Yuxudan durarkən edilən dualar:
(Əlhəmdulilləhil-ləzi əhyanə bə'də mə əmatənə və ileyhin-nuşur)
«Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır».
(Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir, subhanallahi, vəlhəmdulilləhi, və lə iləhə illəllahu, vəllahu Əkbər, və lə həulə və lə quvvətə illə billəhil-aliyyil-azim, rabbiğfirli.)
«Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir. Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allahdan başqa məbud yoxdur. Allah ən Böyükdür. Qüdrət və güc yalnız Uca və Böyük Allaha aiddir! Ey Rəbbim məni bağışla!»
Əlhəmdulilləhil-ləzi afəni fi cəsədi, və raddə aleyyə ruhi, və əzinə li bizikrihi.
«Bədənimə sağlamlıq verən, ruhumu mənə qaytaran və Onu yad etməyə mənə izin verən Allaha həmd olsun!»
Paltar geyinərkən edilən dua:
(Əlhəmdulilləhil-ləzi kəsani həzə (səubə) və razəqənihi min ğeyri haulin minni və lə quvvətin.)
«Bunu (bu paltarı) mənə geyindirən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!»
ALLAH cumlənizden razi olsun. Amin
Paltarı soyunarkən nə deyilir:
(Bismilləh!) «Allahın adı ilə!»
Ayaqyoluna girərkən edilən dua:
(Allahummə inni əuzu bikə minəl-xubsi vəl-xəbais.)
«Allahım! Şərdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə pənah aparıram!»
Ayaqyolundan çıxarkən edilən dua:
(Ğufranəkə)
«(Allahım!) Məni bağışla!»
Dəstəmazdan əvvəl edilən zikr:
(Bismilləh!)
«Allahın adı ilə!»
Dəstəmazdan sonra edilən zikr:
(Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluhu.)
«Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!»
(Allahumməc'alni minət-təvvabinə vəc'alni minəl-mutətahhirin)
«Allahım! Məni tövbə edənlərdən et! Və məni təmizlənənlərdən et!»
(Subhanəkəll ahummə və bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə və ətubu ileyk)
«Allahım! Sən pak və müqəddəssən! Sənə həmd olsun. Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm».
Yeməyə başlayarkən edilən dua:
«Sizlərdən biri yemək yeməyə başlayarkən:
(Bismilləh!)
«Allahın adı ilə!» desin. Əgər əvvəldə bunu unutsa, onda:
(Bismilləhi fi əvvəlihi və axirihi!)
«Əvvəldə də, axırda da Allahın adı ilə!» desin.
Qoy Allahın yemək verdiyi kimsə desin:
(Allahummə, barik lənə fihi vət'imnə xeyran minhu.)
«Allahım! Bunu bizim üçün bərəkətli et və bizə bundan daha xeyirlisini nəsib et!» Allahın süd nəsib etdiyi kimsə isə desin:
(Allahummə, barik lənə fihi və zidnə minhu.)
«Allahım! Bunu bizim üçün bərəkətli et və bizə bundan artığını nəsib eylə!»
Yeməkdən sonra edilən dua:
(Əlhəmdulilləlil-ləzi ət'aməni həzə və razəqənihi min ğeyri həulin minni və lə quvvə.)
«Bunu mənə yedirdən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!»
(Əlhəmdulilləhi həmdən, kəsiran, tayyibən, mubarəkən fihi, ğeyra məkfiyyin, və lə muvəddəin, və lə mustəğnə anhu rabbənə.)
«Allaha həmd olsun! (Özü də) çoxlu, xoş, mübarək, (sonsuz),ardı-arası kəsilməyən, hər kəsin möhtac olduğu bir həmd!»
Evdən çıxarkən edilən zikr:
(Bismilləh, təvəkkəltu aləllahi və lə həulə və lə quvvətə illə billəh.)
«Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allaha aiddir!»
(Allahummə inni əuzu bikə ən ədillə, əu udallə, əu əzillə, əu uzəllə, əu əzlimə, əu uzləmə, əu əchələ, əu yuchələ aleyyə.)
«Allahım! Doğru yoldan azmaqdan və ya azdırılmaqdan, çaşmaqdan və ya çaşdırılmaqdan, zülm etməkdən və ya zülmə məruz qalmaqdan, cahil olmaqdan və ya mənə qarşı cahillik edilməsindən Sənə pənah aparıram».
Evə girərkən edilən zikr:
(Bismilləhi vələcnə və bismilləhi xaracnə və aləllahi Rabbinə təvəkkəlnə)
«Allahın adı ilə girdik, Allahın adı ilə çıxdıq və Rəbbimiz olan Allaha təvəkkül etdik!» Sonra ailəsinə salam versin.
Azan zikrləri:
(Azan eşidildikdə) müəzzinin dedikləri təkrar olunmalıdır. Yalnız:
(Hayyə aləs-saləh! Hayyə aləl-fələh!)
«Namaza tələsin!», «Nicat tapmağa tələsin!» ifadələrinin hər biri:
(Lə həulə və lə quvvətə illə billəh!)
«Qüdrət və güc yalnız Allaha aiddir!» ifadəsi ilə əvəz edilməlidir.
(Və ənə əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluhu. Radıtu billəhi Rabbən və bi Muhəmmədin rasulən və bil-isləmi dinən.)
«Mən də şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Allahın Rəbb, Muhəmmədin elçi və İslamın din olduğundan razıyam!» Bu, müəzzinin şəhadət gətirməyinin ardınca deyilir.
Azanı eşidib müəzzinin dediklərini axıra qədər təkrar edən şəxs söylədiklərini bitirdikdən sonra Peyğəmbərə salavat gətirməlidir. Sonra da bu duanı oxumalıdır:
(Allahummə Rabbə həzihid-də'vətit-təmmə vəs-səlatil qaimə əti Muhəmmədən əl-vasılətə vəl-fadılətə, vəb'ashu məqamən məhmudənilləzi va'adtəhu.)
«Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır».
Azan və iqamə arasında özünüz üçün dua edin. Çünki bu vaxt edilən dua cavabsız qalmır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ermənistan sərhədlərinə qayıdır
Zaxarova əsirlərin dəyişdirilməsindən danışdı
Qardaş qısqanclığı
Kiyev milisi odlu silaha əl atacaq
Bengü nişanlandı - FOTO
Bəşər Əsəd dürüstlük testindən keçdi
Yayın qısa saç trendləri
Çay sodasının faydaları
Dəbli polto modelləri
Qaşlar niyə tökülür?
150 balla bu ixtisaslara daxil ola bilərsiniz - SİYAHI
Kəmaləddin Heydərov: “FHN Suqovuşan su anbarını mühafizəyə götürüb”
Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - CƏDVƏL
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 50 yeni yoluxma
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Şəhidimiz torpağa tapşırıldı
Sarımsağın faydaları haqqında
Broyler toyuğunda təhlükə
Stilini dəyişən Porsche 911
Koronavirusun qorxunc təsiri
Közlənmiş qarğıdalı və makaron (foto resept)
Tərxunun xeyri nədir?
Sıla onunla ayrıldı
Xəzərdə zəlzələ olub
Limonun ən faydalı beş cəhəti.
Can Yamanla Demet münasibətlərini gizlədə bilmədilər-FOTO
Maus və klaviaturasız kompüter
Dünyaca məşhur aktrisa öldü-FOTO
Təəccübləndirən müştərilər
İstidə işləmək qadağan edildi
Körpənin inkişafı
Makiyajda səhvlərə son
Yer kürəsinin əkizi tapıldı
ASAN Xidmətdə işləmək istəyənlərə ŞAD XƏBƏR
Günün qoroskopu:Uğurlu gündür!
Kardi-B saçlarının təbii halını göstərdi-FOTO
Pesto souslu balıq (foto resept)
4 K ekran hazırlanıb
Dünya səyahətinə çıxan məşhur cütlük-FOTO
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlandı
Qeyri-adi ayaqqabılar
Şəhzadə Harry və Meghanın toyu
Orucun qəbul olunmasının mühüm meyarları
Hande Erçel və Kerem Bürsinin yeni serialı bəlli oldu
Maraqlı vəziyyətdə qalan Ukrayna
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Sofiya Verqara sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Necati Şaşmazdan Amerikada evlilik xəbərlərinə AÇIQLAMA
Kardi B "Muhteşem Yüz Yıl"a heyrandır-FOTO
Uşaqların gülməli fotoları
- ŞƏRHLƏR