1. Allah-Təala haqqı sənin boynunda odur ki, Ona bəndəlik edəsən və Ona heç bir şərik qərar verməyəsən. Əgər səmimi qəlblə belə etsən, Allah sənin dünya və axirət işlərini düzəldər.
2. Sənin nəfsinin öz boynunda haqqı odur ki, Allaha itaət edib, onun əmrinə tabe olasan.
3. Dilin haqqı odur ki, doğru, xeyir və xoş sözlər danışasan, hərzə, nalayiq, söyüş və hədər sözlər danışmasın, həmişə xalqin yaxşılığına tərpənsın.
4. Qulağın haqqı odur ki, qeybət və digər həram sözlər eşitməkdən pəhriz etsin.
5. Gözün haqqı odur ki, baxmağı haram olan şeylərə baxmasın.
6. Əlin haqqı odur ki, ona həlal olmayan şeylərə toxunmasın.
7. Ayaqların haqqı odur ki, halal olmayan şeylərin dalınca getməsinlər, yoxsa Qiyamət günü Siratın üstündə sürüşüb səni Cəhənnəmə salarlar.
8. Mədənin haqqı odur ki, haram təamlar ücün qab vəzifəsini öz üzərinə götürməsin, halaldan da doyunca yeyib, onu doldurmayasan.
9. Tənasül üzvlərinin haqqı odur ki, onları zinadan hifz edəsən və onlara naməhrəm gözü dəyməsin.
10. Namazın haqqı odur ki, namaz qılan məkanda özünü Allahın hüzurunda biləsən, O əzəmətli vücudun qarşısında Ondan həm qorxasan, həm də ona ümid edən zəlil və həqir bir şəxs kimi olasan.
11. Həccin həqqi odur ki, öz günahlarından peşman olaraq qaçıb Allahın evinə pənah gətirəsən, bu günahların bağışlanma ümidini nəzərdə tutmaqla vacib buyurulmuş əməlləri yerinə yetirəsən.
12. Orucun haqqı odur ki, o, bir pərdədir. Allah-Təala sənin dilinə, gözünə, qulağına, qarnına və tənasül üzvlərinə o pərdəni çəkib, səni gizlədərək Cəhənnəmdən örtmüşdür. Əgər orucu tərk etsən, o pərdə cırılar.
13. Sədəqənin haqqı sənin yığıb zəxirə etdiyin şeydir ki, Allah-Təala yanında əmanət və girov kimi saxlanılır. Səni dünyada bəlalardan, axirətdə isə Cəhənnəm odundan nicat vermir.
15. Dövlət siyasətində sənin haqqın odur ki, dövlətə tabe olasan, ona qarşı üsyan etməyəsən. Amma o dövlətin rəhbəri Allaha dal çevirmiş olarsa, ona itaət etməklə Allah qarşısında günah etmək cayiz deyil.
16. Zövcənin haqqı sənin boynunda odur ki, Allah-Təala sənin ücün bir munis qərar verdiyini biləsən. Allahın bu nemətinə görə şüker edəsən, zövcənin özünə rəhmli olasan, çünki o, sənin əsirindir. Onun yeməyini, icməyini, libasını verəsən, nadanlıq edən hallarda onu bağışlayasan.
17. Ananın haqqı barəsində gərək biləsən ki o, səni öz bətnində bir müddət gəzdirib, halbuki ona heç kəs təhəmmül etməz. Sonra öz qəlbinin səmərəsindən və şirəsindən sənə əta edib, səni hər şeydən mühafizə edib, yedirib, içirib, geyindirib, səni işıq və kölgəlik ilə təmin edib, sənə görə yuxusunu özünə həram edib, isti və soyuq vaxtlarda sənə lazımi şərait yaradıb. Onun sənə etdiyi yaxşılıqlar müqabilində şükür etməyə səndə taqət yoxdur. Bu barədə sənə Allah kömək etməlidir.
18. Atanın haqqı odur ki,o sənin əslin və kökündür. O olmasaydı sən də olmazdın. Bu barədə Allaha həmd və şükür etməlisən.
19. Oğulun haqqı - İmam Ələyhissəlam ataya müraciət edərək buyurur ki, o, səndən əmələ gəlmişdir. Onun xeyri də, şərii də sənə bağlıdır. Sən ondan ötrü məsulsan. Onun əbədi və Allah yolunda itaəti sənin ona verdiyin tərbiyədən asılıdır. Odur ki, onun dürüst yola düşüb, yaxşı əməl sahibi və xoşbəxt insan olmasına səy etməlisən.
20. Qardaşın haqqı- Gərək biləsən ki, qardaş sənin sağ qolun, qüvvətin və izzətindir. Ondan Allaha qarşı günah işlərdə və xəlqə zülm etməkdə bir silah kimi istifadə etmə. Əgər o, Allaha itaət edirsə, düşmənin ona nüsrət tapmasına razı olma, əks halda sən öz Allahının hökmü ilə rəftar etməlisən.
21. Qonşunun haqqı odur ki, özü hazır olanda ona hörmət edəsən, qayib olanda onun malını və namusunu hifz edəsən, qoruyasan, məzlum olanda ona kömək edəsən, onda bir nöqsan görsən gizlədəsən, əgər bilsən ki, sənin sözlərini qəbul edər. Ona nəsihət edəsən, səhv və xətalardan keçib bağışlayasan, üzrünü qəbul edəsən, onunla xoş rəftar edəsən.
22. Dostun haqqı odur ki, ona mərhəmətli və insaflı olasan. O sənə hörmət və məhəbbət göstərdiyi kimi sən də ona hörmət və məhəbbət göstərəsən. Qoymayasan ki, yaxşılıq etməkdə o, səni qabaqlasın. Allah-Təala qarşısında günah işlər görərsə, gərək onu danlayıb məzəmmət edəsən. Amma əzab verməyəsən, ona rəhm edəsən.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məhərrəm ayı ilə bağlı fətva verildi
Kakao yağının dərimizə faydaları
2015-də bu ölkələrə gedin
Bu sezon ən iddialı trendləri
Kələm salatı (foto resept)
Vitaminlər
"Qarabağ"la çətin oyun olacaq
Fransız qadınları kimi geyinməyin sirri
Bahalaşma başladı
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Hava haqqında
Fransa təkcə romantika şəhəri deyil
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
Azərbaycana gələn pullar azaldı
Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Rafael Dadaşov vəfat etdi
Süd verən analar üçün qidalanma tövsiyəsi
Azərbaycan istifadəçiləri internetsiz qalacaq? -RƏSMİ cavab
Xoşbəxtlik gətirən qidalar
Dünyanın ən balaca iti odur
Kağız halva (3)
Laqeydlik ən böyük şiddətdir
Gülben Ergen haqqında ŞOK məlumat
Qan donduran araşdırma - 5042 ölü
Qasırğanı dəqiq proqnozlaşdıran qurğu hazırlandı
Ermənistan daha 45 hərbçisinin öldüyünü etiraf etdi
Vanqa onun ölümünü bir il öncədən bilibmiş - Şok öngörü
Məşhur model üsyan etdi
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Münasibətin mərhələləri
Dovğa göyərtisinin doğranılması
Döşlərinizi 10 günə 3 sm böyüdün!
Nüsret evlənir?-FOTO
Rusiya nüvə silahından istifadə üçün əsas şərti açıqladı
Limonlu-pudralı peçenye (foto resept)
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - RƏSMİ
Cütlüklər arasında çıxan münaqişə mövzuları
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Gəncə Təbrizlə qardaş oldu
Sobada ətli rulet (foto-resept)
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Göz makyajı
Abituriyentlərinin nəzərinə!
"Ağıllı" kontakt linzalar xərçəng hüceyrələrini aşkarlayacaq - FOTOLAR
Messi əməliyyat olunacaq
Damla şokoladlı keks (foto-resept)
Günün ulduz falı
Yağmasan da, gurulda!
- ŞƏRHLƏR