Qayıdış əvəzliyi
Azərbaycan dilində yalnız isimləri deyil, isim yerində işlənən şəxs əvəzliklərini də əvəz edən, subyekti dəqiqləşdirən və ya özü də subyekt kimi çıxış edən bir əvəzlik var. Buna qayıdış əvəzliyi deyilir.
Qayıdış əvəzliyi “ öz” sözünə əksərən mənsubiyyət şəkilçisi əlavə etməklə düzəlir:
Mən öz-üm
Sən öz-ün
O öz-ü
Biz öz-ümüz
Siz öz-ünüz
Onlar öz-ü ( öz-ləri)
Qayıdış əvəzliyi cümlədə müstəqil söz kimi işlənərək subyekti bildirir.
"Öz" sözü mənsubiyyət şəkilçisi olmadan da işlənə bilir. O zaman "öz" sözünün hansı şəxsə mənsub olduğunu ondan sonra gələn sözlə müəyyən etmək olar.
Məsələn:
Öz kitab-m
Öz kitab-ın
Öz kitab-ı
Öz kitab-ımız
Öz kitab-ınız
Öz kitab-ları
Qayıdış əvəzliyi isimləri və isimləri əvəz edən əvəzlikləri də əvəz edə bildiyi üçün isim kimi hallanır.
"Də" ədatı ilə işlənən qayıdış əvəzliyi “özü də” bağlayıcısına bənzəyir. Məsələn:
O, özü də çox narahat idi.- cümləsində "özü" qayıdış əvəzliyidir.
O, çox darıxırdı, özü də çox narahat idi.-cümləsində isə “özü də” bağlayıcıdır. Yəni “həm də” bağlayıcısına bərabərdir.
Sual əvəzlikləri
Şəxsi, əşyanı, əlaməti, kəmiyyəti, hərəkəti, müəyyənləşdirmək üçün işlədilən əvəzliklərə sual əvəzlikləri deyilir.
Sual əvəzlikləri bunlardır: kim? nə? hara? necə? nə cür? hansı? neçə? nə qədər? niyə? nə üçün? nə səbəbə? nə məqsədlə? haçan? nə zaman? nə vaxt? və bütün zamanlara,şəxsə görə dəyişə bilən nə edir? sual əvəzliyi.
Əvəzliyin bütün başqa növləri nəqli cümlələr üçün leksik materialdır.Sual əvəzlikləri isə sual cümlələrini yaradan əsas vasitələrdən biridir.
Sual əvəzlikləri təkcə əvəz etdikləri nitq hissələrini deyil, cümlə üzvlərini də müəyyənləşdirmək vəzifəsini yerinə yetirir.
Kim və nə əvəzlikləri bir sıra məna çalarlarına malikdir. Məsələn:
Kim bilir o gün uşaq nə qədər qorxmuşdu. –cümləsində kim bilir = heç kim.
Kim bilmir ki, sənin nə qədər adi biri olduğunu? – cümləsində kim bilmir = hamı
A...nə gözəl gün çıxıb! –cümləsində nə = necə
Bu çanta nə ağırdır?- cümləsində nə = niyə?
Mənim burda olduğumu nə bildin? –cümləsində nə = hardan
Qeyri-müəyyənlik bildirən əvəzliklər
Cümlədə konkret olmayan əşyanın, şəxsin adı əvəzində işlənən əvəzliklərə qeyri-müəyyənlik bildirən əvəzliklər deyilir.
Əvəzliyin bu növünün işləndiyi cümlələrdə şəxsin, əşyanın adı qeyri-müəyyən olaraq qalır. Sual əvəzliyi vasitəsilə müəyyənləşdirmək istədiyimiz şəxs, əşya, əlamət, kəmiyyət, hərəkət cavab cümləsində özünü göstərsə də, qeyri-müəyyənlik bildirən əvəzliklərin işləndiyi cümlələrdə əşya və hadisələr özünü bilavasitə göstərmir və onun qeyri-müəyyən qalması dinləyəni və ya oxucunu narahat etmir.
Qeyri-müəyyənlik bildirən əvəzliklər kim, nə, bir, kəs, hər tipli bir sıra sözlərin müxtəlif köməkçi söz, ədat və şəkilçilərlə birləşməsi nəticəsində əmələ gəlir.
1. Kim sual əvəzliyinin iştirakı ilə düzələnlər: kimisi, kimi, kim isə, hər kim. Məsələn: Kim isə gəldi. Kimisi yemək bişirir, kimisi ev təmizləyir. Hər kim bu sözü deyib, irəli çıxsın və s.
2. Nə sual əvəzliyinin iştirakı ilə düzələnlər: nə isə, nəsə, hər nə, hər nə isə Məsələn: nəsə bu ad mənə tanış gəldi.Qutuda nə isə var idi və s.
3. Bir, hər sözünün iştirakı ilə düzələnlər: biri, birisi, hər biri, hər birisi, bir neçəsi, bir şey, hər şey və s. Məsələn: Hər biri yetişkin insanlardır. Biri dəli olanda biri də ağıllı olar. Ağacın bir neçəsini külək aşırmışdı və s.
4. kəs sözünə hər, bir, filan sözlərinin birləşməsilə: hər kəs, hər bir kəs, filan kəs, o kəs, bu kəs və s. Məsələn: Hər kəs həddini bilsin! Sonra deməyin ki, filan kəs belə dedi. O kəs ki Məhəmməd s.a.v-ı tanımır, müsəlman deyil və s.
Bunlardan əlavə hərə, hamı, hamısı, bəzisi, bəziləri, neçəsi kimi qeyri-müəyyənlik bildirən və çox işlənən əvəzliklər də var.
Qeyri-müəyyənlik bildirən əvəzliklər isimləri və isimləşmiş sözləri əvəz etdiyi üçün isim kimi hallanır. Məsələn:
Kimisi
Kimisinin
Kimisinə
Kimisini
Kimisində
Kimisindən və s.
Kim isə, nə isə, nəsə, hər nə isə əvəzlikləri hallanmır.
İnkar əvəzliklər
Əşyanın əşyaya məxsus olmadığını bildirən əvəzliklərə inkar əvəzlikləri deyilir.
İnkarr əvəzlikləri əşyanın, əlamətin, keyfiyyətin, kəmiyyətin, xüsusiyyətin olmadığını, qeyri-real olduğunu bildirir. Çox işlənən inkar əvəzlikləri bunlardır : keç kim, heç kəs, heç nə, heç biri, heç kimsə, kimsə, heç bir şey və s. Məsələn:
Otaqda kimsə var? Heç kimsə mənə mane ola bilməz. O heç nə olmamış kimi sakitcə otaqdan çıxdı və s.
İnkar əvəzlikləri daha çox isimləri əvəz edir, isim kimi hallanır, mübtəda, tamamlıq vəzifələrində işlənir. Məsələn:
Heç nə onun vecinə deyildi. –heç nə = mübtəda
O heç kimi qınamırdı. Heç kimi = tamamlıq.
XƏBƏR LENTİ
Prezident sərəncam imzaladı: 8 milyon ayrılsın
Azad Söz (5-ci hissə)
Göbələkli dolma resepti (foto resept)
Cəbhədə yenidən atışma
Bu gündən Azərbaycanda qəbul imtahanlarına start verilir
Doğum gününüzə görə hansı heyvansınız?-Test
Rihanna ərəb milyarderə ərə gedir - FOTO
Qızımıza yubka hazırlayaq
Aişvariya Rai və qızı da koronavirusa yoluxdu-FOTO
Ağ pizza (foto resept)
ÜST-dən məyusedici peyvənd açıqlaması
Qubada alma bayramı keçiriləcək
Manatın dünya valyutalarına nisbətdə məzənnəsi
İnanılmaz parça: qışda isti, yayda sərin
Növbəli işin zərəri
Koronavirusa yoluxanların sayı 198 mini keçdi
Dumanlı gözlər makiyajı (foto və video dərs)
Tuba 38 yaşını belə qeyd etdi
Sinan Akçıl AÇIQLAMA verdi-FOTO
Dəm qazından niyə boğuluruq? - SƏBƏBLƏR
Beren Saat serialındakı ölümdən yazdı
İntim gellə qaşınmaya son
Ərdoğanın ən yaxın silahdaşı siyasətdən gedir
Bakının yeni avtobusları xəttə çıxdı
Toyuqlu boxça (foto-resept)
Ramazanla bağlı fətva verildi
Dünyanın ən qəribə adətləri
Qazmaqlı toyuq qızartması(foto resept)
Bir saniyə əvvəl: Çox güləcəksiniz
Azərbaycanda ticarət qaydaları DƏYİŞDİ
Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər ölüb
Üzüklər
Yaşıl mərci salatı (foto-resept)
Ağ Evdən Rusiyaya təhdid
Facebook-a rəqib gəlir
Saçlarımızı itirməyək!
Azərbaycanlı alim koronavirusun dərmanını tapıb - VİDEO
Hakerlər Google rəhbərinin akkauntunu sındırdılar
Manat möhkəmləndi
"Hər şey gözəldir həyatda"...
Tez qocalmağa səbəb olan 5 vərdiş
Ancelina Coli:"Hesab edirdim ki..."-FOTO
Bəhram Bağırzadə koronavirusdan sağaldı
"The Simpsons" sevənlərə bəd xəbər
Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu
Qartopu şirniyyatı (foto-resept)
Makiyaj qadın xarakteri barədə nələri deyir?
Həyatımızı puç edən səhv: "Nə edək, yaşamayaqmı?"
ABŞ-da anomal hava şəraiti: Temperatur bir gündə 30-33 dərəcə aşağı düşdü, qar yağdı
Lavanda yağının faydaları
- ŞƏRHLƏR