Dua iki növ olur. İstək duası və ibadət duası.
Qulun Allaha əl açaraq ehtiyaclarını istəməsi istək duasındandır.
Namaz, oruc, sədəqə, qurban kəsmək və digər ibadətlər isə ibadət duasındandır.
Oruc tutan, sədəqə verən, namaz qılan insan öz əməli ilə Allahdan istədiyi üçün bu növ dualara ibadət duası deyilir.
İbadət duasını heç bir şəkildə Allahdan qeyrisinə yönəltmək olmaz.
İstək duasını da Allahdan qeyrisindən istəmək olmaz. Lakin dörd şərt istisna olmaqla.
1. Diri olmalı.
Yəni ölüdən istəmək olmaz.
2. Qadir olmalı.
Yəni yağış, şəfa vermək kimi istəkləri yerinə yetirməyə yalnız Allah qadir olduğu üçün bu növ istəkləri yaradandan qeyrisindən istəmək şirk, böyük günah sayılır.
3. Eşitməli.
Yəni diri olmalı və eşitməlidir. Yanında olmayıb hansısa məsafədə səndən uzaqdadırsa onu da çağırıb ondan yardım istəmək şirk sayılır.
4. Hazır olmalı.
Yəni qeybdə olmamalıdır. Məsələn, cinlər, mələklər və ya ölmüş birisindən istəmək bu şərtə ziddir.
Beləliklə biz artıq bildik ki, dua iki növ olur. Unutmayaq ki, müqəddəs kitabımız Qurani-Kərimdə rastlaşdığımız dua sözlərində hər iki dua növü qəsd olunur.
Dua əzəmətli ibadətlərdən biridir. Bu fikri Allah Rəsulundan rəvayət olunan “Dua ibadətdir” hədisi də təsdiq edir.
Rəbbimiz buyurub: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! [Ğafir 40:60]
Bu ayədə Allah duanı ibadət adlandırdı.
Əgər bir şeyin ibadət olması isbat oldusa onu Allahdan qeyrisinə yönəltmək şirk sayılır.
Dua əzəmətli ibadətdir və içərisinə dinimizin əsas təməl prinsipi olan tövhidin üç qismini də alır.
Rububiyyə, uluhiyyə, ad və sifətlər.
Ümumi olaraq duanı saleh əməllərin qarşısında, ortasında və ondan sonra da ifadə etmək olar.
Allah-Təalə buyurur:
Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.
Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! [Furqan 25:64-65]
Həmçinin Xəlilullah İbrahim əleyhissəlam oğlu İsmayillə bərabər Kəbənin əsaslarını yenidən qurduqları zaman belə dua edirdilər.
Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər. [əl-Bəqərə, 2:127]
Məşhur İslam alimlərinin bu barədə dediklərində də böyük ibrətlər vardır.
Onlardan biri deyib: “Adəm övladından istəyəndə qəzəblənir, Allahdan isə istəməyəndə”.
Bütün yaranış, cinlər və insanlar bir yerə yığılb Allahdan bütün ehtiyaclarını istəsələr Allah onların istəklərinin qarşılığını versə bu Onun dərgahından bir iynənin dənizə batırılıb çıxarıldığı zaman dənizdən nə azaldarsa, yaradanın da dərgahından o qədər azaldar.
Elə isə daim əsirgəməyən Allahdan istəmək əvəzinə nəyə görə özü möhtac və istəyən olan adəm övladından istənilməlidir.
Dəyərli müsəlmanlar! Daim Allaha dua edin, bütün ehtiyaclarınızı yalnız Ondan istəyin və Ona heç nəyi şərik qoşmayın.
Doğru əqidə və doğru yol məhz budur.
Allah bizi daima Ona möhtac olanlardan və yalnız Ondan istəyənlərdən etsin. Amin
Məqalənin müəllifi : Adil Rəcəbov
XƏBƏR LENTİ
TQDK: …2 gün qaldı
Ətirli şamlar xərçəng yaradır
Müəllimlərlə bağlı yeni qaydalar
Məşhur brendlər kürkdən imtina etdi - SƏBƏB
Yeni ildə tətil qiymətləri neçəyədir?
Məşhur aktyoru səhnədə bıçaqladılar-FOTO
Sabahın HAVAsı
Suqovuşandan yeni görüntülər yayıldı
Yas mərasimlərində yenilik
Selena Qomesin yeni FOTOları
QARABAŞAQ SIYIДћI (foto resept)
FİFA prezidenti istefa verdi
1 gün ac qalmaq orqanizmi 3 ay cavanlaşdırır
Sıla milyonluq maşını ilə gündəmdədir-FOTO
Sılanın döyülməsi yalan çıxdı-FOTO
Qızıl bahalaşdı
Günün qoroskopu: Uğurlu gündür!
Bu gün Qədr gecəsinin ilk əhyasıdır
Bakıda daha bir yolda çökmənin səbəbi açıqlandı.
Portağallı keks (foto resept)
Hamilə qadınlar hansı geyimləri almalıdır?
"Instagram"da bu şəklə 14 milyon "layk" gəldi - FOTO
Azərbaycanın sabiq prezidenti 4800 dollar pensiya alır
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ramazanda bunları bilməniz vacibdir
Alimlər sosial şəbəkələri də dərs planına salmağı təklif edirlər
Modern yataq otaqları
Serenay “Yasak elma”da rol alacaq?
Facebook bir ölkənin pulunu qazanır
Banalı dondurma (foto resept)
Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında
Hansı bədən temperaturu normal hesab edilməlidir?
Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı
Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib
ABBA 35 il sonra qayıdır
Ramazan ayının 19-cü gününün duası
Azərbaycanda daha 21 nəfər koronavirusdan öldü: 633 yeni yoluxma
Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq
Xaçmazda xüsusi karantin rejiminin ilk günündə toyu olan bəy və qonaqları tutuldu - FOTO
Haydi bu dəfə də diqqəti üzərinə çəkdi-FOTO
Xanımlara özəl aksesuarlar
Kiçik detallarla hər zaman qəşəng
Məşhur futbolçunu 25 il həbs gözləyir
Qadın ölümündən 55 gün sonra ana oldu
Koronavirusa yoluxmuş daha 547 nəfər sağaldı, 7 nəfər öldü
Ərdoğan ermənilərə qarşı hücuma hazırlaşır
Düşmən PUA-sı məhv edilib
Nəzərə alın
Aleks ağlayaraq futbolla vidalaşdı
IV Qlobal Bakı Forumu başlayır
- ŞƏRHLƏR