Esmiralda
Mən fərqli yerlərdə olmağı, ən çox fərqli mədəniyyətlərlə tanış olmağı sevirəm. Azərbaycanda bir çox bölgələrdə: Balakən, Qax, Şəki, Qəbələ, Gəncə, Daşkəsən, Xanlar, Mingəçevir, Lənkəran, İmişli, Bərdə, Yevlax dəfələrlə olmuşam. Qubada olmağı isə çox istəyirəm, inşAllah. Arzum ölkəmizin bütün bölgələrində olmaqdır.. Xarici ölkələrdən Gürcüstan, Türkiyə, İran və Hollandiyada olmuşam. Olmaq istədiyim xarici ölkə isə Yaponiyadır.
Seli
Mən səyahət etməyi yalnız sevdiklərim yanımda olanda xoşlayıram. Tək və ya başqa şəxslərlə ləzzət eləmir. Səyahətlərim həmişə qısa sürüb, ən çox 3 gün Gəncədə qalmışam. Ümumiyyətlə Azərbaycanın bütün bölgələrində olmaq istəyirəm, ancaq yalnız yaz və yay aylarında. Səhhətimlə əlaqədar iqlim dəyişikliyi mənfi təsir etdiyinə görə məcburiyyət olmadıqda payızda və qışda səyahət etməyi sevmirəm. Səyahətlərim arasında ən xoş xatirələrlə yadımda qalan Quba rayonuna getməyimiz olub. Demək olar ki, bütün sevdiklərim, qohumlarım hamısı orda idi. Düz 6 maşın adam getmişdik. Bizimkilərin çox deyib-gülən olduğunu da nəzərə alsaq, ordakı məzəli əhvalatları əminəm ki əyləncəni sevən hər kəs yaşamaq istəyər. Vətənimin elə səfalı yerlərində sevdiklərimlə birlikdə olmağı dünyanın heç bir yerinə dəyişmərəm. Çünki məni xoşbəxt edən qəlbimin zövq almasıdır.
๑۩۞۩l_BEST MODEL_๑۩۞۩๑
Azərbaycanın hər bir guşəsi gəzməli-görməli yerlerdi. Mən də çox yerdə olmuşam, məsələn Qəbələdə, Şəkidə, Astarada, Lənkəranda, Neftçalada, Salyanda. Çox gözəl, gəzməli yerlərdir. Olduğum ölkələr isə Rusiyadır. İndi hal-hazırda ordayam, demek olar ki gəzməyə gəlmişəm. Olmaq istədiyim ölkələr Turkiyə, İtaliya, Braziliya, ABŞ-dır. Bu yerləri görməyi çox istiyərəm. İnsallah qismət olar.
Tatlim
Canım, ilk öncə sənə təşəkkür edirəm məni xəbərinə dəvət etdiyin üçün. Olduğum ölkə Rusiyadır. 2 il yaşamışıq orda. Getmək istədiklərim Türkiyə (İstanbul), Fransadır (Paris). İnşaAllah qismət olar, gedib gəzərik.
Melek
4 yaşımda Rusiyanin Sankt-Peterburq şəhərinə getmişik ailəmlə birlikdə, 5-6 yaşımda orda bağçaya getmişəm. Bağçamızı hələ də xatırlayıram, çox gözəl idi, müəllimələrimiz çox mehriban, çox gözəl insanlar idi. Sonra 7 yaşımda orda 1-ci sinifə getdim və çox şükür məktəbimiz, müəlliməmiz və uşaqlarımız da yenə çox mehriban, çox yaxşı insanlar idi. 8 yaşımda 1-ci sinfi bitirdim və Vətənə qayıtdıq, 2-ci sinifdən təhsilimi burada alib bitirdim. InşAllah gələcəkdə yenə gətmək istəyərəm Sankt Peterburqa, ordakı yerləri, məktəbimizi yenidən görmək istəyərəm. Başqa ölkələrə də marağım çoxdu, bir çox şəhərlərdə. Və əlbəttə ki qardaş ölkəmiz Turkiyədə də olmaq, onun bir-birindən gözəl şəhərlərini görmək istəyərəm. Lakin ən sonda öz vətənimə qayıdıb və Vətənimdə yaşamaq, iş sahibi olmaq istəyərəm.
L.M
Mən səyahət etməyi çox sevirəm. Demək olar ki, Azərbaycanın çox yerində olmuşam. Xarici ölkələrdən də Gürcüstanı və Rusiyanın bir neçə şəhərini gəzmişəm. Deyərdim ki, Azərbaycan kimi səliqəli-səhmanlı və təmizi yoxdu. Bəlkə də mənə elə gəlir, amma doğrudan da elə gəzməli, görməli yer varsa, o da elə öz vətənimizdi. Çox istərdim Lənkəran tərəflərə gedəm, Allah qismət etsin, oranı da görüm. Hamıya səyahət arzulayıram, özümə də.
GulenaY
Demək olar səyahət hobbimdir, gəzməliyəm, görməliyəm. Başlayaq Azərbaycandan, körpə olarkən Qarabağda Cəbrayılda olmuşam, hərdən yadıma nə isə düşür, danışıram, nənəm deyir canın yanmasın yadında qalıb ki. Heyif ki Qərbi Azərbaycanda ola bilməmişəm, çünki o vaxt heç dünyada proyektim də yox idi, hələ dünyaya gəlməmişdim. Azərbaycanın çox yerlərində olmuşam, Şəmkir, Gəncə, Tovuz, Quba, Şabran, Nabran, Xaçmaz, təzəlikcə Şəkidə, Oğuz, Əli-Bayramlı, Saatlı, Sabirabad, Beyləqan, Ucar, Cəlilabad, Ağcəbədi-bu rayonlarda olmuşam, Zaqatalada, Qaxda, Qusarda olmaq istəyirəm, heç olmamışam. Xaricdə isə Türkiyə, İtaliya, Fransa, Lüksemburq, Polşa, Çexiya, İspaniya, Almaniya, London, Dubay, Maldiv adalarında olmuşam, olmaq istədiyim ölkələr var təbii ki. Məsələn, Hindistan, Braziliya ve Gürcüstanda Batumi və Borjom-orda olmaq istəyərəm. Braziliya karnavalları öz gözümlə canlı görmək istəyirəm, Fransa gəziləsi ölkə deyil, İtaliya, Çexiya zəngin ölkədir hər cəhətdən. İspaniyada İbiza adasında olmaq istəyirəm. Amerikada bir yer var, demek orda meşə var, həmin ərazidə daim yağış yağır, kənarda yağış yoxdu, amma o əraziyə daxil olanda orda daim yağış yağır, havada günəşli ola-ola, bax orda da olmaq istəyirəm. Getdiyim hər ölkədən çay gətirmişəm dəmləyib içməyə, çünki demək olar ən çox elə çay həvəsi ilə yola çıxıram hər zaman.Təbii hamısından başda Məkkədə olmaq arzumdur. Bilirəm ki, bu bir çoxlarının arzusudur, təki arzusunda olanlara Allah qismət eləsin. Səyahət yaxşı bir şeydir, amma sağlıq və pul olandan sonra.
в‚ЄKristal KéLébékв‚Є (Nezrin.M)
Mən də səyahət etməyi xoşlayıram. Azərbaycandan kənara çıxmamışam. Axı bizim vətəndə gəzməli yerlər çoxdu. Ən çox Qəbələni sevirəm. Xarici ölkələrdə olmamışam. Amma ən çox Türkiyəyə, Quş Adasına getmək istəyərəm. İnşALLAH gedərik oranı da gəzərik
SəRRaS
Canım, ilk öncə mən də bu gözəl xəbərində yer ayırdığın üçün sonsuz təşəkkürlər, Allah arzularına çatdırsın səni, yubatdığım üçün də haqqını halal et. Səyahət etmək istədiyim yerlər əlbəttə hamı kimi məndə də var.. Mən Naxçıvan Muxtar Respublikasında böyüsəm də oranın bəzi yerlərini görməmişəm, ilk öncə elə anadan olduğum yerin hər qarışını, hər rayonunu, kəndini görmək istəyərəm. Sonra Azərbaycanın bütün hər yerini uşaqlıqdan görmək arzum olub. Bir söz deyim, mən balaca olarkən dədəmə deyirdim məni xarici ölkəyə apar bir dəfə, mənə dedi səni aparacam xarici ölkəyə, mən də uşaq ağlı sevindim, apardı məni İrana, dedi xarici ölkə istəmirdin, buyur İran bizimlə sərhəddir, yəni elə piyada keçib o tərəfə gəlirik, buna baxmayaraq ora belə sayca 2 dəfə getmişəm, gözəl yerdir. amma əlbəttə bizim yurdumuza çatmaz. Sonra Azərbaycanımızın gözəl yerlərindən olan Qubaya, Qusara, Şabrana getmişəm.Hal-hazırda Ukraynadayam ki buranın neçə şəhərin gəzmişəm. Bir də illərdir arzumdur ki bir Ramazan ayın büsbütün Türkiyədə olum, ondan sonra istəyərəm Gürcustana, bir də Dubaya getmək, amma bunların hamısından çox Müqəddəs torpaqları dünya gözüylə görmək istərdim, təbii ki Allahın izniylə, amma onu da deyim ki, hər insan kimi gəzməyə o qədər də həvəsim yoxdur. Düşünürəm ki günüm xoş keçdikdən sonra ailəm, sevdiklərim sağlam, yanımda olduqdan sonra bu mənə dünyanın hər yerini gəzməkdir... Allahdan hər kəsə xoş günlər, gözəl səyahətlər arzu edirəm.
XƏBƏR LENTİ
Dünyanın ən maraqlı dilləri
Qurban bayramı namazının VAXTI AÇIQLANDI
Böyük Britaniyada “COVİD pasport”ları tətbiq oluna bilər
Dişlərinizi onunla qoruyun !
Azərbaycanda nikahdankənar doğum halları araşdırılacaq
"Azərbaycan bu filmə qadağa qoymayıb"
Bakıda torpaq ucuzlaşıb
Suriyalı qaçqınların sayı 2 milyona çatıb
Alban və erməni kilsələrinin əsas fərqləri açıqlandı - VİDEO
İqtisadiyyat Nazirliyindən bəzi dərmanların qiymətinin artmasına - Münasibət
Ankara Papaya nota verdi
Emin Bakıda film çəkir - FOTO
Xanımlar üçün ziyafət geyimləri
Bakıda yolların biri açılır, digəri isə bağlanır
Hansı qan növü "xərçəng"ə qarşı davamiyyətlidir - Açıqlama
Duyğu xarici qavramalar
WikiLeaks ABŞ-ı ifşa etdi
Alimlərdən SENSASİYALI KƏŞF
Bakıda yayılan pis qoxunun səbəbi bilindi-RƏSMİ AÇIQLAMA
Bakıdakı yeni binalara qaz veriləcək?
Bakının mərkəzi yollarından biri bağlanır
Dinozavrların ən böyük məskəni
Harmoniya
Cem Yılmaz keçmiş xanımından danışdı-FOTO
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
Dadlı salat (foto resept)
Qəribə qadağalar
2017-2018-ci illərdə ən çox qazanan məşhurlar
“Barbi”yə bənzəmək üçün... – FOTO
Rəngli kağızlar, həndəsi fiqurlar
Gömrüklə bağlı mühüm dəyişiklik - Sərhədi maneəsiz keçəcəksiniz
Ali məktəblərin tələbələrə verdiyi biliyin səviyyəsi artırılacaq
Alla Puqaçova hər oxuduğu mahnı üçün 1 milyon alırmış?
Günün ulduz falı
Çingiz "Eurovision" da belə çıxış etdi - VİDEO
Biri-birindən gözəl ayaqqabılar
Rezin uzunboğaz çəkmələr
Barmaqlarda gizlənən təhlükə
Azərbaycanlı gəncin qeyri-adi hobbisi - VİDEO
Aslı 19 il əvvəlin FOTOsunu paylaşdı
Bu gün imtahandır
"Evdə tək" yenidən çəkilir
"Çudo-peçka"lar bağlanır
Tartolet (foto-resept)
Skandinaviya ölkələrinin mətbəx dekorasiyaları
"Bizim Tarla" - Bibər pastası
Pensiyaçılara XƏBƏR VAR: Yanvar ayının ödənişləri ...
Günün ulduz falı - 04.03.2014
4 yaşlı qız milyonları heyran etdi
Eniston indiyədək ana olmaması haqqında danışdı-FOTO
- ŞƏRHLƏR