Demək, Louislə (Sevinc xanım) Fatma xanım qudadırlar və Ləman Fatma xanımın oğlu ilə nişanlıdır, həm də Ləman Sevincin qızıdır.
Sevincin 3 qız övladı var: Qızı Best Of ALL (Lalə) işgüzar, hər şeyi öz gücünə, biliyinə qazanan və o cümlədən təvazökar, düzgün qərar verən böyük övladdır.
Ortancıl qızı Ləman nişanlıdır, məişət işlərini sevir, ən böyük marağı fərqli yemək, şirniyyat reseptlerini yığmaq və hazırlamaqdır, anasına bağlı insandır, sakitdir.
Sonbeşik övladı SeRRasdır, o universitetdə 2-ci kurs tələbəsidir, həkimliyi oxuyur, Prezident təqaüdü alır, sözü üzə deyən, dəqiq insandır, amma əsəbidir, haqsızlığı sevmir.
Sevincin ortancıl bacısı Gulsen29 xeyirxahdır, öz zəhməti ilə çox şey qazanıb, subaydır, aile qurmağa tələsmir, bacı uşaqlarının içində ən çox Laləni istəyir.
Fatma xanım ixtisasca müəllimədir, təbiəti ağırdır, hamıyla dil tapır, 5 uşaq anasıdır, 1 oğlu, 4 qızı var maşALLAH...
Böyük qızı Yegana dillidir, amma ürəyi yumşaqdır, qısqancdır, ailəlidir. Fatma xanımın ortancıl bacısı Afət xanım subaydır, savadlı insandır, karyera həvəsindədir, elçiləri çoxdur, amma tezdir deyir, Sevincin bacısı Gülşən29-la yaxın rəfiqədirlər.
2-ci qızı Yağmur Damlası sakitdir, mülayimdir, sülhsevərdir, o da ailəlidir.
3-cü qızı Fidan sakitdir, nazlıdır, həmişə anasına kömək edər, subaydır.
Sonbeşiyi lovable_madam ərköyündür, geyinib keçinməyi sevir, pulunun son qəpiyinə kimi alış-veriş edecək, anasından qorxur, subaydır.
Hadisələr yaz ayında cərəyan edir, üzü yaya doğru...Hələ toy olmayıb, bu yaxınlarda toy olacaq deyə toy qabağı hazırlıqlar gedir. Fatma xanımın qızları Ləmanı aparırlar dükanlara ki, lazım olan şeylər alınsın, toydan sonra qonaq çağırılan yerlərə, ora-bura getməyə Ləmanın geyinməyə yaxşı paltarları olsun. Yağmur Damlası deyir:
-"Gəlin butiklərə gedək, qardaşımızın nişanlısıdır, ilk xeyir işdir, layiqli olsun."
Yegana deyir:
-"Mən butiklərdən geyinmişəm o da geyinə?!"
Fidan, ümumiyyətlə, maması ilə qalır, getmir. Sonbeşik Madam isə böyük bacıları ilə bir yerdədir və arada atmaca atır ki "Nə yumru gəlindir bu..." Amma guya zarafat edir öz aləmində.
Yağmur Damlası deyir ki, heç olmasa paltarların 60 faizini brend alaq, Yegana bir təhər üz-gözünü turşuda-turşuda razı olur, almasalar ondan yaxşıdır.
Dükanlara girəndə Ləman baxır, gözlərini utanaraq süzür və deyir:
-"Siz nə alsanız mənə xoşdur, necə məsləhətdir ele də olsun.
Yegana gedir, işıqfor rənglərində paltarlar seçir, deyir "Təzə gəlindir, rəngli geyinsin."
*****
Ləmana yaraşmayan paltar olanda gülərək Yegana söyləyir:
-"Bir az çöp olsan yaraşardı, ay qadan alım, adam nə qədər bulka yeyer".
Amma Ləman ortaboy, orta çəkili, qarabuğdayı qızdır...
Bu günə olan alış-verişi sona çatdırıb dükanlardan çıxıb evə gələndə bir məşhur şirniyyat evinin yanından keçirlər, elə bu zaman Ləman şirniyyat evinə girmək istəyir və daxil olurlar. Ləman çantasından bir kağız, bir qələm çıxardıb deyir:
-"Mənə o şokoladlı tortun reseptini deyərdiniz də".
Yağmur Damlası gülümsəyir, Yegana isə gülərək belə deyir:
-"Bildik, qoçaq gəlnimiz var."
Nə isə...evə gəlirlər, Fatma xanım soruşur:
-"Nə aldınız gəlnimə, necə gedib-gəldiniz?"
Qızlar bir ağızdan belə cavab verir:
-"Mama, arxayın ol, adımıza layiq nə lazımdırsa aldıq, 2-3 günə yekunlaşdıracayıq."
Sevinc də qızı evə gələndə soruşur:
-"Mama qurban, nə alsalar denən necə məsləhətdi, siz bilərsiniz, buynuz çıxartma."
Ləman Yegananın atmacalarından danışır, Sevinc isə belə deyir:
-"O yaxşı qızdır, sadəcə qısqancdır, zamanla səni hamıdan çox sevəcək".
SerRaS isə bacısına söyləyir:
-"Xoşun gəlmirsə, yalandan "hə" deyib aldırma ki, sonra da qıraqda qala, yoxsa deyəcəklər pulumuzu çöldən tapmamışdıq ki."
*****
Sevinc ana kimi hərtərəfli anadır, uşaqları üçün bütün ömründən keçməyə hazırdır, övladları üçün narahatdır.
S.S.90...S A M I R... Ləmanın nişanlısının əmisi oğludur, həssasdır, 1 qızıl dişi var, planlaşdırır ki, o qızıl dişdən azad olsun. Dostları öz aralarında ona "Samir qızıldiş" deyir.
Samir Fatma xanımgilə qonaq gəlir, görür ki, lovable_madamın əlində qızılgül var, suya qoymaq istəyir, deyir:
-"Əmioğlu yoxdu?"
Madam isə cavabında:
-"Yox, evdə yoxdu", deyir. "İş dalınca gedib".
Samir cavabında:
-"Yaxşı da Madam, indicə zəngləşmişik, hara getdi belə tez?"
Lovable_madam deyir:
-"Yox, evdədir, çarpayının altında gizlətmişik, yoxdu da evdə."
Samir gülərək deyir:
-"Yəqin çarpayının altında hörümçəklərlə mətbuat konfransındadir.
Samir də zarafatı sevən, deyib-gülən şən insandır, yenə Madamdan soruşur:
-"Əlindəki nədi?"
Madam cavab verir:
-"Görmürsən nədi, güldür."
Samir deyir:
-"Mən buna kələm demədim ki. Bilirəm də güldü, yəni hardan belə qızılgül?"
Lovable_madam deyir:
-"İndicə şəhərdən gələndə 1 dənəsini aldım mamaya, gülləri xoşladığını ki bilirsən..."
Sevinc qızı Laləyə zəng vurur ki, sən bu kürəkənimizin zövqünü yaxşı bilirsən, ona bir kostyum bəyən, bəylik kostyumunu biz alaq.
Lalə deyir:
-"Hələ ki vaxtım yoxdu, planlaşdıraram."
SerRaS mamasına deyir:
-"Niyə özləri almir eee, Ləman ərə gedir ya onların oğlu???"
Sevinc deyir:
-"Qızım, sən belə işlərə qarışma, hələ subaysan, ağzın isti yerdədir, səni də görəcəm."
Fatma xanım Sevinclə zəngləşir, deyir:
-"Bizim oğlan Ləmanla baldızımın qızı ReVuŞun ad gününə getmək istəyir, ad günü restorandadır, icazə verirsən?"
Sevinc belə cavab verir:
-"Bir az fikirləim, deyərəm."
Nə isə...evdə razılıq olur, çünki artıq nişanlıdırlar və beləliklə, Ləman geyinir, axşam saat 7-də qapı döyülür, gələn Ləmanın nişanlısıdır...
Ardı var...
XƏBƏR LENTİ
İT şirkətlərində maaş niyə yüksəkdir?
Hamilələr bu 50 ölkəyə köçsün
Bu il Eyfel qülləsinin 125 yaşı olur
Karamelli piroq (foto resept)
Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırıldı
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür
Demet Akalından ərə gedən pərəstişkarına hədiyyə
Məhkumluğu olan sürücülərin işi ilə bağlı RƏSMİ AÇIQLAMA
Qan iltihablanması və müalicəsi
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Gəlin qayınanasına baxmağa məcburdur?
Vanilli pudinq (foto-resept)
Günün qoroskopu: mühüm məsələlərin həlli üçün yaxşı fondur
Kompüter təhlükəsizliyi
AFFA "Neftçi"nin futbolçusuna rəhm etdi
Jennifer Lopezdən 10 saç model
Bakı metrosunda sərnişin zilləti
Zakir Həsənov: "Düşmənə on qat zərbə vurulacaq”
Belə səyyah görməmisiniz - Nəhəng çarxını fırlada-fırlada dünyanı gəzir
Daha dolğun kirpiklər üçün 3 üsul
Milyonçu qadın dilənçiyə döndü - FOTO
Ekspert: "Azərbaycanda 10 ildən sonra avtomobillərin sayı 3 milyona çatacaq"
Bakıda yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI
Paris Moda Həftəsində üst geyimlər
Axşamdan sonra yeməmək üçün 12 üsul
Qocalmaqdan qorxursuz? Ölümü gözləmək gərək deyil
Sinem Kobaldan örnək davranış
Sağlamlıq və təhlükəsizlik standartları(3-4 yaş)
Kristina Aqilera yeni klipini təqdim etdi-VİDEO
Günün qoroskopu: sizi donuq baxışlı, buz qəlbli insan saymamalıdırlar
Vampirlik edən cütlük
Cəbhədə nə baş verir?
Şüuraltı
“Hababam sinfi” yenidən çəkilir
Süni beyin yaradıldı
Hamiləlikdə vitamin həblərdən istifadə
ADNA faciəsindən 9 il ötür
Sumqayıta gedənlərə şad xəbər
Toxumaq öyrənmək istəyən xanımlara
Gizli yolla telefon danışıqları dinlənilən prezidentlərin siyahısı açıqlandı
Şərqin ən varlı İRAQLI GÖZƏLİ
İlham Əliyevdən kəskin Qarabağ bəyanatı
HAVA necə olacaq?- 27 fevral
Xalına görə insanları necə tanımalı?
Minimalist tərz sahibi olmaq üçün...
Romantik olmayan qadınlar (1)
Pomidor tomatı (foto resept)
Əhaliyə manat müjdəsi
İlham Əliyev: “Karantin rejimi uzadılacaq” - VİDEO
Bakı bulvarında əyləncə olacaq
- ŞƏRHLƏR