Azan və İqamə
Müsəlmanları namaza çağırmaq üçün müəyyən zamanlarda müəyyən cümlələri uca səslə söyləməyə Azan deyilir. Azan, kişilər tərəfindən minarələrdə (yüksək bir yerdə) oxunur. Azan oxuyana müəzzin deyilir.
Gün ərzində beş vaxt fərz namaz vardır. Buna əsasən də gündə beş dəfə azan oxunur.
Qeyd: Sabah azanından başqa, oxunan digər azanlarda fərq yoxdur.
Sabah azanında:
“Həyyə alal-falah”-dan sonra iki dəfə: “Əs-salatu xayrun minən-naum” (“Namaz yuxudan daha xeyirlidir”) - deyilir. Namaz vaxtı girmədən azan oxunmaz. Əgər oxunubsa, namaz vaxtı girəndən sonra təkrar oxunmalıdır.
Qadınlar azan oxumaz. Azanın mübarək cümlələri belədir:
Allahu Əkbər (4 dəfə) (Allah böyükdür)
Əşhədu ən la ilahə illallah (2 dəfə) (Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur)
Əşhədu ənna Muhəmmədər-Rəsulullah (2 dəfə) (Şahidlik edirəm ki, Məhəmməd (s) Allahın rəsuludur.
Hayya aləs-salah (2 dəfə) (Namaza gəlin)
Hayya alal-falah (2 dəfə) (Qurtuluşa gəlin)
Allahu əkbər (2 dəfə)
La ilahə illallah (1 dəfə) (Allahdan başqa ilah yoxdur)
Unutma:
Azan oxunarkən azanı dinləmək və müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir. Ancaq “Hayyə aləs-salah” və “Hayyə alal-falah” cümlələri təkrarlanmır. Onların yerinə “La havlə və la quvvatə illa billahil-aliyyil-azim” deyilir. Azan oxunduqdan sonra isə “Vəsilə duası” oxumaq sünnətdir. Peyğəmbərimiz (sav) bu duanı əshabına öyrətmiş və bunu oxuyana şəfaət edəcəyini buyurmuşdur.
Vəsilə duası:
Allahummə Rabbə həzihid davatit tammeti ves salatil qaiməti ati Muhammədən vasilətə val-fadilətə vabashu maqamən mahmudan əlləzi vaadtəh.
Mənası: Allahım! Ey bu azanın və qılınmaq üzrə olan namazın Rəbbi! Məhəmməd əleyhis-salama vəsilə dərəcəsini (yəni cənnətdə yüksək bir məqam olan Vəsiləni) və fəziləti ver. Onu özünə vəd etdiyin tərifəlayiq məqama (ən böyük şəfaət məqamına) çatdır.
İqamə
Fərz namazlarından əvvəl namaza dəvət üçün müəyyən mübarək sözlərin uca səslə deyilməsinə “İqamə” deyilir.
İqamənin cümlələri eynilə Azan cümlələri kimidir. Ancaq bir əlavə vardır: 2 dəfə “Hayya aləl –falah” dedikdən sonra, 2 dəfə də “Qad qamətis-salah” deyilir. Bunun mənası “namaz başladı” deməkdir.
Qeyd: Təkbaşına namaz qılanların da fərz namazlarından öncə “iqamə” demələri daha yaxşı olar.
Namaz kimlərə fərzdir
Müsəlman və ağlı başında olan hər bir şəxsə, yetkinlik yaşına çatdığı andan (qadınlar 9, kişilər isə 12, hər ikisi ən geci 15 yaşında) ölənədək namaz qılmaq fərzdir. Allah Rəsulu (sav) hədisdə belə buyurur: “7 yaşına çatan uşaqlarınızı namaza alışdırın, 10 yaşına çatanda namaz qılmazlarsa, cəzalandırın.” 7 yaşına çatmış uşağı namaza alışdırmaq hər ata-ananın borcudur.
Namazlar neçə qismə bölünür?
Namazlar - Fərz, vacib və nafilə olmaq üzrə üç qismə bölünür:
1. Fərz namazlarının özü də iki hissəyə bölünür:
a) Fərzi-ayn olan namazlar - yetkinlik yaşına çatmış hər bir müsəlmana fərz olan namazlardır. Gündə beş dəfə qılınan namaz və cümə namazı fərzi-ayndır.
b) Fərzi-kifayə olan namazlar - müsəlmanların bəzilərinin qılması ilə digərlərinin üzərindən düşən namazlardır. Məsələn: Cənazə namazı - fərzi-kifayədir.
2. Vacib olan namazlar: Vitr namazı - Ramazan və Qurban bayramı, nəzir, təvaf və pozulan nafilə namazlarının qəzası kimi qılınan namazlardır.
3. Nafilə namazları: Təravih, Günəş və Ay tutulması, Təsbih, İstixarə, Hacət, Təhəccüd, Duha namazları kimi 90-a yaxın namazdır.
Fərz namazları
Ağlı başında olan hər bir müsəlman yetkinlik yaşına çatdığı andan etibarən gün ərzində beş dəfə namaz qılmalıdır. Bu beş namazın hər birinin özünə xas vaxtları vardır.
Namaz vaxtları və namaz rükətlərinin sayı
1. Sübh namazı:
a) Vaxtı – Dan yeri ağarandan günəş çıxanadək qılınmalıdır. Dan yeri ağarmadan sübh namazı qılınmadığı kimi, Günəş çıxdığı andan etibarən 50 dəqiqə ərzində sübh namazı qılınmaz. Çünki bu günəşə sitayiş edənlərin ibadət vaxtı olduğu üçün bu saatda namaz qılınmaz.
b) Rükət sayı: Sübh namazı 4 rükətdən ibadətdir. Əvvəlcə 2 rükət sünnəti, daha sonra isə 2 rükət fərzi qılınır.
2. Zöhr namazı:
a) Vaxtı: Günəş zenit nöqtəsindən (tam ortadan) qüruba meyl etməyə başladığı andan etibarən hər şeyin kölgəsinin iki misli olduğu anadək qılınır.
Günəş tam ortada-zenit nöqtəsində ikən, namaz qılmaq məkruhdur. Zöhr namazının başladığı ana 45 dəqiqə qalmış kərahət vaxtı başlanmış sayılır.
b) Rükət sayı: Zöhr namazı 10 rükətdir. Öncə 4 rükət-ilk sünnəti, sonra 4 rükət-fərzi, daha sonra isə 2 rükət-son sünnəti qılınır.
3. Əsr namazı:
a) Vaxtı: Zöhr namazının çıxdığı andan etibarən əsr namazının vaxtı başlayır. Günəş batanadək qılına bilər. Lakin günəşin batdığı anadək əsr namazını gecikdirmək bəyənilmir.
b) Əsr namazı 8 rükətdir. Öncə 4 rükət sünnəti, daha sonra isə 4 rükət fərzi qılınır.
4. Məğrib (axşam) namazı:
a) Vaxtı: Günəş tam batdığı andan, qürubdakı qırmızı şəfəq yox olan zaman içərisində qılınır.
b) Məğrib namazı 5 rükətdir. Əvvəlcə 3 rükət axşam namazının fərzi, ardınca isə 2 rükət sünnəti qılınır.
5. İşa (gecə) namazı:
a) Vaxtı: axşam namazının vaxtı qurtaran kimi işa namazının vaxtı başlayır. İşa namazı Sübh namazının vaxtı başlanan anadək qılına bilər.
b) Rükət sayı: Vitr namazı ilə birlikdə 13 rükətdir. Öncə 4 rükət sünnət, sonra 4 rükət fərz, 2 rükət son sünnət və 3 rükət vitr namazı qılınır.
Qeyd: Hər namaz öz vaxtı içində qılınmalıdır. Üzrlü bir səbəbdən ötrü öz vaxtında qılınmayan namaz, başqa bir namazın vaxtında da qəza edilə bilər. Camaatla qılınan namaz təkbaşına qılınan namazdan 17 dəfə fəzilətlidir.
Rükət nə deməkdir?
Bir namazda təkbir (Allahu Əkbər), qiyam, qiraət, rüku və 2 səcdədən meydana gələn qism “1 rükət” adlanır. Bu, ikinci dəfə təkrarlanarsa ikinci rükət, 3-4-cü dəfə təkrarlandıqda isə üçüncü və dördüncü rükət adlanır.
Kərahət vaxtları hansılardır?
(Hansı vaxtlarda ibadət etmək olmaz)
Günəş doğarkən, tam ortada (zenitdə) ikən və batarkən fərz, vacib və nafilə namazlar qılınmaz. Ancaq Cənazə namazı, tilavət səcdəsi və başlanmış olan nafilə namazlar məkruh olsa da qılına bilər.
Qeyd: Gün ərzində qılınan namazların 17 rükəti fərzdir. Fərzlər tərk edilməməli, mütləq qılınmalıdır. Sübh namazının 2 rükəti, zöhr namazının 4 rükəti, əsr namazının 4 rükəti, axşam namazının 3 rükəti və işa namazının 4 rükəti fərzdir. İşa namazından sonra qılınan Vitr namazı vacibdir. Vacib namaz da mütləq qılınmalıdır.
Gündə 5 dəfə qılınan sünnət namazlar isə 20 rükətdir. Sübh, zöhr və axşam namazlarının sünnətləri ilə, işa namazının son sünnəti müəkkəd sünnətdir, yəni Peyğəmbərimiz (sav) hər zaman bunları istisnasız qılmışdır.
Əsr və İşa namazlarının fərzlərindən öncə qılınan sünnətlər isə qeyri- müəkkəd sünnətlərdir. Yəni Peyğəmbərimiz (sav) bunları qılmaqla yanaşı, qılmadığı zamanlar da olmuşdur.
Ümumiyyətlə, sünnət namazları qılmaqda böyük savab vardır. Digər tərəfdən Sünnət namazlarını qılmamaq da olar. Lakin Peyğəmbərimizin sünnətinə qarşı çıxmamaq və onun şəfaətindən məhrum olmamaq üçün hər bir sünnətinə əməl etməyə səy göstərməliyik. Allah Rəsulu (sav) bir hədisində: “Sünnətimi tərk edən məndən deyildir” - deyə buyurmaqdadır.
XƏBƏR LENTİ
4 günə 4 kiloqram arıqladan pəhriz
20 düşmən əsgəri məhv edildi
Sobada toyuq( foto resept)
"Yeni il fişəngi" salatı (foto resept)
Lavrov və Kerri Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər
Hər kəs kralın nişanlısına baxmaq istədi-Sayt çökdü
"Şahdəniz"in işlənməsi üzrə müqavilənin müddəti 2048-ci ilə kimi uzadılır
Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı
Mehriban Əliyeva qızları ilə bayram şənliyində - FOTO
İsraildə Azərbaycandakı tolerantlığı əks etdirən fotosərgi keçirilir
3 yaşında itən qızın 24 il sonra valideynlərinə qovuşdu
Azərbaycanda təhlükəli virus
Beş rayonda qaz olmayacaq - Xəbərdarlıq
Koronavirus mutasiyaya uğrayıb: 260 dəfə daha təhlükəli hal alıb - VİDEO
Fransa Kuboku: PSJ öz evində biabır oldu
İpək kimi saçlar üçün mayonez maskası
Səhiyyə Nazirliyindən əhaliyə VACİB XƏBƏRDARLIQ
Soyuq havalarda uşaqları necə geyindirməli?
Alkoqolun əsir aldığı kişilərlə necə rəftar etməli?
Müəllimlər mənzillə təmin olunsun
Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi - RƏSMİ
İt internet ulduzuna çevrildi - FOTO
Ziyafət geyimləri
Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti tam olaraq ordumuzun nəzarətindədir”
Melaniya Tramp: “Donald rahatlıq tapmayacaq”
Gəncədə 5 zavod tikiləcək
İsmayıllı qar yağdı - FOTO
Zəngilan rayonunun görüntüləri - VİDEO
Bakıda avtobus sahiblərinə qarşı şərtlər irəli sürüldü.
Azərbaycanda bu iş yerlərində bayram tətili olmayacaq - SİYAHI
Vaksin üzərində çalışan türk həkimdən şad xəbər
Azərbaycandilli Vikipediya bizi qane edirmi?
Göz rənginə görə ənlik seçimi
Nazirlikdən xəbərdarlıq: güclü külək əsəcək
HAVA necə olacaq? 24 İyun
Macar pizzası
İkimərtəbəli elektrik qatarları Azərbaycana göndərilib
İlham Əliyev nazirə vaxt verdi
İnanılmaz hadisə: Satmaq üçün apardığı qoyunu...
Sobada südlaç (foto resept)
47.3 milyon manatlıq nadir brilliant üzüyü kim alıb?
Azərbaycanda koronavirusa yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ
Bu gün Nobel mükafatları təqdim olunacaq
Gecə lampaları
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Bu gecə Azərbaycanda saatların əqrəbi çəkiləcək?
İnternat evlərində göstərilən sosial xidmətlər genişləndiriləcək
"Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" kitabı nəşr olunub
Ballı suyun sağlamlığa faydası
Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar Fransanın Reyms şəhərində tədbirlər keçiriləcək
- ŞƏRHLƏR