Əlif diqqətlə oxuduğu kitabı yavaşca yerə qoydu. Son oxuduğunu daha yaxşı anlaya bilmək üçün gözlərini bir yerə dikmiş, hərəkətsiz bir şəkildə düşünürdü. Uzun müddət bu şəkildə düşündükdən sonra sürətlə kitabı götürdü, son oxuduğu yeri diqqətlə bir daha oxudu. Hər oxuduğunda üzü bir az daha asılır, yaxşıca anlamağa çalışırdı.
"İnsan sevdiyi ilə birgə diriləcək".
Bu hədisi oxuduqdan sonra sevdiklərini və sevmədiklərini bir daha nəzərdən keçirmək lazım olduğunu düşündü. Davamlı bir yerdə olduğu insanlarla, qonşularıyla, qohumlarıyla, qan bağı olanlarla və ya hər hansı şəklidə ticari əlaqəsi olanlarla da deyil, sevdikləriylə birlikdə dirilmək. Sonra başqa bir hədisi xatırladı.
"Allah üçün sevin və Allah üçün nifrət edin".
Bu iki hədisi bir yerdə düşündüyü zaman hər şey beynində bir az da şəkil almağa başladı.
"Allah üçün sevdiklərimizlə birlikdə diriləcəyik" deyə qəlbindən keçirdi. Özünün və ətrafındakı insanların sevdiklərini və sevmə səbəblərini bir-bir fikirləşdi. Sevdiyi insanlar kimlər idi və niyə sevirdi onları?
Axşamkı xəbərlərdə gördüyü bir hadisə gəldi ağlına. Bir pop ulduz onu seyr etməyə gələn gənclərin arasında idi və bir aparıcı onlara yaxınlaşaraq soruşdu:
- Səhnədəki müğənni üçün nə fikirləşirsiniz? Onu çoxmu sevirsiniz?
Hamı bir ağızdan:
- Sevmək nə sözdür, biz ona heyranıq. Onun üçün ölərik - dedi.
Onların cavablarını düşündü. Heyran olmaq və yolunda ölmək - bunlar bəşər üçün edilə bilməyəcək şeylər idi. Yaradan üçün deyilməsi lazım olan bu sözlər bir bəşər üçün sərf edilmişdi.
Ağlına üst qatdakı qonşunun 10 yaşındakı oğlu gəldi. Otağının divarları tərəfdarı olduğu komandanın futbolçularının şəkilləriylə dolu idi. Heç bir ayəni, heç bir peyğəmbəri və sevgililər sevgilisinin həyatından heç bir cümlə bilməyən bu uşaq futbolçuların atdığı qoldan tutmuş, transferlərinə və şəxsi həyatlarına qədər hər şeyi bilirdi. O da bu futbolçuları çox sevdiyini söyləyirdi. Onun sevgisinin səbəbi nə idi görən?
Sonra qohumlarından Əhməd bəy gəldi ağlına… Qohumlardan iki qardaş haqqında belə deyirdi:
- Kiçik olanı çox sevirəm mən.
Böyük qardaş imanlı, Quranı həyatına daşımağa alışan, ailə həyatında da yoldaşı və uşaqlarıyla İslamı özlərinə yamayan deyil, İslama özlərini həsr edən və Allah rizası, qul haqqını gözləyən biri, kiçik qardaş bunun tam əksi idi. Alnı bir dəfə səcdəyə dəyməmiş, həyatında İslami heç bir hökmü tətbiq etməyən, ailə həyatında da özü kimi imansız birini seçərkən evlərində Allahın adının xatırlanmadığı, öz düşüncələrinin əksi olan insanlarla əlaqəsini qoparmış biri idi.
Əhməd bəy özü hərdənbir namaz qılan biri idi, buna baxmayaraq, belə deyirdi:
- Mən kiçik olanını çox sevirəm. Çünki o, mənə və yoldaşıma hədiyyələr verir. Hətta son dəfə mənə bir telefon bağışladı. Bu dövrdə qarşılıqsız kim kimə nə verir ki? Məhz bunun üçün kiçik qardaşı daha çox sevirəm.
Əhməd bəy sevmək üçün mənfəətinə yarayan birini seçmişdi.
Əlif beynindəki suallar arasında titrək bir səs tonuyla hədisi bir daha dedi:
- Sevdiklərimiz və sevmə səbəblərimiz. "Adam sevdiyi ilə birgə diriləcək".
Daha sonra əllərini açdı və dua etməyə başladı:
- Ya Rəbbim! Sən bizi yalnız Sənin razılığın üçün sevənlərdən et. Mənfəətimizə yaradıqları üçün səndən uzaq olanları deyil, mənfəətimizə yaramasa da sənə yaxın olanları sevənlərdən et. Cəmiyyətin bütləşdirdiklərini şüursuzca bütləşdirənlərdən deyil, İbrahim (a.s) kimi bu bütləri yıxanlardan et. Yenə İbrahim (a.s)in uşaqları və ətrafındakılar üçün etdiyi duada olduğu kimi, "Rəbbim məni və mənim soyumdan gələcək olanları namazlarında daim et. Rəbbimiz, sən bizim dualarımızı qəbul et. Rəbbimiz, hesabın ediləcəyi gün məni, ana və atamı və bütün inananları bağışla... Amin".
XƏBƏR LENTİ
Dünyanın ən gözəl saçlı şirinin FOTOları
İlk tibbi yardım göstərən robot yaradılacaq
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Avropa Azərbaycanın əməliyyatından qorxdu
Kriştianu Ronaldu tam hazırdır
Uzunömürlülərin qidası
Ronaldodan yeni il ab-havalı AİLƏ FOTOsu
Dəmir yolunda qiymətlər qalxır?
Bakı və Abşeron yarımadasında içməli suya olan tələbat artacaq
Azərbaycanda Gənclər günüdür
BÜRCLƏR bizə nə vəd edir?-22 Yanvar
Sellofanlar üçün torba
Günəbaxan tumları insanı cavanlaşdırır
Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı
Vanqadan varlanmaqla bağlı TÖVSİYƏLƏR
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
"Çukur" serialının çəkilişləri təxirə düşdü
Adel şirkətinə 22 milyon manat qazandırıb
Günün ulduz falı
Sevdiyin insanı ölçülü sev
Xarabalıqları fantastik dünyaya çevirən
Şuba salatı (foto resept)
Temperatur artır
Manatın taleyi necə olacaq?
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Saç uzadan kök maskası
Yarım əsrlik gözəllər
Nazirlərimiz necə NAZ-lı olacaq?
Sağlam bir həyat üçün qarpız
Poçtda dekoderlərin satışı yardımçı tədbirdir
Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması: "Gündəmdən çıxsın"
Microsoft və Yahoo! əməkdaşlığa son qoyur
Böyük yalan üzə çıxdı
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Ev şəraitində lülə-kabab (foto resept)
Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
Azərbaycan himni Moskvada səsləndi və bayrağı yüksəldi!
Uşaqlarımıza qayğı göstərək
İlk kosmik turist təqdim edildi
Xətasız tərbiyə
Şuşanın ecazkar “İsa bulağı”ndan yeni görüntülər - VİDEO
Günün ulduz falı
Xalçadakı heyvan tükləri və sabunlar haqda
Saxta erməni pilot görüntüləri
Dünya Kubokunda 3-cü olduq
Əzələ ağrıları üçün xalq təbabəti üsulları
Müdafiə Nazirliyi: “Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb”
Bu günün tarixi (27.09.2014)
Rusiya şokdadır: rubl dibə vurdu
Rus dili - РҐС…
- ŞƏRHLƏR