox zəif idi,qanadlarını zorla tərpədirdi.İnsan gözləyirdi ki,indicə kəpənəyin əlvan qanadları bərkiyəcək və uçmağa başlayacaq.Amma zavallı kəpənək ömrünün qalan hissəsini də yerdə sürünə-sürünə qaldı.Uça bilmədi ki, bilmədi.
Axı niyə?Çünki kəpənəyə kömək etmək istəyən,insan əksinə ona ziyan vurdu.Anlamadı ki,baramanın kiçik dəliyindən çıxmaq üçün sərf etdiyi güc kəpənəyə yaşamaq üçün lazımdır.Axı baramanın içində qaldığı müddətdə onun bədənindəki maye qanadlarına keçəcəkdi.Yalnız bundan sonra kəpənəyin uçması mümkün olacaqdı.Öz qabığından çətinlikləri dəf edərək çıxmaq vacıb imiş-yaşamaq və uşmaq üçün!
Bax belə əzizlərim!Bu kədərli rəvayətin mənası odur ki,həyat bizdən daim səy göstərməyi tələb edir.Əgər asudə yaşayıb problemlərdən qaçsaq,yaşamaq üçün gücümüz,dözümümüz,səbrimiz olmaz.Və heç vaxt uça bilmərik.
"Səbr və dua ilə Allahdan kömək istəyin.Çünki Allah səbr edənlərin dostudur”( Bəqərə 153)
Aydındır ki,hər adam gözəl yaşamaq arzusundadir.,"Bunun üçün Allahdan nə istəyim?”düşünənlərə müdrüklər belə nəsiət verirlər:
Yaşamaq üçün güc istərdim.Allah mənə çətinliklər verdi-onları dəf etdikcə qüvvəm,inamım, imanım arstsın.
Var dövlət istədim.Allah mənə ağıl verdi ki,işləməyi,halal ruzi qazanmağı öyrənim.
Uçmaq istədim.Rastıma maneələr çıxdı, onlari aşdıqca qanadlanım.
Sevgi istədim.Mənim köməyimə ehtiyacı olan adamlarla qarşılaşdım.
Səadət istədim.Allah insanlara xidmət etmək üçün imkanlarımı artirdi.
Arzuladıqlarımın heç birini almadım.Amma mənə nə lazımdısa hamısını qazandım.
Həyatında şən günlərin sayını artirmaq istəyirsən?Elə isə daim dilində "Şükür”,üzündə təbəssüm olsun.Kimsə kefini soruşanda bir an belə düşünmədən sevincək,"çox şükür,əlayam!”söylə.O zaman Allah sənin bu sözlərindən razı qalacaq:"Buna yaxşı deyirsən?Sənə qat-qat daha gözəl günlər göstərərəm!”
Amma taleyindən narazı gəzib,hər gördüyünə ağız büzən"bu pisdir”-deyənlər özündən küssünlər:"Sən buna pis deyirsən?Daha böyük fəlakətləri,bədbəxtlikləri görmək istəyirsən?”
"Siz Məni yad edin ki,Mən də sizi yad edim.Mənə şükür edin!Mənı danmayın!"(Bəqərə 152)
Artıq bir şeyə tam əmin olun:Yaradan sizi xoşbəxt yaşamaq üçün xəlq edib.Odur ki,çətinliklərdən çəkinib,qorxmadan gücün,ağlın,savadın hesabına-sənin üçün təyin edilmiş səadəti qazanmağa doğru irəliləyin!Allah bu yolda sənə dəstək olacağına söz verib.Allahın sözü isə dəyişməz!
XƏBƏR LENTİ
Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTO
Göbələkli badımcan ruleti (foto resept)
Tibb işçisi lotereyada 758 mln. dollar udub
Bir gündə 8 uşaq dünyaya gətirən ananın bədən quruluşu heyrətləndirdi - FOTO
Ərzaq mallarının qiymətləri qalxıb?
Əlilliyi olan şəxslərə ŞAD XƏBƏR - İş yerlərinin...
Mürəbbəli peçenye (foto-resept)
İstanbul səyahəti
"X sinif dərsliklərində səhvlərə yol verilib" - DİM
Sabahın HAVAsı
Hava haqqında - 30.08.2013
Tələbə "Rusiya gözəli" oldu - FOTO
Günün qoroskopu: maliyyə öhdəlikləri götürməyin
Hansı bədən temperaturu normal hesab edilməlidir?
Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik
Müğənninin saçından çıxanlar hər kəsi heyrətləndirdi!-FOTO
Çində Google bağlandı
Yay qarderobunuzu yeniləmək üçün geyimlər
Merve özünə qoyduğu qadağanı pozdu - FOTO
Kök olduğu üçün ölümlə təhdid edilir - FOTO
Hədiyyə ilə bağlı etiket qaydaları-2
Avtomobil
Metroda yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNDİ)
Göz şişkinliyini yox edən 9 təklif
Emreye fırça uzadan şəxs AÇIQLAMA VERDİ
Həftə sonunun HAVAsı
HP yeni noutbukunu göstərdi
“McDonald’s”ın qadağan olunduğu 8 ölkə
Mərhum basketbolçunun ailəsində qalmaqal
Azərbaycanda qızın mədəsindən çıxanlar həkimləri HEYRƏTLƏNDİRDİ
Mələklə söhbət
Dahilərdən kəlamlar (I hissə)
2015-in bizdən aldığı məşhurlar
Nanə bitkisinin müalicəvi əhəmiyyəti
Qulaq cingiltisi beyin şişindən xəbər verə bilər
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
İmtahan vermiş abituriyentlərin NƏZƏRİNƏ
Fahriye və Burak cütlüyü bayramı belə qeyd etdi - FOTO
Taksi sürücülərinin nəzərinə!
İki ağzı və iki dili olan uşaq dünyaya gəldi - FOTO
Məşhur aktyor evləndi-FOTO
Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı
Uşağınızın yaddaşını göz qabağında oğurlayırlar...
Mal-qaraya avtomobil yolları qadağan edildi
Fonetika - Hərflər (1)
Aşura bu gün dünyada aktualdırmı?
Forest Uitaker 20 illik xanımından BOŞANIR-FOTO
Kişilərdə sonsuzluq səbəbləri
Yeni il gecəsinin ulduzu olun
Güclü yağış Gəncədə 12 evi uçurdu
- ŞƏRHLƏR