Qapı döyülür, Ləmanın nişanlısı (hələ ki, ad məxfi saxlanılır) içəri daxil olur.
Hamıyla salamlaşır və bir daha Sevinc qaynanasından icazə alır, Ləmanı götürüb çıxır.
Gəlib restorana çatırlar. İçəri girəndə ReVuŞ özü gələn nişanlı cütlüyü qarşılayır, cütlük də öz hədiyyələrini verib təbrik edirlər.
Yagmur Damlası və Fidan yaxınlaşıb Ləmanla görüşürlər.
Ləman isə Fatma xanımı görüb utanaraq başını aşağı salır. Bu zaman Fatma xanımın baldızı Pervane Eliyeva... deyir:
- "Bu zamanda belə başı aşağı gəlin tapmaq çətindir."
Yegana səviyyəli, samballı qonaqlar kimi məclisin yarısında gəlib çıxır, nə də olmasa polkovnik yoldaşıdır.
Ləman stolda balıqdan qeyri-adi resept görür, gözləri ürək formasında yerindən çıxır və narahat olmağa başlayır. Oğlan bundan narahatçılığının səbəbini soruşanda Ləman nişanlısına deyir:
-"Noolar ofisiantın cibinə pul qoy, gedib aşpazdan bunun reseptini yazsın gətirsin".
nişanlısı gülümsəyir, zarafat olduğunu düşünür.
ReVuŞun rayondan uzaq qohumları da ad gününü eşidib bir avtobus yığışıb gəliblər, elə ki işıqlar sönür, lirika səslənəndə stoldan sakit səslər gelir:
-"Ağeyz, Nuriyyə, Ruhəngizə denən o ləpəni çantama boşaltsın, asta olsun, paketdə toyuq əti də var."
Mahnı qutarıb işıqlar yananda stolda avtomatik bəzi boşalmış qablar gözə dəyir. Hamı heç nə olmamış kimi bir-birinin üzünə baxır.
SS90...Samir... bir az yeyib içən oğlandır, öz bibisi qızının ad günündə də nəyi var içib. Gedib mahnı sifariş verib oynamaq istəyirdi. Nəhayət musiqiçilərə yaxınlaşıb deyir:
-"Mənə Aşqabad mahnısını çalın".
Çalğıçılar başa düşmədi, o yenə "Aşqabad mahnısını çalın daaa" deyəndə çalğıçılardan biri dedi:
-"Qardaş, Aşqabad hansı mahnıdır, bir az zümzümə et, bilək."
S.S 90 Samir qızıl dişini parıldada-parıldada, gözləri axa-axa deyir:
-"Aşqabadın yerlə gedir, de görüm neyləmişəm, ürəyim gup-gup edir, de görüm neyləmişəm".
Nə isə.. "Qaşqabağın yerlə gedir" mahnısını səsləndirirlər. Hamı rəqsə gəlir, bir az keçir Fatma xanım Ləmanı da götürüb rəqsə gələndə mahnını dəyişdirib oxuyurlar: "A bəxtəvər qaynana, nə durmusan, dur oyna, a bəxtəvər qaynana, nə durmusan, dur oyna".
Rəqs qutarır, hamı yerinə əyləşir. SS90...Samir... yenə gedib mahnı sifariş verir, bu dəfə sifarişi çalmırlar. SS90...Samir... buna əsəbləşərək gedib çalğıçılara deyir:
-"Niyə sifarişimi çalmadınız, bilirsiniz mən teleqüllədə çay içmiş adamam, elə-belə adam deyilem eee, sifarişimi çalın."
Elə olur ki, bəy əmioğlusunu götürüb havaya çıxır və çiyinlərindən tutur, astaca silkələyərək deyir:
-"Əmioğlu içəndə elə iç ki səhərisi gün dünən mən hardaydım deməyəsən".
SS90...Samir... də bəyə deyir:
-"Ayə, nə silkələyirsən məni, elə bil zəlzələdi eee, şəbəkəm pozuldu"
Bir az keçir, məclis qurtarır. Oğlan Ləmanı evə gətirir. Sizə kimdən danışım, Sevincin baldızı Xəyalə Muraddan...
Sözü üzə deyən, səbirli, yumşaq, zaraftcıl insandır. O gəlib Sevincgilə və bu zaman Sevincin 2-ci qızı SeRRas gəlir, bibisi ilə görüşüb deyir:
-"Ay bibi, sən canı gələndə əlində heç olmasa üstündə Manananın şəkli olan keçmişin 1 şirvanlıq şokolad qutusunu alıb gətirərdin də. Xəyalə Murad da belə cavab verir:
-"Bibi qurban, Manana yox idi, Samir Bağırov qalmışdı, onu da özüm almadım ki, iştahın küsməsin"
Beləcə bibi-bala zarafatlaşırlar. Sevinc Xəyalə ilə oturub qudalarından danışırlar, elə bu zaman Yeganə Ləmana zəng vurur. Ləman telefonunu götürüb salamlaşandan sonra deyir:
-"Elə bibimlə anam da sizdən, Fatma xaladan danışırdılar, yaxşı adam sözün üstünə gələr."
Yeganə də belə deyir:
-"Nədi yenə, anamla bizim sümüyümüzü yuyurdular?", deyib gülür.
Nə isə söhbətdən sonra Yegana deyir:
-"Rayondan gələn qohumlarımız Nuriyyə, Ruhəngiz səni bəyəniblər, sabah səni götürüb onlara getmək istəyirik Yagmur Damlası ilə. Nə qədər şəhərdədilər, gedək".
Ləman "Evdə məsləhətləşib deyərəm" deyir.
Ləman gəlib söhbəti anasına deyəndə, Sevinc yenə "Fikirləşərik" deyəndə bibisi Xəyalə Murad deyir:
-"Sən 5 aydır nişanlanmısan, onlar səni görmək istəyirlərsə, gəlib evində görməlidirlər"
Sevincə də dedi ki, qızını qoymasın, qoy qızını saysınlar.
Ləman da Yeganəyə zəng elədi ki, anam onları evə dəvət edir...Elə səhər açılır, qonaqlar gəlirlər, Sevinc onları qarşılayır, süfrə başına dəvət edir. Ele yeməyə başlayırlar ki, bu zaman Best Of All yeməyin üstünə gəlir, Ruhəngiz deyir:
-"Qaynanan səni çox istəyir".
Best Of All deyir:
-"Olmayan qaynanamı mən də çox istəyirəm"
Nə isə...Deyib gülərək söhbət eləyirlər, Nuriyyə nazik bilərzik bağlayır Ləmanın qoluna və belə deyir:
Bir az oturandan sonra durub yola çıxırlar...Avtobus dayanacağına yaxınlaşanda elə avtobusdan səs gəlir...
Ardı var...
XƏBƏR LENTİ
Uşaqlarda yayılan virusla bağlı rəsmi açıqlama
İltihab əleyhinə pəhriz nədir?
“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək - VİDEO
Ermənilər Dağlıq Qarabağı tərk edirlər - VİDEO
BÖYÜRTKƏN TORTU
Manatın növbəti üç gün üçün MƏZƏNNƏSİ
Çəkmələrinizdən qoxu gəlməsin deyə...
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
2017-ci ilin trend rəngi: Qırmızı
Bakıda ən bahalı torpaq haradadır?
Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”
Nepalda növbəti təbii fəlakət
Ukrayna yoxsulluq həddinə düşdü
Ronaldo 600-cü qolunu vurdu!
Arıqlamaq üçün qızıl qaydalar
AFFA cəzaları açıqladı
Sellülit üçün faydalı yağlar
Şəhid anaları ilə görüş
ABŞ konsulluğunun yanında terror
Baha qiymətə satılan qeyri-adi əşyalar
Cemli, halvalı peçenye (foto resept)
Səmada fişənglə uçdular
8 Mart ovqatı
Yazda cücərdərəm səni…
Qadınlarda kəskin tüklənmənin səbəbləri
Türkiyə mətbəxindən " Arnavut plovu" (video-resept)
Bu da yeni Nissan Qashqai
HAVA necə olacaq?
Hava haqqında
Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI
Yağlı yemək beyni pozur.
Yarpaq bisküvit (foto resept)
Bakı 2015-də ilk medalımızı qazandıq
Saçlar üçün
Hande Doğandemir xəyanətdən danışdı-FOTO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
2018 gəlinlik kolleksiyası
İsmayıllı meşələri od tutub yanır
Mavi qar yağdı
Ningen-qeyri-adi varlıq!
Azərbaycan lokomotiv parkını modernləşdirir
Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO
İstirahət günü çimərliyə getmək istəyənlərə pis xəbər
Ramil Usubov gənc polislərə sıra baxışı keçirdi
Yumurtanın təzə olub-olmadığını yoxlayın
Ancelina Colini gizli agent hesab edirlər-FOTO
Ən effektli və sağlam pəhriz
Dünyanın ən bahalı almaz ayaqqabısı
10 funt verdi 1 milyon qazandı
Alma maskası
- ŞƏRHLƏR